Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə211/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   207   208   209   210   211   212   213   214   ...   237

3.2.

 

İkili  vətəndaşlığı  olan,  başqa  dövlətlər  qarşısında 



öhdəliyi olan, qanunvericilik, icra və  məhkəmə hakimiyyəti 

sistemlərində  qulluq  edən,  elmi,  pedaqoji  və  yaradıcılıq 

fəaliyyəti istisna olmaqla, başqa  ödənişli fəaliyyətlə  məşğul 

olan,  fəaliyyət  qabiliyyətsizliyi  məhkəmə  tərəfindən  təsdiq 

edilən,  ağır  və  xüsusilə  ağır  cinayətlərə  görə  məhkum 

olunmuş şəxs Müvəkkil ola bilməz. 

3.3.

 

Müvəkkil  siyasi  fəaliyyətlə  məşğul  ola  və  heç  bir 



siyasi  partiyanın  üzvü  ola  bilməz.  Müvəkkil  hər  hansı 

qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. 

3.4.

 

Müvəkkil  vəzifəsinə  seçildiyi  gündən  5  gün 



müddətində  onun  statusuna  uyğun  olmayan  fəaliyyəti 

dayandırmalıdır. 

3.5.

 

Müvəkkil  vəzifəyə  seçildiyi  gün  Azərbaycan 



Respublikası Milli Məclisinin iclasında and içir: "Azərbaycan 

Respublikasının  İnsan  hüquqlan  üzrə  müvəkkili  vəzifəsində 

səlahiyyətlərimi  şərəf  və  ləyaqətlə  yerinə  yetirəcəyimə, 

Azərbaycan  Respublikası  Konstitusiyasına  və  qanunlarına 

əməl 

edəcəyimə, 



müstəqil 

və 


qərəzsiz 

fəaliyyət 

göstərəcəyimə and içirəm". 

Maddə 4. Müvəkkilin səlahiyyət müddəti 

4.1.

 

Müvəkkil 7 il müddətinə seçilir. 



4.2.

 

Eyni  şəxs  Müvəkkil  vəzifəsinə  iki  dəfədən  artıq 

seçilə bilməz. 

4.3.

 

Müvəkkilin  səlahiyyət  müddəti  bitdiyi  gün  yeni 

Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam 

etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin 

seçildiyi gündən bitmiş hesab olunur. 

— 657 — 


Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları 

5.1.


 

Müvəkkil  müstəqildir  və  yalnız  Azərbaycan 

Respublikası Konstitusiyasına və qanunlarına tabedir. 

5.2.


 

Müvəkkilin  müstəqilliyinə  aşağıdakı  təminatlar 

verilir: 

5.2.1.


 

dəyişilməzliyi; 

5.2.2.

 

toxunulmazlığı; 



5.2.3.

 

hər  hansı  dövlət  və  ya  yerli  özünüidarə  orqanı, 



vəzifəli  şəxs  tərəfindən  onun  fəaliyyətinə  müdaxilə 

edilməsinin yolverilməzliyi; 

5.2.4.

 

maddi və sosial təminatlar. 



5.3.  Fövqəladə  və  ya  hərbi  vəziyyətin  elan  edilməsi 

Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır. 



Maddə 6. Müvəkkilin toxunulmazlığı 

6.1.


 

Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır. 

6.2.

 

Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında 



yaxalanma  hallarından  başqa,  cinayət  məsuliyyətinə  cəlb 

edilə  bilməz,  tutula  və  saxlanıla  bilməz,  onun  barəsində 

məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə 

bilməz,  axtarışa  məruz  qala  bilməz,  şəxsi  müayinə  edilə 

bilməz.  Müvəkkil  cinayət  başında  yaxalanarsa,  onu  tutan 

orqan  bu  barədə  24  saat  müddətində  Azərbaycan 

Respublikası 

Baş 


prokuroruna 

və 


Azərbaycan 

Respublikasının Milli Məclisinə xəbər verməlidir. 

6.3.

 

Müvəkkilin  toxunulmazlığına  yalnız  Azərbaycan 



Respublikası  Baş  prokurorunun  təqdimatına  əsasən 

Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə 

qəbul edilmiş qərarı ilə xitam verilə bilər. 

— 658 — 



6.4.

 

Müvəkkilin 



toxunulmazlığı 

həmçinin 

onun 

mənzilinə,  xidməti  otağına,  nəqliyyat  və  rabitə  vasitələrinə, 



poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də 

şamil edilir. 

6.5.

 

Müvəkkil  işləmiş  şəxs  vəzifədən  getdikdən  sonra 



Müvəkkil  səlahiyyətlərini  həyata  keçirdiyi  dövrdəki 

fəaliyyətinə  və  söylədiyi  fikirlərə  görə  toxunulmazdır.  Bu 

dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati 

tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə 

həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu Qanunun 6.3-cü 

maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir. 



Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl 

xitam verilməsi 

7.1.


 

Müvəkkilin 

səlahiyyətlərinə 

Azərbaycan 

Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan 

Respublikası  Prezidentinin  təqdimatı  əsasında  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  83  səs  çoxluğu  ilə  qəbul 

edilmiş  qərarı  ilə  aşağıdakı  hallarda  vaxtından  əvvəl  xitam 

verilir: 

7.1.1.


 

Müvəkkilə aid tələblər pozulduqda

7.1.2.

 

Müvəkkil 



öz 

səlahiyyətlərini 

icra 

etmək 


qabiliyyətini tamamilə itirdikdə

7.2.


 

Azərbaycan Respublikası Milli Məclisinin iclasında 

aşağıdakı  hallar  elan  edildikdə,  Azərbaycan  Respublikası 

Milli  Məclisinin  sədri  öz  sərəncamı  ilə  Müvəkkilin 

səlahiyyətlərinə vaxtından əvvəl xitam verir: 

7.2.1.


 

Müvəkkil vəfat etdikdə; 

7.2.2.

 

Müvəkkil  barəsində  məhkəmənin  qanuni  qüvvəyə 



minmiş ittiham hökmü olduqda

— 659 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə