Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə214/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   210   211   212   213   214   215   216   217   ...   237

14.3.

 

Müvəkkilin  illik  məruzəsində  insan  hüquqlarının 



təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz 

əksini tapmalıdır. 

14.4.

 

İllik  məruzə  Azərbaycan  Respublikasının  Nazirlər 



Kabinetinə,  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsinə, 

Azərbaycan 

Respublikasının 

Ali 

Məhkəməsinə  və  Azərbaycan  Respublikasının  Baş 



prokuroruna göndərilir. 

14.5.


 

Məruzə  "Azərbaycan"  qəzetində  və  "Azərbaycan 

Respublikasının qanunvericilik toplusu"nda dərc olunur. 

Maddə 15. Müvəkkilin bəzi məlumatları gizli 

saxlaması 

15.1.


 

Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş 

dövlət sirri təşkil edən məlumatlann mühafizəsi "Dövlət sirri 

haqqında"  Azərbaycan  Respublikası  Qanununa  müvafiq 

surətdə həyata keçirilir. 

15.2.


 

Şikayətdə  əks  etdirilmiş  halların  Müvəkkil 

tərəfindən  araşdırılması  zamanı  ərizəçilərin  şəxsi  və  ailə 

həyatı barədə bəlli olmuş məlumatların  yayılmasına onların 

razılığı olmadan yol verilmir. 

I I I   f ə s i l  

MÜVƏKKİLİN FƏALİYYƏTİNİN TƏŞKİLİ 

VƏ TƏMİNATLARI 

Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər 

təminatları 

16.1.


 

Müvəkkil 1800 manat məbləğində aylıq əmək haqqı 

alır. 

— 666 — 



16.2.

 

Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad 



edilir. 

16.3.


 

Müvəkkilə  səlahiyyət  müddəti  ərzində  diplomatik 

pasport verilir. 

16.4.


 

Müvəkkilə 

Azərbaycan 

Respublikası 

qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  məzuniyyət 

verilir. 

16.5.

 

Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi 



və fasiləsiz iş stajına daxil edilir. 

16.6.


 

Müvəkkil  məzuniyyətə  çıxdığı  vaxt  onun  müalicə 

olunması  və  istirahət  etməsi  üçün  iki  aylıq  əmək  haqqı 

məbləğində ona pul təminatı verilir. 

16.7.

 

Vaxtından  asılı  olmayaraq  Müvəkkil  vəzifəsində 



işləmiş  şəxs  pensiya  yaşma  çatdıqda,  hazırkı  dövrdə 

Müvəkkil  üçün  müəyyən  edilmiş  vəzifə  maaşının  80  faizi 

məbləğində pensiya alır. 

Maddə 17. Müvəkkilin aparatı və regional mərkəzləri 

17.1.


 

Müvəkkilin  fəaliyyətinin  hüquqi,  təşkilati,  elmia- 

nalitik,  informasiya,  maddi-texniki,  maliyyə  və  təsərrüfat 

təminatının  həyata  keçirilməsi  üçün  onun  aparatı  yaradılır. 



Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər. 

\12. 

Müvəkkilin 

aparatı 

üzərində 

Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  təsvir  olunmuş  möhür  və 

blanklara malikdir. 

17.3. Aparat və regional mərkəzlər Müvəkkil tərəfindən 

təsdiq  olunan  "Azərbaycan  Respublikasının  İnsan 

hüquqları üzrə müvəkkilinin aparatı və regional mərkəzləri 

haqqında" Əsasnaməyə uyğun fəaliyyət göstərir. 

— 667 — 



17.4.  Müvəkkilin  aparatının  və  regional  mərkəzlərinin 

strukturu, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən 

müəyyən edilir. 

Maddə 18. Müvəkkil aparatının və regional 

mərkəzlərinin işçilərinin hüquq və vəzifələri 

18.1.


 

Müvəkkilin  aparatının  və  regional  mərkəzlərinin 

işçilərini Müvəkkil işə götürür və işdən azad edir. 

18.2.


 

Müvəkkil  aparatının  və  regional  mərkəzlərinin 

işçilərinin  hüquqları,  vəzifələri  və  məsuliyyəti  Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi, "Dövlət qulluğu haqqında" 

Azərbaycan  Respublikasının  qanunu  və  Azərbaycan 

Respublikasının  digər  qanunvericilik  aktları  ilə  müəyyən 

edilir. 

Maddə 

19. 

Müvəkkilin 

fəaliyyətinin 

maliyyələşdirilməsi 

19.1.

 

Müvəkkilin, 

onun 

aparatının 



və 

regional 

mərkəzlərinin fəaliyyəti Azərbaycan Respublikasının Dövlət 

Büdcəsi hesabına maliyyələşdirilir. 



19.2.

 

Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün 

ayrılan  illik  vəsaitin  tərkibində  cari  xərclərin  məbləği 

əvvəlki  maliyyə  ilində  bu  məqsəd  üçün  nəzərdə  tutulmuş 

məbləğdən az ola bilməz. 

Azərbaycan Respublikasının Prezidenti, 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 28 dekabr 2001-ci il 

N9 246-IIKQ 



 668 


Azərbaycan Respublikasında insan hüquq və 

azadlıqlarının həyata keçirilməsinin 

tənzimlənməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYA QANUNU 

Bu  Konstitusiya  Qanunu  Azərbaycan  Respublikasında 

insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsini  «İnsan 

hüquqlarının  və  əsas  azadlıqlann  müdafiəsi  haqqında» 

Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir. 

Maddə 1. İnsan hüquq və azadlıqlarının həyata 

keçirilməsinin əsas şərtləri 

1.1.


 

Azərbaycan  Respublikası  Konstitusiyasının  və  bu 

Konstitusiya Qanununun heç bir müddəası dövlət orqan- lan, 

təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş 

hüquqlarının  və  azadlıqlannm  ləğvinə  və  ya  Azərbayean 

Respublikası  Konstitusiyasında  və  bu  Konstitusiya 

Qanununda  nəzərdə  tutulduğundan  daha  artıq  dərəcədə 

məhdudlaşdmlmasma  yönəlmiş  fəaliyyət  və  ya  hərəkətlər 

üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa 

düşülə bilməz. 

1.2.

 

Heç  kəs  öz  hüquqlarından  və  azadlıqlarından  sui- 



istifadə etməməlidir. 

Maddə 2. Məhdudlaşdırdması qadağan olunan insan 

hüquqları 

Azərbaycan  Respublikası  Konstitusiyasının  27-ei 

maddəsində 

(müharibənin 

hüquqauyğun 

apaniması 

nəticəsində  baş  verən  ölüm  halları  istisna  olmaqla),  28-ci 

maddəsinin  I  hissəsində,  46-cı  maddəsinin  III  hissəsində, 

63-cü, 

— 669 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə