MüNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 470,91 Kb.
səhifə3/5
tarix04.02.2018
ölçüsü470,91 Kb.
#23641
1   2   3   4   5

Daşınmaz əmlak bazarları

2014-cü il maliyyə böhranı fonunda daşınmaz əmlak bazarlarındakı aktivliyə görə ən fəal il olaraq səciyyələnmişdir. Əsasən Avropa və Şimali Amerikada irihəcmli əmlak obyektlərinə yönəlmiş investisiya layihələrində əsas iştirakçılar dövlət dəstəyi olan investorlar və daşınmaz əmlak fondları olmuşdur. Müşahidə olunan məqamlardan biri bazarlara inamın bərpası olmuşdur ki, bu da öz əksini İspaniya, Portuqaliya, İrlandiya kimi bir sıra çətinliklərlə üzləşmiş ölkələrdə investorların artmış aktivliyində tapmışdır. Qeyd olunmalı digər bir məqam isə odur ki, 2014-cü ildən öncə investorların böyük hissəsi yüksək riskli investisiyalara meyl edirdilərsə, bu ildən etibarən investisiya qoyuluşlarının böyük hissəsi daha aşağı riskli, sabit gəlirli daşınmaz əmlaka yönəlmişdir.


Avropa

2007-ci ildən etibarən ilk dəfə olaraq Avropa daşınmaz əmlak dəyərlərində il ərzində ardıcıl olaraq bütün rüblərdə artım müşahidə olunmuşdur. Daşınmaz əmlak kapital dəyəri indeksində 4,3% artım qeyd olunmuşdur və bu artım il ərzində gəlirliliyin azalması ilə nəticələnmişdir. Ümumiyyətlə investorların əlavə gəlirlilik əldə etmək istəyi onların daha riskli və periferik əmlak bazarlarına meyl etməsi ilə səciyyələnir.


12,9% dəyərində artım ilə Birləşmiş Krallığının daşınmaz əmlak bazarı il ərzində ən yüksək gəlirlilik göstərmişdir. Gəlirlilik səviyyəsi üzrə yüksək göstəricilər həmçinin Skandinaviya ölkələrində (3,9%), Cənubi Avropada (3,6%), Fransada (3,3%) və Almaniyada (2,7%) müşahidə olunmuşdur.
Ötən il ilə müqayisədə daşınmaz əmlak əməliyyatlarının həcmi 10% artaraq 160 milyard avroya çatmışdır.

Asiya və Sakit okean hövzəsi

2014-cü ildə Asiya və Sakit okean hövzəsi daşınmaz əmlak bazarlarında həyata keçirilən əməliyyatların həcmi 131 milyard ABŞ dolları olmaqla rekord səviyyəyə yüksəlmişdir. Ofislərin icarəyə verilmə səviyyəsi davamlı şəkildə artmış, bazarın ümumi icarəyə verilmiş sahəsində ötən illə müqayisədə 15% artım qeyd olunmuşdur. Qeyd edək ki, tələbatın əsas hissəsi yerli və texnoloji şirkətlər tərəfindən gəlir.


Asiyanın əsas bazarlarında il ərzində yeni istifadəyə verilən “A dərəcəli” daşınmaz əmlak sahəsi ötən il ilə müqayisədə 30% azalmış və 3,4 milyon kvadrat metr təşkil etmişdir. Nəticədə qeyd olunan bazarlarda icarə olunmayan sahə il boyu azalaraq ilin sonuna 11,6% səviyyəsinə düşmüşdür.


Moskva

2014-cü il Rusiyanın, xüsusilə də Moskvanın daşınmaz əmlak bazarı üçün çətin il kimi qeyd olunmuşdur. Neftin aşağı qiyməti və rublun devalvasiyası Moskvanın daşınmaz əmlak bazarına öz mənfi təsirini göstərmiş, investisiyaların həcmi ötən illə müqayisədə 14% azalmışdır. Qeyd edilməlidir ki, investisiya həcminin 76%-i daxili investorlar tərəfindən həyata keçirilmişdir.


Moskvanın mərkəzində ticarət sektorunda müşahidə olunmuş orta icarə haqlarının səviyyəsi ötən illə müqayisədə 20% azalmışdır, icarə olunmayan əmlak sahəsi isə 6% artmışdır. Ofis sektoruna gəldikdə “A” kateqoriyalı icarəyə verilməyən sahə 28,4% səviyyəsinə, “B” kateqoriyalı icarəyə verilməyən sahə isə 15,5% səviyyəsinə çatmışdır.

2014-cü ilin investisiyaları


c:\users\tb1714\appdata\local\microsoft\windows\inetcache\content.word\39462_src.jpg

2014-cü ilin mart ayının 28-də ARDNF Cənubi Koreyanın Seul şəhəri, 203 Ecuro 2-ga, Cung-su ünvanında yerləşən 25 mərtəbəli Payn Avenyu Tauer A ofis binasının alışını yekunlaşdırmışdır. ARDNF Miray Asset MAPS Real Esteyt İnvestment adlanan törəmə şirkətin 469 007 098 000 Koreya vonu (KRV) həcmində benefisiar sertifikatlarını alaraq əmlakı əldə etmişdir. Tikintisi 2011-ci ildə başa çatmış binanın ümumi sahəsi 65 000 kvadrat metrdir və bütovlüklə SK EC şirkətinə icarəyə verilmişdir. İcarəçi Cənubi Koreyanın 2-ci ən böyük konqlomeratı olan S ənd K holdinqinin törəmə şirkətidir.



Daşınmaz əmlak portfeli

2014-cü ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfeli London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarətdir.

Qeyd olunan aktivlər üzrə illik icarə gəlirləri aşağıda qeyd olunmuşdur:


  • 78 Seynt Ceyms küçəsi - 9 650 000 ingilis funt sterlinqi;

  • Vendom Meydanı 8 – 5 065 000 avro;

  • Tverskaya 16 (Qalereya Aktyor binası) – 319 690 000 Rus rublu;

  • Payn Avenyu Tauer A – 22 154 400 000 Koreya vonu.

2014-cü ildə Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi başlamışdır. Əlavə olaraq 7-ci mərtəbədə restoranın açılması nəzərdə tutulmuşdur. Yenidənqurma işlərinə görə itirilmiş icarə gəlirləri və kapital xərclərini nəzərə alaraq 2014-cü ildə xalis gəlirlilik 2013-cü ilə nisbətən azalmışdır.


İlin sonunda portfeldə yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilmişdir.
Qiymətləndirmənin nəticələri aşağıda qeyd olunmuşdur:

  • 78 Seynt Ceyms – 193 350 000 ingilis funt sterlinqi dəyərində qiymətləndirilmişdir.

  • Vandom meydanı 8 – 158 000 000 avro dəyərində qiymətləndirilmişdir.

  • Tverskaya 16 – 5 687 000 000 Rus rublu dəyərində qiymətləndirilmişdir.

  • Payn Avenyu Tauer A – 481 900 000 000 Koreya vonu dəyərində qiymətləndirilmişdir.


Qızıla investisiya
İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. 1 fevral 2012-ci il tarixindən etibarən Neft Fondu London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının (LQMBİA) market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlamışdır. 1987-ci ildən fəaliyyət göstərən LQMBİA Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə

2 il müddətində Fondun investisiya portfelinə daxil edilmişdir.


2014-cü ilin sonuna Neft Fondunun investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir. Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədə təcrübəsi və saxlama xərcləri daha münasib olan JP Morqan Bankının London anbarı seçilmişdir. 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Azərbaycana gətirilməyə başlanılmışdır və 2014-cü ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil etmişdir. Ölkəyə gətirilmiş qızıl müvəqqəti saxlanılma üçün Azərbaycan Respublikası Mərkəzi Bankına yerləşdirilmişdir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.27 pm.png
5.3. Neft Fondunun gəlirliliyi
Gəlirliliyin hesablanması metodologiyası. Dövlət Neft Fondunun aktivlərinin hesablanması 2009-cu il tarixli 5 nömrəli sərəncam ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin və investisiya portfelinin tərkib hissələri olan sub-portfellərin gəlirliliyinin hesablanması Metodologiyası”na müvafiq qaydada həyata keçirilir. Sözügedən metodologiyada qeyd edildiyi kimi, ümumi investisiya portfeli üzrə gəlirliliyin hesablanması baza valyutası Azərbaycan manatı, ABŞ dolları və ya avro seçilməklə, eyni zamanda baza valyutasının məzənnə təsiri nəzərə alınmadan aparılır. Sub-portfellər üzrə gəlirliliyin hesablanması bu portfellər üzrə müvafiq valyutada (lokal valyuta) və ABŞ dolları baza valyutası seçilməklə (valyuta məzənnə təsiri nəzərə alınmaqla) həyata keçirilir.
Dövlət Neft Fondunun 2014-cü il üzrə gəlirliliyi. 2014-cü ildə Dövlət Neft Fondunun ümumi investisiya portfelinin gəlirliliyi 1,52% təşkil etmişdir. 2006-cı ildən hesablanan son 10 il üzrə orta illik gəlirlilik göstəricisi 2,58% həcmində müəyyən edilmişdir. Müvafiq zaman intervalı üçün hesablanmış rəqəm göstəriciləri Qrafik 5.3.1.-də əks olunmuşdur.


Orta gəlir
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.33 pm.png

İnvestisiya portfelinin aylıq kumulyativ gəlir göstəricilərində yüksələn trend müşahidə edilmişdir.


2014-cü il üzrə ümumi gəlirliliyin artımında sabit gəlirli qiymətli kağız və səhm maliyyə vasitələrinin çəkisi daha yüksək olmuşdur.


Müxtəlif maliyyə alətlərinin ümumi gəlirlilikdə payı Qrafik 5.3.3.-də göstərilmişdir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.44 pm.png
Sabit gəlirli qiymətli kağızlar sub-portfeli üzrə kumulyativ aylıq gəlirlilik il ərzində mütəmadi olaraq artmışdır və nəticədə 2014-cü il üçün gəlirlilik 1,02% təşkil etmişdir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.50 pm.png
Geosiyasi tərəddüdlər nəticəsində, xüsusilə 2014-cü ilin ikinci yarısı iqtisadi qeyri-müəyyənliklə müşahidə edilmişdir. Bütün bu hadisələrin fonunda ABŞ-ın səhm bazarlarında üstün mövqeyi və ARDNF-nin də səhm portfelinin əsasən ABŞ bazarlarında konsentrasiyası səbəbindən səhm sub-portfeli üzrə gəlirlilik göstəriciləri qənaətbəxş nəticə göstərmişdir.
Qeyd edək ki, hesabat ilinin sonuna yaxın ARDNF-də S ənd P 100 indeksinin passiv idarəetməsinə başlanılmışdır.

Səhm sub-portfeli üzrə kumulyativ aylıq gəlirlilik Qrafik 5.3.5.-də əks olunmuşdur.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.26.57 pm.png
Cari investisiya portfelinin bençmarka nisbətində qeydə alınmış fərqləri özündə əks etdirən izləmə xətası ARDNF-nin tarixən müşahidə olunan gəlirliliyinin və risklərinin qiymətləndirilməsində istifadə olunan digər bir ölçü meyarıdır. Xarici menecer qismində fəaliyyət göstərən “UBS Global Asset Management” və “State Street Global Advisors” (SSgA) tərəfindən idarə olunan səhm sub-portfelləri üçün izləmə xətası həddi illik olaraq 30 baza dərəcəsi həcmində öncədən müəyyən olunmuşdur. UBS və SSgA portfelləri üzrə hesabat ilinin son gününə olan izləmə xətası müvafiq olaraq 9 və 12 baza dərəcələri təşkil etmişdir.
Yuxarı həddi investisiya portfelinin 5%-i həcmində müəyyən edilməklə qızıl portfeli vəsaitlərin diversifikasiyasının təmin edilməsi və gəlirliliyin yüksəldilməsi məqsədlərinə xidmət edir. Qızıl üçün hesabat ilinin əvvəli nisbətən sabit qiymət səviyyəsi ilə xarakterizə olunmuşdur. Hərçənd ki, dördüncü rüb ərzində qiymətlərdə eniş yaşanmışdır və nəticədə 2014-cü il üzrə azalan qiymət trayektoriyası müəyyən edilmişdir. Sentyabr ayında qərb sərmayəçilərinin kəskin şəkildə qızılı satmaq addımlarının qızılın bazar qiymətinə təsiri nəticəsində qızıl portfelinin gəlirliliyində azalma hiss olunmuşdur. Bununla belə, sonrakı dövrlərdə mənfi gəlirliliyin səviyyəsində qismən bərpa müşahidə edilmişdir.

5.4. Risklərin idarə edilməsi
Risklərin idarə edilməsi Dövlət Neft Fondunun fəaliyyətinin mühüm tərkib hissəsidir. Səlis hazırlanmış risk hesabatları fərqli biznes qurumlarından, ölkələrdən, müxtəlif maliyyə mövqelərindən və risk amillərindən irəli gələn bazar risklərinin mahiyyətini anlamağa yardımçı olur və böhran hallarının qarşısının alınmasına və ya effektiv idarə olunmasına xidmət edir. Bu məxsusi məsələnin həllində Dövlət Neft Fondunda müsbət beynəlxalq rəy qazanmış və müasir model, prosedur və indikatorlardan istifadə olunur.
Fondun bazar riski mühiti onun investisiyalarının strukturu ilə yanaşı sabit gəlirli qiymətli kağız və səhm alətlərinin qiymətinin, faiz dərəcələrinin, valyuta məzənnələrinin, əmtəələrin qiymətlərinin və kredit riski mükafatlarının (premium) dəyişməsi ilə müəyyən olunur.
Fondun bazar riski mühitinin qiymətləndirilməsi üçün riskə məruz dəyər (RMD), stress test, izləmə xətası, ssenarilər üzrə təhlil kimi metodlar tətbiq edilir.
Daxili risklərin idarə edilməsi prosesində ümumi riskin göstəricisi kimi geniş tətbiq olunan RMD yararlı kəmiyyətdir. Fond daxilində investisiya portfelinin RMD-sini hesablamaq üçün Monte Karlo və tarixi göstəricilərə əsaslanan simulyasiya metodlarından istifadə edilir. Fondun 31.12.2014-cü il tarixinə hesablanmış 20 günlük, 95% etibarlılıq intervalında RMD-si 337 milyon ABŞ dolları təşkil etmişdir.
Maliyyə alətləri üzrə riskdəki pay Qrafik 5.4.1.-də göstərilmişdir.
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.27.03 pm.png

Zəif iqtisadi artıma baxmayaraq, qlobal maliyyə bazarları yüksək qiymət dəyişkənliyi ilə müşahidə edilmişdir. Kəskin siyasi və iqtisadi qeyri-müəyyənliklər səbəbindən hesabat ilinin sonu maliyyə bazarlarında yüksək riskdən yayınma və riskə həssaslıq xüsusiyyətləri ilə, eyni zamanda riskin maliyyə alətləri üzrə və onların daxilində təmərküzləşməsinin azalması ilə yadda qalmışdır. Cari ildə müxtəlif maliyyə alətləri adıçəkilən yeni şərtlərə fərqli reaksiya vermişlər və onların gəlirlilik göstəriciləri də coğrafi olaraq fərqli nəticələr göstərmişdir. Avropa səhm bazarlarının müsbət gəlirliliyə malik olmasına baxmayaraq, ABŞ səhm bazarı həm Avropa, həm də Latın Amerikası ölkələri ilə nisbətdə daha yüksək nəticə göstərmişdir. Qlobal səhm bazarından fərqli olaraq avro denominasiyalı dövlət borc öhdəlikləri öz sinfində ən yüksək nəticə göstərmişlər.


Müxtəlif səhm sub-portfellərinin ümumi səhm RMD- də pay bölgüsü Qrafik 5.4.2.-də əks olunmuşdur.

0,03

0,15
\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.27.10 pm.png

Valyutalar üzrə ümumi sabit gəlirli qiymətli kağızlar portfelinin riskinin bölgüsü Qrafik 5.4.3.-dəki şəkildə olmuşdur.



\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.27.21 pm.png

Kredit riskinin idarə edilməsi Fondun əməliyyatlarının mühüm tərkib elementidir. ARDNF-nin sərmayə etdiyi qiymətli kağızların, elecə də qiymətli kağız emitentlərinin kredit reytinqləri Fondun investisiya siyasəti vasitəsi ilə tənzimlənir. İl ərzində kredit reytinqi göstəricilərinə görə investisiya portfelinin tərkibinin dinamikası Qrafik 5.4.4.-də əks olunmuşdur.


\\redirect\folderredirect$\si1823\desktop\graphs az\screen shot 2015-07-27 at 3.27.28 pm.png

6. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN 2014-CÜ İL BÜDCƏSİNİN İCRASI
Dövlət Neft Fondunun 2014-cü il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 2014-cü ildə Dövlət Neft Fondunun büdcəsində dəyişiklik edilmişdir. Belə ki, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənubi Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 nömrəli Sərəncamının icrasına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsis ediləcək qapalı səhmdar cəmiyyətində birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Neft Fondunun 2014-cü il büdcəsində TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərc maddəsinin redaksiyasında dəyişiklik etməklə, bu maddə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə yaradılan qapalı səhmdar cəmiyyətinin dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi” redaksiyasında verilmiş, xərc maddəsi 800,0 milyon manatdan 40,1 milyon manata qədər azaldılmış, müvafiq olaraq Dövlət Neft Fondunun büdcə xərclərinin ümumi məbləği 11 349,9 milyon manatdan 10 590,0 milyon manata qədər azaldılmışdır.
Gəlirlər
2014-cü ildə Dövlət Neft Fondunun büdcə gəlirləri 12 731,0 milyon manat və ya 16 231,3 milyon ABŞ dolları olmuşdur. Dövlət büdcəsinin gəlirləri büdcədə nəzərdə tutulana (11 626,9 milyon manat) nəzərən 109,5% səviyyəsində icra edilmişdir.
Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2014-cü ildə Fondun büdcəsində nəzərdə tutulmuş (11 221,3 milyon manat) gəlir maddəsinə nisbətən 109,8% yerinə yetirilməklə 12 319,8 milyon manat manat (15 707,0 milyon ABŞ dolları) təşkil etmişdir. 2014-cü il ərzində Azəri-Çıraq-Günəşli (AÇQ) yatağında xam neftin hasilatı, eləcə də xam neftin orta illik satış qiymətlərinin Fondun büdcəsində nəzərdə tutulana nisbətən daha çox olması ilə əlaqədar olaraq Fondun büdcəsinin bu mənbə üzrə gəlirləri büdcədə nəzərdə tutulana nisbətən 9,8 % daha çox icra olunmuşdur. Belə ki, Fondun 2014-cü il üzrə büdcəsində AÇG yatağı üzrə xam neftin hasilatı pessimist yanaşma ilə 30 milyon ton və yaxud 226 milyon barel, xam neftin ixrac qiyməti 100 ABŞ dolları proqnozlaşdırıldığı halda, bu yataq üzrə hasilatın faktiki həcmi 232 milyon barel, il ərzində ixrac edilmiş mənfəət neftinin ortaçəkili satış qiyməti isə 104,3 ABŞ dolları təşkil etmişdir. Xam neftin hasilatı və qiyməti ilə bağlı müsbət fərq mənfəət neftinin satışından Dövlət Neft Fonduna əlavə 1 098,5 milyon manat gəlirin daxil olmasına şərait yaratmışdır.
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər. 2014-cü ildə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Neft Fonduna köçürülmüş akrhesabı ödənişlər 1,7 milyon manat və yaxud 2,1 milyon ABŞ dolları təşkil etmişdir. Akrhesabı ödənişlər Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı sazişin 28.2-ci maddəsinin icrasına uyğun olaraq həyata keçirilmişdir. Akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi Fondun büdcəsində nəzərdə tutulana nisbətən 100% səviyyəsində icra olunmuşdur.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər. 2014-cü ildə Dövlət Neft Fonduna 8,9 milyon manat və yaxud 11,4 milyon ABŞ dolları məbləğində daxil olmuş vəsait neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) hesabına formalaşmışdır. Bu gəlir maddəsi ilə bağlı daxilolmalar Fondun büdcəsində nəzərdə tutulmuş məbləğə (6,3 milyon manat) nisbətən 142,0% səviyyəsində yerinə yetirilmişdir. Büdcədə nəzərdə tutulana nisbətən 2,6 milyon manat çox tranzit haqqının köçürülməsi il ərzində hasilatın və ixracın büdcədə nəzərdə tutulandan daha çox olması ilə izah olunur.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar. 2014-cü ildə Dövlət Neft Fonduna 13,3 milyon manat və ya 17,0 milyon ABŞ dolları həcmində bonus ödənişləri daxil olmuş və bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (18,0 milyon manat) nisbətən 74% səviyyəsində icra edilmişdir. Sərmayəçilər tərəfindən imzalanmış Xəzər Dənizinin Azərbaycan sektorunda “Şah-Dəniz” Perspektiv Sahəsinin daxil olduğu Dəniz Blokunun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin 31-ci maddəsinə əsasən faktiki satış həcmlərinin proqnoza nisbətən aşağı olması Neft Fonduna daha az bonus ödənişlərinin daxil olmasına səbəb olmuşdur.
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2014-cü ildə bu mənbə üzrə gəlirlər 387,2 milyon manat və yaxud büdcədə nəzərdə tutulana nisbətən (379,6 milyon manat) 102% səviyyəsində icra edilmişdir.
Digər gəlirlər və daxilolmalar. 2014-cü ildə neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışı təşkil olunmuş və bu aktivlərin satışından Neft Fondunun daxilolmaları 0,05 milyon manat və ya 0,06 milyon ABŞ dolları təşkil etmişdir. Bu gəlir maddəsi üzrə icra Fondun 2014-cü il üçün büdcəsində nəzərdə tutulana (0,1 milyon manat) nisbətən 49,7% olmuşdur. Gəlirlərin icra səviyyəsi Cədvəl 6.1.-də əks etdirilir.
Cədvəl 6.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il üzrə gəlirləri




Gəlir mənbələri

Gəlirlərin məbləği (milyon manat)

İcra faizi

Təsdiq olunmuş

Faktiki

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə ARDNŞ-nin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

11 221,3

12 319,8

109,8

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1,7

1,7

100,0

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

6,3

8,9

142,0

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

18,0

13,3

74,0

5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

379,6

387,2

102,0

6.

Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar

0,1

0,05

49,7




Cəmi gəlirlər

11 627,0

12 731,0

109,5

Yüklə 470,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə