MüNDƏricat giriş Plan Qiymətqoymanın mahiyyəti



Yüklə 32,02 Kb.
səhifə3/5
tarix08.04.2023
ölçüsü32,02 Kb.
#104765
1   2   3   4   5
sahibkarliq

Satışla bağlı məqsədlər
1) Satış həcminin artım sürətinə nail olmaq
2) Bazarda xüsusi çəkini qorumaq və ya artırmaq
Rəqabətlə bağlı məqsədlər
Bazarda liderliyi ələ keçirmək
Rəqabətdə sabitliyin qorunması
Fəaliyyət ömrünün uzadılması
Sahibkarın qiymətqoyma siyasətinin mümkün məqsədləri
Mənfəətlə bağlı məqsədlər:
1) mənfəətin artınlması
2) normal mənfəətin əldə edilməsi
3) investisiyaların mənfəətlilik normasına nail olmaq
4) nağd pulların əldə edilməsi
Plan 2.Qiymətin əsas növləri
İstehsal qiyməti - bu qiymət məhsul istehsalına çəkilən xərclərlə mənfəətin cəmi kimi müəyyən edilir. İstehsalçılar bu qiymətlə istehsal etdikləri məhsulları topdansatış firmalarına iri partiyalarla tədarük edir.
Topdansatış qiyməti - bu qiymət istehsal qiyməti ilə topdansatış təşkilatlarının xərcləri və mənfəətinin cəmi kimi müəyyən edilir.
Pərakəndə satış qiyməti - bu qiymət topdansatış qiyməti ilə pərakəndəsatış təşkilatlarının xərcləri və mənfəətinin cəmi kimi müəyyən edilir.
Bazis qiyməti – hər hansı əmtəənin növünü və ya keyfiyyətini müəyyən etmək üçün istifadə edilir. Bu qiymət satıcı və alıcı arasında danışıqlar zamanı razılaşdırılır.
Alqı-satqı və ya faktura qiyməti - müqavilədə razılaşdırılmış tədarük şərtləri ilə müəyyən edilir.
Dünya qiyməti - məhsul istehsalı və ixracı üzrə ixtisaslaşdırılmış qabaqcıl dünya firmalarının qiyməti ilə müəyyən edilir.
İnhisar qiyməti - inhisarçılar tərəfindən istehsal qiymətindən yuxarı və ya aşağı rnüəyyən edilən qiymətdir, inhisarçılar adətən satdıqları mallara baha, alqıdlarına isə ucuz qiymət qoyurlar.
Nominal qiymət - qiymət cədvəllərində (preyskurantlarda), məlumat kitabçalarında, birja kotirovkalarında dərc olunan qiymətlərdir.
Təklif qiyməti – güzəşt nəzərə alınmadan satıcının təklifində göstərilmiş qiymətdir.
Marketinq fəaliyyətinin mühim istiqamətlərindən biri qiymət siyasətidir. Bazar iqtisadiyyatı şəraitində qiymət siyasətinin rolu daha da artmışdır.
Məhsulun həyat dövründə qiymət çox tez-tez dəyişikliyə məruz qalır. Qiymətin dəyişməsi çox mürəkkəb bir problemdir.
Qeyd etmək lazımdır ki, marketinq fəaliyyətində düzgün olmayan qiymət siyasətinin aparılması firmanın fəaliyyətinə olduqca mənfi təsir göstərir.
Marketin fəaliyyətində məqsədyönlü siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, istehsal olunan məhsula elə qiymət qoymaq və bazarda yaranan vəziyyətdən asılı olaraq elə dəyişdirmək lazımdır ki, bazarın müəyyən hissəsinə nail olunsun və nəzərdə tutulan mənfəətin həcmi təmin edilsin.
Qiymətin əmələ gəlməsi məqsədinin formalaşdırılması
Qiymətin əmələ gəlməsinin ümumi siyasətinin formalaşdırılması
Qiymət strategiyasının formalaşdırılması
Qiymət strategiyasının reallaşdırlması
Qiymətin uyğunlaşdırıması
Qiymət siyasətinin işlənilməsi
Bazis qiymətinin müəyyən edilməsində üç yanaşma metodundan istifadə edilir. Belə qiymətlərdən istehsalçı ilə istehlakçı arasında olan ilkin danışıqlarda istifadə edilir.

  1. Xərclərə əsaslanan qiymətqoyma

  2. İstehlakçıların şəxsi fıkirlərinə əsaslanan qiymətqoyma

  3. Rəqiblərin bazarda olan qiymətlərinə əsaslanan qiymətqoyma
    Xərclərə əsaslanan qiymətqoymanın aşağıdakı metodları vardır:
    - maya dəyəri + mənfəət

  • mənfəət normasının alınması

  • zərərsizliyin təhlili

Məsələ: Hər hansı məhsul növünün istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur:Dəyişən xərclər - 60 (məhsul vahidi ücün)Daimi xərclər - 15000 (bütün məhsul üçün)Istehsal həcmi - 5000 vahidMənfəət normasının alınması metoduna görə qiyməti müəyyən edək:Məhsulun maya dəyəri:M = dəyişən xərclər + daimi xərc/istehsal həcmi =60+ = 63Mənfəət 40% nəzərdə tutulursa, məhsulun qiymətiQ = maya deyəri/(l - mənfəət norması) = = 105 olacaqdır.Zərərsizlik nöqtəsinin müəyyən olunmasıVerilir:


Yüklə 32,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə