MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə31/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
70 
naiblər  və  kəndxudalar  rəhbərlik  edirmiĢ.  Ġnzibati  ərazi  bölgüsünün 
dəyiĢdirilməsi  diyarın  iqtisadi-coğrafi  əhəmiyyətini  artırmıĢ,  ticarət,  kənd 
təsərrüfatı,  sənaye  istehsalı  yenidən  canlanmağa  baĢlamıĢdır.  XIX  əsrin 
baĢlanğıcına  kimi  bölgə  zaman-zaman  Osmanlı  və  Ġran  tabeliyinə  keçmiĢ,  bir 
müddət  xanlıq  kimi  idarə  olunmuĢdur.  1826-1828-ci  illərdə  baĢ  verən  Ġran-
Rusiya  müharibəsindən  sonra  Naxçıvan  diyarında  əhalinin  milli  tarazlığı 
pozulmuĢ,  yaxın  Ģərqdən,  xüsusilə  Ġrandan  Qafqaza,  o  cümlədən  Naxçıvan 
diyarına  ermənilərin  miqrasiyası  baĢlamıĢdır.  Milli  tarazlığın  pozulması  eyni 
zamanda  sosial  yaĢam  tərzinə,  iqtisadiyyatın  ixtisaslaĢmasına  təsir  etmiĢdir. 
Osmanlı  arxiv  bəlgələrində  80-dən  artıq  mövzu  ilə  əlaqədar  157  bəlgə  məhz 
Naxçıvanın  iqtisadi-siyasi  həyatını  əks  etdirməkdədir.  Bəlgələrin  ilk  bölümü 
―Mühimme‖,  ―Vakıf‖  və  ―Tapu-Tahrir‖  dəftərləridir.  Qeyd  etmək  lazımdır  ki, 
Naxçıvan  və  Rəvanla  (Ġrəvan)  bağlı  bu  dəftərlərin  sayı  200-dən  artıqdır.  905 
saylı  Tahrir  dəftəri  554  səhifədən  ibarətdir.  Bəlgələrdə  1553-1555-ci  illərdə 
Qanuni Sultan Süleymanın Ġran və Ġraqa üçüncü yürüĢü Naxçıvan səfəri kimi də 
adlandırılır.  Bu  səfərdən  sonra  inzibati  ərazi  bölgüsündə  sancaq  və  nahiyə  ilə 
yanaĢı  qəza  və  bəylərbəyliklər  də  yaradılmıĢdır.  III  Əhməd  zamanında 
Naxçıvan  kəndləri  haqqında  müfəssəl  dəftər  hazırlanmĢ  və  dəftərdə  sancağın 
iqtisadi-sosial və coğrafi Ģəraiti lazımi səviyyədə əks etdirilmiĢdir. 
 
Arxiv  bəlgələrində  Naxçıvana  və  Rəvana  köç  edən  ermənilərin  əsl 
məqsədləri–  onların  terror,  müharibə  və  digər  yollarla  Osmanlı  əleyhinə 
fəaliyyət  göstərmək  məqsədləri  göstərilməkdədir.  Sultar  II  Əbdülhəmid 
zamanında  1890-dan  baĢlayan  erməni  üsyanları  eyni  vaxtda  Naxçıvanda 
ermənilərin  quldurluq  hərəkətləri,  çətə  yaratmak,  yardım  və  silah  toplamaq 
fəaliyyətləri  ilə  paralellik  təĢkil  edir.  Bu  fəaliyyətdə  Eçmədzin  katolik  kilsəsi 
xüsusi  rol  oynamıĢdır.  1905-ci  il  və  I  Dünya  savaĢı  sonrası  Osmanlıların 
Qafqazdan  çəkilməsindən  sonra  Naxçıvan  kəndlərində  müxtəlif  vaxtlarda 
ermənilər tərəfindən törədilən qətllər bəlgələrdə xüsusi yer almıĢdır.          
          Açar sözlər: Osmanlı mənbələri, Naxçıvan sancağı, ərazi bölgüsü, Ġrəvan 
xanlığı 
 
 
TALIġIN DAĞ MEġƏ LANDġAFTLARININ REKREASĠYA 
POTENSĠALININ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
ĠLAHƏ QULĠYEVA 
AMEA Coğrafiya Ġnstitutu 
 ilahe101@gmail.com 
 
Müasir dövrümüzdə sürətlə inkiĢaf edən rekreasiya  təsərrüfatı insanların 
fiziki, iqtisadi, sosial və psixoloji ehtiyaclarından doğan bir sahədir. Rekreasiya 
təsərrüfatının inkiĢafı əhalinin sosial vəziyyətinin yaxĢılaĢmasına, sağlamlığının 


Tezislər 
 
71 
möhkəmlənməsinə,  əmək  qabiliyyətinin  artmasına  və  iqtisadiyyatın  inkiĢafına 
kömək edir.  
Rekreasiya  ehtiyatları  tükənməyən  sərvət  olmaqla,  təbii  sosial-iqtisadi, 
tibbi- bioloji və ekoloji amilləri özündə birləĢdirir. 
Azərbaycanın 
ayrı-ayrı 
regionlarının 
landĢaftlarının 
rekreasiya 
ehtiyatlarının  qiymətləndirilməsi  və  optimallaĢdırılması  istiqamətində  bir  sıra 
tədqiqatlar  aparılmıĢdır.  Kiçik  Qafqazın  Ģimal-Ģərq  yamacının  rekreasiya 
ehtiyatları  Y.Ə.Qəribov(1990,  2003,  2012),  T.Y.Verdiyeva  (2009),  Xəzər 
dənizi  sahilləri,  V.Dərgahov  (2008),  Böyük  Qafqazın  Ģimal-Ģərq  yamacı 
M.C.Ġsmayılov (1991), E.ġ.Məmmədbəyov (2008) və s. tədqiqatçılar tərəfindən 
öyrənilmiĢdir. TalıĢ dağlarının rekreasiya ehtiyatları, landĢaft ekoloji potensialı 
kifayət  qədər  tədqiq  olunmamıĢdır.  Halbuki  TalıĢ  dağları  respublikamızın 
mühüm rekreasiya və ekoturizm ehtiyatlarına malik olan regionlarından biridir. 
LandĢaftların təbii rekreasiya ehtiyatı və onun təyini ilə əlaqədar müxtəlif 
fikirlər  mövcuddur.Y.Ə.Qəribov  rekreasiya  landĢaftları  dedikdə  müəyyən 
rekreasiya funkisyasını yerinə yetirən, sistemli Ģəkildə insanlar tərəfindən idarə 
edilən  təbii  antropogen  landĢaft  komplekslərini  nəzərdə  tutur.  Rekreasiya 
kompleksləri  insanların  sağlamlığına  müsbət  təsir  göstərən,  onlarda  müsbət 
emosiyalar  yaradan,  aktiv  istirahətlərini  təmin  edən  təbii  ərazi  vahidləridir. 
BlaqoveĢenskiy  V.P,  Quliyeva  T.S  (2006)  dağlıq  ərazilərin  rekreasiya 
ehtiyatllarının landĢaft ekoloji qiymətləndirilməsində  ilkin metod kimi ərazinin 
təbii  landĢaft  xəritəsinin  tərtib  olunmasını  təklif  etmiĢlər.  Təbii  ki,  landĢaft 
xəritəsi tərtib olunan zaman tədqiq olunan ərazidə mövcud olan landĢaft növləri 
xəritədə  öz  əksini  tapmalıdır.  Bunun  əsasında  da  landĢaft  rekreasiya 
rayonlaĢdırılması  aparmaq  mümkündür.  Rekreasiya  zonasında  landĢaft 
növlərinin sayının çox olması onun rekreasiya qiymətini artırır. 
TalıĢ  dağlarının  relyef  və  iqlim  Ģəraitinə  uyğun  formalaĢmıĢ  landĢaft 
kompleksləri  Böyük  və  Kiçik  Qafqazın  təbii  landĢaftlarının  yüksəklik  üzrə 
paylanma  qanunauyğunluğundan  kəskin  fərqlənir.  Belə  ki,  landĢaftın  əsas 
aparıcı  komponentlərindən  olan  iqlim  məlumatlarının  təhlili  göstərir  ki,  TalıĢ 
dağlarında  dağətəyindən  yüksəkliyə  doğru  yağıntıların,  temperaturun 
paylanmasında  inversiya  mövcuddur.  Bu  əlamətlər  regionun  təbii 
landĢaftlarının ekoloji xüsusiyyətlərində, eyni zamanda rekreasiya potensialında 
öz əksini tapmıĢdır. 
Kserofit dağ çölləri landĢaftı TalıĢ dağlarının suayrıcını (2400-2500m) və 
ətraf əraziləri əhatə edir. Azərbaycanın digər dağlıq regionlarından fərqli olaraq 
burada  landĢaft  inversiyası  kəskin  Ģəkildə  özünü  göstərir.  Digər  dağlıq 
ərazilərdə  qeyd  olunan  yüksəklikdə  məhsuldar  subalp  və  alp  çəmənlikləri 
olduğu  halda  tamamilə  fərqli,  kserofit  çöl  landĢaftı  formalaĢmıĢdır.  Burada 
əsasən yayı quraq keçən soyuq iqlim hakim olub, yağıntıların miqdarı 300-350 
mm təĢkil edir. Yağıntılar əsasən payız aylarında düĢür. Qeyd olunan kompleks 
antropogen  təsirlərə  mövsümi  olaraq  məruz  qalır.  Ona  görə  də  burada 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə