MüNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq


Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi



Yüklə 470,91 Kb.
səhifə2/5
tarix04.02.2018
ölçüsü470,91 Kb.
#23641
1   2   3   4   5

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
2014-cü ildə qeyri-neft məhsullarının ixracında əsas yeri meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, plastmas və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar təşkil etmişdir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.20.38 pm.png
Qrafik 4.1.11.-dən göründüyü kimi meyvə-tərəvəz, alkoqollu və alkoqolsuz içkilərin ixracında illər üzrə artım müşahidə edilməsinə baxmayaraq, digər qeyri-neft məhsullarının ixracında azalma müşahidə edilir. Belə ki, hesabat ilində qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2013-cü il ilə müqayisədə 54,4%, pambıq mahlıcının ixracı 42,9% azalmışdır.
4.2. Neft Fondunun gəlirləri
2014-cü il Dövlət Neft Fondunun büdcəsinə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, tranzit haqları ilə bağlı ödənişlər, bonus ödənişləri, akrhesabı ödənişlər, Fondun vəsaitinin idarə edilməsindən əldə edilən gəlirlər və digər mənbələr üzrə ümumilikdə 12 731,0 milyon manat (16 231,3 milyon ABŞ dolları) məbləğində vəsait daxil olmuşdur.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.20.48 pm.png

Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. Hesabat ilində Dövlət Neft Fondunun gəlirlərinin 12 319,8 milyon manatı və ya 96,8%-i Azərbaycan Respublikasında dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq hasil edilmiş mənfəət neftinin satışından daxil olmuşdur. Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilmiş mənfəət neftinin və qazın satışı ilə əlaqədar Dövlət Neft Fonduna 15 118,7 milyon ABŞ dolları (155,9 milyon barel) məbləğində vəsait daxil olmuş və bu Neft Fondunun gəlirlərinin 93,1%-ni təşkil etmişdir. Neftin nəql edilməsi üzrə xərclər, bank, gömrük rəsmiləşdirməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən çıxıldıqdan sonra xalis vəsait Dövlət Neft Fonduna köçürülür.


Qlobal neft bazarından qeydlər
Xam neftin qiymətinin 5 il ərzində davamlı yüksəlişindən sonra 2014-cü ilin iyun ayında neftin qiyməti 115 ABŞ dolları səviyyəsinə çatmışdır. Lakin gözlənilmədən 2014-cü ilin ikinci yarımilliyində neftin qiyməti 55%-dək azalmışdır. Müxtəlif araşdırmalara görə neftin qiymətinin azalmasında əsasən aşağıdakı amillərin rol oynadığı qeyd edilir:

  • İqtisadi zəifləmə, enerji effektivliyinin artırılması və alternativ yanacaq növlərinə keçid nəticəsində xam neftə olan tələbatın azalması.




  • Ümumilikdə gündəlik istehsalı 4 milyon barelə çatan iki nəhəng neft istehsalçıları olan İraq və Liviya ətrafındakı münaqişələrin yaratdığı qeyri-sabit şəraitin hasilatın azalmasına qısamüddətli təsir etməsi. Belə ki, iyul ayında Liviya üsyançıları tərəfindən bir ildən artıq bağlı elan edilmiş iki əsas ixrac terminalı Es Sider və Ras Lanufun açılması nəticəsində Liviyanın neft ixracatı gözlənilmədən yüksəldi. Münaqişə yenidən alovlandıqda ölkənin xam neft istehsalı yenidən azalsa da, ixrac potensialı İraqın artan xam neft istehsalı hesabına kompensasiya edildi. Beynəlxalq Enerji Agentliyinə istinadən 2014-cü ilin sonuna dünyada neftə olan faktiki tələb faktiki təkliflə müqayisədə kəskin azalmağa başladı.




  • Son dörd il ərzində neftin qiymətinin 110 ABŞ dolları ətrafında olması neft hasilatçılarını Şimali Dakota və Texasda əvvəllər hasilatı qeyri-mümkün sayılan şist yataqlarını istismar etməyə, Kanadada isə Albertanın neftli qumlarından neft istehsal etməyə sövq etməsi.




  • Səudiyyəlilər və onların Körfəz müttəfiqlərinin Neft İxrac Edən Ölkələr Birliyi təşkilatının 27 noyabr 2014-cü il tarixində Vyanada keçirilən iclasında qiyməti tənzimləmək üçün öz bazar paylarını qurban verməmək qərarına gəlmələri. Büdcə və büdcənin “zərərsizlik nöqtəsi” neftin yüksək qiymətlərindən asılı olan Venesuela və İran kimi bəzi ölkələr karteldə hasilatın səviyyəsinin aşağı salınmasını təkid etdilər.

Neftin qiymətinin azalması neft idxal edən ölkələrin iqtisadiyyatlarına müsbət təsir etsə də, neft ixrac edən ölkələrin gəlirlərinin azalmasına səbəb oldu. Qrafik 1 bir çox neft ixrac edən ölkələrin büdcələrində müvazinət (“Zərərsizlik” nöqtəsinin) səviyyəsində Brent markalı neftin qiymətinin yüksək olduğunu göstərir.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.21.05 pm.png

Neftin qiymətinin kəskin ucuzlaşması ilə neft ixrac edən ölkələr büdcələrini yenidən nəzərdən keçirməli oldular. Əsas neft istehsalçıları 2015-ci il büdcələrində neftin qiyməti ilə bağlı proqnozlarını azaltdı. Səudiyyə Ərəbistanı öz büdcəsində neftin qiymətinin 55 ABŞ dolları ilə 63 ABŞ dolları (Brent ekvivalenti ilə 59 ABŞ dolları ilə 67 ABŞ dolları) arasında dəyişəcəyini proqnozlaşdırır. Həmçinin İran da 2015-ci ilin büdcəsində neftin bir bareli üçün proqnozunu 72 ABŞ dollarından 40 ABŞ dollarına qədər azaltdı. İraq isə öz büdcəsində neftin qiymətini 55 ABŞ dolları səviyyəsində saxlayır. Əksər Körfəz ölkələri 1 barel neftin 50 ABŞ dollarına satılacağını proqnozlaşdırır.

Neftin qiymətinin düşməsinin neft ixrac edən və idxal edən ölkələrə təsirləri müxtəlifdir. Əksər neft ixrac edən ölkələr 2015-ci il üçün proqnozlarını hazırlayarkən neftin qiymətini 80-90 ABŞ dolları aralığında dəyərləndirirdi. Azalan neft qiymətləri onların gəlirlərinin azalacağını və xərclərini yenidən gözdən keçirməyəcəkləri halda büdcədə kəsirin yaranacağını göstərir.




Zəngin strateji ehtiyatlara malik olan bəzi Körfəz ölkələri xərclərini azaltmadan büdcələrini kəsirsiz icra etmək imkanlarına malik olmalarına baxmayaraq, bu ölkələrin də böyük itki ilə üzləşəcəyi proqnozlaşdırılır. Dünya Bankının hesablamalarına görə, neftin qiyməti aşağı qalacağı halda Körfəz ölkələri ümumilikdə 215 milyard ABŞ dolları həcmində zərər ilə üzləşəcək və bu onların ÜDM-nin cəmindən 14% çoxdur. Liviya öz ehtiyatlarını 100 milyard ABŞ dollarına çatdırmasına baxmayaraq, neftin qiymətinin aşağı olacağı halda ehtiyatlarının 4 ilə tükənmə təhlükəsi ilə üzləşəcəkdir.

Neft ixrac edən ölkələrin əksinə olaraq neft idxal edən ölkələr bu vəziyyətdə udan tərəf kimi çıxış edirlər. Misir nümunəsində, neftin qiymətinin 50 ABŞ dolları səviyyəsində qalacağı halda enerji subsidiyasından bu ölkə 100,4 milyard Misir funtu və ya 13,2 milyard ABŞ dollarına qədər vəsaitə qənaət edəcək (neftin bir bareli 105 ABŞ dolları səviyyəsində proqnozlaşdırılırdı).



Mənbə:

http://www.vox.com/2014/12/16/7401705/oil-prices-falling
MEES, IMF, Citi Research (http://www.marketwatch.com/story/iran-venezuela-russia-may-face-pain-from-cratering-oil-prices-2014-12-01)
http://www.economist.com/blogs/economist-explains/2014/12/economist-explains-4
http://www.worldbank.org/en/news/feature/2015/01/29/who-gains-and-who-loses-from-plunging-oil-prices-in-the-middle-east-and-north-africa-region
http://www.bbc.com/news/business-29643612
https://www.gov.uk/government/publications/saudi-arabia-record-budget-for-2015/saudi-arabia-record-budget-for-2015



Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2014-cü ildə Dövlət Neft Fondunun vəsaitləri borc öhdəlikləri və pul bazarları alətləri, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirilmişdir. Dövlət Neft Fondunun vəsaitlərinin müxtəlif portfellərə investisiya edilməsindən ümumilikdə 387,2 milyon manat gəlir əldə edilmişdir. 2014-cü ildə investisiya portfelinin gəlirliliyi 1,52% təşkil etmişdir.
Bonus ödənişləri ilə bağlı daxilolmalar. Hesabat ilində neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Xəzər dənizinin Azərbaycan sektorunda “Şah-Dəniz” Perspektiv Sahəsinin daxil olduğu Dəniz Blokunun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişinin 31-ci maddəsinə əsasən sərmayəçilər tərəfindən ödənilmiş bonuslardan (mükafatlar) Neft Fonduna 13,3 milyon manat və ya 17 milyon ABŞ dolları vəsait daxil olmuşdur. Bonus ödənişlərinin məbləği vəsaiti köçürən qurumlar da göstərilməklə Cədvəl 4.2.1.-də təqdim edilmişdir.
Cədvəl 4.2.1. 2014-cü ildə Neft Fonduna bonus ödənişləri ilə bağlı daxilolmalar


Vəsaiti köçürən qurumun adı

Yatağın adı

Tarix

Məbləğ

ABŞ dolları

AZN

BP EKSPLOREYŞN (Azərbaycan)

 Şahdəniz

15.01.2014

4 819 677

3 781 037

STATOYL

 Şahdəniz

16.01.2014

4 819 677

3 781 037

NİKO

 Şahdəniz

16.01.2014

1 890 069

1 482 759

TOTAL İ ənd Pİ Azərbaycan Bi. Vi.

 Şahdəniz

17.01.2014

1 890 069

1 482 570

LUKOYL OVERSİZ (Şahdəniz)

 Şahdəniz

17.01.2014

1 830 538

1 435 874

TÜRKİŞ PETROLİUM OVERSİZ

 Şahdəniz

17.01.2014

1 647 484

1 292 286

LUKOYL OVERSİZ (Şahdəniz)

 Şahdəniz

23.01.2014

58 187

45 636

TÜRKİŞ PETROLİUM OVERSİZ

 Şahdəniz

24.01.2014

52 368

41 072

LUKOYL OVERSİZ (Şahdəniz)

 Şahdəniz

29.01.2014

1 344

1 054

TÜRKİŞ PETROLİUM OVERSİZ

 Şahdəniz

30.01.2014

1 210

949

Cəmi

 

17 010 623

13 344 274


Tranzit haqları ilə bağlı daxilolmalar. 2014-cü ildə Neft Fondunun digər daxilolma mənbəyini karbohidrogenlərin Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) təşkil etmişdir və bu gəlir maddəsi üzrə müxtəlif qurumlar tərəfindən Dövlət Neft Fonduna 8,9 milyon manat və ya 11,4 milyon ABŞ dolları səviyyəsində vəsait köçürülmüşdür. Vəsaiti köçürən qurumlar, məbləğ və tarix üzrə məlumatlar Cədvəl 4.2.2.-də təqdim edilmişdir.
Cədvəl 4.2.2. 2014-cü ildə Neft Fondunun tranzit haqları ilə bağlı daxilolmalar


Vəsaiti köçürən qurumun adı

Tarix

Məbləğ

mln. ABŞ dolları

mln. AZN

ABƏŞ*

14.01.2014

1,0

0,8

ABƏŞ

14.02.2014

1,0

0,8

ABƏŞ

13.03.2014

0,9

0,7

ABƏŞ

14.04.2014

1,0

0,8

ABƏŞ

14.05.2014

1,0

0,7

ABƏŞ

12.06.2014

0,7

0,5

ABƏŞ

14.07.2014

1,0

0,8

ABƏŞ

18.08.2014

1,0

0,8

ABƏŞ

12.09.2014

1,0

0,8

ABƏŞ

14.10.2014

1,0

0,8

ABƏŞ

13.11.2014

1,0

0,8

ABƏŞ

12.12.2014

0,8

0,6

Cəmi




11,4

8,9

* Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
Akrhesabı ödənişlər ilə bağlı daxilolmalar. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlərin ümumi məbləği 1,7 milyon manat və yaxud 2,1 milyon ABŞ dolları olmuşdur. Şirkətlər üzrə akrhesabı ödənişlər Cədvəl 4.2.3.-də göstərilmişdir.
Cədvəl 4.2.3. 2014-cü ildə Neft Fondunun akrhesabı ödənişlər ilə bağlı daxilolmaları


Vəsaiti köçürən qurumun adı

Yatağın adı

Tarix

Məbləğ

mln. ABŞ dolları

mln. AZN

BP Eksploreyşn (Azərbaycan)

Şəfəq-Asiman

25.06.2014

2,1

1,7

Cəmi




2,1

1,7


Digər gəlir və daxilolmalar. Hesabat ilində Dövlət Neft Fondunun digər gəlir və daxilolmaları 0,05 milyon manat təşkil etmişdir. Digər gəlirlər neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışı hesabına formalaşmışdır.


4.3. Neft Fondunun xərcləri
2014-cü ildə Dövlət Neft Fondunun büdcə xərclərinin maliyyələşdirilməsi üzrə 10 117,2 milyon manat (12 898,8 milyon ABŞ dolları) istifadə edilmişdir. Neft Fondunun büdcə xərclərinin strukturu Qrafik 4.3.1.-də təqdim edilir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.22.49 pm.png
Dövlət büdcəsinə transfert. Qrafik 4.3.1.-dən də göründüyü kimi Neft Fondunun xərclərinin əhəmiyyətli hissəsini dövlət büdcəsinə edilmiş transfertlər təşkil etmişdir. 2014-cü ildə Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə 9 337 milyon manat vəsait köçürülmüşdür. 2003-2014-cü illər ərzində dövlət büdcəsinə ümumilikdə 55 772 milyon manat vəsait transfert edilmişdir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.22.56 pm.png
Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi. Dövlət Neft Fondu ölkə əhəmiyyətli sosial və infrastruktur yönümlü, eləcə də strateji önəmi olan layihələrin maliyyələşdirilməsində xüsusi rol oynayır.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi. Qeyd edilən layihə Fondun maliyyələşdirdiyi əhəmiyyətli sosialyönümlü layihələrdən biridir. Bu layihə çərçivəsində qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşdırma şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq Dövlət Neft Fondunun 2014-cü il büdcəsindən 300 milyon manat vəsait ayrılmışdır. 2001-2014-cü illər ərzində bu tədbirlərin maliyyələşdirilməsi üçün 1 757,8 milyon manat vəsait xərclənmişdir. Ayrılmış vəsait hesabına 28 822 ailə üçün fərdi evlərdən ibarət 68 qəsəbə, hündürmərtəbəli binalar və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. 2014-cü ildə qeyd edilən tədbirlər çərçivəsində 6 qəsəbə və 3 məhəllədə 24 bina tikilərək 3419 məcburi köçkün ailəsi fərdi ev və mənzillərlə təmin olunmuşdur. Bundan əlavə 8 məktəb, 1 musiqi məktəbi, 8 uşaq bağçası, 4 tibb məntəqəsi, 2 ambulatoriya, 6 icma mərkəzi, 7 inzibati bina, 1 yerli icra hakimiyyətinin binası, 6 rabitə qovşağı, 16 su artezian quyusu, 25 su anbarı, 11 nasos stansiyası, 109 yüksək gərginlikli iri və kiçik transformatorlar, 3 elektrik yarımstansiyası, 81 km avtomobil yolları, 120 km içməli su xətti, 264 km elektrik xəttləri, 101 km qaz xətti, 10 km kanalizasiya sistemi və 486 hektar ərazidə irriqasiya sistemi olan sosial-mədəni infrastruktur obyektlərinin tikintisi tamamlanmışdır.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.23.03 pm.png

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. Azərbaycan Respublikasının Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu Layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında 2013-cü il 4 fevral tarixli 2698 nömrəli Sərəncamına əsasən nizamnamə kapitalı 1,9 milyard ABŞ dolları təşkil edən bu layihənin səhmlərinin 40%-i (760 milyon ABŞ dolları) Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. 2013-cü ildə Dövlət Neft Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 475 milyon ABŞ dolları (372,6 milyon manat) vəsait ayrılmış, qalan 285 milyon ABŞ dolları (223,5 milyon manat) həcmində hissə 2014-cü ildə ödənilmişdir. Neft Fondu tərəfindən bu layihədə Azərbaycan Respublikasının iştirak payına düşən hissə (760 milyon ABŞ dolları) tam olaraq maliyyələşdirilmişdir.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi. 2014-cü ildə Dövlət Neft Fondunun 80,2 milyon manat məbləğində vəsaiti Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2006-2014-cü illərdə ümumilikdə layihənin maliyyələşdirilməsinə 1 149,6 milyon manat vəsait ayrılmışdır.
Layihənin sifarişçisi olan Meliorasiya və Su Təsərrüfatı (AMST) ASC-nin sifarişlərinə əsasən 2014-cü ildə ayrılmış vəsaitin 21,48 milyon manatı Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisinə, 11 milyon manatı Taxtakörpü-Ceyranbatan kanalının tikintisinə, 3,27 milyon manatı Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə, 2,59 milyon manatı “Taxtakörpü su anbarın tikintisi” obyekti üzrə yanaşma yollarının tikintisinə, 0,5 milyon manatı layihə işçi qrupunun saxlanılmasına, 0,68 milyon manatı “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” obyekti üzrə işçi-layihə və tender sənədlərinin hazırlanmasına, 22,66 milyon manatı həmin obyektin tikintisinə, 4,63 milyon manatı “Şabran, Siyəzən və Xızı rayonlarının su təminatı” obyektinin texniki layihəsinin və tender sənədlərinin hazırlanmasına və 13,41 milyon manatı Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi çərçivəsində görülən işlərə ayrılmışdır.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Tахtаkörpü su аnbаrı, Vəlvələçаy-Tахtаkörpü və Tахtаkörpü-Cеyrаnbаtаn kаnаllаrının tikintisi bаşа çаtdırılmış və AR Prеzidеntinin iştirаkı ilə 28 sеntyаbr 2013-cü il tаriхində açılış mərаsimi keçirilmişdir. AMST ASC–nin 08 may 2014-cü il tarixli 019Ü nömrəli əmri ilə Dövlət Qəbul Komissiyası yaradılmış və Komissiyanın 12 noyabr 2014-cü tarixli aktı ilə Taxtakörpü su anbarı su elektrik stansiyası ilə birgə tikintisi obyekti, Taxtakörpü su anbarına yanaşma avtomobil yollarının tikintisi, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanalları istismara qəbul edilmişdir.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. Əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirmək, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Avropa və Asiyaya çıxarılmasını təmin etmək olan layihə çərçivəsində Türkiyə ərazisində 76 km və Gürcüstan ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün Neft Fondunun 2014-cü il büdcəsindən 72,7 milyon ABŞ dolları və ya 57,1 milyon manat vəsait yönəldilmişdir. Ümumilikdə 2007-2014-cü illər ərzində layihənin maliyyələşdirilməsinə 536,6 milyon ABŞ dolları vəsait ayrılmışdır.
Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalında Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. Azərbaycan Respublikasının Prezidentinin 25.02.2014 tarixli Sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə ARDNŞ tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i ARDNŞ-ə məxsus olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti təsis edilmişdir. Sərəncamın 2.1.-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Dövlət Neft Fonduna, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılmışdır. Dövlət Neft Fondu tərəfindən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə 40,0 milyon manat (51 milyon ABŞ dolları) məbləğində vəsait 2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinin hesabına köçürülmüşdür.
İnsan kapitalının inkişaf etdirilməsi
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi. Dövlət Neft Fondu tərəfindən “Qara qızılın insan kapitalına” çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi həyata keçirilir. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişlərinə əsasən Dövlət Neft Fondundan Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə ayrılmış ümumilikdə 33,5 milyon manat vəsaitin 16,5 milyon manatı yaşayış, 15,2 milyon manatı təhsil, təqribən 1 milyon manatı yol, 0,5 milyon manatı tibbi sığorta, 0,3 milyon manatı viza və qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilmişdir. 2008-2014-cü illər ərzində Dövlət Neft Fondu tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 121,3 milyon manat məbləğində vəsait ayrılmışdır. 31 dekabr 2014-cü il tarixinə Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 2867 nəfər təşkil edir.

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.23.12 pm.png


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.23.18 pm.png
Neft Fondunun büdcədənkənar xərcləri. 2014-cü ildə valyuta məzənnələrinin və qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Dövlət Neft Fondunun büdcədənkənar xərcləri 1 611,9 milyon manat təşkil etmişdir.



  1. İNVESTİSİYALAR


5.1. İnvestisiya Strategiyası
Neft Fondunun investisiya strategiyasının əsasını irihəcmli itkilərin minimuma endirilməsi şərtilə münasib gəlirliliyin əldə edilməsi təşkil edir. Portfelin maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiyasının təmin edilməsi, eləcə də makroiqtisadi mühitin daimi təhlili bu məqsədə nail olmağa və sabit nəticələr əldə etməyə xidmət edən amillərdəndir.
Fondun investisiya fəaliyyətinin hüquqi bazasını təyin etmək və yüksək şəffaflığın təmin edilməsi məqsədilə dövlət tərəfindən Fondun vəsaitlərinin idarə edilməsinin əsas prinsip və istiqamətləri müəyyənləşdirilmişdir. Fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Qaydaları) və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə illik əsasda təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə əsasən idarə olunur.
İnvestisiya Qaydaları Fondun vəsaitlərinin idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir. Belə ki, qeyd olunan İnvestisiya Qaydaları vəsaitlərin maliyyə alətlərinə və valyutalara görə bölgüsünü, investisiya alətləri üzrə məhdudiyyətləri, xarici menecerlərə qarşı olan tələbləri, eləcə də Fondun tərəf müqabilləri (kastodial banklar, müxbir banklar və s.) ola biləcək qurumların minimal kredit reytinq dərəcələrini müəyyənləşdirir.
İnvestisiya Siyasəti Fondun investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi (bençmark) və risk hədlərini müəyyən edir.
Fondun uzunmüddətli hədəflərinə uyğun olaraq, portfelin investisiya alətlərinə görə bölgüsü illik əsasda nəzərdən keçirilir və təsdiqlənir. 2014-cü il İnvestisiya siyasətinə əsasən investisiya portfeli aşağıdakı alt portfellərdən ibarət olmalıdır:

  • borc öhdəlikləri və pul bazarları alətləri portfeli – investisiya portfelinin məcmu dəyərinin minimum 80 faizi;

  • səhm portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 10 faizi;

  • daşınmaz əmlak portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;

  • qızıl portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi.

2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Fondun investisiya portfelinin 87,5%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5%, 2,9%, 3,1%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olmuşdur.



\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.23.27 pm.png
Neft Fondunun investisiya portfelinin 50%-i ABŞ dolları, 35%-i Avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərdə, digər 10%-i isə İnvestisiya Siyasətində göstərilən digər valyutalarda yerləşdirilmişdir.
Sabit gəlirli kağızlar və pul bazarları alətləri üçün seçilmiş hədəf gəlirliliyi 3 aylıq LİBOR faiz dərəcəsi (Avro-da ifadə olunan aktivlər üçün 3 aylıq EURİBOR faiz dərəcəsi), cari səhm portfelinin hədəf gəlirliliyi isə “MSCI World” indeksi olaraq müəyyən edilmişdir.
Neft Fondunun investisiya fəaliyyətində inkişaf tendensiyası
Neft Fondunun investisiya siyasəti onun fəaliyyətinin ilkin dönəmlərindən etibarən daha konservativ meyllərlə xarakterizə olunmuşdur. Vəsaitlərin həcminin sürətli artımı, investisiya sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, Fondun fəaliyyətində maraqlı tərəflərin maliyyə risklərinə olan dözümlülüyündəki dəyişikliklərin fonunda 2012-ci ildən etibarən investisiya portfelinə bir sıra yeni aktivlərin əlavə olunmasına başlanılmışdır. Bu istiqamətdə Fondun portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni maliyyə alətləri əlavə edilmişdir. Bununla yanaşı, Fond bir sıra özəl səhm fondlarına investisiya qoyuluşları həyata keçirmişdir. Uzunmüddətli dövr üçün nəzərdə tutulan investisiya strategiyası çərçivəsində bundan sonrakı müddətdə də portfelin yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində müvafiq işlərin həyata keçirilməsi planlaşdırılır.
İnvestisiya fəaliyyəti
Cədvəl 5.1.1. Neft Fondunun investisiya fəaliyyətinin cari istiqamətlərini cəmləşdirir.
Cədvəl 5.1.1. İnvestisiya forması


Qlobal aktiv növləri

Portfelə daxil olan aktiv növləri

Həyata keçirilən strategiya

Həyata keçirilmə metodları

Ənənəvi

Səhmlər

Qlobal səhm bazarlarına investisiya

“MSCI World” indeksinə (xarici menecerler vasitəsilə) və S ənd P 100 indeksinə (birbaşa) investisiyalar, VTB Bankda strateji səhm payı

Sabit gəlirli qiymətli kağızlar

İstiqrazlara, pul bazarları alətlərinə investisiya

Dövlət, agentlik və korporativ investisiya dərəcəli sabit gəlirli qiymətli kağızların və pul bazarları alətlərinin alınması

Alternativ

Özəl səhmlər

Özəl səhm fondlarına investisiya

Beynəlxalq Maliyyə Korporasiyası Aktivlərin İdarə edilməsi Şirkəti tərəfindən idarə olunan fondlara investisiya

Daşınmaz əmlak

Kommersiya təyinatlı daşınmaz əmlaka birbaşa investisiya

Moskva, London, Paris və Seulda investisiyalar

Əmtəə

Fiziki əmtəə bazarına investisiya

Qızıl külçələrinə investisiya


Daxili idarəetmədə olan vəsaitlər
Neft Fondunun qarşısında duran prioritet məsələlərdən biri məhz ölkədə vəsaitlərin idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqi və təşviqinin həyata keçirilməsidir. Fond üçün bu istiqamətdə lazımi bilik və təcrübənin əldə olunması ilə tədricən bütün vəsaitlərin daxildən idarə edilməyə keçirilməsinin təşkili xüsusi əhəmiyyətə malikdir. İnvestisiya portfelinin 95,56%-i daxildən idarə olunur.
Xarici menecerlər tərəfindən idarə olunan vəsaitlər
2014-cü ilin nəticələrinə əsasən Neft Fondunun investisiya portfelinin 4,44%-i xarici menecerlər tərəfindən idarə edilir. ARDNF-nin vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə etməsi, onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanması, o cümlədən qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.
Neft Fondunun vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:

  • Dünya Bankı – Neft Fondunun aktivlərinin təxminən 223 milyon ABŞ dollarına (0,60%) bərabər hissəsini idarə edir.

  • Deutsche Bank Advisors – Neft Fondunun aktivlərinin təxminən 99 milyon ABŞ dollarına (0,27%) bərabər hissəsini idarə edir.

  • UBS Asset Management – Neft Fondunun aktivlərinin 664 milyon ABŞ dollarından (1,79%) artıq hissəsini idarə edir.

  • State Street Global Advisors (SSgA) – Neft Fondunun aktivlərinin 662 milyon ABŞ dollarından (1,79%) artıq hissəsini idarə edir.



\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.23.35 pm.png

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.23.41 pm.png

5.2. Neft Fondunun İnvestisiya Portfeli

Makroiqtisadi vəziyyət

Qlobal iqtisadi artımda fərqlilik

2014-cü il alıcılıq qabiliyyəti paritetində artımın 3%-dən aşağı olması ilə, qlobal iqtisadi artımda stabilləşmə ili kimi səciyyələnir. İqtisadi artım ölkələr arasında qeyri-bərabər olmuşdur, belə ki, Amerika Birləşmiş Ştatları başda olmaqla inkişaf etmiş ölkələrin iqtisadi artımı inkişaf etməkdə olan ölkələrin iqtisadi artımını nisbətən üstələmişdir. İnkişaf etmiş ölkələrdən, xüsusilə Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq median göstəricisini üstələyərək 2,5-3% aralıqda iqtisadi artım nümayiş etdirmiş və iqtisadi dövrün genişlənmə fazasına daxil olmuşlar. Deflyasiya təzyiqləri və əmək bazarındakı çətin vəziyyətlə əlaqədar olaraq Avrozonada ümumilikdə il ərzində aşağı göstərici olan 1% civarında artım qeydə alınmışdır. Avrozona daxilində də iqtisadi artım qeyri-bərabər olmuşdur: Almaniya və İspaniya 1,5% iqtisadi artım sərgilədiyi halda, Fransada iqtisadi artım 0,4% civarında olmaqla iqtisadiyyatda durğunluq dövrü yaşanmış, İtaliyada isə iqtisadi artım -0,4 % olmaqla tənəzzül yaşanmışdır. Yaponiya maliyyə bazarlarını ilin ikinci və üçüncü rüblərində iqtisadi artımda azalma qeydə alınmaqla təəccübləndirmişdir. Bu azalma əsasən istehlak vergisindəki artım və bunun nəticəsi olaraq daxili istehlakın azalması ilə izah oluna bilər. Çindəki iqtisadi artım templərinin tədricən azalması nəticə etibarilə regional ticarətin və neft daxil olmaqla əmtəə məhsullarına olan tələbatın azalması sayəsində inkişaf etməkdə olan ölkələrin iqtisadi artımına mənfi təsir etmişdir. Digər tərəfdən Neft İxrac Edən Ölkələr Birliyinin neft hasilatına dair təklifinin dəyişməməsi və Amerika Birləşmiş Ştatlarında şist nefti istehsalı sahəsindəki irəliləyişlər nəticə etibarilə neftin qiymətinə mənfi təsir edərək ilin sonuna 40% azalmasına gətirmişdir.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.24.04 pm.png
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.24.10 pm.png



Mərkəzi bankların pul siyasəti

Qeyd etmək lazımdır ki, qlobal iqtisadi artım hələ də mərkəzi banklar tərəfindən (xüsusi ilə Federal Rezerv (Fed) və Yaponiya Mərkəzi Bankı) çox böyük miqdarda olan likvidliyin dövriyyəyə buraxılması sahəsində stimullaşdırılır. 2014-cü il monetar siyasətin qeyri-sinxronlaşdırılması dövrü kimi əlamətdar olmuşdur. Belə ki, Fed özünün kütləvi kəmiyyət yumşaldılması siyasətinə dair proqramının sona yetdiyini və son altı ildə ilk dəfə olaraq faiz dərəcələrinin artırılmasına hazırlaşdığını bəyan etmişdir. Bu arada, dünyanın üçüncü ən böyük iqtisadiyyatına sahib olan Yaponiya aprel ayında istehlak vergisinin artırılması nəticəsində yaranmış vəziyyətlə əlaqədar olaraq qısa zamanda tənəzzül dövrünə daxil olduqdan sonra oktyabr ayında özünün yumşaq monetar siyasətini yeniləmək məcburiyyəti ilə üz-üzə qalmışdır. Çox uzunmüddətli maliyyələşdirmə əməliyyatı vəsaitlərinin vaxtından əvvəl geri qaytarılması ilə əlaqədar olaraq Avropa Mərkəzi Bankının balansındakı aktivlərin azalması müşahidə olunmuşdur. Pul siyasəti sahəsində, Avropa Mərkəzi Bankı əsas uçot faiz dərəcəsinin azaldılması, hədəflənmiş uzunmüddətli maliyyələşdirmə əməliyyatlarında bankların iştirak sistemi, maliyyə bazarlarında zəmanətli istiqrazların birbaşa alınması kimi bir çox qeyri-ənənəvi intervensiyalar həyata keçirmişdir. İnkişaf etməkdə olan ölkələrdə pul siyasəti tamamilə fərqli olmuşdur. Belə ki, Rusiya və Braziliya əsas uçot faiz dərəcəsini müvafiq olaraq 17,5%-ə, 11,25%-ə qaldırdığı halda, Çin və Hindistan inflyasiyanın dinamikasının səngiməsini və daxili iqtisadiyyatda artım tepminin azalmasını əsas gətirərək əsas uçot faiz dərəcəsini azaltmışdır.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.24.42 pm.png

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.24.47 pm.png


Amerika Birləşmiş Ştatları – 2014-cü ildə qlobal inkişafın lideri

2014-cü il ABŞ ili kimi təsnif oluna bilər. Belə ki, əksər dünya ölkələrinin və xüsusilə böyük onluq ölkələrinin valyutalarının ABŞ dollarına nisbətən ucuzlaşması qeydə alınmışdır. Yüksək korporativ satışlar və artan istehlak xərcləri sayəsində ABŞ-ın səhm bazarlarında artım müşahidə olunmuşdur. Avrozona və Yaponiya kimi ölkələrdə gəlirliliyin azalması investorları öz vəsaitlərini ABŞ-ın yaxşı gəlirlilik göstərmiş dövlət istiqrazlarına yönəltməyə sövq etmişdir ki, bu da həmin istiqrazların qiymət artımı ilə nəticələnmişdir. Neftin qiymətinin, nəticə etibarilə qazın və yanacağın qiymətinin aşağı olması ABŞ-ın istehlakçılarına və bəzi istehsal sahələrinə müsbət təsir etmişdir. İlin sonuna işsizlik səviyyəsi 5,7% civarında olmuşdur və əmək haqqı sahəsindəki ödəmələrə dair göstəricilər təhlilçilərin bu sahədə mövcud olan optimist gözləntilərini doğruldur.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.24.54 pm.png
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.01 pm.png

Sabit gəlirli qiymətli kağızlara investisiya
Almaniyada tarixi olaraq ən aşağı gəlirlilik
10 illik Almaniya dövlət istiqrazlarının gəlirlilik dərəcəsi 2014-cü il ərzində 2%-dən təxminən 0,6%-dək enmişdir. Nominal gəlirlərdəki davam edən azalma əsas olaraq Avrozonadakı inflyasiya gözləntilərinin aşağı düşməsi ilə izah olunur. Avrozona regionu üçün inflyasiya gözləntilərinin əsas göstəricisi olan 5 illik forvard 5 illik inflyasiya svop dərəcəsi neftin qiymətinin oynaması nəticəsində özünün ən aşağı səviyyəsinə enmişdir. Almaniyanın 10 illik dövlət istiqrazlarının nominal gəlirliliyi ilə inflyasiyadan qorunan qiymətli kağızlarının gəlirliliyi arasındakı fərq ən aşağı səviyyə olan 1,7% civarında olmuşdur. Mənfi iqtisadi vəziyyət, Avropa Mərkəzi Bankının yeritdiyi yumşaq pul siyasəti, Yunanıstan ilə bağlı gözləntilər və Rusiya bazarlarındakı vəziyyət nəticə etibarilə Almaniyanın dövlət qiymətli kağızlarının gəlirliliyinə təsir edən digər əsas amillər olmuşlar.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.07 pm.png


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.13 pm.png
Gəlirlilik əyrilərində yastılaşma

Böyük yeddiliyə daxil olan ölkələrin bəzilərində gəlirlilik əyriləri 2014-cü il ərzində inflyasiya gözləntilərinin aşağı düşməsi nəticəsində yastılaşmışdır. 10 illik-2 illik spred (10 illik və 2 illik dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərqin göstəricisi) ABŞ-da 265 baza dərəcəsindən azalaraq 150 baza dərəcəsinə, İngiltərədə isə 250 baza dərəcəsindən azalaraq 130 baza dərəcəsinə düşmüşdür. Bu azalma Almaniya üçün daha diqqətəlayiq olmuşdur. Belə ki, 10 illik-2 illik spredlər 180 baza dərəcəsindən 65 baza dərəcəsinə qədər azalmışdır.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.20 pm.png

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.25 pm.png


Avrozonada periferik ölkələrin daha üstün göstəriciləri
2014-cü ildə periferik istiqrazlarının spredlərində enmə müşahidə olunmuşdur. Nəticə etibarilə, Almaniya kimi əsas istiqraz öhdəliklərinə nisbətdə daha yaxşı göstəricilər qeyd olunmuşdur. 2014-cü ilin əvvəlində İtaliya-Almaniya dövlət istiqrazlarının 10 illik gəlirlilik spredi 220 baza dərəcəsi təşkil etdiyi halda, ilin sonuna azalaraq 140 baza dərəcəsi təşkil etmişdir. Bu il ərzində İspaniya dövlət istiqrazlarının 10 illik spredi 65 baza dərəcəsi azalmışdır. Yunanıstan dövlətinin istiqrazları yeganə istisna hal təşkil etmişdir. Bu dövlətin istiqrazlarının gəlirlilik spredləri mövcud qeyri-müəyyən siyasi vəziyyətin nəticəsi olaraq 200 baza dərəcəsi artmışdır. 2014-cü il gəlirlilik spredlərindəki bu yaxınlaşma əsas olaraq periferik ölkələrin iqtisadiyyatındakı canlanmanın ilkin siqnalları, Avropa Mərkəzi Bankının iqtisadi göstəricilərə dair sərgilədiyi çevik reaksiyalar və 2015-ci il ərzində tam kəmiyyət yumşaldılmasına keçid ilə bağlı gözləntilərin artması sayəsində yaranmışdır.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.34 pm.png

ARDNF-nin sabit gəlirli qiymətli kağızlara investisiyası
2014-cü il ümumilikdə kredit spredlərinin daha aşağı səviyyədə stabilləşməsi və əksər inkişaf etmiş ölkələrdə gəlirlilik əyrisinin yastılaşması ilə səciyyələnmişdir. ARDNF mövcud bazar mühitində münasib risk götürməklə mümkün olan ən yuxarı gəlirliliyi əldə etməyə çalışmışdır. Fond aşağı (bir çox hallarda mənfi) gəlirlilik göstərən suveren dövlətlər, agentliklər və beynəlxalq təşkilatların buraxdıqları istiqrazların portfeldəki çəkisini aşağı salaraq, daha yuxarı gəlirlilik göstəricilərinə malik maliyyə sektoru və korporativ istiqrazların çəkisini artırmışdır. Mövcud investisiya imkanlarının məhdudluğu və gəlirlilik göstəricilərinin azalması, nəticə etibarilə investisiya portfelindəki qısamüddətli kommersiya kağızlarının da payının azalmasına səbəb olmuşdur.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.41 pm.png

Hesabat ilində ARDNF sabit gəlirli qiymətli kağızlar portfelinin regionlar üzrə diversifikasiyası siyasətini davam etdirmişdir. Fond digər regionlarla müqayisədə daha az gəlirlilik göstərən və inkişaf baxımından daha az perspektivləri olan Avropa regionunun portfeldəki çəkisini 52,67%-dən 39%-dək azaltmışdır. Bununla belə, ilin sonuna Avropa regionu portfelin hələ də ən böyük hissəsini təşkil etmişdir. Şimali Amerika, Asiya/Sakit Okean hövzəsi və inkişaf etməkdə olan ölkələr portfeldə çəkisi artan regionlar olmuşdur. Buna səbəb kimi Avropa ilə müqayisədə bu regionlarda iqtisadi inkişaf və gəlirlilik göstəricilərinin daha yüksək olmasını göstərmək olar. İl ərzində Şimali Amerika regionunun payı 19,37%-dən 25%-dək artırılmışdır. 2014-cü il ərzində inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında dövriyyədən çıxmış kapitalın yenidən geri qayıtması müşahidə olunmuşdur ki, bu da öz əksini ARDNF-nin bu regiona olan payının əvvəlki ilə nisbətən 15%-dən hesabat ilinin sonuna 21%-dək artırılmasında tapmışdır.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.46 pm.png
Neft Fondu qiymətli kağızlar bazarında spredlərin daha da azalmasından və gəlirlilik əyrilərinin yastılaşmasından faydalanmaq məqsədilə 2014-cü ildə investisiya portfelində sabit kuponlu qiymətli kağızların payını əvvəlki ilə nisbətən 43%-dən 53%-dək artırmışdır. Aşağı gəlirlilik şəraitinə baxmayaraq, Neft Fondu öz xərc öhdəliklərini (büdcəyə köçürmələr və s.) vaxtlı-vaxtında icra edə bilmək məqsədilə pul bazarları alətlərinə olan investisiyalarının həcmini 8% civarında saxlamışdır. Sabit gəlirli qiymətli kağızlar portfelini faiz dərəcələrindəki dəyişikliklər zamanı yarana biləcək mənfi təsirlərdən qorumaq məqsədilə portfelin ümumi dürasiyası qısa olaraq saxlanılmışdır.

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.52 pm.png
ARDNF sabit gəlirli qiymətli kağızlar portfelində müxtəlif sektorlar üzrə yüksək diversifikasiyanı təmin etmişdir. Ən yüksək paya malik sektorlar maliyyə, sənaye, zəruri tələbat malları, qeyri-zəruri tələbat malları (müvafiq olaraq 29%, 17%, 11% və 11%) sektorları olmuşdur.

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.25.57 pm.png


Səhm investisiyaları
2014-cü il ərzində inkişaf etmiş ölkələrdə mərkəzi banklar tərəfindən aparılan monetar siyasət ekspansionist xarakter daşımışdır. Qeyd olunan siyasət Avrozonada özünü sıfır faiz dərəcəsi siyasətinin saxlanılması, Yaponiyada isə dövlət tərəfindən istiqraz aktivlərinin alınması formasında göstərmişdir. Ümumilikdə isə il ərzində iqtisadi artım tempinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında sabitləşməsi tendensiyası müşahidə olunmuşdur.
İl ərzində dolların əhəmiyyətli dərəcədə dəyər qazanmasına baxmayaraq, ABŞ səhm bazarları olduqca yüksək gəlirlilik nümayiş etdirmişdir (+11,39% illik gəlirlilik, S ənd P 500 indeksi). Xüsusilə, ilin ikinci yarısı ərzində investorların ABŞ iqtisadiyyatına olan inamının artması ilə səhm bazarlarında əhəmiyyətli yüksəlmə qeydə alınmışdır. Belə ki, yüksək korporativ gəlirlər və makroiqtisadi göstəricilər səhmlərin davamlı olaraq yüksək dəyərləndirilməsi ilə müşayiət olunmuşdur. Ümumilikdə ABŞ bazarında iri şirkətlərin səhmləri kiçik şirkətlərin səhmlərinə, artım səhmləri isə dəyər səhmlərinə nisbətən daha yaxşı gəlirlilik göstərmişdir.
Avropa bazarları 2014-cü il ərzində qənaətbəxş gəlirlilik əldə etmişdir (+1,2% illik gəlirlilik, STOXX 50 indeksi). İl ərzində Yunanıstanda baş verən borc böhranı, o cümlədən Şərqi Avropa bölgəsində mövcud olan qeyri-stabil siyasi vəziyyət Avropada iqtisadi artıma mənfi təsir göstərmişdir.
Yaponiyada Shinzō Abe hökuməti tərəfindən aparılan iqtisadi siyasətə bağlı olaraq əvvəlki dövrlərdə müşahidə olunan yüksək iqtisadi artım templəri ilin ilk yarısında istehlak vergisində baş verən artım ilə zəifləmişdir. Yaponiya səhm bazarının aparıcı indeksi olan “Nikkei 225” il ərzində +4% gəlirlilik dərəcəsi göstərmişdir.
2014-cü il ərzində inkişaf etməkdə olan ölkələrdə olduqca fərqli iqtisadi tendensiyalar müşahidə olunmuşdur. İl əzrində Çin və Hindistan yüksək nəticə göstərdiyi halda Rusiya və Braziliyada olduqca aşağı artım müşahidə olunmuşdur.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.06 pm.png
Səhm portfeli
2014-cü ilin sonuna səhmlərin ümumi portfeldə həcmi əvvəlki illə müqayisədə 3,9%-dən 6,2%-ə qalxmışdır. İl ərzində Fondun ümumi səhm portfelinin gəlirliliyi 8,8% təşkil etmişdir. Fond öz səhm portfelinin volatilliyinin azaldılması məqsədi ilə portfelin böyük hissəsini inkişaf etmiş səhm bazarlarının aparıcı göstəricisi hesab olunan “MSCI World” indeksinə investisiya etmişdir və bu indeksin bençmark olaraq seçildiyi passiv idarə edilən səhm portfeli il ərzində 5,4% gəlirlilik göstərmişdir.
Fond Rusiyanın dövlət tərəfindən idarə olunan və aparıcı banklarından biri olan VTB Bankda əhəmiyyətli səhm payına sahibdir. İlin sonuna VTB Bankın səhmlərindən olan gəlirlilik rublda 38% təşkil etmişdir.
2014-cü ilin sonu daha bir hadisə ilə əlamətdar olmuşdur. Belə ki, Fond S ənd P 100 indeksinin bençmark olaraq seçildiyi daxili idarəetmədə olan səhm portfelinə 100 milyon ABŞ dolları həcmində investisiya etmişdir. Qeyd olunan indeks ABŞ iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən 101 aparıcı iri şirkətin səhmlərindən ibarət olmuşdur.
Özəl səhm
2014-cü il üzrə özəl səhm bazarlarına ümumi baxış
2014-cü il özəl səhmlər sahəsində qənaətbəxş il olmuş və 1000 özəl səhm fondu tərəfindən cəlb olunmuş 500 milyard ABŞ dolları ekvivalentində kapital həcmi ilə səciyyələnmişdir. Hazırda bu sahədə yatırım edilmiş aktivlərin ümumi bazar dəyəri 3,8 trilyon ABŞ dollarına bərabərdir. Ötən əməliyyat ili eyni zamanda satınalmalar üzrə ixtisaslaşmış özəl səhm fondlarının portfelinə daxil olan 1600 investisiyanın reallaşdırılması nəticəsində daxilolmaların məcmu həcminin 430 milyard ABŞ dollarına bərabər rekord həddə çatması ilə müşaiyət olunmuşdur. Vençur kapital fondları ümumilikdə 86 milyard ABŞ dolları dəyərində 7475 maliyyələşmə əməliyyatı həyata keçirmişlər. Cəlb olunmuş kapitalın yatırım olunmayan hissəsinin çoxalması tendensiyası 2014–cü ilin ən çox müzakirə olunan problemlərindən birinə çevrilmişdir. Sözügedən yatırılmamış kapital problemi özəl səhm fondları arasında investisiya layihələrinin əldə olunması sahəsindəki rəqabəti artırmışdır. 2014-cü il ərzində yatırılmamış kapitalın çəkisi 128 milyard ABŞ dolları həcmində çoxalaraq ilin sonuna ümumilikdə 1 trilyon ABŞ dollarından yuxarı həddə çatmışdır.

Özəl səhmlər portfeli
Hal-hazırda Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyası Aktivlərin İdarə edilməsi Şirkəti (BMK AİŞ) tərəfindən təşkil olunan üç əsas fonda kapital yatırımı həyata keçirmişdir. Sözügedən fondlar haqqında məlumat aşağıda verilmişdir:

  • BMK Afrika, Latın Amerikası və Karib Hövzəsi Fondu (ALAK Fondu) 2010-cu ildə təsis olunmuşdur və ümumi həcmi 1 milyard ABŞ dolları təşkil edir. Fond Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində müxtəlif sənaye sahələrinə səhm investisiyaları formasında yatırımlar həyata keçirir. İnvestisiya həyata keçirilən əsas ölkələr Argentina, Braziliya, Çili, Kolumbiya, Kot d`İvuar, Dominikan Respublikası, Keniya, Meksika, Trinidad və Tobaqo, Nigeriya və Uqandadır. Neft Fondunun ALAK Fondunda iştirak payı 100 milyon ABŞ dolları olmaqla 10% təşkil edir.

  • BMK Katalizator Fondu 2012-ci ildə fondlar fondu şəklində təşkil olunmuş və inkişaf etməkdə olan ölkələrin bazarlarında təbii resurslardan səmərəli istifadə yönümündə ixtisaslaşmış özəl səhm fondlarına kapital yatırımları həyata keçirir. Hal-hazırda Fondun ümumi həcmi 418 milyon ABŞ dolları təşkil edir. Neft Fondunun BMK Katalizator Fondundakı iştirak payı 50 milyon ABŞ dolları olmaqla 12% həcmində müəyyən olunmuşdur.

  • BMK Qlobal İnfrastruktur Fondu (QİF) 2013-cü ildə yaradılmışdır. Fond inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələri sahəsində səhm investisiyaları üzrə ixtisaslaşmışdır. Cari dövrə qədər QİF 1,2 milyard ABŞ dolları həcmində kapital cəlb etmişdir. Neft Fondunun QİF-də iştirak payı 16,67% olmaqla 200 milyon ABŞ dollarına bərabərdir.



\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.13 pm.png

\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.19 pm.png

Xəzər dənizində yeni müasir üzən qazma qurğusuna investisiya
2014-cü ildə Neft Fondu tərəfindən 192,8 milyon ABŞ dolları və yaxud 151,3 milyon manat vəsait Fondun bu layihədə iştirak payının (nizamnamə kapitalının) maliyyələşdirilməsinə yönəldilmişdir.
Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları təşkil edir. Layihə büdcəsinin vəsaitinin mənbəyi Layihə üzrə sifarişçi funksiyasını həyata keçirmək məqsədilə yaradılmış Azerbaijan Rigs MMC-nin 10%-i Dövlət Neft Şirkətinin və 90%-i Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşan nizamnamə kapitalıdır. Nizamnamə kapitalı Layihə üzrə bağlanmış podrat və subpodrat müqavilələrinə əsasən vaxtı çatan ödənişlərin edilməsi üçün lazım olan məbləğdə artırılmaqla mərhələli şəkildə formalaşdırılır. Layihə üzrə podratçı funksiyalarının yerinə yetirilməsi Layihənin sifarişçisi ilə 24 iyun 2013-cü il tarixində bağlanmış Baş Podrat müqaviləsinə əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılan və Xəzər dənizində mövcud üzən qazma qurğularına sahiblik edən Kaspian Drillinq Kompani Limited MMC-yə (“KDK” MMC) həvalə edilmişdir. Layihənin 42 aya başa çatdırılması nəzərdə tutulur. Ayrılmış vəsait çərçivəsində alınmış aktivlər Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilmişdir.



Yüklə 470,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə