MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə18/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
40 
münasibətləri  olan  SSRĠ,  nəhayət,  1956-cı  ilin  oktyabrında  bu  ölkə  ilə 
diplomatik  münasibətlər  yaratdı.  Həmin  münasibətlərin  müxtəlif  sahələr  üzrə 
bərpasını  təzahür  etdirən  birgə  bəyannamə  imzalandı  ki,  bu  bəyannamə 
Azərbaycan-Yaponiya  əlaqələrinin  dirçəldilməsinə  əhəmiyyətli  dərəcədə  təsir   
göstərdi. 
 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  Yaponiya 
dövlətimizlə  əməkdaĢlığa  baĢlayan  ilk  dövlətlərdən  biri  olmuĢdur.  Yaponiya 
Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımıĢ, iki 
ölkə  arasında  diplomatik  əlaqələr  isə  7  sentyabr  1992-ci  ildə  qurulmuĢdur. 
Xalqımızın  ümummilli  lideri Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfəri iki 
dövlət  arasındakı  əlaqələrin  demokratik  prinsiplər  əsasında  yenidən 
qurulmasına  önəmli  töhfə  vermiĢdir.  Azərbaycan  Prezidenti  Heydər  Əliyev 
Yaponiyanın  BaĢ  naziri  Ryutaro  HaĢimotonun  dəvəti  ilə  24-28  fevral  1998-ci 
ildə Yaponiyada ilk dəfə rəsmi səfərdə olmuĢdur. Yaponiyanın Tokio və Kioto 
Ģəhərlərini əhatə edən səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev 
bu ölkənin imperatoru əlahəzrət Akihito, baĢ nazir HaĢimoto, hökumətin bir çox 
üzvləri,  o  cümlədən  bu  ölkənin  çoxsaylı  investorları,  iĢ  adamları  ilə  görüĢüb 
danıĢıqlar aparmıĢdır. 
Məruzədə  ulu  öndərimizin  tarixi  hadisə  kimi  qiymətləndirilən 
sözügedən  səfərinin  təfsilatları,  bu  səfər  zamanı  imzalanmıĢ  yeddi  əsas  sənəd 
geniĢ  Ģəkildə  iĢıqlandırılacaqdır.  Məhz  bu  səfər  nəticəsində  ölkələrimiz 
arasındakı  ikitərəfli  münasibətlərin  siyasi,  iqtisadi,  mədəni  və  digər  sahələrdə 
qarĢılıqlı maraq əsasında inkiĢaf etdiyi göstəriləcəkdir.  
 
Açar sözlər: Azərbaycan, Azərbaycan-Yaponiya əlaqələri, əməkdaĢlıq, 
beynəlxalq aləm 
 
 
NAXÇIVAN ġƏHƏRĠNĠN ĠPƏK YOLU ĠLƏ ĠQTĠSADĠ-MƏDƏNĠ 
ƏLAQƏLƏRĠ 
NURLANƏ BEYBUDOVA 
Naxçıvan Dövlət Universiteti 
nurlana.89@bk.ru 
 
Böyük Ġpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi, 
ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu 
yolun keçdiyi ərazilərdən biri də ġərqlə Qərb arasında mühüm məntəqə sayılan 
və  Azərbaycanın  qədim  zamanlardan  inkiĢaf  etmiĢ  mədəniyyət,  ticarət  və 
sənətkarlıq  mərkəzlərindən  olan  Naxçıvan  ərazisidir.  Yaxın  ġərqin  ticarət 
mərkəzləri  ilə  Cənubi  Qafqazı,  Orta  Asiyanı  və  Uzaq  ġərq  ölkələrini 
əlaqələndirən  əsas  karvan  yollarından  biri  Naxçıvan  ərazisindən  keçmiĢdir. 
Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm 


Tezislər 
 
41 
coğrafi-strateji  mövqedə  yerləĢən  ərazidir.  Bunu  vaxtilə  bu  ərazidən  keçən 
beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.  
Tədqiqatlar  və  hazırki  zamanda  yerləĢdikləri  coğrafi  mövqe  də  təsdiq 
edir  ki,  bu  Ģəhərlər,  əsasən,  ərazidən  keçən  mühüm  ticarət  yollarının  üzərində 
yerləĢmiĢlər.  Bu  Ģəhərlərin  bəzisi  yarandıqdan  sonra  ticarət  və  sənətkarlıq 
mərkəzinə  çevrilsə  də,  bəzilərinin  yaranmasında  Ģəhərin  salındığı  ərazidən 
keçən ticarət yollarının mühüm rolu olmuĢdur. Qədim və orta əsr müəlliflərinin 
əsərlərində  verilən  məlumatlar  da  təsdiq  edirlər  ki,  Ģəhərlər,  əsasən,  ərazidən 
keçən ticarət yollarının üzərində salınmıĢ, ticarət və sənətkarlıq mərkəzləri kimi 
inkiĢaf etmiĢlər.  
Bu  yol  üzərində  yerləĢən  yaĢayıĢ  yerləri və qəbir abidələrində aparılan 
arxeoloji qazıntılar zamanı külli miqdarda baĢqa ölkələrdən gətirilən avadanlıq 
(pullar,  bəzək  əĢyaları,  silahlar,  möhürlər,  metal  və  gil  qablar,  fil  sümüyü  və 
rəngli daĢlardan hazırlanan fiqurlar və sair) tapılmıĢdır.  
Ticarət  yolları  üzərində  daĢınan  mallar  dəyərinə  görə  müxtəlif 
əmtəələrin  adı  ilə  simvolizə  olunurdu.  Tarixi  mənbələrdə  ―ipək‖,  ―çay‖, 
―baharat‖,  ―ətriyyat‖,  ―ĢüĢə‖,  ―Həcc‖  yolu  və  sair  kimi  adlandırılan  karvan 
yolunun ən iĢlək qollarından biri uzun müddət ġərq və Qərb ölkələrinin böyük 
maraqla qarĢıladıqları Naxçıvan duzunun da daĢındığı Duz yolu olmuĢdur.  
Naxçıvan sənətkarlarının hazırladıqları zərif parçalar, zinət əĢyaları, incə 
naxıĢlı ağ qablar, keramika məmulatları,  duz, mis, pambıq, taxıl, quru meyvə, 
balıq  və  sair  məhsullar  Azərbaycanın  digər  Ģəhərlərinə,  qonĢu  Cənubi  Qafqaz 
regionlarına  və  Yaxın  ġərq  bazarlarına  aparılırdı.  Naxçıvanın  əlveriĢli  coğrafi 
mövqeyi,  zəngin  təbii  ehtiyatları,  Ģəhərin  əsrlər  boyunca  ölkənin  həyatında 
mühüm  rol  oynaması  ona  yenidən  inkiĢaf  üçün  zəmin  yaratmıĢdır.  Təsadüfi 
deyil  ki,  ġərqin  ən  qədim  Ģəhər  mədəniyyət  mərkəzlərindən  olan  Naxçıvan 
Ģəhərinin yaranmasının baĢlıca amilləri yerli coğrafi, iqtisadi və mədəni zəminlə 
əlaqədar olmuĢdur. 
Naxçıvanda  olan  qədim  tarixi  memarlıq  abidələrimiz  yüksək  zövq  və 
ustalıqla bərpa olunmuĢdur ki, bunların da bir çoxu vaxtilə Böyük Ġpək Yoluna 
xidmət  edən  abidələr  siyahısındadır.  Bunlar  sırasında  Xanəgah  Memarlıq 
Kompleksi,  Naxçıvanın  orta  əsr  körpüləri,  Əlincə  qalası,  Naxçıvanqala 
möhtəĢəmliyi ilə seçilir.  
Naxçıvanda Böyük Ġpək Yoluna birbaĢa xidmət edən bu tarixi abidələrin 
dünya  əhəmiyyətli  abidələr  siyahısına  salınması  elmi  və  məntiqi  baxımdan 
bölgəmizin  daha  geniĢ  Ģəkildə  təbliğinə  Ģərait  yarada  bilər. Naxçıvan  bütün 
tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini 
birgə  yaĢamıĢdır  və   yaĢamaqda  davam  edir.  Erməni  iĢğalları  nəticəsində 
Naxçıvanın  Azərbaycanın  digər  torpaqlarından  ayrı  salınması, 90-cı  illərin 
əvvələrindən   baĢlayaraq  Muxtar   Respublikanın  ermənilər  tərəfindən 
blokadaya  alınması,  onu  böyük  çətinliklərlə  üz-üzə  qoymuĢdur.  Lakin  uzun 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə