Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə207/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   203   204   205   206   207   208   209   210   ...   237

Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərdiyini təyin 

edir; 


9)

 

Bu  Konstitusiya  ilə  onun  səlahiyyətlərinə  aid  edilən 



digər məsələləri həll edir. 

Maddə 33. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 

sədrinin aktları 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri 

qərarlar qəbul edir. 

I I I

 

f ə s i l .  

İCRA HAKİMİYYƏTİ 

Maddə 34. Naxçıvan Muxtar Respublikasında İcra 

Hakimiyyəti 

I.

 



Naxçıvan  Muxtar  Respublikasında  icra  hakimiyyətini 

Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti  həyata 

keçirir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti 

Naxçıvan Muxtar Respublikasının yuxarı iera orqanıdır. 

III.


 

Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinə  tabedir  və 

onun qarşısında müntəzəm hesabat verir. 



Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər 

Kabinetinin statusu 

Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti 

Azərbaycan  Respublikasının  Konstitusiyası,  qanunları, 

Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan 

Muxtar  Respublikasının  Konstitusiyası,  qanunları  ilə  onun 

səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. 



— 643 — 


Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər 

Kabinetinin tərkibi 

I.

 



Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin 

tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş naziri, onun 

müavinləri,  Naxçıvan  Muxtar  Respublikasının  nazirləri  və 

başqa  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  rəhbərləri 

daxildirlər. 

II.


 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin 

tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi 

ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir. 



Maddə  37.  Naxçıvan  Muxtar  Respublikasının  Baş 

naziri 

Naxçıvan  Muxtar  Respublikasının  Baş  nazirini 

Azərbaycan  Respublikasının  Prezidentinin  təqdimatına 

əsasən  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  təyin 

edir. 

Maddə 38. Naxçıvan Muxtar Respublikası Nazirlər 

Kabinetinin iclasları 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin  ic- 

laslanna bir qayda olaraq Naxçıvan Muxtar Respublikasının 

Baş naziri sədrlik edir. 



Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər 

Kabinetinin səlahiyyətləri 

I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 

-

 

muxtar  respublika  büdcəsinin  layihəsini  hazırlayıb 



Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir; 

-

 



muxtar respublikanın büdcəsini icra edir

— 644 — 


-

 

muxtar  respublikanın  iqtisadi  proqramlarının  həyata 



keçirilməsi təmin edir; 

-

 



muxtar  respublikanın  sosial  proqramlarının  həyata 

keçirilməsini təmin edir

-

 

nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına 



rəhbərlik edir, onların aktlarını ləğv edir; 

-

 



Azərbaycan 

Respublikası 

Prezidentinin 

onun 


səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. 

II.  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabineti 

iqtisadi 

və 


mədəni 

sahələrdə 

Naxçıvan 

Muxtar 


Respublikasını  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetində təmsil edir. 



Maddə  40.  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər 

Kabinetinin aktları 

I.

 



Ümumi  qaydalar  müəyyən  etdikdə  Naxçıvan  Muxtar 

Respublikasının  Nazirlər  Kabineti qərarlar, başqa  məsələlər 

üzrə sərəncamlar qəbul edir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin 

aktları  başqa  qayda  müəyyən  edilməmişsə,  dərc  edildiyi 

gündən qüvvəyə minir. 



Maddə  41.  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər 

Kabinetinin  üzvlüyünə  namizədlərə  aid 

tələblər 

I.

 



Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə 

yaşı  30-dan  aşağı  olmayan,  ali  təhsilli,  seçkilərdə  iştirak 

etmək  hüququna  malik,  başqa  dövlət  qarşısında  öhdəliyi 

olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir. 

II.

 

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, 



nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbə 

— 645 — 


ri  vəzifəsinə  yaşı  25-dən  aşağı  olmayan,  seçkilərdə  iştirak 

etmək  hüququna  malik,  ali  təhsilli,  başqa  dövlət  qarşısında 

öhdəliyi  olmayan  Azərbaycan  Respublikasının  vətəndaşı 

təyin edilir. 



Maddə 42. Naxçıvan Muxtar Respublikası Nazirlər 

Kabinetinin üzvlərinə aid tələblər. 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin 

üzvləri  heç  bir  başqa  seçkili  və  ya  təyinatlı  vəzifə  tuta 

bilməzlər, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa 

heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə 

məşğul  ola  bilməzlər,  vəzifə  maaşından,  habelə  elmi, 

pedaqoji  və  yaradıcılıq  fəaliyyətinə  görə  aldığı  vəsaitdən 

başqa məvacib ala bilməzlər. 



I V

 

f ə s i l .  

MƏHKƏMƏ HAKİMİYYƏTİ 

Maddə 43. Məhkəmə hakimiyyətinin həyata 

keçirilməsi 

I.

 

Naxçıvan 

Muxtar 

Respublikasında 



məhkəmə 

hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr 

həyata keçirirlər. 

II.

 

Məhkəmə 


hakimiyyətini 

Naxçıvan 

Muxtar 

Respublikasının  Ali  Məhkəməsi,  Naxçıvan  Muxtar 



Respublikasının  İqtisad  Məhkəməsi,  Naxçıvan  Muxtar 

Respublikasının  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələri 

həyata keçirirlər. 

III.Məhkəmə  hakimiyyəti  Azərbaycan  Respublikasının 

Konstitusiyası, mülki və cinayət məhkəmə icraatı vasitəsilə 

və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir. 

— 646 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə