Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə226/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   222   223   224   225   226   227   228   229   ...   237

35.2.

 

Normativ  hüquqi  aktda  cədvəllər,  qrafiklər, 



xəritələr, sxemlər, siyahılar, illüstrasiyalar və s. göstərildikdə 

onlar  əlavə  formasında  rəsmiləşdirilməli,  normativ  hüquqi 

aktın  müvafiq  struktur  elementlərində  isə  həmin  əlavələrə 

dair istinadlar olmalıdır. 



Maddə 36. Normativ hüquqi aktda məsuliyyət 

tədbirlərinin nəzərdə tutulması 

Dövlət  və  yerli  özünüidarə  orqanlannm,  siyasi  partiya- 

lann,  ictimai  birliklərin,  digər  hüquqi  şəxslərin,  onlann 

vəzifəli  şəxslərinin,  habelə  fiziki  şəxslərin  vəzifələrini 

nəzərdə  tutan  aktlarda  həmin  vəzifələrin  pozulmasına  görə 

qüvvədə  olan  qanunvericiliklə  məsuliyyət  nəzərdə 

tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri göstərilməlidir. 

V I I I

 

f ə s i l  

NORMAYARATMA PROSESİ 

Maddə 37. Hüquq sisteminin sabitliyi 

Qanunlarla  və  ya  fərmanlarla  digər  hal  nəzərdə  tutul- 

madıqda,  normativ  hüquqi  aktda  onun  qəbul  edilməsindən 

sonra  6  aydan  tez  müddətdə  dəyişikliklər  edilməsinə  daha 

yüksək  hüquqi  qüvvəyə  malik  olan  normativ  hüquqi  aktın 

tələbləri  və  ya  normativ  hüquqi  aktın  hüquqi,  linqvistik, 

iqtisadi,  ekoloji,  kriminoloji  və  ya  maliyyə  ekspertizasının 

rəyi əsasında yol verilir. 



Maddə 38. Qanunvericilik təşəbbüsü hüququnun 

subyektləri 

Qanunvericilik 

təşəbbüsü 

hüququ 


Azərbaycan 

Respublikası  Konstitusiyasının  96-cı  maddəsi  ilə  müəyyən 

edilmiş subyektlərə mənsubdur. 

— 708 — 



Maddə 39. Normayaratma təşəbbüsünün subyektləri 

39.1.


 

Normayaratma  təşəbbüsünün  subyektləri  onlara 

verilmiş  səlahiyyətlərə  uyğun  olaraq  normativ  hüquqi  aktın 

layihəsinin və ya onun hər hansı struktur elementinin qəbul 

olunması,  aktda  dəyişikliklər  edilməsi,  aktın  şərh  edilməsi, 

qüvvəsinin  dayandırılması  və  ya  ləğv  edilməsi  zərurəti 

haqqında  təklifi  bu  Konstitusiya  Qanununun  48-  ci 

maddəsinə  uyğun  olaraq  normayaratma  orqanına  təqdim 

etmək hüququ olan subyektlərdir. 

39.2.


 

Normayaratma  təşəbbüsünün  subyekti  olmayan 

dövlət  orqanları  və  vəzifəli  şəxslər,  habelə  fiziki  və  hüquqi 

şəxslər  normativ  hüquqi  aktın  qəbul  edilməsi  ilə  bağlı 

təkliflərini  və  ya  normativ  hüquqi  aktın  layihəsini 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş  qaydada  müvafiq  səlahiyyətlərə  malik  olan  dövlət 

orqanlarına  təqdim  edə  bilərlər.  Bu  halda  bu  Konstitusiya 

Qanununun 48-ci maddəsinə riayət olunmaya bilər. 

Maddə 40. Normayaratma prosesinin mərhələləri 

40.0.


 

Normayaratma  prosesi  aşağıdakı  mərhələlərdə, 

müəyyən olunmuş prosedura əməl etməklə həyata keçirilir: 

40.0.


 

1. normayaratma fəaliyyətinin planlaşdırılması; 

40.0.

 

2. normayaratma təşəbbüsü (normativ hüquqi aktın 



layihəsinin hazırlanması); 

40.0.


 

3. normativ hüquqi aktın qəbul edilməsi

40.0.

 

4. 



normativ 

hüquqi 


aktın 

Azərbaycan 

Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil 

edilməsi

40.0.

 

5. normativ hüquqi aktın dərc edilməsi. 



— 709 — 


Maddə  41.  Normativ  hüquqi  aktların  layihələrinin 

hazırlanmasının planlaşdırılması 

41.1.


 

Normativ hüquqi aktların layihələrinin hazırlanması 

planlı əsasda həyata keçirilir. 

41.2.


 

Normativ 

hüquqi 

aktların 



layihələrinin 

hazırlanmasının  planlaşdırılmasma  normayaratma  orqanları 

tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir: 

41.2.1.


 

normativ 

hüquqi 

aktların 



layihələrinin 

hazırlanması  haqqında  müddəaları  əks  etdirən  dövlət 

proqramları; 

41.2.2.


 

qanun  layihələrinin  hazırlanmasının  illik  planları 

və  normativ  hüquqi  aktların  layihələrinin  hazırlanmasının 

digər planları. 



Maddə  42.  Normativ  hüquqi  aktların  layihələrinin 

hazırlanması  planlarının  tərtib  edilməsi 

qaydası 

42.1.


 

Müvafiq  olaraq  Azərbaycan  Respublikasının  Milli 

Məclisi  və  Azərbaycan  Respublikasının  Prezidenti  qanun 

layihələrinin  hazırlanmasının  qarşılıqlı  razılaşdırılmış  illik 

planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik 

planında  əhəmiyyətli  və  mürəkkəb  qanun  layihələrinin 

konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər. 

42.2.


 

Normayaratma  orqanları  dövlət  proqramları  və  ya 

qanun  layihələrinin  hazırlanmasının  illik  planı  əsasında 

normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı 

öz planlarını tərtib və təsdiq edə bilərlər. 

42.3.


 

Normativ hüquqi aktların layihələrinin hazırlanması 

planları  tərtib  edilərkən  normayaratma  fəali)^ətinin 

subyektlərinin, digər maraqlı orqanların, elmi təşkilatla 



— 710 — 


rın,  habelə  digər  fiziki  və  hüquqi  şəxslərin  təklifləri  nəzərə 

alına bilər. 



Maddə 43. Dövlət proqramlarının və normativ hüquqi 

aktların 

layihələrinin 

hazırlanması 

planlarının həyata keçirilməsinə nəzarət 

Dövlət  proqramlarının  və  normativ  hüquqi  aktların 

layihələrinin  hazırlanması  planlarının  həyata  keçirilməsinə 

onları təsdiq etmiş normayaratma orqanları nəzarət edirlər. 



Maddə  44.  Normativ  hüquqi  aktların  layihələrinin 

hazırlanmasının  planlaşdırılması  üzrə 

fəaliyyətdə aşkarlığın təmin edilməsi 

44.1.


 

Dövlət  proqramları  və  normativ  hüquqi  aktların 

layihələrinin  hazırlanması  planları  onları  təsdiq  etmiş 

normayaratma  orqanlarının  aktları  üçün  nəzərdə  tutulmuş 

qaydada təsdiq və dərc edilir. 

44.2.


 

Təsdiq  edilmiş  dövlət  proqramlan  və  normativ 

hüquqi  aktların  layihələrinin  hazırlanması  planları  məlumat 

üçün əlaqədar dövlət orqanlarına göndərilir. 



Maddə  45.  Normativ  hüquqi  aktın  layihəsinin 

hazırlanması qaydası 

45.1.


 

Normativ  hüquqi  aktın  layihəsinin  hazırlanmasına 

aşağıdakılar daxil edilə bilər: 

45.1.1.


 

normayaratma 

təşəbbüsünə 

baxılması 

və 

layihənin hazırlanması üzrə qərarın qəbul edilməsi; 



45.1.2.

 

layihənin  hazırlanmasının  təşkilati-texniki  və 



maliyyə təminatı; 

45.1.3.


 

zəruri materialların və məlumatlann toplanması; 



— 711 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə