MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə29/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
64 
insan məskənlərindən biridir. ƏlveriĢli təbii-coğrafi mövqeyi qədim dövrlərdən 
insanların  bu  ərazidə  məskunlaĢmalarına  Ģərait  yaratmıĢdır.  Burada  min  illər 
boyu böyük mədəniyyətlər formalaĢmıĢ və bütün tarixi dövrlərdə arasıkəsilməz 
yaĢayıĢ olmuĢdur. Bu baxımdan burada aparılan arxeoloji tədqiqatlar hər zaman 
Azərbaycan, Cənubi Qafqaz və dünya arxeologiya elmi üçün böyük əhəmiyyət 
kəsb etmiĢdir.  
Son  illər  ġərur  rayonu  ərazisində  eneolit  dövrünə  aid  Ovçulartəpəsi, 
Xələc, Ərəbyengicə, AĢağı DaĢarx, ġortəpə abidələri tədqiqata cəlb edilmiĢ və 
qədim tariximizin bu dövrünə dair zəngin maddi mədəniyyət nümunələri aĢkar 
edilmiĢdir. 
Həm  yerli,  həm  də  xarici  tədqiqatçılar  tərəfindən  öyrənilən  ġərur 
abidələri,  xüsusilə  də  eneolit  dövrü  abidələri  son  illər  Naxçıvan  arxeologiya 
elminə  böyük  töhfələr  vermiĢdir.  Tədqiqatlar    nəticəsində  çox  sayda  yeni 
abidələr,  yaĢayıĢ  yerləri,  qəbir  abidələri,  keramika  məmulatları,  əmək  alətləri, 
metal əĢyalar və s. əldə edilmiĢdir. Bütün bu tapıntılar qədim tariximizin maddi 
mədəniyyət  nümunəsi  kimi  Naxçıvanın  tarix  diyarĢünaslıq  muzeylərində 
qorunub  saxlanılır  və  demək  olar  ki,  hər  il  muzeylər  dəyərli  arxeoloji 
materiallarla daha da zənginləĢir. 
Eneolit abidələrinin tədqiqi nəticəsində Naxçıvanın eneolit mədəniyyəti, 
həmin dövr insanlarının məĢğuliyyəti, təsərrüfat həyatı, həmçinin etnik-mədəni 
proseslər və Yaxın ġərq ölkələri ilə qarĢılıqlı əlaqələri daha dərindən öyrənilmiĢ 
və yeni tədqiqat sahələri meydana gəlmiĢdir. 
Açar sözlər: Naxçıvan, Eneolit abidələri, ġərur, Ovçulartəpəsi 
 
 
 
ƏFġARLAR ĠMPERIYASI DÖVRÜNDƏ NAXÇIVANIN TARĠXĠ-
COĞRAFĠYASININ BƏZĠ MƏSƏLƏLƏRĠNƏ DAĠR 
ELNUR KƏLBĠ
ZADƏ
 
AMEA Naxçıvan Bölməsi 
caspianman@mail.ru 
 
Əksər  hallarda  III  ġah  Abbasın  müəmmalı  Ģəkildə  həlak  olması  və 
Nadirqulu  xanın  simasında  hakimiyyətin  ƏfĢarların  əlinə  keçməsi  Səfəvilər 
imperiyasının süqutu kimi dəyərləndirilir. Əslində isə 1736-cı ildə dövlət süquta 
uğramamıĢ,  sadəcə  olaraq  dövlət  idarəçiliyi  bir  sülalədən  (Səfəvilərdən)  digər 
sülalənin (ƏfĢarların) əlinə keçmiĢdir. Təbii ki, Nadir Ģah ƏfĢar özünü milli və 
məzhəbi  hökümdardan  daha  çox  bir  imperator  kimi  aparmıĢ,  dövlətdə  ciddi 
islahatların  həyata  keçirilməsinə  cəhd  göstərmiĢdir.  Nadir  Ģah  hakimiyyətə 
gəldikdən sonra dövlətin inzibati quruluĢunda ciddi dəyiĢikliklər edilmiĢ və son 
Səfəvilər  dövründə  həyata  keçirilməsi  planlaĢdırılan  bir  sıra  inzibati  islahatlar 
reallaĢdırılmıĢdır.  Əvvəllər,  Naxçıvanın  tabeliyində  olduğu  Çuxursəd 
bəylərbəyliyi  də  daxil  olmaqla  Azərbaycan  ərazisindəki  4  bəylərbəyliyin  ləğv 


Tezislər 
 
65 
edilərək  vahid  Azərbaycan  bəylərbəyliyinin  tərkibində  birləĢdirilməsi  prosesi 
məhz Nadir Ģahın hakimiyyəti dövründə baĢa çatdırılmıĢdır.   
Bəylərbəyliklərin birləĢdirilməsindən bəhs edən əksər müəlliflər, Nadir 
Ģahın  bəylərbəylikləri  ləğv  etdikdən  sonra  bütün  bəylərbəylikləri  Azərbaycan 
bəylərbəyliyi  tərkibində  birləĢdirdiyini  yazırlar.  Apardığımız  müqayisəli 
təhlillər  isə  sübut  edir  ki,  birləĢdirmə  prosesi  mərhələli  Ģəkildə  həyata 
keçirilmiĢdir.  Birinci  mərhələdə  Gəncə,  Tiflis,  Qarabağ,  Ġrəvan,  Naxçıvan    və 
ġirvan  əraziləri  mərkəzi  Gəncə  olan  vahid  vilayətdə  birləĢdirilmiĢ,  ikinci 
mərhələdə  isə  tam  mərkəzləĢdirmə  prosesi  baĢa  çatdırılmıĢ  və  mərkəzi  Təbriz 
olan Azərbaycan vilayəti yaradılmıĢdır.  
M.Xəzaninin  əsərində  verdiyi  məlumatlar  sübut  edir  ki,  Azərbaycan 
bəylərbəyliyi  yaradılarkən  Naxçıvan  Çuxursəd  bəylərbəyliyinə  tabe  olan  bir 
ərazi kimi deyil, müstəqil bir hakimlik kimi bu vahidə daxil edilmiĢdir. Vahid 
Azərbaycan  bəylərbəyliyinin  tərkibində  də  Naxçıvan  Ġrəvanla  birlikdə  deyil, 
ayrıca bir ölkə - hakimlik Ģəklində idarə olunmuĢdur.  
Apardığımız  təhlil  və  ümumiləĢdirmələrə  əsasən  söyləyə  bilərik  ki, 
ƏfĢarların  idarəçiliyi  dövründə  Naxçıvan  ölkəsinin  tərkibinə  12  mahal  daxil 
olmuĢdur.  Bunlar  Naxçıvan,  Ordubad¸  Mehri,  Qafan,  Sisyan,  Tatef,  Vedi, 
Dərəçiçək, Məzrə, Sürməli, Aralıq, ġərur mahalları idi. 
Açar sözlər: Naxçıvan, Nadir Ģah ƏfĢar, tarixi-coğrafiya, bəylərbəylik, 
vilayət, ölkə  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Beynəlxalq  İpək Yolu  
 
 
66 
COĞRAFĠYA 
 
 
XVI ƏSR VƏ XIX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ BÖYÜK ĠPƏK YOLU 
ÜZƏRĠNDƏ NAXÇIVAN DĠYARININ ĠQTĠSADĠ COĞRAFĠ 
SƏCĠYYƏSĠNƏ DAĠR 
NAZĠM BABABƏYLĠ 
Naxçıvan Dövlət Universiteti 
nazimnym@mail.ru 
 
Naxçıvan  diyarının  ərazisi  Rusiya  tərəfindən  iĢğal  olunana  qədər 
Səfəvilər,  ƏfĢarlar  və  Osmanlı  dövlətlərinin  tərkib  hissəsini  təĢkil  etmiĢ  və 
siyasi hadisələrin nəticəsində onun sənayesində, kənd təsərrüfatında, ticarət və 
emaledici sənayesində, eləcə də inzibati ərazi bölgüsündə dəfələrlə dəyiĢikliklər 
baĢ vermiĢdir. 
Diyar  Səfəvilər  dövlətinin  tərkibində  Çuxur-Səd  bəylərbəyliyinə  daxil 
edilmiĢ  və  Ustaclıların  nəzarəti  altında  olmuĢdur.  Osmanlıların  hakimiyyəti 
dövründə  inzibati  baxımdan  xeyli  inkiĢaf  etmiĢ,  özündə  Naxçıvan,  Məvaziyi-
Xatun, Mülkü-Arslan, Qarabağlar, DərəĢam, DərəĢahbuz, Bazarçay, Dərələyəz, 
Əlincə,  Sisyan,  QıĢlaq,  Azadgiran,  ġurut  (ġorlut)  və  Dərə  Nürgüt  olmaqla  14 
nahiyəyə  bölünmüĢdür.  Sancaq  sancaqbəyi,  nahiyələr  naiblər,  kəndlər  isə 
kəndxudalar  tərəfindən  idarə  olunmuĢdur.  Qeyd  etmək  lazımdır  ki,  bu  gün 
Ermənistan tərkibində olan və əhalisi demək olar ki, tamamilə türklərdən ibarət 
olan Yexeqnadzor, Sisyan və Meqri rayonları sancağın tərkibinə daxil edilmiĢ, 
eyni  zamanda  Sədərək  adlı  yeni  inzibati  vahid  yaradılmıĢdır.  QıĢlaq  və 
Dərələyəz nahiyələri əvvəllər mövcud olan Bazarçay, ġərur, Ordubad nahiyələri 
əsasında yaradılmıĢdır. 
Bu zaman sancağın illik gəliri 2 milyon 629 min axca təĢkil etmiĢdir. 
Nadir  Ģah  ƏfĢarın  dövründə  Naxçıvan  çox  böyük  iqtisadi  tənəzzülə 
uğrayır. O, sancaq və nahiyələri ləğv etməklə çoxmərkəzli iqtisadiyyatı dağıdır, 
təkmərkəzli idarə sistemi yaradır. Beləliklə, 1747-ci ildə iki bölgədən ibarət və 
əsası Heydərqulu xan tərəfindən qoyulan Naxçıvan xanlığı yaranır. 
Xanlığın Naxçıvan bölgəsi Naxçıvan, Xök, Əlincə, Dərələyəz olmaqla 4 
və  Ordubad  bölgəsi  isə  Ordubad,  Əylis,  Dəstə,  Çənənəb,  Biləv  olmaqla  5 
mahala bölünür. Naxçıvan bölgəsi üzrə 34096 xalvar torpaq sahəsinin  yarıdan 
çoxu  – 52,6%-i,  Ordubad üzrə isə  1522 xalvar torpaq sahəsinin 36,8%-i  Biləv 
mahallarının  payına  düĢürdü.  Naxçıvan  bölgəsindən  əsasən  pambıq,  buğda, 
çəltik,  Ordubad  bölgəsindən  isə  quru  meyvə,  sumax,  bal  ixrac  olunurdu. 
Dərələyəz,  Naxçıvan  və  Əlincə  mahallarında  1  misldən  25  mislə  qədər  və  ya 
10000 pud çəltik əldə olunurdu və bu o dövr üçün çox yüksək göstərici hesab 
edilirdi. 
Xanlığın ixracat məhsullarının əsas yükü qaragül dərisi, quru meyvə və 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə