MüNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 470,91 Kb.
səhifə4/5
tarix04.02.2018
ölçüsü470,91 Kb.
#23641
1   2   3   4   5



Xərclər
2014-cü ildə Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulan xərclərinin maliyyələşdirilməsi məqsədi ilə 10 117,2 milyon manat və ya 12 898,8 milyon ABŞ dolları vəsait istifadə edilmişdir. Neft Fondunun büdcə xərcləri təsdiq olunan büdcədə nəzərdə tutulana (10 589,9 milyon manat) nəzərən 95,5% səviyyəsində icra edilmişdir.
Azərbaycan Respublikasının 2014-cü il üzrə dövlət büdcəsinə transfert. 2014-cü ildə Neft Fondu tərəfindən dövlət büdcəsinə 9 337 milyon manat vəsait köçürülmüşdür ki, bu da hesabat ilində büdcə xərclərinin 92,3%-ni təşkil etmişdir. Qeyd edilən xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən 100% səviyyəsində icra olunmuşdur.
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi. Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində il ərzində bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 300 milyon manat vəsait ayrılmaqla büdcədə bu məqsəd üçün nəzərdə tutulmuş xərc maddəsi 100% səviyyəsində icra olunmuşdur.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi. Əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq olan layihənin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ildə Dövlət Neft Fondunun büdcəsindən 80,2 milyon manat məbləğində vəsait ayrılmışdır. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ayrılan vəsait büdcədə nəzərdə tutulana nisbətən 100% səviyyəsində icra edilmişdir.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. 2014-cü ildə Dövlət Neft Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 72,7 milyon ABŞ dolları və ya 57,1 milyon manat yönəldilmiş və bu maddə üzrə Neft Fondunun xərcləri Fondun büdcəsində nəzərdə tutulana nisbətən (132,3 milyon manat) və yaxud 43,1% səviyyəsində icra olunmuşdur.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi. 2014-cü ildə Dövlət Neft Fondu tərəfindən Dövlət proqramının maliyyələşdirilməsinə 33,5 milyon manat vəsait yönəldilmiş və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (33,7 milyon manat) 99,4% səviyyəsində icra olunmuşdur.
Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. Neft Fondunun bu maddə üzrə xərcləri Fondun 2014-cü il büdcəsində nəzərdə tutulana nisbətən (223,5 milyon manat) 100% səviyyəsində icra olunmuşdur.
Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədi  ilə yaradılan qapalı səhmdar cəmiyyətinin dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən  40,0 milyon manat vəsait ayrılmışdır və bu xərc maddəsi üzrə 99,7% icra olmuşdur.

Hesabat ilində Neft Fondunun 2014-cü il büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması, Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihələri üzrə işlərin icrasına başlanılmadığından, Fond tərəfindən bu layihələrin maliyyələşdirilməsi həyata keçirilməmişdir.


Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri. Fondun təsdiq edilmiş smeta xərclərinə əsasən 2014-cü il büdcəsində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 45,9 milyon manat və ya 58,5 milyon ABŞ dolları səviyyəsində və yaxud büdcədə nəzərdə tutulana nisbətən 79% səviyyəsində icra edilmişdir. Neft Fondunun 2014-cü il üzrə büdcə xərclərinin icra səviyyəsi Cədvəl 6.2.-də təqdim edilir.
Cədvəl 6.2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il üzrə xərc istiqamətləri




Xərc istiqamətləri

Xərclərin məbləği

(milyon manat)

İcra faizi

Təsdiq olunmuş

Faktiki

1.

Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

300,0

300,0

100,0


2.

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə transfert

9 337,0

9 337,0

100,0

3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

80,2

80,2

100,0

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

132,3

57,1

43,1

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

33,7

33,5

99,4

6.

Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi

100,0

0

0,0

7.

Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

285,00

0

0,0

8.

Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

223,6

223,5

100,0

9.

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədi ilə yaradılan qapalı səhmdar cəmiyyətinin dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi

40,1

40,0

99,7

10.

ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər

58,1

45,9

79,0




Cəmi xərclər

10 590,0

10 117,2

95,5




Büdcədənkənar xərclər




1 611,9




Yüklə 470,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə