MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə33/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
74 
    1913-cü  ilin  məlumatına  görə  Culfa  dəmir  yolu  stansiyasından  Peterburqa 
33672  pud,  Odessaya  72556  pud,  Taqanroqa  20930  pud,  Nikolayevə  41221 
pud, Rostova 78020 pud, Novorossiyskə 32676 pud və HəĢtərxana 68397 pud 
qurudulmuĢ  meyvə  və  üzüm  göndərilmiĢdir.  Beləliklə,  əyalətdən  ixrac  olunan 
meyvə və üzüm qurusu 447472 pud və  ya 735,5 ton təĢkil etmiĢdir. Digər bir 
məlumatda  isə  bu  məhsulların  0,8-1,2  milyon  pud  və  ya  12800-19200  tondan 
çox olduğu göstərilir. 
Dəmir  yollarının  çəkiliĢi  geniĢləndikcə  Ordubaddan  hər  il  Ġrəvan  Ģəhərinə  15 
min  puda  qədər  ərik  qaxı,  Rusiya  bazarlarına  baĢqa  meyvələr,  xüsusən  də 
həddindən çox tut qurusu göndərilmiĢdir. 
əldə  olunan  məlumatlara  əsasən  meyvə  əvvəllər  dəvə  karvanları,  sonralar  isə 
Culfa dəmir yolu vasitəsi ilə daxili və xarici bazarlara göndərilmiĢdir. Belə ki, 
təkcə  1912-ci  ildə  Culfa  stansiyalarından  773718  pud(12379,5  ton),  1913-cü 
ildə isə 1452480 pud(23239,5 ton) meyvə qurusu ixrac olunmuĢdur. 
     Naxçıvan  qəzasında  əlveriĢli  torpaq-iqlim  Ģəraiti,  ərazinin  Ġran  və  Türkiyə 
ilə həmsərhəd olması, müxtəlif dövrlərdə bu ölkələrlə yaranan qarĢılıqlı iqtisadi 
və  mədəni  əlaqələr  Naxçıvanda  üzümçülüyün  inkiĢafına  və  bir  çox  qiymətli 
üzüm növlərinin yaranmasına səbəb olmuĢdur. 
Naxçıvanın  Rusiya  daxilindəki  və  xarici  bazarlar  ilə  yaranan  ticarət 
əlaqəsi  tədricən kiĢmiĢ istehsalının artırılmasına təkan vermiĢdir. Təkcə, 1913-
cü  ildə  Naxçıvan  qəzasından  166365  pud,  ġərur-Dərələyəz  qəzasından  12717 
pud  üzüm  istehsal  olunmuĢdur.  Naxçıvan  əyalətində  istehsal  olunan  üzümün 
1/5  hissəsi  Ģərab  istehsalı  üçün,  qalanı  isə  mövüz,  kiĢmiĢ,  bəhməz,  riçal  və  s. 
hazırlanmasına  sərf  olunmuĢdur.  Tarixi  ipək  yolunun  inkiĢafı  ilə  əlaqədar 
olaraq Naxçıvan qəzasında maldarlıq da inkiĢaf etmiĢdir. Belə ki, 1910-cu ildə 
62,4 min baĢ, 1913-cü ildə isə 67,7 min baĢ təĢkil etmiĢdir.  
    Aqrar  sahənin  inkiĢafına,  kənd  təsərrüfatı  məhsulları  istehsalının 
artırılmasına  və  intensiv  amillər  hesabına  məhsulların  çoxaldılmasına  dövlət 
tərəfindən  böyük  qayğı  və  dəstək  göstərilərək  bir  sıra  mühüm  sərəncam  və 
qərarlar  qəbul  olunmuĢdur.  Bu  da  meliorasiya  və  irriqasiya  tədbirlərini 
gücləndirmiĢ,  lizinq  xidmətini  yaxĢılaĢdırmıĢ,  taxıl  və  soyuducu  anbarların 
tutumunu  artırmıĢ,  istixana  komplekslərinin,  quĢçuluq  və  balıqçılıq 
təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin iĢə salınmasına əlveriĢli 
Ģərait  yaratmıĢdır.  Belə  ki,  2004-2014-cü  illərdə  ümumi  sahəsi  105  min 
kvadratmetrdən çox olan istixana kompleksləri, ümumi tutumu 12 min 250 ton 
olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 
ton  olan  qısamüddətli  taxıl  ehtiyatı  anbarları,  17  taxıl  emalı  müəssisəsi,  222 
heyvandarlıq, 64 quĢçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük 
təsərrüfatı təĢkil olunmuĢdur. 
Toxumçuluq  və  tingçiliklə  məĢğul  olan  təsərrüfatlara  subsidiyaların 
ödənilməsi,  yanacaq-sürtgü  materiallarına  görə  verilən  yardımların  25% 
artırılaraq  50  manata  çatdırılması,  istifadə  olunan  gübrələrin  70  %-nin  pulsuz 


Tezislər 
 
75 
verilməsi  satılan  texnikaların  dəyərinə  40  %  güzəĢt  tətbiq  edilməsi  kənd 
təsərrüfatı ilə məĢğul olan sahibkarlara güclü stimul vermiĢdir. 
    Bütün bu görülən tədbirlər Muxtar Respublikada yerli istehsalın daimi olaraq 
artması  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarına  olan  daxili  tələbatın  idxaldan 
asılılığını əsasən aradan qaldırmıĢdır. 
    Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2014-cü ildə bitkiçilik məhsullarının 
həcmi  2,4  dəfə  artaraq,  229  milyon  646  min  manata,  heyvandarlıq 
məhsullarının  həcmi  isə  2,1  dəfə  artaraq  125  milyon  511  min  manata 
çatdırılmıĢdır. 
     Muxtar  Respublikada  kənd  təsərrüfatının  dinamik  inkiĢafı  üçün  səmərəli 
kredit  mexanizmi  formalaĢmıĢdır.  Təkcə  2014-cü  ildə  kənd  təsərrüfatının 
inkiĢafı üçün bank və bank olmayan kredit təĢkilatları tərəfindən 17 milyon 956 
min  manat  kredit  verilmiĢdir.  VerilmiĢ  kreditlərin  4  milyon  542  min  manatı 
bitkiçilik  sahəsinə,  12  milyon  557  min  manatı  heyvandarlıq  sahəsinə,  o 
cümlədən onun 534 min manatı arıçılıq sahəsinə, 323 min manatı isə quĢçuluq 
sahəsinə ayrılmıĢdır. 
     Ümumilikdə bank və kredit təĢkilatları tərəfindən kənd təsərrüfatı məhsulları 
istehsalçılarına  87  milyon  555  min  manat  həcmində  kreditlər  verilmiĢdir  ki, 
bunun da 20 milyon 919 min manatı taxılçılığın, 7 milyon 415 min manatı isə 
kartofçuluğun inkiĢafına yönəldilmiĢdir. 
     Muxtar Respublikada heyvandarlığın inkiĢaf etdirilməsinə, mal-qaranın cins 
tərkibinin yaxĢılaĢdırılmasına, heyvandarlıq məhsullarının intensiv artımına nail 
olunması  istiqamətində  bir  çox  iĢlər  görülmüĢdür.  Belə  ki,  kəndlərdə  mal-
qaranın süni mayalanma məntəqələrinin sayı 19-a çatdırılmıĢ və onların maddi-
texniki  bazası  möhkəmləndirilmiĢdir.  Ötən  illər  ərzində  26  min  baĢdan  artıq 
sağlam  bala  alınmıĢ,  sahibkarlara  lizinq  yolu  ilə  cins  damazlıq  düyələrin 
satılması təĢkil edilmiĢdir. 
     Hazırda  Muxtar  Respublikada  3-  ətçilik,  2-  südçülük,  1-  gön  dəri  emalı,  1- 
balıq konserv istehsalı müəssisəsi, 1 yem istehsalı zavodu və 2 yem sexi  təĢkil 
edilmiĢdir. 
    QuĢ  əti  və  yumurtaya  olan  tələbatın  yerli  istehsal  hesabına  tamamilə 
ödənilməsi məqsədi ilə 64 quĢçuluq təsərrüfatı yaradılmıĢdır. 
    Heyvandarlıqda  aparılan  əsaslı  iĢlərin  nəticəsində  1  aprel  2015-ci  il  tarixə 
Muxtar  Respublikada  iribuynuzlu  mal-qaranın  baĢ  sayı-114  min  137  baĢa, 
xırdabuynuzlu heyvanların baĢ sayı 701 min baĢa çatdırılmıĢ, arı ailələrinin sayı 
isə 69 mini ötmüĢdür 
   Bütövlükdə 1 may 2015-ci  il tarixdə kənd təsərrüfatının  ümumi  məhsulunun 
dəyəri  33  milyon  609  min  400  manat  təĢkil  etmiĢdir  ki,  bu  da  əvvəlki  illərin 
müvafiq dövrü ilə müqayisədə 5,9 % çoxdur. 
    Açar  sözlər:  Naxçıvan,  kənd  təsərrüfatı,  bitkiçilik,  heyvandarlıq,  kredit, 
məhsul ixracı, Ġpək yolu 
 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə