MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə26/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

Tezislər 
 
57 
danıĢılanların    çoxu  əsassızdır.  Bu  yolla  yalnız  türkyut  elçilərinin  hökumət 
tərəfindən  səxavətlə  mükafatlandırılmasına  nail  olmaq  istəyirlər.  Bunu  da  o 
ümidlə  edirlər  ki,  türkyutların  yanına  yolları  düĢsə,  öz  muzdlarını  alsınlar. 
Saray yalan məlumatlar alır, hərbi rəislər isə ilk Ģaiyələri eĢidən kimi qorxuya 
düĢürlər. DüĢmənlərimiz yalnız zahirən cəsarətli görünürlər, əslində isə onların 
öhdəsindən gəlmək o qədər də çətin deyil. Ġndi isə mənim fikrimcə, həm köhnə, 
həm də təzə elçilərin hamısının boynunu vurmaq lazımdır».  
N.V.Piqulevskaya daim türklərin Ġpək yolu ticarətini baĢqa Ģəkildə, həm 
də  mənim  fikrimcə,  qeyri-inandırıcı  Ģəkildə  izah  edir.  O,  belə  hesab  edir  ki, 
«hələlik  yarımköçəri  (?  —  L.  Q.)  vəziyyətdən  çıxmayan  türklər  geniĢ  ticarət 
mübadiləsinə meyl göstərmirdilər, yalnız öz təbəələrinin - soqdiyalıların təzyiqi 
ilə onlar Ġrana Maniaxın baĢçılığı ilə səfirlik göndərməyə razı oldular. Əslində 
isə məhz köçəri türkyutlar Çindən ipək qoparmağı bacarırdılar və həmin parça 
ilə  soqdiyalıları  təchiz  edirdilər.  Çünki  çinlilər  müharibəsiz  lazımi  miqdarda 
ipək vermirdilər. Hətta onlar ipəyi satmağa razı olsaydılar belə, ona soqdiyalılar 
və iranlılar satıb qazanc götürmək nədir, heç özləri ala bilməzdilər. Türkyutlar 
Çin  ipəyini  xərac  və  hərbi  qənimət  Ģəklində  aldıqlarından  onu  soqdiyalılara 
dəyər-dəyməzinə satırdılar, buna görə də onların ticarəti gəlirli olurdu. 
 
Açar sözlər: türklər, ―Böyük Ġpək yolu‖, inkiĢaf, L.Qumilyov, tarix 
 
 
QƏDĠM ĠPƏK YOLU VƏ ONUN UĞRUNDA MÜBARĠZƏ 
(VI ƏSR ĠRAN-BĠZANS-GÖYTÜRK MÜNASĠBƏTLƏRĠ ƏSASINDA) 
ƏLĠ FƏRHADOV  
                   AMEA Azərbaycan Milli Tarix Muzeyi 
                                                              ali_farhadov@yahoo.com 
 
VI  əsrdə  də  qədim  beynəlxalq  Ġpək  yolu  ticarəti  ənənəvi  yolla  davam 
edirdi.  Çindən  gələn  karvanlar  Orta  Asiyada  dincəlirdilər.  Burada  ən  böyük 
düĢərgələr Çinin KaĢğar və Orta Asiyadakı Paykənd Ģəhərləri idi. Buradan yol 
Xorasandan  keçib  Rey  və  Həmədana,  habelə  Bizans  qalası  Nizibdən  keçib 
Suriya  və  Konstantinopola  gedirdi.  Ticarət  olduqca  gur  və  gəlirli  idi,  lakin  o 
natural təsərrüfat Ģəraitində yaĢayan xalq kütlələrinə deyil, zinət Ģeylərinə daha 
çox  ehtiyac  duyan  yuxarı  təbəqəyə  xidmət  edirdi.  Çin  əyanları  Ġrandan  öz 
xanımları    üçün  bahalı  sürmə  alırdılar.  Babil  xalıları  da  nadir  mal  sayılırdı. 
Nəhayət Çinə Suriya daĢ-qaĢları, Qırmızı dənizdən çıxarılmıĢ mirvari, mərcan, 
Suriya  və  Misirdən  parçalar  gətirilirdi.  Lakin  ən  mühüm  ticarət  malı  ipək  idi. 
Bizansın ipəyə ehtiyacı  hədsiz idi, sarayın və əyanların  ehtiyaclarından baĢqa, 
xüsusən muzdlu qoĢun tutulmasında ipəkdən valyuta kimi istifadə olunurdu.  
VI  əsr  Ġran,  Bizans  və  Göytürk  münasibətləri  böyük  iqtisadi  və  ticari 
mənfəətlərə  sahib  olan  Ġpək  yolu  üzərindəki  Ģəhər  və  vilayətləri  nəzarətdə 
saxlamaq  məqsədi    üzərində  qurulmuĢdu  və  bu  uğurda  aparılan  müharibələr 


Beynəlxalq  İpək Yolu  
 
 
58 
böyük  dövlətlər  arası  əlaqələrin  əsasını  təĢkil  edirdi.  ġərqi  Roma  (Bizans) 
imperiyası dünya hakimiyyəti iddiasında olub hədsiz ipəyə ehtiyac hiss edirdi. 
Lakin  Bizansı  ipəklə  təmin  edən  yol  Ġrandan  keçirdi.  Sasanilər  isə  qiymətləri 
daim qaldırmağa çalıĢırdılar. Ġran ipəyin qiymətinin bahalaĢmasına çalıĢırdı ki, 
bu vasitə ilə Bizansdan daha  çox pul qopartsın, bu sayədə onu hərbi və iqtisadi 
baxımdan zəiflətsin. Mal dövriyyəsinin artması Ġran üçün sərfəli deyildi, çünki 
qiymətlər  nə  qədər  yüksək  olsa  da  Bizans  ipəyi  Avropada  satmaqla  ziyanını 
ödəyirdi,  əldə  edilən  gəlir  isə  hərbi  potensialı  artırmağa  imkan  verirdi.  Buna 
görə  də  Ġran  ipək  ticarətinə  ciddi  məhdudiyyət  qoyur,  qiymətləri  artırmaqla 
bərabər, Qərbə aparılan ipəyin miqdarının artmasına da mane olurdu. Təbii ki, 
Bizans  ipəyə  artıq  pul  verməklə  rəqibi  Ġranın  güclənməsinə  imkan  yaratmaq  
istəmirdi.  Lakin  Ġrandan  olan  iqtisadi  asılılığa  son  verə  bilmirdi.  Ġqtisadi 
mübarizə  bu  imperiyalar  arasında  hərbi  əməliyyatlarla  nəticələndi.  Göktürk 
dövləti də bu münaqiĢələrdə bəzən Ġranla, bəzən Bizansla toqquĢmalı olurdu. 
  
Açar sözlər: Qərbi Roma, Çin, Bizans, ipək, Göktürk 
 
 
XVIII ƏSRĠN ĠKĠNCĠ YARSINDA AZƏRBAYCAN XANLIQLARININ 
OSMANLI ĠMPERĠYASI ĠLƏ MÜNASĠBƏTLƏRĠ  
XƏYALƏ SÜLEYMANOVA 
AMEA Tarix  Ġnstitutu 
xayala.suleymanova@yahoo.com 
 
1747-ci  ildə  Nadir  Ģah  ƏfĢarın  sui-qəsd  nəticəsində  öldürülməsindən 
sonra  dünyanın  ən  geniĢ  ərazili  imperiyalarından  olan  ƏfĢarlar  imperiyası 
parçalandı.  Ġmperiyanın  parçalanması  nəticəsində  Azərbaycanın  tarixi 
torpaqlarında  çoxsaylı  dövlətlər-xanlıqlar  yarandı.  YaranmıĢ  Azərbaycan 
xanlıqlarının əksəriyyəti Osmanlı imperiyası ilə qarĢılıqlı münasibətlər qurmağa 
çalıĢırdı.  Xanlıqlar  yarandığı  ilk  vaxtlardan  Rusiya  imperiyası  xanlıqları  öz 
təsiri  altına  almaq  istəyir  və  bu  istiqamətdə  müəyyən  diplomatik  addımlar 
atırdı.  Rusiya  çalıĢırdı  ki,  xanlıqlarla  Osmanlı  imperiyası  arasında  dostluq 
münasibətləri yaranmasın. Xanlıqların Osmanlı imperiyası ilə münasibətlərində 
siyasi  və  iqtisadi  mənafelər  üstünlük  təĢkil  edirdi.  Lakin  sovet  dövrü 
tarixĢünaslığında  Azərbaycan  xanlıqlarının  əsasən  Rusiya  imperiyasına  meyl 
etdiyi  və Osmanlı imperiyasına isə iĢğalçı qüvvə kimi  baxdığı  vurğulanmıĢdır 
(V.Leviatov,  Q.Abdullayev,  Ə.Quliyev,  A.Babayev,  O.Markova,  və  s.).  Ġlkin 
mənbələr  olan  Türkiyə  Cümhuriyyəti  BaĢbakanlıq  Osmanlı  Arxivinin  (BOA) 
―Xətti-Humayun‖  sənədlərinin  təhlili  (BOA  HH.  5/156,  5/153,  7/224,  6\181, 
3\82,  4\97,  29\1387,  7/228A,  9/324G,  10/349A,  19/860,  28/1324  və  s.)  və  bir 
sıra  ədəbiyyatlar  (T.Mustafazadə,  G.Nəcəfli,  N.Bayramova,  E.Qarayev, 
H.Sadıqov, F.Əliyev, U.Həsənov, H.Həsənоv, Y.Hüseynov, C.Gökce, Ġ.Berkok, 
T.Sünbül, S.KocabaĢ, H.Gursel, A.Lambton, M.Atkin və s.) əsaslı Ģəkildə sübut 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə