Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə205/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   201   202   203   204   205   206   207   208   ...   237

qanunda  nəzərdə  tutulmuş  digər  hallarda  onların 

səlahiyyətləri itirilir. Bu haqda müvafiq qərarın qəbul edilmə 

qaydası qanunla müəyyən edilir. 

Maddə 20. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 

deputatlarının toxunulmazlığı 

I.

 



Səlahiyyət  müddəti  ərzində  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisi  deputatının  şəxsiyyəti  Naxçıvan 

Muxtar  Respublikasında  toxunulmazdır.  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisinin  deputatı  səlahiyyət  müddəti 

ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət 

məsuliyyətinə  cəlb  edilə  bilməz,  tutula  bilməz,  onun 

barəsində  məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri 

tətbiq  edilə  bilməz,  axtarışa  məruz  qala  bilməz,  şəxsi 

müayinə  edilə  bilməz.  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. 

Belə olduqda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 

deputatını  tutan  orqan  bu  barədə  dərhal  Naxçıvan  Muxtar 

Respublikası prokuroruna xəbər verməlidir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

deputatının  toxunulmazlığına  yalnız  Naxçıvan  Muxtar 

Respublikası  prokurorunun  təqdimatına  əsasən  Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məclisinin  sadə  səs  çoxluğu  ilə 

qəbul edilmiş qərarı ilə xitam verilə bilər. 



Maddə 21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 

deputatının  məsuliyyətə  cəlb  olunmasına 

qoyulan qadağanlar 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları 

Naxçıvan Muxtar Respublikası Ali Məclisindəki fəaliyyətinə, 

səsverməyə və söylədiyi fikrə görə məsuliyyə 



— 636 — 


tə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla 

əlaqədar izahat, ifadə tələb edilə bilməz. 



Maddə 22. Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin işinin təşkili 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  öz  iş 

qaydasını müəyyən edir və Ali Məclisin müvafiq orqanlarını 

yaradır,  o  cümlədən  öz  sədrini  və  onun  müavinlərini  seçir, 



komitələr və komissiyalar təşkil edir. 

Maddə 23. Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin aktları 

I.

 



Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  öz 

səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul 

edir. 

II.


 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisində 

qanunlar 

və 


qərarlar 

Azərbaycan 

Respublikasının 

Konstitusiyası  və  bu  Konstitusiya  ilə  müəyyən  edilmiş 

qaydada qəbul edilir. 

III.


 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər. 

IV.


 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunlan  ilə 

onun  səlahiyyətlərinə  aid  edilən  məsələlərin  həllində 

müstəqildir. 

Maddə 24. Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin müəyyən etdiyi ümumi 

qaydalar 

I.  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 

aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir: 

1)

 



Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər; 

— 637 — 


2)

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi 



deputatlarının statusu; 

3)

 



Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları 

üzrə müvəkkilinin statusu; 

4)

 



Azərbaycan Respublikasının iqtisadi və vergi 

siyasətinə uyğun olaraq vergilər; 

5)

 

Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının 



inkişafı istiqamətləri; 

6)

 



sosial təminat; 

7)

 



ətraf mühitin qorunması; 

8)

 



turizm; 

9)

 



səhiyyə, elm və mədəniyyət

10)


 

Azərbaycan Respublikası Konstitusiyası və qanunları 

ilə onun səlahiyyətinə aid edilən digər məsələlər. 

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan 

Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir. 

Maddə 25. Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin həll etdiyi məsələlər 

I.

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 

aşağıdakı məsələləri həll edir: 

1)

 



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin 

təşkili; 

2)

 

Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi; 



3)

 

Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial 



proqramlarının təsdiqi; 

4)

 



Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə 

təyin edilməsi və vəzifədən azad edilməsi

5)

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 



tərkibinin təsdiqi; 

6)

 



Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 

etimad; 


— 638 — 


7)

 

Naxçıvan  Muxtar  Respublikası  ali  vəzifəli  şəxsinin 



təqdimatı  ilə  Naxçıvan  Muxtar  Respublikasının  İnsan 

hüquqları üzrə müvəkkilinin seçilməsi

8)

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  vəzifəli  şəxsinin 



təklifi  ilə  Naxçıvan  Muxtar  Respublikası  Mərkəzi  Seçki 

Komissiyasının üzvlərinin təyin edilməsi; 

9)

 



Bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Naxçıvan 

Muxtar  Respublikası  Ali  vəzifəli  şəxsinin  fərmanlarının 

təsdiqi; 

10)


 

Azərbaycan Respublikası Konstitusiyası və qanun- lan 

ilə onun səlahiyyətinə aid edilən digər məsələlər. 

II.

 

Bu  maddənin  I  hissəsinin  1-ci  və  2-ci  bəndlərində 

göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair 

isə eyni qaydada qərarlar qəbul edilir. 

Maddə 26. Qanunvericilik təşəbbüsü hüququ 

I.

 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisində 

qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa 

məsələləri  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

müzakirəsinə  təqdim  etmək  hüququ)  Naxçıvan  Muxtar 

Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar 

Respublikasının 

Baş 


nazirinə, 

Naxçıvan 

Muxtar 

Respublikasının  Ali  Məhkəməsinə  və  Naxçıvan  Muxtar 



Respublikasının Prokurorluğuna mənsubdur. 

II.

 

Naxçıvan  Muxtar  Respublikası  Baş  nazirinin, 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  və 

Naxçıvan 

Muxtar 

Respublikası 

Prokurorluğunun 

qanunvericilik  təşəbbüsü  qaydasında  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisinin  müzakirəsinə  verdiyi  qanun  və 

qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır 

və səsə qoyulur. 

— 639 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə