Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə204/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   200   201   202   203   204   205   206   207   ...   237

likası  Ali  Məclisinin  çağırışının  səlahiyyət  müddəti  ilə 

məhdudlaşır. 

IV.

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 



deputatlığından  çıxanların  yerinə  yeni  seçkilər  keçirilərsə, 

yeni  seçilən  deputatın  səlahiyyət  müddəti  deputatlıqdan 

çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 

Maddə  15.  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  deputatlığına  namizədlərə  aid 

tələblər 

I.

 



Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  daimi 

yaşayan,  yaşı  25-dən  aşağı  olmayan  hər  bir  Azərbaycan 

Respublikası  vətəndaşı  qanunla  müəyyən  edilmiş  qaydada 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə 

bilər. 

II.


 

İkili  vətəndaşlığı  olan,  başqa  dövlətlər  qarşısında 

öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində 

qulluq  edən,  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  istisna 

olmaqla  başqa  ödənişli  fəaliyyətlə  məşğul  olan  şəxslər,  din 

xadimləri,  fəaliyyət  qabiliyyətsizliyi  məhkəmə  tərəfindən 

təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər

məhkəmənin qanuni qüvvəyə  minmiş hökmü ilə azadlıqdan 

məhrumetmə yerlərində cəza çəkən şəxslər Naxçıvan Muxtar 

Respublikasının Ali Məclisinə deputat seçilə bilməzlər. 



Maddə 16. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 

deputatlarının  seçkilərinin  nəticələrinin 

yoxlanılması və təsdiqi 

Seçkilərin  nəticələrinin  düzgünlüyü  qanunla  müə)^ən 

edilmiş  qaydada  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir. 



— 633 — 


Maddə 17. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 

deputatlarının səlahiyyətinin bitməsi 

I.

 



Naxçıvan 

Muxtar 


Respublikası 

Ali 


Məclisi 

deputatlarının  səlahiyyətləri  Naxçıvan  Muxtar  Respublikası 

Ali Məclisinin yeni çağırışının ilk iclas günü bitir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

səlahiyyət  müddətinin  bitməsinə  120  gündən  az  müddət 

qalarsa  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi 

deputatlığından çıxanların yerinə seçkilər keçirilmir. 

III.


 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  31 

deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir. 

Maddə 18. Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sessiyaları 

I.

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki 

növbəti sessiyaya yığılır. 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  31 

deputatının  səlahiyyətləri  təsdiq  edildikdən  sonra  Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən 

başlayaraq bir həftədən gec olmayaraq çağırılır. 

II.

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

növbədənkənar 

sessiyaları 

Azərbaycan 

Respublikası 

Prezidenti,  Azərbaycan  Respublikası  Milli  Məclisi 

tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 

deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır. 



III.

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun 

çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlik 



— 634 — 


dəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın 

işi bitir. 



IV.

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

sessiyalarının  iclasları  açıq  keçirilir.  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisinin  31  deputatının  tələbi  ilə  və  ya 

Naxçıvan  Muxtar  Respublikası  Ali  vəzifəli  şəxsinin  təklifi 

ilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

sessiyasının qapalı iclası keçirilə bilər. 

Maddə  19.  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  deputatlığından  məhrumetmə 

və  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin 

deputatlarının 

səlahiyyətlərinin itirilməsi 

I.

 



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı 

aşağıdakı hallarda mandatından məhrum edilir: 

1)

 

seçkilər  zamanı  səslərin düzgün  hesablanmadığı aşkar 



olunduqda; 

2)

 



Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və 

ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə

3)

 

cinayət  törətdikdə  və  məhkəmənin  qanuni  qüvvəyə 



minmiş hökmü olduqda; 

4)

 



icra  və  məhkəmə  hakimiyyəti  sistemlərində  qulluq 

etdikdə,  din  xadimi  olduqda,  elmi,  pedaqoji  və  yaradıcılıq 

fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul 

olduqda; 

5)

 



özü imtina etdikdə. 

Naxçıvan 

Muxtar 

Respublikası 



Ali 

Məclisinin 

deputatlığından  məhrumetmə  haqqında  qərar  qanunla 

müəyyən edilmiş qaydada qəbul edilir. 

II.Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məclisinin 

deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və 

— 635 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə