Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə212/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   208   209   210   211   212   213   214   215   ...   237

7.2.3.

 

Müvəkkil  vəzifəsindən  könüllü  yazılı  istefa 



verdikdə. 

7.3.


 

Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam 

verildikdə,  Azərbaycan  Respublikasının  Prezidenti  30  gün 

müddətində  Azərbaycan  Respublikası  Milli  Məclisinə  yeni 

Müvəkkilin  seçilməsi  üçün  üç  şəxsin  namizədliyini  təqdim 

edir.  Azərbaycan  Respublikasının  Milli  Məclisi  15  gün 

müddətində  Müvəkkilin  seçilməsi  ilə  bağlı  müvafiq  qərar 

qəbul edir. 



I I   f ə s i l  

İNSAN HÜQUQLARININ POZULMASINA DAİR 

ŞİKAYƏTLƏRƏ BAXILMASI 

Maddə 8. İnsan hüquqlarının pozulmasına dair 

şikayətlərin verilməsi qaydası 

8.1.


 

Müvəkkil  Azərbaycan  Respublikası  vətəndaşlan- 

nm,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin,  hüquqi 

şəxslərin  (bundan  sonra  "ərizəçi"  adlandırılacaq)  insan 

hüquqlannm pozulmasına dair şikayətlərinə baxır. 

8.2.


 

Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə 

üçüncü şəxslər, 

0

 cümlədən qeyri-hökumət təşkilatla- n verə 



bilərlər.  İnsan  hüquqları  pozulmuş  şəxsin  razılığını  almaq 

mümkün  olmadıqda  (həmin  şəxs  vəfat  etdikdə,  fəaliyyət 

qabiliyyətini  itirdikdə  və  s.),  şikayəti  üçüncü  şəxslər  və  ya 

qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər. 

8.3.

 

Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər. 



8.4.

 

Şikayət ərizəçinin hüquqlannm pozulduğu və ya ona 



bu  barədə  məlum  olduğu  gündən  bir  il  müddətində  verilə 

bilər. 


— 660 — 


8.5.

 

Cəzaçəkmə  müəssisələrində,  istintaq  təcridxanala- 



rında,  müvəqqəti  saxlanılma  yerlərində  saxlanılan  şəxslər 

tərəfindən  ünvanlanmış  şikayətlər  senzuradan  keçirilmədən 

24 saat müddətində Müvəkkilə göndərilməlidir. 

Maddə 9. İnsan hüquqlarının pozulmasına dair 

şikayətin məzmunu 

9.1.


 

İnsan  hüquqlarının  pozulmasına  dair  şikayətdə 

ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə 

də  ərizəçinin  hüquqlarını  pozmuş  qərar  və  ya  hərəkətin 

(hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı 

və  ərizəçinin  imzası  olmalıdır.  Şikayətlə  bağlı  başqa 

materiallar  və  ya  məhkəmə  tərəfindən  çıxanimış  qərar 

olduqda, şikayətə əlavə edilə bilər. 

9.2.

 

Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı 



göstərilmədikdə,  müraciət  anonim  hesab  edilir  və  həmin 

şikayətlərə, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar 

istisna olmaqla, baxılmır. 

9.3.


 

Anonim  şikayətdə  göstərilən  hallar  kifayət  qədər 

sübutlu  və  əsaslı  faktlarla  təsdiq  edilirsə,  həmin  şikayətlər 

Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər. 

9.4.

 

Şikayət  şifahi  verildikdə.  Müvəkkil  aparatının  işçisi 



şikayətin  məzmununu  xüsusi  blankda  qeyd  edir  və  ərizəçi 

həmin vərəqi imzalayır. 

9.5.

 

Ərizəçinin  xahişi  ilə  Müvəkkil  onun  barəsində 



məlumatları gizli saxlamalıdır. 

Maddə 10. İnsan hüquqlarının pozulmasına dair 

şikayətlə bağlı qərarın qəbul edilməsi 

10.1.


 

Ərizəçi  tərəfindən  insan  hüquqlarmm  pozulmasına 

dair  şikayət  daxil  olduqda.  Müvəkkil  aşağıdakı  qərarlardan 

birini qəbul edə bilər: 



— 661 — 


10.1.1.

 

şikayət baxılmaq üçün qəbul edilsin



10.1.2.

 

şikayətə baxılmasından imtina edilsin. 



10.2.

 

Müvəkkil  şikayətə  baxılmasından  imtina  etdiyi 



halda  ərizəçiyə  10  gün  müddətində  yazılı  şəkildə 

əsaslandırılmış cavab verir. 



Maddə  11.  İnsan  hüquqlarının  pozulmasına  dair 

şikayətə  baxılmasından  imtina  edilməsi 

üçün əsaslar 

11.1.


 

Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır: 

11.1.1.

 

bu 



Qanunun 

8.4-cü 


maddəsinin  tələbləri 

pozulduqda; 

11.1.2.

 

şikayət  Müvəkkilin  səlahiyyətlərinə  aid  olma- 



dıqda; 

11.1.3.


 

bu  Qanunun  9.3-cü  maddəsində  göstərilən  hallar 

istisna olmaqla, şikayət anonim olduqda

11.1.4.


 

şikayətlə bağlı məhkəmə icraatı getdikdə; 

11.1.5.

 

təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, 



faktlar və sübutlar olmadıqda. 

Maddə 12. İnsan hüquqlarının pozulmasına dair 

şikayətə baxılma qaydası 

12.1.


 

Müvəkkil  insan  hüquqlarının  pozulmasına  dair 

şikayətdə  əks  etdirilmiş  halların  araşdırılması  zamanı 

barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin 

şikayətlə  bağlı  mülahizələrini  öyrənməlidir.  10  gün 

müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir. 

12.2.

 

İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks 



etdirilmiş  halların  araşdırılması  zamanı  Müvəkkilin 

aşağıdakı hüquqları vardır: 

12.2.1.

 

maneəsiz  və  əvvəlcədən  xəbərdarlıq  etmədən 



dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi 

— 662 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə