Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə223/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   219   220   221   222   223   224   225   226   ...   237

18.3.

 

Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 



qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma 

nəzərdə  tutan  digər  aktlar  Azərbaycan  Respublikası 

Prezidentinin fərmanları ilə təsdiq edilir. 

18.4.


 

Azərbaycan  Respublikası  Prezidentinin  normativ 

hüquqi  aktı  qəbul  olunduqda  bu  aktın  istinad  etdiyi 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

maddəsi 

göstərilməli  və  aktın  həmin  maddənin  icrası  məqsədi  ilə 

qəbul olunduğu qeyd edilməlidir. 

Maddə 19. Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin normativ hüquqi aktları 

19.1.


 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

120-ci 


maddəsinin  I  hissəsinə  uyğun  olaraq,  Azərbaycan 

Respublikasının Konstitusiyası və  Azərbaycan Respublikası 

Prezidentinin  aktları  əsasında  və  onların  icrası  məqsədi  ilə 

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  Azərbaycan 

Respublikası 

Prezidentinin 

aktları 

ilə 


Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  səlahiyyətlərinə  aid 

edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi 

aktlar qəbul edir. 

19.2.

 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 



tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar 

və norma nəzərdə tutan digər aktlar Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir. 

19.3.


 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

habelə  mərkəzi  icra  hakimiyyəti  orqanları  tərəfindən  həll 

edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar qəbul 

edir. 

19.4.


 

Normativ  hüquqi  akt  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu norma 

— 697 — 



tiv  hüquqi  aktın  istinad  etdiyi  Azərbaycan  Respublikası 

Konstitusiyasının  maddəsi  və  ya  Azərbaycan  Respublikası 

Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi 

ilə qəbul olunduğu qeyd edilməlidir. 



Maddə  20.  Mərkəzi  icra  hakimiyyəti  orqanlarının 

normativ hüquqi aktları 

20.1.


 

Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ 

hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları 

ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan 

Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə 

aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. 

20.2.

 

Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ 



hüquqi aktları qərarlar formasında qəbul edilir. 

20.3.


 

Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul 

edilən  təlimatlar,  əsasnamələr,  nizamnamələr  və  qaydalar 

qərarlarla təsdiq edilir. 

20.4.

 

Normativ  hüquqi  akt  mərkəzi  icra  hakimiyyəti 



orqanları  tərəfindən  qəbul  olunduqda  bu  normativ  hüquqi 

aktın  istinad  etdiyi  Azərbaycan  Respublikası  Prezidentinin 

aktı  göstərilməli  və  həmin  aktın  icrası  məqsədi  ilə  qəbul 

olunduğu qeyd edilməlidir. 



Maddə  21.  Naxçıvan  Muxtar  Respublikasının  dövlət 

orqanlarının  normativ  hüquqi  aktlarının 

növləri 

Naxçıvan  Muxtar  Respublikasının  dövlət  orqanlarının 

nonnativ  hüquqi  aktlarının  növləri  Naxçıvan  Muxtar 

Respublikasının Konstitusiyası ilə müəyyən edilir. 



— 698 — 


V   f ə s i l  

AZƏRBAYCAN RESPUBLİKASININ 

NORMATİV HÜQUQİ AKTLARINDA 

BEYNƏLXALQ HÜQUQUN HAMILIQLA 

QƏBUL EDİLMİŞ PRİNSİP VƏ NORMALARININ 

VƏ AZƏRBAYCAN RESPUBLİKASININ 

TƏRƏFDAR ÇIXDIĞI BEYNƏLXALQ 

MÜQAVİLƏLƏRİN NORMALARININ 

HƏYATA KEÇİRİLMƏSİ 

Maddə  22.  Beynəlxalq  hüququn  hamdıqla  qəbul 

edilmiş prinsip və normalarının üstünlüyü 

Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıq- la 

qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və 

Azərbaycan 

Respublikası 

qanunvericiliyinin 

onlara 

uyğunluğunu təmin edir. 



Maddə 23. Beynəlxalq müqavilələrlə normativ hüquqi 

aktların qarşılıqlı nisbəti 

23.1.


 

Azərbaycan Respublikası Konstitusiyasının 148- ci 

maddəsinin  II  hissəsinə  uyğun  olaraq,  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr 

Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib 

hissəsidir. 

23.2.

 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 



dövlətlərarası  müqavilələrin  Azərbaycan  Respublikasının 

normativ  hüquqi  aktlarına  münasibətdə  hüquqi  qüvvəsi 

Azərbaycan  Respublikası  Konstitusiyasının  151-ci  maddəsi 

ilə müəyyən edilir. 



— 699 — 


23.3.

 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  hö- 



kumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan 

Respublikası  üçün  məcburiliyinə  razılığın  ifadə  olunduğu 

normativ  hüquqi  aktlardan  daha  üstün  hüquqi  qüvvəyə 

malikdir. 

23.4.

 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 



beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş 

normaların  tətbiqi  üçün  dövlətdaxili  normativ  hüquqi  aktın 

qəbul  olunmasını  tələb  edən  hallar  istisna  olmaqla,  birbaşa 

tətbiq edilməlidir. 



Maddə  24.  Azərbaycan  Respublikasının  beynəlxalq 

öhdəliklərinin 

həyata 

keçirilməsinə 

yönəlmiş normativ hüquqi aktların qəbul 

edilməsinin əsasları 

24.0.


 

Azərbayean  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrdən  irəli  gələn  öhdəliklərin  həyata 

keçirilməsinə  yönəlmiş  normativ  hüquqi  aktlar  aşağıdakı 

hallarda qəbul edilir: 

24.0.


 

1.  Azərbayean  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq 

müqavilələrin 

predmetini 

Azərbaycan 

Respublikasının normativ hüquqi aktları ilə tənzimlənməyən 

məsələlər təşkil etdikdə

24.0.

 

2.  Azərbayean  Respublikasının  tərəfdar  çıxdığı 



beynəlxalq  müqavilələrdən  irəli  gələn  öhdəliklərin  yerinə 

yetirilməsi  müvafiq  normativ  hüquqi  akt  qəbul  edilmədən 

mümkün olmadıqda; 

24.0.


 

3.  beynəlxalq  müqavilənin  tərəfləri  müvafiq 

normativ  hüquqi  aktların  qəbul  edilməsi  barədə  razılığa 

gəldikdə. 



— 700 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə