MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə39/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
88 
ĠPƏK YOLU ÜSTƏ  YENĠ MÜSƏLMAN CULFALARIN YARNMASI 
HAQQINDA 
SƏCCAD HÜSEYNĠ 
University of Mohaghegh Ardabili   
Islamic Republic of Iran 
s.hoseini@uma.ac.ir 
 
Ulu  Ģah  Abbasın1604-cü  ildə  osmanlılara  qarĢı  apardığı  yanıq  zəmi 
siyasəti (yaxıb yandırma taktiki) nəticəsində əski Culfa sakinləri bu qəsəbədən 
paytaxt Ġsfahana və Ġranın digər yerlərinə köçürüldülər və Təbrizdən Naxçıvana 
gedən ipək yolunun bu hissəsi boĢaldı. O tarixdən XIX əsrin əvvəllərinə qədər 
bu  əarazi  bir  dağılmıĢ  yer  kimi  təkcə  öz  qədim  tarixini  xatırladırdı.  Ġran-Rus 
döyüĢləri  nəticəsində  Türkəmənçay  müqaviləsi  ilə  (1828)  Araz  çayı  bir 
sərhəddə çevirdi. Rusiya və Ġran bu dönəmdə ən yüksək səviyədə  olan iqtisadi 
əlaqələrini elə ipək yolunun əski Culfadan keçən hissəsindən aparırdılar. Sərhəd 
zonası olmaq və önəmli iqtisadi yol üstə qərar tapmaq,  Culfanın bir daha bərpa 
olmasını  tələb  edirdi.  Bu  iĢ  iki  dövlət  əliylə    Arazın  hər  iki  tayında  reallaĢdı. 
Beləliklə  XIX  əsrin  ikinci  yarısında  Yeni    müsəlman  Culfalar  bərpa  olundu. 
Əvvəlcə  sərhəd  zərurətləri  olan  qaravulxana,  təzkirəxana,  gömrük,  çaparxana, 
teleqrafxana, mehmanxana  yarandı və dövlət adamları ailələri ilə sakinləĢdilər 
sonra  tacirlər,  müsafirlər  və  digər  iĢ  adamları    yeni  müsəlman  Culfalarını 
yaĢamaqlarını münasib gördülər. 
Rusiya  və  Ġran  dövlətləri  həmçinin  bu  qənaətə  çatdılar  ki,  iqtisadi 
əlaqələrin  inkiĢafının  bir  yolu  Naxçıvandan  Təbrizə  gedən  yolun 
sahmanlanması  ilə  mümkündür.  Ona  görə  bu  yolu  Ģose  etməyi  və  sonralar 
burada  dəmir  yol  icad  etməyi  planlayıb  gərçəkləĢdirmiĢdilər.  Yol  salmaq 
iĢlərində  Rusiya  qabaqcıl  idi  və  Ġran  o  zaman  iĢə  baĢlayırdı  ki,  Arazın  Ģimal 
hissəsindəki  yol  Culfaya  çatmıĢıdı.  Yeni  yolların  tikilməsi,  ipək  yolunun 
güclənməsi və yeni müsəlman Culfaların daha da abadlanmasına səbəb olurdu. 
Tezisdə  birici  əl  qaynaqlara  söykənərək  yeni  müsəlman  Culfaların 
yaranması  tarixi  və  onların  ipək  yolunun  bu  hissəsinin  güclənməsi  uğrunda 
apardıqları  rol  tədqiq  olunur.  Qaynaqların  böyük  qismi  Ġranda  nəĢr  olan  və 
Azərbaycan tədqiqatçılarına əl çatmaz fars dilli tarixi kitablar, səyahətnamələr,  
qəzetlər və arxiv sənədlərinin olması bu yazını Azərbaycan oxucusuna dəyərli 
edir. 
Açar sözlər: Culfa, sərhəd, Ġran, Rusiya, ipək yolu, XIX əsr 
 
 
 
 
 


Tezislər 
 
89 
XVIII – XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ NAXÇIVAN DĠYARINDA 
PAMBIQ PARÇA ĠSTEHSALI 
VĠDADĠ MURADOV                                                                                              
"Azər-Ġlmə" Xalçaçılıq Mərkəzi 
azerilme@gmail.com 
 
 
Yüzilliklər  boyu  özünün  yüksək  keyfiyyətli  və  müxtəlif  çeĢidli 
sənətkarlıq  məhsulları  ilə  Ģöhrət  qazanmıĢ  Naxçıvan  diyarı  həm  də  pambıq 
parça  istehsalının  mühüm  mərkəzlərindən  olmuĢdur.  Sənətin  bu  sahəsinin 
diyarda  geniĢ  yayılmasının  ən  baĢlıca  səbəblərindən  biri  pambıqçılığın  hələ 
qədim zamanlardan əhalinin əsas məĢğuliyyət sahələrindən birinə çevrilməsi və 
onun  miqyasının  yeni  dövrdə  daha  da  geniĢlənməsi  idi.  Əgər  Naxçıvan 
xanlığının  ərazisində  ildə  orta  hesabla  25-30  min  pud  pambıq  istehsal 
edilmiĢdisə,  artıq  XIX  əsrin  sonlarında  bu  məhsulun  istehsalı  Naxçıvan 
qəzasında 42 min puda, ġərur-Dərələyəz qəzasında isə 156.240 puda çatmıĢdı.
  
Diyarda  istehsal  edilən  pambıq  qonĢu  vilayətlərə  və  ölkələrə  ixrac  edilməklə 
yanaĢı, bölgənin özündə də toxuculuq sənətinin inkiĢafına güclü təkan verirdi. 
XVIII-XIX  əsrlərdə  Naxçıvan  və  Ordubad  Ģəhərləri  pambıq  parça  istehsalının 
əsas mərkəzləri hesab olunurdu. Bu Ģəhərlərdə toxucular həm emalatxanalarda, 
həm  də  ev  Ģəraitində  müxtəlif  növ  pambıq  parça  istehsal  edirdilər.  Pambıq 
parça toxuyanların sayı Naxçıvan Ģəhərində daha çox olub, XIX əsrin 20-30-cu 
illərində 40 nəfərə çatırdı. Diyarın Əlincəçay, Naxçıvan və Əylis mahallarının 
kəndlərində  də  pambıq  parça  istehsalı  geniĢ  vüsət  almıĢdı.  Arxiv  sənədləri 
əsasında  apardığımız  hesablamalara  görə,  bu  üç  mahalda  pambıq  parça 
toxuyanların  sayı  300  nəfərdən  artıq  idi.  Lakin  Rusiya  tərəfindən  iĢğal 
edildikdən  sonra  Naxçıvan  diyarında  xam  pambıq  istehsalı  artsa  da  pambıq 
parça istehsalı tənəzzülə uğradı. Rusiyada istehsal edilən ucuz fabrik məhsulları 
ilə rəqabət apara bilməyən yerli istehsalçılar müflisləĢməyə baĢladı. Elə bunun 
nəticəsi  idi  ki,  XIX  əsrin  60-cı  illərində  Naxçıvan  Ģəhərində  cəmi  7  nəfər 
toxucu  qalmıĢdı.  Naxçıvan  diyarında  istehsal  edilən  toxuculuq  məhsulları 
arasında bez parçalar üstünlük təĢkil edirdi. Burada toxunan müxtəlif naxıĢlı çit 
parçaların dünyada məĢhur olması haqqında Ö.Çələbi məlumat verir. XVIII əsr 
və XX əsrin əvvəllərində bölgədə təbii ağ rəngdə toxunan çit, mitqal, xam bez 
və  s.dən  boyama,  qələmkarlıq  və  basma  naxıĢ  üsulu  ilə  müxtəlif  növ  pambıq 
parçalar  hazırlanırdı.  Toxunma  texnologiyasına  və  boyandığı  rənglərə  görə 
pambıq parçaların Ģilə, qədək, codana, təfsilə, çadraĢan və s. növlərinin istehsalı 
daha geniĢ yayılmıĢdı. 
 
Açar sözlər:Naxçıvan, sənətkarlıq, məhsul, pambıq, istehsal, çit, mitqal, 
qələmkarlıq, basma naxıĢ  
 
 
 


Beynəlxalq  İpək Yolu  
 
 
90 
ZENGĠLAN KIZ KALELERĠ 
AYTEN MEHDĠYEVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti   
ayten-69@mail.ru 
 
Azerbaycan'ın sembolü sayılan Kız kaleleri türk halklarının yaĢadıkları 
bölgede  daha  yaygındır.  Bakü,  Nahçivan,  Zengilan,  ġamahı,  Gebele  vb. 
bölgelerde inĢa edilen Kız kaleleri genel özelliklerinin yanısıra, her bir bölgenin 
kendisine  has  özelliklerini  de  açık  Ģekilde  sergiliyorlar.  Bu  ise  eski  inançlar 
bazında  meydana  gelen  Kız  kalelerinin  oluĢumunu  bölgenin  ekonomik  ve 
kültürel  iliĢkilerinin  geliĢmesinin  sonucu  olarak  değerlendirmeye  olanak 
sağlıyor. ĠĢte ekonomik ve kültürel iliĢkilerin geliĢtirilmesi çeĢitli tarihi anıtların 
oluĢumu  ve  geliĢimi  için  önemlidir.  Bu  tür  anıtlardan  biri  de  Zengilan  Kız 
kaleleridir. 
Zengilan Kız kaleleri tarihinin araĢtırılması tarihi önem arz ediyor. Öyle 
ki, Bakü, Nahçivan, ġamahı, Gebele ve b. Kız kalelerinin tarihi belli derecede 
tetkik  edilmiĢtir.  Fakat  Zengilan  Kız  kalelerinin  tarihi  maalesef 
incelenmemiĢtir.  Diğer  taraftan,  Ermenistan  tarafından  iĢgal  edilmiĢ 
Azerbaycan  topraklarının  tarihinin  öğrenilmesi  bu  topraklarda  kalan  kültürel-
tarihi  anıtlarımızın  tamamen  hafızalardan  silinmesinin  önlenmesine  hizmet 
etmektedir ve her bir tarihçinin ana görevlerinden biridir. 
Eski  Zengezur  kazasının  içinde  bulunan  Ģimdiki  Zengilan  bölgesine 
dahil olan topraklar tarihi anıtları ile birlikte Azerbaycan'ın tarihi yapılarının bir 
parçasıdır  ve  kendisinin  zenginliği  ile  farklılık  arz  ediyor.  Burada  eski 
nekropollar,  serdabeler,  konut  kompleksleri  ve  burçlar  ile  birlikte  kaleler  de 
vardır.  Zengilan  kaleleri  içerisinde  Bartaz,  Emirhanlı  ve  Gumlag  köyleri 
çevresinde  Kız  kalelerini  özel  olarak  belirtmek  gerekiyor.  Genel  türk  tarihi 
anıtları  içerisinde  kendine  özgü  bir  yeri  olan  ve  eski  inançlarla  ilgili  oluĢan 
Zengilan  Kız  kaleleri  Azerbaycan'ın  diğer  Kız  kaleleri  ile  ortak  ve  farklı 
özelliklere  sahiptir.  Konunun  öğrenilmesi  sırasında  iĢte  bu  özelliklerin 
incelenmesi amaç edinmiĢtir. 
Zengilan  Kız  kalelerinin  tetkiki  sırasında  tarihi  olgu  ve  belgesel 
malzemelerin  karĢılaĢtırmalı  analizi,  olayların  belirli  bir  mekanla  birlikte 
karmaĢık Ģekilde, dünya tarihi bağlamında öğrenilmesine ağırlık verilmesi, aynı 
zamanda ortaçağ kaynakları ve modern dönem araĢtırmalarına referans edilmesi 
öngörülüyor.  Bu  zaman  elde  edilecek  sonuçların  diğer  Kız  kalelerinin  tetkiki 
sırasında varılan sonuçlarla karĢılaĢtırılması yapılacaktır. 
Böylece,  tarihe  canlı  tanıklık  yapan  kültürel  yapılar,  aynı  zamanda  Kız 
kaleleri zamanla kendi döneminin tarihi olaylarını gelecek kuĢaklara aktarır. Bu 
açıdan  onların  tarihinin  öğrenilmesi,  çeĢitli  bölgelerde  aynı  isimli  kalelerin 
oluĢmasının  nedenlerine  açıklık  getirilmesi  ve  elde  edilen  sonuçların 
karĢılaĢtırılması her zaman günceldir ve ilgi odağı oluyor. 
Açar sözlər: Kız kalesi, Zengilan, Zengezur, Bartaz, tarihi anıt, sembol   


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə