Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə208/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   204   205   206   207   208   209   210   211   ...   237

IV.

 

Cinayət  məhkəmə  icraatında  Naxçıvan  Muxtar 

Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. 



V.

 

Məhkəmə  quruluşu  və  məhkəmə  icraatı  qaydası 

qanunla müəyyən olunur. 

VI.

 

Məhkəmələrin 

səlahiyyətlərinin 

dəyişdirilməsi 

məqsədi  ilə  müəyyən  olunmamış  hüquqi  üsulların  tətbiq 

edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. 



VII.

 

Məhkəmə  icraatı  həqiqətin  müəyyən  edilməsini 

təmin etməlidir. 

Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali 

Məhkəməsi 

I.

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi 

və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, 

cinayət  və  digər  işlər  üzrə  ali  məhkəmə  orqanıdır;  o, 



Naxçıvan Muxtar Respublikasının ərazisində apellya- siya 

qaydasında ədalət mühakiməsini həyata keçirir. 

II.

 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsi 

Naxçıvan  Muxtar  Respublikasında  Konstitusiya  nəzarətini 

tə'min edir. O, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli 

şəxsinin,  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinin, 

Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabinetinin, 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məhkəməsinin 

sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun 

sorğusu əsasında aşağıdakı məsələləri həll edir: 

1)

 



Naxçıvan  Muxtar  Respublikasının  qanunlarının, 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  qərarlarının, 

Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman 

və sərəncamlarının, Naxçıvan Muxtar Respublika 



— 647 — 


sı  Ali  Məclisi  sədrinin  qərarlarının,  Naxçıvan  Muxtar 

Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, 

Naxçıvan  Muxtar  Respublikası  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  normativ  hüquqi  aktlarının  Naxçıvan  Muxtar 

Respublikasının Konstitusiyasına uyğunluğu

2)

 



Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

qərarlarının,  Naxçıvan  Muxtar  Respublikası  Ali  vəzifəli 

şəxsinin  fərman  və  sərəncamlarının,  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisi  sədrinin  qərarlarının,  Naxçıvan 

Muxtar  Respublikası  Nazirlər  Kabinetinin  sərəncamlarının, 

Naxçıvan  Muxtar  Respublikası  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  normativ  hüquqi  aktlarının  Naxçıvan  Muxtar 

Respublikasının qanunlarına uyğunluğu; 

3)

 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin 



qərarlarının,  Naxçıvan  Muxtar  Respublikası  mərkəzi  icra 

hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının 

Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman 

və sərəncamlarına uyğunluğu. 



III.

 

Hər  kəs  onun  hüquq  və  azadlıqlarını  pozan 

Naxçıvan  Muxtar  Respublikasının  qanunvericilik  və  icra 

hakimiyyəti  orqanlannm  normativ  hüquqi  aktlarından  bu 

maddənin  II  hissəsinin  1-3-cü  bəndlərində  göstərilən 

məsələlərin  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə 

və  məhkəmə  aktlanndan  Naxçıvan  Muxtar  Respublikasının 

Ali  Məhkəməsinə  pozulmuş  insan  hüquq  və  azadlıqlarının 

bərpa  edilməsi  məqsədi  ilə  qanunla  müəyyən  edilmiş 

qaydada şikayət verə bilər. 

IV.

 

Naxçıvan  Muxtar  Respublikasında  Konstitusiya 

nəzarətinin  həyata  keçirilməsi  ilə  bağlı  Naxçıvan  Muxtar 

Respublikası Ali Məhkəməsinin aktlarından qanunla 



— 648 — 


müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikasının 

Konstitusiya Məhkəməsinə şikayət verilə bilər. 



V.

 

Naxçıvan  Muxtar Respublikasının  məhkəmələri insan 

hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı 

Naxçıvan  Muxtar  Respublikası  qanunlarının  şərh  edilməsi 

haqqında  qanunla  müəyyən  edilmiş  qaydada  Naxçıvan 

Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər. 



VI.

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin 

hakimlərini  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

sədrinin təklifi ilə Azərbaycan Respublikası Prezidenti təyin 

edir. 

VII.

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin 

qərarları dərc edilməlidir. 

Maddə 45. Naxçıvan Muxtar Respublikasının İqtisad 

məhkəməsi 

I.

 



Naxçıvan  Muxtar  Respublikası  İqtisad  Məhkəməsi 

iqtisadi mübahisələrə baxılması üzrə məhkəmə orqanıdır. 

II.

 

Naxçıvan  Muxtar Respublikasının İqtisad Məhkəməsi 



hakimlərini  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

sədrinin  təklifi  ilə  Azərbaycan  Respublikasının  Prezidenti 

təyin edir. 

Maddə 46. Naxçıvan Muxtar Respublikası 

Prokurorluğu 

I.

 



Naxçıvan  Muxtar  Respublikası  Prokurorluğu  qanunla 

nəzərdə  tutulmuş  qaydada  və  hallarda  qanunların  icra  və 

tətbiq  olunmasına  nəzarət  edir,  qanunla  nəzərdə  tutulmuş 

hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə 

dövlət  ittihamını  müdafiə  edir,  məhkəmədə  iddia  qaldırır, 

məhkəmə qərarlarından protest verir. 



— 649 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə