Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə210/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   206   207   208   209   210   211   212   213   ...   237

rəncamlarma,  Azərbaycan  Respublikası  mərkəzi  icra 

hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır. 



V I

 

f ə s i l .  

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 

KONSTİTUSİYASINA DƏYİŞİKLİKLƏR 

ƏLAVƏLƏR 

Maddə  50.  Naxçıvan  Muxtar  Respublikasının 

Konstitusiyasına 

dəyişikliklərin 

və 

əlavələrin qəbul edilmə qaydası 

I.

 



Naxçıvan  Muxtar  Respublikası  Konstitusiyasına 

dəyişikliklər  və  əlavələr  Naxçıvan  Muxtar  Respublikasının 

Ali  Məclisində  35  səs  çoxluğu  ilə  qəbul  edildikdən  sonra 

təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Milli 

Məclisinə təqdim edilir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyasına 

dəyişikliklər  və  əlavələr  haqqında  təklif  Naxçıvan  Muxtar 

Respublikasının  Ali  Məclisində  2  dəfə  səsə  qoyulur.  İkinci 

səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. 

III.


 

Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyasına 

dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm 

birinci, həm də ikinci səsvermədən sonra təklif qanunlar üçün 

nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur. 

IV.

 

Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyasına 



dəyişikliklər  və  əlavələr  Naxçıvan  Muxtar  Respublikası 

Konstitusiyasının  ayrılmaz  hissəsidir  və  Naxçıvan  Muxtar 

Respublikası 

Konstitusiyasının 

əsas 

mətninə 


zidd 

olmamalıdır. 



— 653 — 


KEÇİD MÜDDƏALARI 

1.

 



Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyası 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  tərəfindən 

qəbul edildikdən və Azərbaycan Respublikası Milli Məclisi 

tərəfindən  təsdiq  edildikdən  sonra  rəsmən  dərc  olunduğu 

gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi 

gündən  1978-ci  il  mayın  30-da  qəbul  edilmiş  Naxçıvan 

Muxtar  Respublikasının  Konstitusiyası  (Əsas  Qanunu) 

qüvvədən düşür. 

2.

 

Naxçıvan  Muxtar  Respublikasının  xalq  deputatlarının 



səlahiyyətləri  yeni  seçilmiş  Naxçıvan  Muxtar  Respublikası 

Ali Məclisinin ilk iclas günü başa çatır. 

Yeni  seçilmiş  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  ilk  iclası  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  azı  31  deputatının  seçildiyinin  elan  edildiyi 

gündən sonra bir ay ərzində keçirilir. 

3.

 

1995-ci  il  sentyabrın  12-də  qəbul  edilmiş  "Naxçıvan 



Muxtar  Respublikasının  Ali  Məclisinə  seçkilər  haqqında" 

Naxçıvan  Muxtar  Respublikası  Qanununun  79-cu  maddəsi 

bu Qanun əsasında seçilmiş Naxçıvan Muxtar Respublikası 

Ali  Məclisinin  1-ci  çağırışının  səlahiyyətləri  bitənədək 

qüvvədədir. 

4.

 



Bu  Konstitusiyanın  qəbul  edildiyi  günədək  Naxçıvan 

Muxtar  Respublikasının  ərazisində  qüvvədə  olan  Naxçıvan 

Muxtar Respublikasının qanunları və başqa normativ- hüquqi 

aktları bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini 

saxlayır. 

654 



Azərbaycan Respublikasının İnsan hüquqları üzrə 

müvəkkili (ombudsman) haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYA QANUNU 

I   f ə s i l  

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN 

(OMBUDSMANIN) FƏALİYYƏTİNİN VƏ 

TƏYİN EDİLMƏSİNİN ƏSASLARI 

Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin 

fəaliyyətinin əsasları 

1.1.


 

Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə 

müvəkkili vəzifəsi (bundan sonra "Müvəkkil" adlandırılacaq) 

Azərbaycan  Respublikası  Konstitusiyasında  və  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli 

özünüidarə  orqanları,  vəzifəli  şəxsləri  tərəfindən  pozulan 

insan  hüquqları  və  azadlıqlarının  bərpa  edilməsi  üçün  təsis 

edilir. 

1.2.


 

Müvəkkilin 

fəaliyyəti 

insan 


hüquqlarının 

müdafiəsini,  pozulmuş  insan  hüquq  və  azadlıqlarının 

bərpasını 

təmin 


edən 

digər 


dövlət 

orqanlarının 

səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. 

1.3.


 

Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan 

Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan 

Respublikası  hakimlərinin  fəaliyyətinin  yoxlanılması 

Müvəkkilin səlahiyyətlərinə aid deyil. 

—   6 5 5   —  



1.4.

 

Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi 



məsələlərinin  həlli  ilə  bağlı  Azərbaycan  Respublikası 

Prezidentinə təkliflər verə bilər. 

1.5.

 

Müvəkkil 



Azərbaycan 

Respublikasının 

Milli 

Məclisinə  insan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 



məqsədilə  qanunların  qəbul  edilməsinə  və  ya  yenidən 

baxılmasına  dair  təkliflər  verə  bilər.  Müvəkkil  Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  amnistiya  elan  edilməsi 

barədə təklif verə bilər. 

1.6.

 

Müvəkkilin 



məhkəmələrdə 

süründürməçilik, 

sənədlərin  itirilməsi  və  vaxtında  verilməməsi,  habelə 

məhkəmə  qərarlarının  icrasının  gecikdirilməsi  ilə  əlaqədar 

insan  hüquqlarının  pozulmasına  dair  şikayətlərə  baxmaq 

hüququ vardır. 

1.7.

 

Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, 



ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur. 

Maddə 2. Müvəkkilin seçilməsi 

2.1.


 

Müvəkkili  Azərbaycan  Respublikası  Prezidentinin 

təqdim  etdiyi  üç  namizəd  arasından  Azərbaycan 

Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir. 

2.2.

 

Azərbaycan 



Respublikasının 

Milli 


Məclisi 

Müvəkkilin  seçilməsi  ilə  bağlı  qərarı  qəbul  etmədikdə, 

Azərbaycan  Respublikasının  Prezidenti  15  gün  müddətində 

digər  üç  şəxsin  namizədliyini  Azərbaycan  Respublikasının 

Milli Məclisinə təqdim edir. 

Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər 

3.1.


 

Yaşı  30-dan  aşağı  olmayan,  ali  təhsilli,  insan  hü- 

quqlannm müdafiəsi sahəsində təcrübəyə və yüksək əx- laqi 

keyfiyyətlərə  malik  olan  Azərbaycan  Respublikasının 

vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər. 

— 656 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə