MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə38/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
86 
N.l.  ―qanıq  verdi  (vermədi)‖  –  ləzzət  verdi  (vermədi),  tam  qane  etdi 
(etmədi)  
və ya 
M.K. qanğrıq. Damaq 
N.l. ―gənrzik‖, damağın ən arxa hissəsi. 
 
Bu cür eyni sözlər onlarcadır. AraĢdırmada onların hamısı müqayisə və 
təhlil obyekti kimi diqqətlə nəzərdən keçirilmiĢdir. 
 
Açar sözlər: ―Divani Lüğət- it türk‖, Mahmud KaĢğarlı, Müasir 
Azərbaycan dili 
 
 
DĠLÇĠLĠK COĞRAFĠYASI VƏ DĠALEKTOLOJĠ ATLAS 
 ƏBÜLFƏZ QULĠYEV 
AMEA Naxçıvan Bölməsi                                                                            
ebulfezamanoglu@yahoo.com       
 
Dilçilik  elminin  tədqiqi  təcrübəsi  göstərir  ki,  müasir  dövrdə    dilçilik 
coğrafiyası  faktları  olmadan  dialekt  və  Ģivələri,  dil  tarixini  öyrənmək  və  türk 
dillərinin  müqayisəli  qrammatikasını  yaratmaq  mümkün  deyildir.  Dilçilik 
coğrafiyası  eyni  zamanda  hansı  qrammatik  forma  və  ya  sintaktik 
konstruksiyanın  daha  sabit,  hansının  dəyiĢkən  olduğunu  müəyyənləĢdirməyə 
imkan verir ki, bu da dil tarixi üçün çox vacibdir.  
Məlum olduğu kimi, dialekt və Ģivələr tədricən aradan çıxır. Lakin dialekt 
faktları,  məlumatları  dialektoloji  atlaslarında  və  ya  toplanmıĢ  mətnlərdə 
yaĢadılır. Odur ki, dialektoloji atlas həm də sonrakı araĢdırmalar üçün mötəbər 
bir mənbə kimi də qiymətlidir.  
Dialektoloji  atlasların  əsaasını  təĢkil  edən  dilçilik  coğrafiyasının  əsas 
vəzifəsi  dil  hadisələrinin  yayılma  arealının,  bu  yayılma  ilə  əlaqədar  olan 
problemlərin  öyrənilməsindən ibarətdir.  
  
Azərbaycan  dialektoloji  atlası  üçün  hazırlıq  iĢlərinə  1958-ci  ildən 
baĢlanmıĢdır.  Bu  məsələ  üzərində  tədqiqat  iĢi  30  ildən  artıq  davam  etmiĢdir. 
Nəhayət,  Azərbaycanın  dialektoloji  atlası‖  əsəri  1990-cı  ildə  nəĢr 
olunmuĢdur.Təxminən  126  xəritəni  əhatə  edən  bu  atlas  keçmiĢ  SSRĠ-nin  türk 
xalqları  arasında  ilk  addım,  ilk  təĢəbbüs  idi.  Ondan  sonra  meydana  çıxan  ən 
sanballı  atlas  ―Azərbaycan  dilinin  Naxçıvan  dialektoloji  atlası‖  adlanır.  Bu 
dialektoloji atlas  üçün müəlliflər heyəti tərəfindən əvvəlcə mükəmməl proqram 
tərtib  edilmiĢ  və  bu  vəsait  əldə  rəhbər  tutulmuĢdur.  Nəsimi  adına  Dilçilik 
Ġnstitutu  və  Naxçıvan  Bölməsi  Ġncəsənət,  Dil  və  Ədəbiyyat  Ġnstitutu 
əməkdaĢlarının  birgə  hazırladıqları  bu  atlas  üzərində  iki  ildən  artıq  hazırlıq 
iĢləri  aparılmıĢ,  material  toplanmıĢdır.  Artıq  250  xəritəni  əhatə  edən 
―Azərbaycaycan dilinin Naxçıvan dialektoloji atlası‖ adlı fundamental əsər iĢıq 
üzü görmüĢdür.   


Tezislər 
 
87 
Məruzədə  Naxçıvanın  dialektoloji  atlası  timsalında  dilçilik  coğrafiyası 
və dialektoloji atlas problemi ətraflı Ģəkildə tədqiq olunub araĢdırılmıĢdır. 
Açar sözlər: dialekt, dilçilik coğrafiyası, atlas, dil tarixi
 
 
 
HACI  MƏHƏMMƏD  NAXÇIVANĠNĠN ELMĠ-ƏDƏBĠ VƏ  
KĠTABġÜNASLIQ  FƏALĠYYƏTĠ HAQQINDA 
                           MÖHSÜN NAĞISOYLU 
              AMEA Əlyazmalar Ġnstitutu 
            dr_mohsun@yahoo.com 
 
Hac Məhəmməd Naxçıvani (1879-1962) dövrünün ən qabaqcıl ədəbiyyat 
və  mədəniyyət  xadimlərindən,  vətənpərvər  ziyalılarından  biri  olmuĢdur.  Bu 
görkəmli  Ģəxsiyyətin  geniĢ  elmi-ədəbi  fəaliyyəti  sırasında  Qətran  Təbrizi  və 
Heyran  xanım  Dünbüli  ―Divan‖larının  nadir  əlyazma  nüsxələri  əsasında  ilk 
dəfə  nəsrlə  hazırlanması  xüsusi  yer  tutur.  Bundan  əlavə  o,  Mirzəli  Möcüz 
ġəbüstərinin Ģeirlərini də nəsrə hazırlamıĢ və çap etdirmiĢdir. Hac Məhəmməd 
Naxçıvani  ədəbiyyatĢünaslıqda  xüsusi  məharət  tələb  edən  və  diqqətçəkici 
məqamlardan sayılan ―maddeyi-tarix‖ləri ilə də məĢhurdur. 
Hac  Məhəmməd  Naxçıvaninin  digər  mühüm  bir  xidməti  onun  öz  Ģəxsi 
vəsaiti  hesabına  müxtəlif  ölkələrdən  əlyazma  kitablarını  satın  alması  və  onlar 
əsasında  Təbriz  Milli  Kitabxanasının  təsisində  bilavasitə  iĢtirak  etməsidir.  Bu 
vətənpərvər ziyalı əvvəlcə həmin  kitabxananın binasının inĢası  üçün  yüz min 
riyal məbləğində pul ayırmıĢ, sonra isə 3700-dən çox nəfis əlyazma nüsxəsi və 
nadir  çap  kitablarını  ora  bağıĢlamıĢdır.  Hac  Məhəmməd  Naxçıvaninin  Təbriz 
Milli  Kitabxanasına  bağıĢladığı  əlyazma  kitabları  burada  ayrıca  bir  fondda 
saxlanılır  və  nadirliyi,  böyük  əhmiyyəti  ilə  seçilir.  Bu  əlyazma  kitabları 
Təbrizdə  ayrıca  bir  kataloq  Ģəklində  fars  dilində  üç  cilddə  nəĢr  olunmuĢdur 
(1969-1974-cü  illər).  Ümumi  sayı  1600-ə  yaxın  olan  həmin  əlyazmalar  ərəb, 
fars  və  türk  dillərindədir.  Bu  böyük  əlyazmaĢünas-kitabĢünasın  bağıĢladığı 
əlyazmalar  sırasında  məĢhur  Azərbaycan  Ģairlərindən  Xaqani  ġirvaninin 
―Divan‖ı,  Nizami  Gəncəvinin  ―Xəmsə‖si,  Məhəmməd  Füzulinin  türkcə 
―Divan‖ı ilə  yanaĢı, orta əsr müəlliflərindən Mücirəddin Beyləqani və Salman 
Savəci, Məczub Təbrizi və Fədai Təbrizinin, Seyid Əbülqasim Nəbati və Mirzə 
Müslim Qüdsinin əsərləri də elmi dəyəri ilə seçilir. Qeyd edək ki, sonuncu adı 
çəkilən  müəllifin  ―Divan‖ının  yeganə  əlyazma  nüsxəsi  məhz  Hac  Məhəmməd 
Naxçıvaninin  hədiyyə  etdiyi  kitablar  sırasında  saxlanılır.  Bu  əlyazmalar 
içərisində  Fədai  Təbrizinin  doğma  ana  dilində  yazdığı  ―Bəxtiyarnamə‖si  və 
XVII əsr Ģairi-mütərcimi Məhəmməd Hüseyn Rəvaninin fars dilindən türkcəyə 
çevirdiyi Sədinin ―Gülüstan‖ kitabı da nadirliyi ilə seçilir. 
Hacı  Məhəmməd  Naxçıvaninin  elmi-ədəbi  və kitabĢünaslıq fəaliyyətinin 
ətraflı tədqiqi məqsədəuyğundur. 
 
Açar  sözlər:  Hac  Məhəmməd  Naxçıvani,  ədəbiyyatĢünaslıq, 
kitabĢünaslıq, Qətran Təbrizi, Heyran xanım Dünbüli  


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə