Maddə 77. Yeni normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli,
habelə
hazırlanmalı
olan
normativ
hüquqi
aktların
(onların
struktur elementlərinin) siyahıları
77.1.
Yeni normativ hüquqi aktın qəbul edilməsi zamanı
bu Konstitusiya Qanununun 12.2-ci maddəsinin tələblərinə
riayət olunmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə
hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur
elementlərinin) sayı çox olduqda onların siyahıları həmin
normativ hüquqi aktın əlavəsində əks edilə bilər.
77.2.
Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur
elementlərinin)
siyahısı
olmadan
layihələrinin
hazırlanmasına yalnız bunun üçün bir ildən artıq müddət
tələb edildikdə yol verilir. Bu halda müvafiq siyahının
hazırlanması barədə tapşmq hazırlanır və layihələrin
normayaratma orqanına təqdim edilməsi müddəti müəyyən
edilir.
X I V
f ə s i l
AZƏRBAYCAN RESPUBLİKASININ
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Maddə
78.
Hüquqi
aktların
Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi qaydası
78.1.
Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Hüquqi
Aktların Dövlət Reyestri) daxil edilməlidir.
— 738 —
78.2.
Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı
tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək
məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün
keçənədək göndərilir.
78.3.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək
məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin
həqiqi surəti formasında və eyni zamanda elektron
daşıyıcılarında mətn faylları formasında təqdim edilir.
78.4.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş
hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
78.5.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlanna və normativ xarakterli
aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur.
78.6.
Naxçıvan Muxtar Respublikasının dövlət və yerli
özünüidarə orqanlarının hüquqi aktları Naxçıvan Muxtar
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməlidir. Naxçıvan Muxtar Respublikasının Hüquqi
Aktların Dövlət Reyestri Azərbaycan Respublikasının
Hüquqi AJctlarm Dövlət Reyestrinin tərkib hissəsi hesab
olunur.
Maddə 79. Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilən hüquqi aktların rekvizitləri
79.1.
Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi aktların
aşağıdakı rekvizitləri daxil edilir:
79.1.1.
aktın növü;
79.1.2.
qəbul edildiyi tarix;
79.1.3.
qeydiyyat nömrəsi;
79.1.4.
adı;
— 739 —
79.1.5.
rəsmi dərc edildiyi mənbə (bu Konstitusiya
Qanununun
85.1-ci
maddəsində
göstərilən
aktlara
münasibətdə);
79.1.6.
qüvvəyə minmə tarixi;
79.1.7.
Azərbaycan Respublikasının Vahid hüquqi
təsnifatı üzrə indeks kodu (kodları);
79.1.8.
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat
nömrəsi;
79.1.9.
hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix.
79.2.
Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən
düşmüş hüquqi aktlar üzrə Hüquqi Aktların Dövlət
Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv
etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın
rekvizitləri, habelə Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi və hüquqi aktın Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilmə tarixi göstərilməklə müvafiq qeyd
daxil edilir.
79.3.
Hüquqi Aktlann Dövlət Reyestrinə daxil edilmiş
hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların
mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur.
79.4.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və
rəsmi dərc edilmiş hüquqi aktların mətnləri arasında
ziddiyyət olarsa Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilmiş hüquqi aktın mətninə üstünlük verilir.
Maddə 80. Hüquqi Aktların Dövlət Reyestrinin
strukturu
80.0.
Hüquqi Aktların Dövlət Reyestri aşağıdakı
bölmələrdən və fəsillərdən ibarətdir:
80.0.
1. I bölmə - “Normativ hüquqi aktlar”:
— 740 —