Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə234/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   229   230   231   232   233   234   235   236   237

70.2.

 

Normayaratma  orqanı  normativ  hüquqi  aktın 



layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər: 

70.2.1.


 

normativ hüquqi aktın layihəsinin bəyənilməsi və 

qəbul edilməsi

70.2.2.


 

əsaslar  və  səbəblər  göstərilməklə  layihənin  rədd 

edilməsi; 

70.2.3.


 

normativ  hüquqi  aktın  layihəsinin  qəbul 

edilməsinin müəyyən müddətə təxirə salınması; 

70.2.4.


 

irad  və  təkliflər  göstərilməklə  layihənin  yenidən 

işlənilmək üçün qaytarılması. 

70.3.  Qanun  layihələrinə  Azərbaycan  Respublikasının 

Milli Məclisində üç oxunuşda baxılır. 

Maddə 71. Normativ hüquqi aktın layihəsinin geri 

çağırılması 

71.1.


 

Normayaratma təşəbbüsünün subyekti təqdim etdiyi 

normativ  hüquqi  aktın  layihəsini,  zərurət  olduqda,  həmin 

layihə qəbul edilənədək geri çağırmaq hüququna malikdir. 

71.2.

 

Qanunvericilik  təşəbbüsü  hüququnun  subyekti 



Azərbaycan  Respublikası  Milli  Məclisinin  müzakirəsinə 

təqdim  etdiyi  qanun  layihəsini  onun  üçüncü  oxunuşda 

baxılmasına qədər geri çağırmaq hüququna malikdir. 

Maddə 72. Normativ hüquqi aktın qəbul edilməsi 

qaydası 

72.1.


 

Normativ  hüquqi  akt  ona  baxılmasından  sonra 

normayaratma  orqanı  tərəfindən  müvafiq  normativ  hüquqi 

aktlarla  müəyyən  edilmiş  prosedura  əməl  edilməklə  qəbul 

edilir. 

— 734 — 



72.2.

 

Normativ  hüquqi  akt  nonuayaratma  orqanı 



tərəfindən dövlət dilində qəbul edilir. 

Maddə 73. Qanunvericilik təşəbbüsü hüququnun 

həyata keçirilməsinin təminatları 

73.1.


 

Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya 

onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının 

Milli Məclisində layihə üzərində aparılan işdə iştirak etmək 

hüququna malikdir. 

73.2.


 

Qanun  layihəsi  Azərbaycan  Respublikasının  Milli 

Məclisində  layihədə  edilmiş  dəyişikliklərlə  birlikdə 

aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır): 

73.2.1.

 

qanun  layihəsini  təqdim  etmiş  qanunvericilik 



təşəbbüsü hüququnun subyekti ilə

73.2.2.


 

dəyişikliklər  edilməsi  dövlət  vəsaitlərinin  ixtisar 

edilməsinə, xərclərin  yaranmasına və  ya artırılmasına səbəb 

ola bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə və ya 

onun  tapşınğı  ilə  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti ilə. 

73.3.  Bu  Konstitusiya  Qanununun  46.2-ci  maddəsi  ilə 

nəzərdə  tutulan  razılaşdırılma  (rəy)  nəticəsində  Azərbaycan 

Respublikasının Milli Məclisinə təqdim edilmiş dəyişikliklər 

qanun layihəsinin alındığı gündən on dörd gün keçənədək bu 

şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi 

hüquqi  ekspertizanın  keçirilməsi  və  qanun  layihəsinə 

baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin. 

Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə 

mürəkkəb  qanun  layihələri  üzrə  rəyin  hazırlanması  və 

razılaşdırılmanm keçirilməsi (rəyin hazırlanması) üçün daha 

uzun müddət müəyyən edilə bilər. 

— 735 — 



73.4.

 

Rəyə  göndərilmədən  və  razılaşdırılmadan  müvafiq 



qanun  layihəsində  dəyişikliklər  (texniki  xarakter  daşıyan 

dəyişikliklər istisna olmaqla) edilməsinə yol verilmir. 

73.5.

 

Azərbaycan Respublikasının Milli Məclisinə təqdim 



olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun 

layihəsi  qanunvericilik  təşəbbüsü  hüququnun  subyekti  ilə 

təkrar razılaşdınimır. 

73.6.


 

Azərbaycan  Respublikasının  Milli  Məclisində 

birinci,  ikinci  və  üçüncü  oxunuşlarda  baxılması  üçün  tam 

hazırlanmış  qanun  layihəsi  qanunvericilik  təşəbbüsü 

hüququnun subyektinə təqdim edilir. 

Maddə 74. Normativ hüquqi aktın imzalanması 

74.1.


 

Normativ  hüquqi  aktın  rəsmi  imzalanması 

aşağıdakılar tərəfindən həyata keçirilir: 

74.1.1.


 

qanunlar 

və 

fərmanlar 



Azərbaycan 

Respublikasının Prezidenti; 

74.1.2.


 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

qərarları - Azərbaycan Respublikasının Baş naziri; 

74.1.3.


 

digər  normativ  hüquqi  aktlar  -  aktı  qəbul  etmiş 

orqanın rəhbəri; 

74.1.4.


 

Azərbaycan 

Respublikasının 

qanunvericilik 

aktları  ilə  digər  hal  nəzərdə  tutulmadıqda,  aktı  qəbul  etmiş 

orqanın rəhbəri olmadıqda, onun vəzifələrini icra edən şəxs. 

74.2.  Qanun  Azərbaycan  Respublikasının  Prezidentinə 

imzalanmaq  üçün  təqdim  edildikdə  qanunun  ikinci 

nüsxəsinin  son  səhifəsində  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  sədrinin  və  ya  onu  əvəz  edən  şəxsin  vizası 

qoyulur. 

— 736 — 



X I I I

 

f ə s i l  

NORMATİV HÜQUQİ AKTLARDA 

DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, ONLARIN 

LƏĞV EDİLMƏSİ 

Maddə 75. Normativ hüquqi aktlarda dəyişikliklər 

edilməsi 

75.1.


 

Ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna 

olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi 

aktda dəyişikliklər edə bilər. 

75.2.

 

Yeni  normativ  hüquqi  aktın  qəbul  edilməsi  ilə 



əlaqədar olaraq zəruri hallarda qüvvədə olan normativ hüquqi 

aktlarda  onları  qəbul  etmiş  orqan  tərəfindən  müvafiq 

dəyişikliklər edilir. 

Maddə 76. Normativ hüquqi aktların ləğv edilməsi 

qaydası 

76.1.


 

Normativ  hüquqi  aktın  qəbul  edilməsi  ilə  əlaqədar 

həmin  akta  daxil  edilmiş  normalara  zidd  olan  və  ya  bu 

normalarla  əhatə  olunan,  yaxud  faktiki  olaraq  əhəmiyyətini 

itirən,  həmin  və  ya  daha  aşağı  hüquqi  qüvvəyə  malik  olan 

bütün  aktlar  və  ya  onların  struktur  elementləri  (bölmələr, 

fəsillər, maddələr, hissələr və s.) ləğv edilməlidir. 

76.2.


 

Normativ  hüquqi  aktın  ləğv  edilməsi  barədə  həmin 

aktı  qəbul  etmiş  orqan  tərəfindən  və  ya  Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi 

və  119-cu  maddəsinin  yeddinci  abzası  ilə  müəyyən  edilmiş 

qaydada ayrıca norma qəbul edilir. 



— 737 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə