Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə235/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   229   230   231   232   233   234   235   236   237

Maddə 77. Yeni normativ hüquqi aktın qəbul edilməsi 

ilə  əlaqədar  ləğv  edilməli,  dəyişikliklər 

edilməli, 

habelə 

hazırlanmalı 

olan 

normativ 

hüquqi 

aktların 

(onların 

struktur elementlərinin) siyahıları 

77.1.


 

Yeni normativ hüquqi aktın qəbul edilməsi zamanı 

bu  Konstitusiya  Qanununun  12.2-ci  maddəsinin  tələblərinə 

riayət olunmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi ilə 

əlaqədar  ləğv  edilməli,  dəyişikliklər  edilməli,  habelə 

hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur 

elementlərinin)  sayı  çox  olduqda  onların  siyahıları  həmin 

normativ hüquqi aktın əlavəsində əks edilə bilər. 

77.2.

 

Normativ  hüquqi  aktın  qəbul  edilməsi  ilə  əlaqədar 



hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur 

elementlərinin) 

siyahısı 

olmadan 


layihələrinin 

hazırlanmasına  yalnız  bunun  üçün  bir  ildən  artıq  müddət 

tələb  edildikdə  yol  verilir.  Bu  halda  müvafiq  siyahının 

hazırlanması  barədə  tapşmq  hazırlanır  və  layihələrin 

normayaratma  orqanına  təqdim  edilməsi  müddəti  müəyyən 

edilir. 


X I V

 

f ə s i l  

AZƏRBAYCAN RESPUBLİKASININ 

HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ 

Maddə 

78. 

Hüquqi 

aktların 

Azərbaycan 

Respublikasının  Hüquqi  Aktların  Dövlət 

Reyestrinə daxil edilməsi qaydası 

78.1.


 

Hüquqi aktlar aparılması müvafiq icra  hakimiyyəti 

orqanı  tərəfindən  təmin  edilən  Azərbaycan  Respublikasının 

Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Hüquqi 

Aktların Dövlət Reyestri) daxil edilməlidir. 

— 738 — 



78.2.

 

Hüquqi  aktlar  onları  qəbul  etmiş  dövlət  orqanı 



tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək 

məqsədi  ilə  həmin  aktların  qəbul  edildiyi  gündən  üç  gün 

keçənədək göndərilir. 

78.3.


 

Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilmək 

məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin 

həqiqi  surəti  formasında  və  eyni  zamanda  elektron 

daşıyıcılarında mətn faylları formasında təqdim edilir. 

78.4.


 

Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilmiş 

hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir. 

78.5.


 

Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilməsi 

məqsədi  ilə  təqdim  edilən  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının normativ hüquqi aktlanna və normativ xarakterli 

aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur. 

78.6.


 

Naxçıvan  Muxtar  Respublikasının  dövlət  və  yerli 

özünüidarə  orqanlarının  hüquqi  aktları  Naxçıvan  Muxtar 

Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil 

edilməlidir.  Naxçıvan  Muxtar  Respublikasının  Hüquqi 

Aktların  Dövlət  Reyestri  Azərbaycan  Respublikasının 

Hüquqi  AJctlarm  Dövlət  Reyestrinin  tərkib  hissəsi  hesab 

olunur. 


Maddə 79. Hüquqi Aktların Dövlət Reyestrinə daxil 

edilən hüquqi aktların rekvizitləri 

79.1.


 

Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi aktların 

aşağıdakı rekvizitləri daxil edilir: 

79.1.1.


 

aktın növü; 

79.1.2.

 

qəbul edildiyi tarix



79.1.3.

 

qeydiyyat nömrəsi; 



79.1.4.

 

adı; 



— 739 — 


79.1.5.

 

rəsmi  dərc  edildiyi  mənbə  (bu  Konstitusiya 



Qanununun 

85.1-ci 


maddəsində 

göstərilən 

aktlara 

münasibətdə); 

79.1.6.

 

qüvvəyə minmə tarixi; 



79.1.7.

 

Azərbaycan  Respublikasının  Vahid  hüquqi 



təsnifatı üzrə indeks kodu (kodları); 

79.1.8.


 

Hüquqi  Aktların  Dövlət  Reyestrinin  qeydiyyat 

nömrəsi; 

79.1.9.


 

hüquqi  aktın  Hüquqi  Aktların  Dövlət  Reyestrinə 

daxil edildiyi tarix. 

79.2.


 

Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən 

düşmüş  hüquqi  aktlar  üzrə  Hüquqi  Aktların  Dövlət 

Reyestrinə  həmin  aktlarda  dəyişikliklər  etmiş,  onları  ləğv 

etmiş  və  ya  qüvvədən  düşmüş  hesab  etmiş  hüquqi  aktın 

rekvizitləri,  habelə  Hüquqi  Aktların  Dövlət  Reyestrinin 

qeydiyyat nömrəsi və  hüquqi aktın Hüquqi  Aktların Dövlət 

Reyestrinə  daxil  edilmə  tarixi  göstərilməklə  müvafiq  qeyd 

daxil edilir. 

79.3.


 

Hüquqi  Aktlann  Dövlət  Reyestrinə  daxil  edilmiş 

hüquqi  aktların  mətnləri  rəsmi  dərc  edilmiş  hüquqi  aktların 

mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur. 

79.4.

 

Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və 



rəsmi  dərc  edilmiş  hüquqi  aktların  mətnləri  arasında 

ziddiyyət  olarsa  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil 

edilmiş hüquqi aktın mətninə üstünlük verilir. 

Maddə 80. Hüquqi Aktların Dövlət Reyestrinin 

strukturu 

80.0.


 

Hüquqi  Aktların  Dövlət  Reyestri  aşağıdakı 

bölmələrdən və fəsillərdən ibarətdir: 

80.0.


 

1. bölmə - “Normativ hüquqi aktlar”: 



— 740 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə