MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə32/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
72 
infrastruktur demək olar ki, inkiĢaf etməmiĢdir.  Lakin bu kompleksdə mövcud 
olan ĢiĢ uclu sıldırım qayalar, kanyonvari çay dərələri, kserofit çöllərə xas olan 
endemik  bitki  növləri  rekreasiya  üçün  maraqlıdır.  Xüsusilə  yay  aylarının 
yağıntısız  keçməsi  burada  atçılıq  və  məcara  turizminin  inkiĢafı  üçün 
əlveriĢlidir. 
TalıĢ  dağlarının  dağ-meĢə  landĢaft  kompleksi  respublikanın  digər 
regionlarından  rekreasiya  potensialına  görə  kəskin  fərqlənir.  Qeyd  olunan 
landĢaft  kompleksi  ərazinin  alçaq  və  orta  dağlığını  əhatə  etməklə  əsasən  yayı 
quraq keçən və  yağıntıları bərabər paylanan mülayim isti  iqlim tipi  zonasında 
yerləĢir. Ən çox yağıntı ərazinin cənub-Ģərq hissəsində (1200-1400 mm) düĢür. 
ġimal  qərbə  doğru  yağıntıların  miqdarı  azalaraq  600-700  mm  təĢkil  edir. 
LandĢaft  tipində  ümumi  günəĢ  radiasiyası  132-136  kkal.sm
2
,  günəĢ  parıltılı 
saatların miqdarı 2000-2200 təĢkil edir. Havanın orta illik temperaturu 20-25
0

arasında  dəyiĢir.  LandĢaft  tipinin  inkiĢafında  xüsusi  əhəmiyyət  kəsb  edən  qar 
örtüyü 40-80 bəzən 100 gün davam edir. 
Dağ  meĢə  landĢaftlarının  rekreasiya  potensialı  meĢənin  sıxlığı,  növ 
zənginliyi, estetikliyi, ekoloji sağlığı, psixoloji rahatlığı, rütubətlənmə dərəcəsi, 
mikroiqlimi  və  s  amillərlə  müəyyən  olunur.  Bu  qeyd  olunan  amillər  TalıĢ 
dağları  üçün  xarakterik  olub,  onun  rekreasiya  potensialını  zənginləĢdirir.  Dağ 
meĢə  landĢaftı  su  ehtiyatı  ilə  çox  yaxĢı  təmin  olunmuĢdur.  Belə  ki,  Lənkaran 
vilayətinin  ən  böyük  çayları  olan  ViləĢçay,  Lənkərançay,  Təngərudçay  və 
Astara çaylarının çoxsaylı qolları meĢə landĢaftının rekreasiya qiymətini artırır. 
MeĢə landĢaftı daxilində yaradılmıĢ ―Xanbulançay‖ və ―Lövəyin‖ su anbarları 
və  onların  yaxınlığındakı  bulaqlar    rekreasiya  məqsədləri  üçün  xüsusilə 
əhəmiyyətlidir. 
TalıĢ  dağlarında  hava  Ģəraiti  respublikanın  digər  dağlıq  ərazilərindən 
kəskin Ģəkildə fərqlənir. Belə ki, Lerik və Yardımlı rayonlarında insan ömrünün 
uzun olmasının təbii səbəbi burada havanın rütubətliyinin az, yəni quru havanın 
olmasıdır.  Bu  tip  havada  bir  sıra  zərərli  bakteriyalar  inkiĢaf  edə  bilmirlər. 
Burada  iyul-avqust  aylarında  havanın  nisbi  rütubəti  30-40%  olur.  Bəzən 
rütubətlik hətta 10-15%-dək enir. Belə bir hava Ģəraiti nəfəs yolları və ağciyər 
xəstəliklərinin müalicəsi üçün əlveriĢlidir. 
Nəticədə bütün bu yuxarıda qeyd olunanları ümumiləĢdirərək deyə bilərik 
ki,  TalıĢ  dağlarının  təbii  landĢaftları  rekreasiya,  məcara  turizmi,  ekoturizm, 
kənd  turizmi  üçün  kifayət  qədər  əlveriĢli  olub,  zəngin  rekreasiya  potensialına 
malikdir 
 
Açar sözlər: rekreasiya, tükənməyən sərvət , landĢaft, relyef, iqlim 
 
 
 
 


Tezislər 
 
73 
TARĠXĠ ĠPƏK YOLU VƏ NAXÇIVAN MR- IN MÜASĠR KƏND 
TƏSƏRRÜFATININ MÜQAYĠSƏLĠ ĠNKĠġAF TARĠXĠNDƏN 
                                                                                                ARĠF SƏFƏROV 
―Naxçıvan‖   Universiteti 
arifsafarov@ yahoo.com 
 
Avropa  ilə  Asiyanı  birləĢdirən,  keçdiyi  ərazilərdə  yaĢayan  xalqların 
həyatında  mühüm  rol  oynayan  tarixi  ipək  yolu  Naxçıvan  MR-in  kənd 
təsərrüfatının  inkiĢafında  dəyərli  əhəmiyyət  kəsb  etmiĢdir.  Bu  yolla  ġərqdən 
Qərbə və geriyə hərəkət  edən ticarət  karvanlarının Azərbaycanda, o  cümlədən 
Naxçıvan MR-də ticarətin, sənətkarlığın, elmin, təhsilin, mədəniyyətin, eləcə də 
kənd təsərrüfatının inkiĢafına təsir göstərmiĢdir. 
     Tarixi  Ġpək  yolunun  əsas  hissəsi  türk  xalqları  yaĢayan  ərazilərdən  keçdiyi 
üçün  həmin  xalqların  Çin,  Qafqaz,  Rusiya,  Hindistan  və  ərəb  ölkələrinin 
xalqları  ilə  iqtisadi  və  mədəni  əlaqələrinin  yaranmasında  və  inkiĢafında 
müstəsna  rolu  olmuĢdur.  Bu  baxımdan  1998-ci  ilin  sentyabr  ayında  Bakıda 
keçirilən  Beynəlxalq  konfransda  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev 
tarixi ipək yolunun bərpası məsələsini mühüm vəzifə kimi qarĢıya qoymuĢdu. 
   Qeyd edək ki,  mühüm ticarət  yollarının keçdiyi  Naxçıvan ərazisi beynəlxalq 
ticarətdə  əhəmiyyətli  rol  oynamıĢdır.  Naxçıvanda  ticarətin  inkiĢafına  xidmət 
edən Ordubad-Naxçıvan-Sədərək istiqamətində uzanan əsas ticarət yolu və ona 
birləĢən qollar bu mənada xüsusi əhəmiyyət kəsb etmiĢdir. 
    Naxçıvanda  kənd  təsərrüfatının  inkiĢaf  tarixi  insanların  cəmiyyət  halında 
təĢəkkül  tapıb  formalaĢması  və  oturaq  həyat  tərzinə  keçməsi  onların  əkinçilik 
və  heyvandarlıq  məhsullarına  olan  tələbatların  yaradılmasına  və  inkiĢafına 
səbəb olmuĢdur. 
    Naxçıvan  və  Ordubadda  taxılın  hələ  XIV  əsrdən  qabaq  becərildiyi  qeyd 
olunur.  Naxçıvandan  ixrac  olunan  taxıl  məhsulları  içərisində  çəltik  əsas  yer 
tutmuĢdur.  1911-ci  ildə  ġərur  (NoraĢen)  dəmir  yolu  stansiyasında  8820  pud, 
1912-ci ildə 24383 pud və 1913-cü ildə 15080 pud xaricə düyü aparılmıĢdır. 
    1912-ci ildə ġərur-Dərələyəz qəzasında hər desyatin pambıq əkini sahəsindən 
40-120  puda  qədər,  Naxçıvan  qəzasında  54  pud  pambıq  istehsal  edilərək 
Rusiyaya göndərilmiĢdir. 
     Tütün  texniki  bitkilər  içərisində  ikinci  yeri  tuturdu.  Əldə  olunan  məlumata 
görə Naxçıvan qəzasında 1901-ci ildə 598 pud, 1903-cü ildə 327 pud , 1904-cü 
ildə isə 313 pud tütün istehsal olunmuĢdur. 
    Naxçıvanda bağçılığın inkiĢaf tarixi təqribən 3500 ildir. Naxçıvandan meyvə, 
üzüm təzə və qurudulmuĢ halda bir çox daxili və xarici bazarlara çıxarılmĢdır. 
Meyvə  ticarətinin  geniĢlənməsində  əvvəlcə  Zaqafqaziya  dəmir  yolunun 
çəkilməsi  və  sonralar  Tiflis,  Ġrəvan,  Culfa  və  Təbriz  dəmir  yolu  xəttinin 
əlaqələndirilməsi çox böyük rol oynamıĢdır. 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə