Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə230/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   226   227   228   229   230   231   232   233   ...   237

X I   f ə s i l  

NORMATİV HÜQUQİ AKTLARIN (ONLARIN 

LAYİHƏLƏRİNİN) SUİ-İSTİFADƏYƏ 

MƏRUZ QALMASINA DAİR EKSPERTİZASININ 

KEÇİRİLMƏSİ 

Maddə  61.  Normativ  hüquq  aktların  (onların 

layihələrinin) 

sui-istifadəyə 

məruz 

qalmasına 

dair 

ekspertizasının 

keçirilməsinin məqsədi 

Məcburi hüquqi ekspertizadan keçirilən normativ hüquqi 

aktların  layihələrində  və  Azərbaycan  Respublikasının 

Prezidentinə imzalanmaq üçün təqdim edilən qanunlarda (bu 

fəslin məqsədləri üçün bundan sonra - normativ hüquqi aktlar 

(onlann  layihələri))  sui-istifadə  təzahürləri  üçün  şərait 

yaranmasına  kömək  edən  müddəaların  əmələ  gəlməsinin 

qarşısını  almaq,  onları  aşkar  etmək  və  aradan  qaldırmaq 

məqsədi ilə normativ hüquqi aktların (onların layihələrinin) 

sui-istifadəyə məruz qalmasına dair ekspertizası keçirilir. 



Maddə  62.  Normativ  hüquqi  aktlarda  (onların 

layihələrində) sui-istifadə amilləri 

62.1.


 

Bu  Konstitusiya  Qanununun  məqsədləri  üçün  sui- 

istifadə  amilləri  dedikdə,  normativ  hüquqi  aktın  tətbiqi 

zamanı  sui-istifadənin  təzahürünə  səbəb  olan,  o  cümlədən 

sui-istifadə  təcrübəsinin  bilavasitə  əsası  olan,  yaxud 

sui-istifadə  əməllərinə  legitim  şərait  yaradan,  sui-istifadə 

əməllərinə  yol  verən  və  ya  onlara  təhrik  edən  normativ 

hüquqi aktlann müddəalan (o cümlədən, normanın və hüquqi 

düsturların qüsurlan) nəzərdə tutulur. 

— 722 — 



62.2.

 

Özündə sui-istifadə amillərini ehtiva edən normalar 



(normativ  hüquqi  aktlar,  onların  layihələri)  sui-istifadəyə 

məruz  qalmış  normalar  (normativ  hüquqi  aktlar,  onların 

layihələri) hesab edilir. 

62.3.


 

Tipik  sui-istifadə  amillərinə  əsasən,  tənzimləmə 

predmetindən  asılı  olmayaraq  normativ  hüquqi  aktlarda 

(onların layihələrində) daha tez-tez rast gəlinən və şübhəsiz 

və  ya  böyük  ehtimalla  sui-istifadə  təzahürlərinə  səbəb  olan 

sui-istifadə amilləri aid edilir. 

62.4.

 

Normativ hüquqi aktların layihələrinin hazırlanması 



və  təkmilləşdirilməsi  zamanı  onlara  bu  Konstitusiya 

Qanununda  qeyd  edilən  tipik  sui-istifadə  amillərinin  və 

sui-istifadəyə 

məruz 


qalma 

təzahürlərinin, 

habelə 

sui-istifadəyə  şərait  yaranmasına  səbəb  olacaq  digər 



müddəaların daxil edilməsinə yol verilmir. 

Maddə 63. Sui-istifadə amillərinin növləri 

63.0.


 

Normativ  hüquqi  aktın  (onun  layihəsinin) 

ekspertizası  aparılarkən  aşağıdakı  tipik  sui-istifadə  amilləri 

və  sui-istifadəyə  məruz  qalma  təzahürləri  aşkar  edilməli  və 

aradan qaldırılmalıdır: 

63.0.


 

1. dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin 

həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri

63.0.


 

2. hüquqi boşluqlarm mövcudluğu ilə əlaqədar olan 

tipik sui-istifadə amilləri

63.0.


 

3. sistem xarakterli tipik sui-istifadə amilləri; 

63.0.

 

4. sui-istifadəyə məruz qalmanın tipik təzahürləri. 



— 723 — 


Maddə  64.  Dövlət  orqanının  (vəzifəli  şəxsin) 

səlahiyyətlərinin  həyata  keçirilməsi  ilə 

əlaqədar olan tipik sui-istifadə amilləri 

64.1.


 

Normativ  hüquqi  aktda  dövlət  orqanının  (vəzifəli 

şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan 

tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir: 

64.1.1.

 

diskresion səlahiyyətlərin geniş olması; 



64.1.2.

 

səlahiyyətin 



dispozitiv 

imkan 


kimi 

müəyyənləşdirilməsi; 

64.1.3.

 

şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün 



ona lazım olduğundan daha yüksək tələblərin irəli sürülməsi

64.1.4.


 

fiziki  və  hüquqi  şəxslərin  hüquqlanndan  dövlət 

orqanı (vəzifəli şəxs) tərəfindən sui-istifadə edilməsi imkanı; 

64.1.5.


 

hüquqların həcminin əsassız dəyişdirilməsi

64.1.6.

 

qanundan irəli gələn normayaratmanm həddindən 



artıq sərbəst xarakter daşıması; 

64.1.7.


 

hüquqi-linqvistik sui-istifadəyə məruz qalma; 

64.1.8.

 

icra hakimiyyəti orqanının səlahiyyətindən kənar 



normativ hüquqi aktın qəbul edilməsi

64.1.9.


 

qanundakı boşluqlann icra hakimiyyəti orqanının 

normativ hüquqi aktlan ilə doldurulması. 

64.2.


 

Vəzifəli  şəxsə  qərar  qəbul  edilməsi  zamanı  öz 

mülahizələrinə  görə  hərəkət  etmək  imkanı  verən  normativ 

hüquqi  aktdakı  diskresion  səlahiyyətlər  özbaşına  həyata 

keçirilə bilməz. 

64.3.


 

Normativ  hüquqi  aktda  diskresion  səlahiyyətlərin 

geniş  olması  nəticəsində  qərar  qəbul  etmə  müddətlərinin 

müəyyən 


edilməməsinə 

və 


ya 

bu 


müddətin 

qeyri-müəyyənliyinə,  bu  və  ya  digər  qərarın  qəbul  edilməsi 

şərtləri 

— 724 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə