Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə216/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   212   213   214   215   216   217   218   219   ...   237

tədbirləri  görülən  şəxsin  qanuni  tutulması  və  ya  həbs 

edilməsi. 

4.2.

 

Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya 



həbs  olunmuş  hər  bir  şəxs  dərhal,  işə  baxmaq  və  ya 

məhkəməyə  qədər  azad  etmək  səlahiyyətinə  malik  olan 

hakimin  yanma  gətirilir.  Həmin  şəxs  qanunla  müəyyən 

edilmiş müddətdə məhkəmə araşdırmasının aparılması və ya 

məhkəməyə qədər azad edilməsi hüququna malikdir. 

4.3.


 

Tutulma  və  ya  həbsəalma  nəticəsində  azadlıqdan 

məhrum  olunan  hər  bir  şəxs  məhkəmə  araşdırmasının 

aparılması hüququna malikdir və bu zaman məhkəmə təxirə 

salmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və 

əgər  o,  qanunsuz  tutulubsa,  onun  azad  olunması  haqqında 

qərar çıxarır. 

4.4.


 

Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə 

gələcəyinə təminat verilməsi şərti ilə məhkəməyə qədər azad 

edilə bilər. 

4.5.

 

Bu  Qanunun  4.1-ci  maddəsinin  göstərişlərinə  zidd 



olaraq tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin 

olunan kompensasiya hüququ vardır. 

4.6.

 

Heç  kəs  yalnız  hansısa  mülki  müqavilə  öhdəliyini 



yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və 

ya azadlıqdan məhrum edilə bilməz. 



Maddə  5.  Şəxsin  insan  hüquqlarını  və  azadlıqlarını 

pozan  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyəti  orqanlarının  qərarlarından, 

bələdiyyə 

aktlarından 

Konstitusiya 

Məhkəməsinə şikayət vermək hüququ 

Hər  kəs  onun  hüquqlanm  və  azadlıqlarını  pozan  və 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

130-cu 


maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə 

— 673 — 


tutulan  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti 

orqanlarının  normativ  qərarlarından  və  bələdiyyələrin 

normativ  aktlarından  qanunla  müəyyən  edilmiş  qaydada 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə 

pozulmuş hüquq və azadlıqlarına dair şikayət verə bilər. 

Maddə 6. Məhkəmələrin Konstitusiya Məhkəməsinə 

müraciət etmək hüququ 

Azərbaycan  Respublikasının  qanunları  ilə  müəyyən 

edilmiş  qaydada  məhkəmələr  insan  hüquqlarının  və 

azadlıqlarının  həyata  keçirilməsi  məsələləri  ilə  bağlı 

Azərbaycan  Respublikası Konstitusiyasının və  qanunlarının 

şərh  edilməsi  haqqında  Azərbaycan  Respublikasının 

Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. 

Heydər ƏLİYEV, Azərbaycan 

Respublikasının Prezidenti 

Bakı şəhəri, 24 dekabr 2002-ci il. 

N9 404-11 KQ. 

— 674 — 



Azərbaycan Respublikasının Milli Məclisinin 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

etimad məsələsinin həll edilməsi hüququnun 

əlavə təminatları haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYA QANUNU 

Bu  Konstitusiya  Qanunu  Azərbaycan  Respublikası 

Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinin 14- cü 

bəndində  əks  etdirilmiş  Azərbaycan  Respublikası  Milli 

Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

etimad  məsələsinin  həll  edilməsi  hüququnun  həyata 

keçirilməsi üçün  əlavə təminatların  yaradılması məqsədi ilə 

qəbul edilir. 



Maddə  1.  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  Azərbaycan  Respublikasının 

Milli Məclisi qarşısında hesabatı 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  hər  il 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  yaz  sessiyasının 

beşinci  iclasında  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin fəaliyyəti haqqında hesabat verir. 

Maddə  2.  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə  Azərbaycan  Respublikasının 

Milli Məclisi tərəfindən sorğu göndərilməsi 

2.1.  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  onun 

səlahiy 


— 675 — 


yətlərinə  aid edilmiş  məsələlərə  dair sorğu ilə müraciət  edə 

bilər. 


2.2.

 

Azərbaycan Respublikası Milli Məclisinin sorğusuna 



cavab  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetini 

təmsil  edən  səlahiyyətli  şəxs  tərəfindən  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  iclasında  bir  aydan  gec 

olmayaraq təqdim edilir. 



Maddə  3.  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 

üzvlərinə 

Azərbaycan 

Respublikası 

Milli 

Məclisinin 

deputatlarının sorğuları 

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 

sorğularına  cavab  vermək  üçün  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  iş  qaydalari  ilə  müəyyən  edilmiş 

hallarda  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

üzvləri 


Azərbaycan 

Respublikası 

Milli 

Məclisinin 



iclaslarında iştirak edirlər. 

Maddə  4.  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinə etimad məsələsinin həll edilməsi 

hüququnun məhdudlaşdirilmasi 

4.1. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  etimad 

göstərilməsi məsələsi Azərbaycan Respublikası Prezidentinin 

və  ya  Azərbaycan Respublikası Milli Məclisi deputatlarının 

seçkiləri  gününə  6  aydan  az  qaldıqda  müzakirəyə  çıxarıla 

bilməz. 

— 676 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə