Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə219/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   215   216   217   218   219   220   221   222   ...   237

1.0.

 

24.  normativ  hüquqi  aktdan  sui-istifadə  imkanı  - 



normativ  hüquqi  aktda  korrupsiya  təzahürləri  üçün  şəraitin 

yaranmasına kömək edən müddəaların mövcudluğu; 

1.0.

 

25.  diskresion  səlahiyyətlər  -  orqanın  (şəxsin)  öz 



mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri

1.0.


 

26. dispozitiv imkan -  orqanın (şəxsin) öz seçimi ilə 

davranış imkanı; 

1.0.


 

27. normativ hüquqi aktın hüquqi qüvvəsi - normativ 

hüquqi  aktın  müvafiq  ictimai  münasibətlərə  tətbiqinin 

məcburiliyini,  habelə  onun  digər  normativ  hüquqi  aktlar 

barəsində  üstünlüyünü  və  ya  tabeliyini  müəyyən  edən 

xarakteristika. 



Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi 

qüvvəsi 

2.1.


 

Normativ  hüquqi  aktların  növləri  Azərbaycan 

Respublikası Konstitusiyasının 148-ci  maddəsi ilə  müəyyən 

edilir. 


2.2.

 

Normativ hüquqi aktlann hüquqi qüvvəsi Azərbaycan 



Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, 

V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 

2.3.

 

Referendumla  qəbul  edilmiş  akt  (bundan  sonra  - 



referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi 

akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət 

təşkil  etdikdə  Azərbaycan  Respublikasının  Konstitusiyası 

tətbiq edilir. 

2.4.

 

Qanun,  fərman  və  ya  digər  normativ  hüquqi  akt 



referendum  aktı  ilə  ziddiyyət  təşkil  etdikdə  referendum  aktı 

tətbiq edilir. 

2.5.

 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  mülki 



hüquq normalanm əks etdirən digər məcəllə və qanun 

— 685 — 


larla  ziddiyyət  təşkil  etdikdə  Azərbaycan  Respublikasının 

Mülki Məcəlləsi tətbiq edilir. 

2.6.

 

Fərman  və  ya  digər  normativ  hüquqi  akt  qanunla 



ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. 

2.7.


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, 

mərkəzi  icra  hakimiyyəti  ərqanlarmın  normativ  hüquqi 

aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. 

2.8.

 

Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ 



hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

qərarı  ilə  ziddiyyət  təşkil  etdikdə  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin qərarı tətbiq edilir. 

2.9.


 

Nizamnamələrin, 

əsasnamələrin, 

təlimatların, 

reqlamentlərin  və  qaydaların  hüquqi  qüvvəsi  onları  təsdiq 

edən  normativ  hüquqi  aktın  hüquqi  qüvvəsi  ilə  müəyyən 

edilir. 

2.10.


 

Naxçıvan 

Muxtar 

Respublikasının 



dövlət 

orqanlarının  normativ  hüquqi  aktlarının  hüquqi  qüvvəsi 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

134-cü 


maddəsinin  V  hissəsi  və  Naxçıvan  Muxtar  Respublikası 

Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri 

ilə müəyyən edilir. 

Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların 

hüquqi qüvvəsi 

3.1.


 

Konkret  (birdəfəlik)  təşkilati,  nəzarət  və  ya  sərən- 

camverici  tədbirlərin  həyata  keçirilməsi  məqsədi  ilə  qəbul 

edilən  və  ya  digər  birdəfəlik  tətbiq  halları  üçün  nəzərdə 

tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. 

— 686 — 



3.2.

 

Qeyri-normativ  hüquqi  aktlar  müvafiq  normativ 



hüquqi  akt  əsasında  qəbul  edilməlidir  və  onun  müvafiq 

normasına istinad etməlidir. 

3.3.

 

Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir: 



3.3.1.

 

Azərbaycan 



Respublikası 

Milli 


Məclisinin 

qərarları; 

3.3.2.

 

Azərbaycan 



Respublikası 

Prezidentinin 

sərəncamları; 

3.3.3.


 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

sərəncamları; 

3.3.4.


 

vətəndaşlıq vəzİ

3

^əti aktlarının dövlət qeydiyyatını 



həyata keçirən orqanların aktları; 

3.3.5.


 

bu  maddənin  birinci  hissəsinə  uyğun  olaraq 

qeyri-normativ hesab edilən digər hüquqi aktlar. 

Maddə 4. Normativ xarakterli aktlar və onların 

hüquqi qüvvəsi 

4.1.


 

Azərbaycan  Respublikasının  normativ  xarakterli 

aktları aşağıdakılardır: 

4.1.1.


 

Azərbaycan  Respublikası  Konstitusiyasının  130- 

cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə 

əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya 

Məhkəməsinin qərarları; 

4.1.2.


 

Azərbaycan 

Respublikası 

Mərkəzi 


Seçki 

Komissiyasının qərarları, təlimatları və izahları; 

4.1.3.

 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 



qərarları; 

4.1.4.


 

Məhkəmə-Hüquq Şurasının qərarları; 

4.1.5.

 

Milli Televiziya və Radio Şurasının qərarları; 



4.1.6.

 

yerli özünüidarə orqanlarının qərarları; 



4.1.7.

 

yerli icra hakimiyyəti orqanlarının qərarları. 



— 687 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə