Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə224/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   220   221   222   223   224   225   226   227   ...   237

V I   f ə s i l  

NORMATİV HÜQUQİ AKTA DAİR ÜMUMİ 

TƏLƏBLƏR 

Maddə 25. Normativ hüquqi aktın tərtib edilməsi 

üslubu 

25.1.


 

Normativ  hüquqi  aktlar  daxilən  uzlaşdmlmalı, 

məntiqli  qurulmalı  və  normayaratma  texnikasına  uyğun 

olmalıdır. 

25.2.

 

Normativ  hüquqi  aktın  normaları  ifadə  edilərkən 



həm  həddindən  artıq  ümumiləşdirilmiş,  həm  də  həddindən 

artıq  təfərrüatlı  ifadələrə,  eləcə  də  eyni  məsələ  ilə  bağlı 

normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna 

yol verilməməlidir. 

25.3.

 

Normativ  hüquqi  aktın  (onun  struktur  elementinin) 



adı  yığcam  olmalı,  aydın  ifadə  edilməli  və  həmin  aktın 

(struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir. 

25.4.

 

Normativ  hüquqi  aktın  normaları  yığcam  şəkildə, 



əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir. 

25.5.


 

Normativ  hüquqi  aktın  mətnində  istifadə  edilən 

termin və anlayışlar aydın və birmənalı olmalıdır. 

Maddə 26. Normativ hüquqi aktda normaların yer- 

ləşdirilməsinin ardıcıllığı 

Normativ hüquqi aktın mətnində əvvəl ümumi, sonra 

isə daha konkret müddəalar yerləşdirilir. 

— 701 — 



Maddə  27.  Normativ  hüquqi  aktların  layihələrinin 

dövlət 

orqanları 

tərəfindən 

hazırlanmasının tənzimlənməsi 

27.1.


 

Normativ  hüquqi  aktların  müxtəlif  növlərinin 

layihələrinin  hazırlanması  qaydasının  xüsusiyyətləri,  onlar 

üçün texniki-hüquqi tələblər, habelə bu Konstitusiya Qanunu 

ilə  tənzimlənməmiş  digər  məsələlər  müvafiq  olaraq 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  və  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  təsdiq  edilən 

qaydalarla müəyyən edilir. 

27.2.

 

Normativ hüquqi aktların layihələrinin hazırlanması 



qaydası  normayaratma  fəaliyyətinin  subyektlərinin  və 

normayaratma  orqanlarının  hüquqlarını  məhdudlaşdıra 

bilməz. 

VII

 

f ə s i l  

NORMATİV HÜQUQİ AKTIN STRUKTURU 

Maddə 28. Normativ hüquqi aktların rekvizitləri 

28.0.


 

Normativ  hüquqi  aktların  məcburi  rekvizitləri 

aşağıdakılardır: 

28.0.


 

1. aktın növü (Azərbaycan Respublikasının Qanunu, 

Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərarı və s.); 

28.0.

 

2.  hüquqi  tənzimləmə  predmetini  əks  etdirən 



normativ hüquqi aktın adı (sərlövhəsi); 

28.0.


 

3.  aktın  qəbul  edildiyi  tarix,  yer  və  qeydiyyat 

nömrəsi; 

28.0.


 

4.  müvafiq  normativ  hüquqi  aktı  rəsmi  imzalamaq 

səlahiyyətinə  malik  olan  şəxsin  adı,  soyadı,  vəzifəsi  və 

imzası. 


— 702 — 


Maddə 29. Normativ hüquqi aktın adı 

29.1.


 

Hər  bir  normativ  hüquqi  akt  onun  hüquqi 

tənzimləmə  predmetini  və  əsas  mahiyyətini  əks  etdirən  ada 

malik olmalıdır. 

29.2.

 

Bir  və  ya  bir  necə  normativ  hüquqi  aktda 



dəyişikliklər  edildikdə  həmin  dəyişiklikləri  nəzərdə  tutan 

aktın  adında  dəyişikliklər  edilən  normativ  hüquqi  aktın 

(aktların) adı (adları) göstərilməlidir. 

Maddə 30. Normativ hüquqi aktın struktur 

elementləri 

30.1.


 

Normativ  hüquqi  aktın  struktur  elementləri 

preambuladan,  bölmədən,  fəsildən,  maddədən,  hissədən, 

bənddən, yarımbənddən və abzasdan ibarətdir. 

30.2.

 

Normativ  hüquqi  aktın  mətni  onun  növündən  asılı 



olaraq, bölmədə birləşən fəsillərə, fəsildə birləşən maddələrə, 

maddədə birləşən hissələrə, hissədə birləşən bəndlərə, bənddə 

birləşən  yarımbəndlərə və  yarımbənd-  də birləşən abzaslara 

bölünə bilər. Qanun, o cümlədən dəyişiklikləri nəzərdə tutan 

qanun, qanunla təsdiq edilən əsasnamə, nizamnamə, qayda və 

norma  nəzərdə  tutan  digər  akt  maddələrə,  digər  normativ 

hüquqi aktlar, o cümlədən referendum aktı hissələrə bölünür. 

Məcəllədə  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrdə  digər  struktur  elementləri  də  ola 

bilər.  Məcəllədə  mündəricat  verilməlidir.  İri  həcmli  digər 

normativ hüquqi aktlarda da mündəricat verilə bilər. 

30.3.


 

Normativ  hüquqi  aktın  preambulası  onun  qəbul 

edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən 

giriş  hissəsidir.  Preambulaya  normativ  göstərişlərin  daxil 

edilməsinə yol verilmir. 

— 703 — 



30.4.

 

Normativ  hüquqi  aktın  bölməsi  fəsilləri  özündə 



birləşdirən  struktur  elementidir.  Bölmə  rum  rəqəmi  ilə 

nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və 

sətrin ortasında yerləşdirilən ada malik olmalıdır. 

30.5.


 

Normativ  hüquqi  aktın  fəsli  maddələri  özündə 

birləşdirən  struktur  elementidir.  Fəsil  ərəb  rəqəmi  ilə 

nömrələnir, mahİ

5

^ətini əks etdirən, baş hərflərlə yazılan və 



sətrin ortasında yerləşdirilən ada malik olmalıdır. 

30.6.


 

Normativ  hüquqi  aktın  maddəsi  hissələri  özündə 

birləşdirən  və  tamamlanmış  normativ  müddəanı  əks  etdirən 

əsas struktur elementidir. Maddə ərəb rəqəmi ilə nömrələnir 

və  rəqəmdən  sonra  nöqtə  qoyulur.  Maddə,  o  cümlədən 

qanunla təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın 

və norma nəzərdə tutan digər aktın maddəsi onun mahiyyətini 

əks  etdirən  və  sətri  hərflərlə  yazılan  ada  malik  olmalıdır. 

Dəyişiklikləri  nəzərdə  tutan  qanunun  və  hər  hansı 

əsasnaməni,  nizamnaməni,  qaydanı  və  norma  nəzərdə  tutan 

digər aktı təsdiq edən qanunun maddəsinin adı olmur. 

30.7.


 

Maddə  olmayan  normativ  hüquqi  aktda  hissə 

bəndləri  özündə  birləşdirə  bilən  və  tamamlanmış  normativ 

müddəanı  əks  etdirən  əsas  struktur  elementidir.  Hissə 

(maddədə  hissənin  nömrəsinin  birinci  rəqəmi  maddənin 

nömrəsini  təkrarlamaqla)  ərəb  rəqəmi  ilə  nömrələnir  və 

rəqəmdən sonra nöqtə qoyulur. Hissənin mətni sətri hərflərlə 

yazılır və nöqtə ilə tamamlanır. Normativ hüquqi aktla (qanun 

istisna  olmaqla)  təsdiq  edilən  əsasnamədə,  nizamnamədə, 

qaydada  və  norma  nəzərdə  tutan  digər  aktda,  mərkəzi  icra 

hakimiyyəti  orqanının  normativ  hüquqi  aktında  hissənin 

mahiyyətini  əks  etdirən,  sətri  hərflərlə  yazılan  və  sətrin 

ortasında yerləşdirilən adı olmalıdır. 

30.8.


 

Normativ hüquqi aktın bəndi yarımbəndləri özündə 

birləşdirə bilən, hissənin nömrəsini təkrarlamaqla ərəb 

— 704 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə