Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə215/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   211   212   213   214   215   216   217   218   ...   237

64-cü  maddələrində  və  71-ci  maddəsinin  VIII  hissəsində 

nəzərdə  tutulan  hüquqlar  məhdudlaşdırıla  bilməz  və  onlara 

dair qeyd-şərtlər müəyyən edilə bilməz. 

Maddə  3.  Qanun  əsasında  insan  hüquqlarının  və 

azadlıqlarının  məhdudlaşdırılmasma  dair 

tələblər 

3.1.


 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  və 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə  nəzərdə  tutulmuş  insan  hüquqları  və 

azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 

3.2.


 

İnsan  hüquqlarını  və  azadlıqlarını  məhdudlaşdıran 

qanunda  məhdudlaşdırılan  hüquq  və  ya  azadlıq,  habelə 

Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi 

göstərilməlidir. 

3.3.


 

İnsan  hüquqlarına  və  azadlıqlarına  qoyulan 

məhdudiyyətlər 

həmin 


hüquqların 

və 


azadlıqların 

mahiyyətini dəyişməməlidir. 

3.4.

 

İnsan  hüquqlarına  və  ya  azadlıqlarına  qoyulan 



məhdudiyyətlər 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında  və  bu  Konstitusiya  Qanununda  nəzərdə 

tutulan  qanuni  məqsədə  yönəlməli  və  həmin  məqsədə 

mütənasib olmalıdır. 

3.5.

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  71-ci 



maddəsinin  III  hissəsində  göstərilən  əsaslarla  yanaşı,  insan 

hüquqları  və  azadlıqları  digər  insanların  hüquqlarının  və 

azadlıqlarının  həyata  keçirilməsinə  təminat  verilməsi  və 

onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. 

3.6.

 

Azərbaycan 



Respublikasının 

Konstitusiyasında 

göstərilən  digər  əsaslarla  yanaşı.  Konstitusiyanın  28-ci 

maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51- 



— 670 — 


ci,  58-ci  maddələrində  göstərilən  hüquqlar  və  azadlıqlar  və 

47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi 

mənafeləri  üçün,  sağlamlığın  və  mənəviyyatın,  digər 

şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin 

qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 

49-cu,  50-ci  və  58-ci  maddələrində  göstərilən  hüquqlar  və 

azadlıqlar  və  47-ci  maddəsində  göstərilən  söz  azadlığı 

həmçinin 

iğtişaşların 

qarşısının 

alınması 

üçün; 


Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci 

və  58-ci  maddələrində  göstərilən  hüquqlar  və  azadlıqlar, 

47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin 

II  hissəsində  göstərilən  hər  hansı  dinə  etiqad  etmək,  dinə 

münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ 

həmçinin 

ictimai 

təhlükəsizliyin 

qorunması 

üçün; 


Konstitusiyanın  28-ci  maddəsinin  III  hissəsində,  32-ci  və 

33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci 

maddəsinin  II  hissəsində  göstərilən  hər  hansı  dinə  etiqad 

etmək,  dinə  münasibəti  ilə  bağlı  əqidəsini  ifadə  etmək  və 

yaymaq  hüququ  həmçinin  ictimai  qaydanın  təmin  edilməsi 

üçün. Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən 

hüquqlar  və  azadlıqlar  həmçinin  ölkənin  iqtisadi  rifahı 

mənafeləri  üçün;  Konstitusiyanın  47-ci  maddəsində 

göstərilən  söz  azadlığı  və  50-  ci  maddəsində  göstərilən 

məlumat  azadlığı  həmçinin  dövlətin  ərazi  bütövlüyü 

mənafelərinin  təmin  edilməsi  məqsədi  ilə,  digər  şəxslərin 

nüfuzu  və  ya  hüquqlarının  müdafiəsi  üçün,  məxfi  qaydada 

əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və 

ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi 

üçün;  Konstitusiyanın  48-ci  maddəsinin  II  hissəsində 

göstərilən  hər  hansı  dinə  etiqad  etmək,  dinə  münasibəti  ilə 

bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və 

ya mənəviy 



— 671 — 


yatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması 

məqsədi ilə məhdudlaşdırıla bilər. 



Maddə 4. Şəxsin tutulmasına, həbsə alınmasına və ya 

azadlıqdan  məhrum  edilməsinə  qoyulan 

məhdudiyyətlər 

4.1.


 

Aşağıdakı  hallardan  başqa  və  aşağıdakılardan  fərqli 

qaydada  heç  kəs  tutula,  həbsə  alma  və  ya  başqa  formada 

azadlıqdan məhrum edilə bilməz: 

4.1.1.

 

şəxsin  səlahiyyətli  məhkəmə  tərəfindən  məhkum 



olunduqdan sonra azadlıqdan məhrum edilməsi

4.1.2.


 

şəxsin  məhkəmənin  qanuni  qərarına  əməl 

etməməyə  görə  və  ya  qanunla  nəzərdə  tutulan  hər  hansı 

öhdəliyin  yerinə  yetirilməsini  təmin  etmək  məqsədi  ilə 

qanuni tutulması və ya həbs edilməsi

4.1.3.


 

şəxsin  cinayət  törətmiş  olduğuna  əsaslı  şübhələr 

olduqda və ya onun hüquq pozuntusu törətməsinin və yaxud 

bu  əməli  törətdikdən  sonra  qaçıb  gizlənməsinin  qarşısını 

almağa  əsaslı  zərurət  olduqda,  səlahiyyətli  məhkəmə 

orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya 

həbs edilməsi; 

4.1.4.


 

yetkinlik  yaşma çatmamış şəxsin tərbiyəvi nəzarət 

məqsədi  ilə  qanuni  qərar  əsasında  azadlıqdan  məhrum 

edilməsi  və  ya  səlahiyyətli  məhkəmə  orqanına  gətirilməsi 

üçün qanuni tutulması; 

4.1.5.


 

yoluxucu  xəstəlikləri  yaymasının  qarşısını  almaq 

məqsədi ilə şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və 

narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul 

olanların qanuni tutulması; 

4.1.6.


 

şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq 

məqsədi  ilə  qanuni  tutulması  və  ya  həbs  edilməsi,  yaxud 

barəsində məcburi çıxarılma və ya ekstradisiya 



— 672 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə