MüNDƏricat giriş Plan Qiymətqoymanın mahiyyəti


Plan 1.Qiymətqoymanın mahiyyəti



Yüklə 32,02 Kb.
səhifə2/5
tarix08.04.2023
ölçüsü32,02 Kb.
#104765
1   2   3   4   5
sahibkarliq

Plan 1.Qiymətqoymanın mahiyyəti 
məqsədləri
Qiymət dəyərin pulla ifadəsi kimi sahibkarlıq fəaliyyətində mühüm rol oynayır. Qiymətin mahiyyətini dərk etmək üçün ona alıcının və sahibkarın mövqeyindən yanaşmaq lazımdır. Alıcı üçün məhsulun qiyməti - onun təlabatının bu məhsul vasitəsilə ödənilməsinə görə verməyə hazır olduğu pulun miqdarıdır. Sahibkar üçün isə qiymət - onun məsrəflərinin və istədiyi mənfəətin ölçüsüdür. Məlumdur ki, alıcı üçün məhsul onun tələbatını müxtəlif üsullarla ödəyən atribut və ya xassələr məcmusudur. Yəni, məhsul öz əsas funksiyası ilə birlikdə onu xarakterizə edən bir çox əlavə faydalılıq və dəyərlər toplusu kimi qəbul olunur. Buna görə də məhsulun qiyməti tələbatın ümumi ödənilmə səviyyəsinə uyğun dəyərini əks etdirməlidir. Eyni bir əsas funksiyanı yerinə yetirmələrinə baxmayaraq özlərinin texniki və istismar xassələrinə, satış və xidmət şərtlərinə, məşhurluğuna və nüfuzuna görə məhsullar müxtəlif cür qəbul oluna bilər, yəni müxtəlif dəyərlərə malik ola bilər. Məsələn, "Ford", "Mersedes-Bens", "Ferrari" və başqa markalı avtomobillər eyni bir funksiyanı - yerdəyişmə və ya hərəkət funksiyasını yerinə yetirmələrinə baxmayaraq, alıcılar tərəfindən xeyli fərqli qiymətlərlə qəbul olunurlar. Göründüyü kimi, məhsulun qiymətini müəyyən etməzdən əvvəl onun alıcılar tərəfındən necə qəbul ediləcəyini dəqiqləşdirmək çox əhəmiyyətlidir.
Sahibkar üçün qiymət iki əsas funksiyanı yerinə yetirir:
- tələbat həcminin artırılması;
- uzunmüddətli rentabelliyin təmin edilməsi.
Sahibkarın əsas məqsədbrindən olan mənfəətin əldə edilməsində qiymət həlledici rol oynayır. Buna görə də qiymətqoyma strategiyasını seçərkən sahibkar həm daxili məhdudiyyətləri (məhsulun istehsalına və satışına çəkilən хərclər, rentabellik), həm də xarici (bazarın tutumu - təlabat, rəqabət və i.a.) məhdudiyyətləri nəzərə almalıdır.
Məhsula təyin olunmuş qiymət ona təlabatın səviyyəsinə və müəssisənin satış həcminə bilavasitə təsir göstərir. Həddən artıq yüksək və ya aşağı qiymət məhsulıın uğurlarını heçə endirə bilər. Məhsulun qiyməti potensial alıcıların nəzərində onun mövqeyinin dərk olunmasına mühüm təsir göstərir. Xüsusilə istehlak təyinatlı məhsullar bazarında qiymət bilavasitə məhsulun keyfiyyəti ilə əlaqələndirilir. Bundan əlavə, qiymət alıcılar üçün rəqib məhsulların müqayisəsi zamanı daha asan və əlverişli meyar ola bilər.Son dövrlərdə iqtisadiyyatda baş verən mühüm dəyişikliklər qiymətqoyma siyasətinin əhəmiyyətini və mürəkkəbliyini xeyli artırmışdır. Texniki tərəqqinin sürətlənməsi və məhsulların həyat dövrünün qısalması hər hansı məhsulun layihələndirilməsinə, istehsalına və satışına çəkilən xərclərin ödənilmə müddətinin xeyli azaldılmasına istiqamətlənir. Buna görə də yeni məhsullara ilkin qiymətlərin düzgün müəyyən edilməsi çətinləşir. Digər tərəfdən, oxşar xüsusiyyətli məhsulların çoxluğu, yəni məhsulların yaranma sürətinin artması və çeşidinin genişliyi məhsulun bazarda qiymət üzrə mövqeyinin düzgün seçilməsinin əhəmiyyətini daha da artırır. Dünya bazarında istehsal amillərinə qiymətlərin tez-tez dəyişməsi, dövlətin hüqııqi və sosial tənzimləmə tədbirlərinin gücləndirilməsi, iqtisadi böhranların nəticəsi olaraq alıcıların alıcılıq qabiliyyətlərinin azalması qiymət amilinin sahibkarlıqda və ümumiyyətlə, iqtisadi fəaliyyətdə əhəmiyyətini xeyli artırmışdır. Sahibkarın qiymət siyasətinin məqsədləri aşağıda əks olunmuşdur

Yüklə 32,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə