fəal, düşündürücü iş zamanı hadisələrin dərinliyinə nüfuz etməsi,
onların inkişaf qanunauyğunluqlarını dərk etməsilə mümkündür.
«Əgər şagirdlər tədris materialı üzərində düşünürlərsə,
mühakimə yürüdə bilirlərsə, əqli və əməli fəallıq göstərirlərsə, deməli,
həmin materialı şüurlu surətdə başa düşür, dərk edir və yaddaşlarında
yaxşı saxlayırlar. Şüurluluq dedikdə şagirdin onlara verilən materialın
məzmununu, mahiyyətini başa düşməsi, həmin materialın məqsədini,
ona nail olmağın yollarını götür-qoy etməsi nəzərdə tutulur. Fəallıq
isə şagirdin həyat hadisələrinə, mənimsədiyi biliklərə, formalaşdırılan
tərbiyəvi fikirlərə, yaradıcı, dəyişdirici, tənqidi münasibət bəsləməsi
deməkdir». (B.Əhmədov)
Bu prinsipin xüsusiyyətləri ondan ibarətdir ki, şagird öz fikrini
sübut edə bilsin, əsaslandırma apara bilsin, inandırmağı, münasibət
bildirməyi bacarsın. Şagird bu zaman; «Niyə? Nə üçün?» Buna səbəb
nədir? suallarına cavab verməli olur və şüurlu fəaliyyət göstərir.
Şüurluluq və fəallıq prinsipi üzrə işləyərkən həm də bir sıra
tələblərə əməl etmək lazımdır:
1.
Şagird dediyini sübut edə bilməli, dəlillər gətirməyi
bacarmalıdır.
2.
Şagird materialı öz sözləri ilə ifadə etməyi bacarmalıdır.
3.
Şagird öyrəndiyi bilikdən müstəqil istifadə etməyi
bilməlidir.
Bu şərtlərə əməl olunarsa deməli, şagirdə verilən biliyi o, şüurlu
və fəal mənimsəməyi bacaracaqdır.
Təlimin əyanilik prinsipi
Pedaqoji prosesdə istər tədris prosesində, istərsə də biliklərin
verilməsi, bacarıq və vərdişlərin aşılanması zamanı, yəni təlimet-
mədə hər hansı bir mövzu ilə bağlı açaqlamaları şərh etməklə
kifayətlənmək olmaz. Təlim zamanı mövzu ilə bağlı olan, şəkil, tablo,
diaqramm, cədvəl, portret, maddə, element, fakt, cisim, əşya, o
cümlədən ağac, bitgi, toxum, cücərti, həşərat, sürünən, uçan, üzən, və
digər vəsilələrdən olan canlılar və sair bu kimi öyrədici material və
nümunələrin əyani şəkildə nümayiş etdirilməsi prinsip etibarilə təlim
prosesinə xas olan əsas əlamətlərdən hesab olunur. Dərsdə
158
əyaniliyin yaradılması və beləliklə bu prosesə bir prisnip olarq istinad
edilməsi çox qədim tarixə malikdir. Elmi pedaqogikanın banisi
görkəmli slavyan (bəzi mənbələrdə çox pedaqoqu) pedaqoqu Yan
Amos Komenski əyaniliyi qızıl qayda adlandırmış və «Böyük
didaktika» əsərində əyaniliyin bir prinsip olaraq elmi mahiyyəti
açıqlanmışdır.
Böyük rus pedaqoqu K.D.Uşinski isə əyani nümayiş zamanı
müqayisələrin aparılmasına üstünlük verirdi. Milli pedaqogikanın
yaradıcısı N.M.Kazımov isə əyaniliyin nümayişini uşaqlarda müvafiq
anlayışların formalaşmasına xidmət etməsini qanunauyğunluq hesab
etməklə yanaşı əyanilik prinsipinin məhz bu qanunauyğunluqdan
doğması fikrini irəli sürür. Bu prinsipi «təlimdə əyaniliyin anlayışa
xidmət etməsi prinsipi» kimi təqdim edən N.M.Kazımov əyaniliyin
«təbii əyanilik» (təlim prosesində bitgilərin, toxumların, cücərtilərin,
yarpaqların, ağaclarm, süxurların həşəratların musiqi və təsviri sənət
nümunələrinin və s.-in nümayişi); «şəkil əyaniliyi» (orijinal şəkillərin
nümayişi); sözlü əyanilik (söz vasitəsilə canlı təsəvvür yaratmaq);
«şərti əyanilik» (sxem, xəritə, dioqram, çertyoj nümayişi); «hərəkətli
əyanilik» (kino, televiziya, audial, vizual, audio-vizual vasitələrlə
nümayiş etdirmə) kimi növlərindən istifadə olunmasına böyük
üstünlək verir.
Dərsdə əyaniliyin təşkili zamanı bir sıra pedaqoji tələblərin
gözlənilməsi də zərəri hesab olunur:
-
əyaniliyin təşkili üçün seçilmiş didaktik material uşaqlarm yaş
səviyyəsinə uyğun olmalıdır;
-
əyaniliyin təşkilindən əvvəl şagirdlərin müşahidəçilik
qabiliyyətlərinin inkişafına kömək edən işlərin aparılması vacib hesab
olunur;
-
əyani olaraq nümayiş etdirilən didaktik material əvvəlcədən
müəllim tərəfindən dərindən öyrənilməlidir;
-
fənn müəlliminə yaxından tanış olmayan didaktik materialın
əyani nümayişi zamanı yaxşı olar ki, dərsə dəvət olunmuş mütəxəssis
tərəfindən həyata keçirilsin. Buna «Binar dərs» də deyirlər. Yəni
müəllimin mütəxəssislə birgə apardığı dərs forması (Binar məntiq
Aristotelə məxsusdur).
-
əyaniliyə zəruri ehtiyac yarandıqda onu təşkil etmək
məsləhətdir;
159
-
əyaniliyin təşkili zamanı çalışmaq lazımdır ki, bu proses
şagirdlərin axtarıcılıq tə tədqiqatçılıq keyfiyyətlərinin üzə çıxmasına
köməklik göstərsin;
-
əyaniliyin ixtisaslaşdırılmış fənn kabinetlərində nümayiş
etdirilməsi çox faydalıdır. Lakin fənn kabineti olmadığı təqdirdə sinif
otağında əyani didaktik materialın təqdim olunmasına imkan verən
xüsusi şəraitin yaradılması vacib hesab olunur;
-
əyani nümayiş etdirilən didaktik nümunənin şagirdlərin yaş,
fərdi, cinsi xüsusiyyətlərinə və onların eşitmə, görmə, iybilmə,
dadbilmə və lamisə duyğularına uyğunluğu da nəzərə alınmalıdır və s.
Təlimdə yaş, fərdi və psixoloji xüsusiyyətlərin
nəzərə alınması prinsipi
Təlim prosesində öyrənənlərin təlim materialları ilə təmin
olunması, bilik, bacarıq və vərdişlər sisteminə yiyələndirmələrin- dən
ötrü onların yaş, fərdi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması
çox vacibdir. Hər bir öyrənənə yaş səviyyəsinə, yaş imkanlarına,
gücünə, davranışına, xasiyyətinə, marağına meylinə, ba- biliyəsinə
uyğun təlim yükü verilməlidir. Şagirdlərə verilən tapşırıqların gücü və
səviyyəsi onların göstərilən xüsusiyyətlərinin gücü və səviyyəsinə
uyğun olmalıdır.
Adətən dərslik və dərs vəsaitində yerləşdirilmə didaktik
materiallar uşaqların (burada uşaq sözü nisbi sinonim kimi işlədilir -
F.S.) yaş səviyyəsinə uyğun seçilsə də bəzi hallarda bu materiallar
müvafiq yaş səviyyəsinin tələblərini ödəmir. Bəzi hallarda isə
müəllinılər tərəfindən verilən tapşırıqlar, təmrinlər uşaqların yaş
səviyyəsinə uyğun olmur. Bəzən də öyrədici didaktik materialın gücü,
həcmi, miqdarı ya aşağı, ya da yuxarı olur. Yəni bu materialların gücü,
həcmi, miqdarı uşaqların yaş normativləri ilə uyğunlaşmır. Belə
hallarda uşaqların təlimə marağı azalır. Gündəlik dərsə hazırlaşmağa,
ev tapşırıqlarını həvəslə yerinə yetirmək meylləri uşaqlarda azalmağa
başlayır və beləliklə onlarda sürətlə geriləmə özünü biruzə verir. Ona
görə də təlim prosesində öyrənənlərin yaş xüsusiyyətlərinin nəzərə
alınması elmi pedaqogikada ən mühüm amillərdən hesab olunur. Fərdi
xüsusiyyətlərin nəzərə alınması bəzən yaş xüsusiyyətlərinin nəzərə
alınması ilə birgə işlədilir. «Uşaq-
160
Dostları ilə paylaş: |