Tezislər
123
örnəkləri ilə zənginləĢmiĢdir. Həmin məsələdə XX yüzilliyin ikinci yarısında
Naxçıvan ədəbi mühitinə məxsus olan söz sənətkarlarının ədəbi dilimizə
xidməti unudulmamalıdır. Onların söz-ifadə yaradıcılığı prosesində müəyyən
qədər yeri və mövqeyi vardır. Bu baxımdan, Hüseyn Razi, Müzəffər Nəsirli və
Validə Hüseynovanın dili maraqlı faktlarla zəngindir.
Sözügedən sənətkarların dilində onların öz qələminə məxsus bir sıra
maraqlı ifadələr diqqəti çəkir. Məsələn, Hüseyn Razinin dilindəki
qəriblik
kölgəsi, səmimiyyət sədası, boyalanmış kəlmələr, çəkisizlər mühiti, sərhədləşən
həqiqət, söz horrası, iclas qazanı, can dəftəri, fikir damcıları, pəhriz kəfəni, küt
başların inadı, duyğu pəhrizləri, söz pəhrizləri, yalan körüyü, iftiralar örtüyü,
çəkişmələr mərəzi, mənəm-mənəm qərəzi, ütülü sətirlər, dəli qürur, fərəhlərin
günəş cazibəsi, ağılın, şüurun qızıl pulu, iməkləyən idrak, qulluğa dırmaşmaq,
alqışa bükülmüş tərif, söz sərgisi, yalanların yarışması, şübhə dəftəri, söz
qaşığı, namərd bazarı, könül aynası, çənə düşən ümid, nəfsin piylənən qarnı, və
s.; Müzəffər.Nəsirlinin dilindəki
büllur duz, söz baharı,
gecənin, gündüzün
rəssamı, yaşılköynək dərə, sevgidən xəcalət çəkmək, ovçu gözlər, daşları dələn
məhəbbət və sədaqət, minnətdar təbəssüm, lalələrdən bayraq tutmaq; Validə
Hüseynovanın dilindəki
gecənin nağıl dünyası, gənclik bağında xəfif külək
əsməsi, sevgi kəhkəşanı, məhəbbət dastanı (məcazi mənada) ifadələri uğurlu dil
faktlarındandır.
Açar sözlər:
Azərbaycan ədəbi dili, Hüseyn Razi,
Müzəffər Nəsirli,
Validə Hüseynova
AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠ TARĠXĠNDƏ XX ƏSRĠN II YARISINDA
NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠNĠN ROLU
(HÜSEYN RAZĠNĠN YARADICILIĞI ƏSASINDA)
QƏNĠRƏ ƏSGƏROVA
―Naxçıvan‖ Universiteti
asgerovaganira @gmail.com
Tarixin müxtəlif mərhələlərində yeni-yeni keyfiyyətlər, çoxcəhətli
inkiĢaf xüsusiyyətləri qazanan ədəbi dilimiz çağdas dövrümüzdə də inkiĢafını
davam etdirir, fərqli və maraqlı göstəricilər əldə edir. Ədəbi dilimizin
inkiĢafında ayrı-ayrı sənətkarların özünəxas rolu və yeri vardır. Onlar az və ya
çox dərəcədə bu dilin zənginləĢməsi istiqamətində müəyyən iĢlər görmüĢ,
sözlərdən istifadə bacarığına, söz demək, yeni söz və ifadələr yaratmaq
qabiliyyətinə görə ədəbi dilimizə öz töhfələrini vermiĢlər. Ümumiyyətlə, ədəbi-
bədii dilimiz söz sənətkarlarının dilindən kənarda qalan bir dil deyildir.
Azərbaycan ədəbi dilinin inkiĢaf və zənginləĢməsində onun ayrı-ayrı
bölgələrində fəalliyyət göstərən ədəbi mühitlərin də müəyyən qədər rolu vardır.
Həmin ədəbi mühitlərə məxsus olan söz sənətkarları öz yaradıcılıq örnəkləri,
Beynəlxalq İpək Yolu
124
ədəbi dilimizlə bağlı xidmətləri ilə dilimizin inkiĢaf və zənginləĢməsi
prosesində müəyyən qədər əmək sərf etmiĢlər. XX yüzilin ikinci yarısı
Naxçıvan ədəbi mühitinin özünəxas yeri və rolu olan söz sənətkarları
Azərbaycan ədəbi dilinin inkiĢaf və zənginləĢməsinə öz töhfələrini vermiĢlər.
Bu anlamda Ģair Hüseyn Razinin yaradıcılıq örnəkləri diqqəti çəkir. O,
Azərbaycan ədəbi dili tarixində öz imzası olan Ģairlərdəndir.
Özünəxas üsluba, sözyaratma tərzinə malik olan Hüseyn Razi
yaradıcılıq məziyyətləri ilə seçilmiĢ, Ģerimizin, dilimizin inkiĢafında mühüm
xidmətlər göstərmiĢdir.
AraĢdırmalar göstərir ki, sözügedən dövrdə Naxçıvan ədəbi mühitində
dilimizin məna dərinliklərindən istifadə etmək, onları üzə çıxarmaq, zəngin dil
xəzinəsinin bağlı qapılarına açar salmaqdan baĢqa, sözə qiymət verməklə, onun
məziyyətləri nəzərə çatdırılmıĢ, dil haqında maraqlı fikirlər söylənilmiĢ, söz və
ifadələrin üslub çalarları zəminində yeni-yeni ifadələr yaradılmıĢdır. Bu
baxımdan, aĢağıdakı misralar səciyyəvidir:
Sözün körüyü də, körükçüsü də
Tərif küləyindən havalanmasın.
Azərbaycan ədəbi dilinin hərtərəfli və dərindən araĢdırılmasında ayrı-
ayrı ədəbi mühit və simaların yaradıcılıq örnəklərinin tədqiqi maraqlı nəticələr
verir. Bu anlamda, Naxçıvan ədəbi mühitində yaranan maraqlı dil-üslub faktları
Azərbaycan ədəbi dilində seçkin örnəklərdəndir.
Açar sözlər:Naxçıvan,
ədəbi mühit, Hüseyn Razi,
ədəbi dil
QƏDĠM VƏ ORTA ƏSRLƏR DÖVRÜNDƏ NAXÇIVANDA
ƏDƏBĠYYATIN ĠNKĠġAF ĠSTĠQAMƏTLƏRĠ
RAMĠZ QASIMOV
AMEA Naxçıvan
Bölməsi
ramizasef@yahoo.com.tr
Sivilizasiyanın ilkin beĢiklərindən olan, Böyük Ġpək yolu üzərində
yerləĢən və geostrateji əhəmiyyətə malik olan Naxçıvan lap qədimlərdən
ədəbiyyatın inkiĢaf etdiyi məkan olub. Dövlət və dövlət tipli qurumların olması
da Naxçıvanda ictimai fikir, elm, mədəniyyət, ədəbiyyat və s. sahələrin
inkiĢafına Ģərait yaratmıĢdır. ġərqin görkəmli alim və ədəbi simalarından olan
Qətran Təbrizinin Naxçıvanda Əbu Düləf Deyraninin sarayında uzun
müddətlərlə yaĢayıb-yaratması da burada qədim dövrlərdən elmə, ədəbiyyata
qayğının olduğunu təsdiq edir. Azərbaycan Atabəylərinin hakimiyyəti
dönəmində Naxçıvanın paytaxt olması (1146-1161) isə burada inkiĢaf və
renessansın yaĢanmasına vəsilə olub. ―Ən müxtəlif tarixi dövrlərdə Naxçıvanda
yaĢayıb-yaratmıĢ Əcəmi Əbubəkr oğlu Naxçıvani, Qətran Təbrizi, Əsədi Tusi,
Kəmaləddin Naxçıvani, Əbubəkr ibn Xosrov, Əmirəddin Məsud, Cəmaləddin