Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə221/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   217   218   219   220   221   222   223   224   ...   237

8.0.

 

9.  ictimai  münasibətlərin  hüquqi  tənzimlənməsinin 



sistemliliyi və kompleksliyi. 

Maddə 9. Normayaratma orqanlarının fəaliyyətində 

aşkarlıq 

9.1.


 

Normayaratma  orqanlarının  fəaliyyətində  aşkarlıq 

aşağıdakı vasitələrlə təmin edilir: 

9.1.1.


 

normayaratma  orqanlarının  fəaliyyəti  və  onların 

qəbul  etdikləri  normativ  hüquqi  aktlar  haqqında  fiziki  və 

hüquqi şəxslərin məlumatlandırılması; 

9.1.2.

 

normativ  hüquqi  aktların  rəsmi  nəşrlərdə,  digər 



kütləvi informasiya vasitələrində dərc edilməsi və ya onların 

digər üsullarla açıqlanması; 

9.1.3.

 

normativ 



hüquqi 

aktların 

layihələrinin 

normayaratma 

orqanlarının 

internet 

informasiya 

ehtiyatlarında yerləşdirilməsi. 

9.2.

 

Normayaratma orqanının qərarı  ilə normativ  hüquqi 



aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla 

bilər. 


I I

 

f ə s i l  

NORMATİV HÜQUQİ AKTLARIN KOLLİZİYASI 

Maddə 10. Normativ hüquqi aktların kolliziyasının 

həlli qaydaları 

10.1.


 

Normativ hüquqi aktların kolliziyası həll edilərkən 

bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə 

alınır. 


10.2.

 

Normativ  hüquqi  aktı  qəbul  edən  dövlət  orqanına 



ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində 

xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının 



— 691 — 


qəbul  etdiyi  normativ  hüquqi  akt  eyni  kateqoriyalı  dövlət 

orqanının  həmin  sahə  üzrə  qəbul  etdiyi  normativ  hüquqi 

aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 

10.3.


 

Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər 

hüquqi  qüvvəyə  malikdirsə,  konkret  münasibətlərə  sahə 

normativ  hüquqi  aktı  tətbiq  edilir,  bu  şərtlə  ki,  həmin 

münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 

10.4.


 

Eyni  normativ  hüquqi  aktda  ümumi  və  xüsusi 

normalar arasında  ziddiyyət  mövcud olduqda xüsusi norma 

tətbiq edilir. 

10.5.

 

Yeni  normativ hüquqi  akt eyni  məsələ üzrə  həmin 



dövlət  orqanı  tərəfindən  əvvəllər  qəbul  edilmiş  normativ 

hüquqi  akta  münasibətdə  daha  yüksək  hüquqi  qüvvəyə 

malikdir. 

10.6.


 

Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə 

və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, 

bu, normativ hüquqi aktlann kolliziyası hesab edilmir. 

10.7.

 

Dövlət  orqanlarının  struktur  bölmələri  normativ 



hüquqi aktlar qəbul etmək hüququna malik deyildirlər. 

10.8.


 

Naxçıvan Muxtar Respublikasında normativ hüquqi 

aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 

2-ci maddəsinin tələbləri nəzərə alınır. 



Maddə  11.  Normativ  hüquqi  aktların  kolliziyasının 

aradan 

qaldırılması 

qaydalarının 

tətbiqinin ardıcıllığı 

11.0.


 

Normativ  hüquqi  aktların  kolliziyası  aşağıdakı 

ardıcıllıqla aradan qaldırılır: 

11.0.


 

1.  birinci  növbədə  ardıcıl  olaraq  bu  Konstitusiya 

Qanununun 2.3-2.8-ci maddələrinin normalan tətbiq edilir

— 692 — 



11.0.

 

2.  kolliziya  aradan  qaldırılmadıqda  ikinci  növbədə 



ardıcıl  olaraq  bu  Konstitusiya  Qanununun  10.2-10.5-ci 

maddələrinin normalan tətbiq edilir. 



Maddə 12. Normativ hüquqi aktların kolliziyasının 

aradan qaldırılmasının üsulları 

12.1.


 

Normativ  hüquqi  aktlann  kolliziyası  aşağıdakı 

üsullarla aradan qaldırılır: 

12.1.1.


 

normativ hüquqi aktın ləğv edilməsi

12.1.2.

 

normativ hüquqi aktda dəyişikliklər edilməsi



12.1.3.

 

normativ hüquqi aktların məcəllələşdirilməsi. 



12.2.

 

Normativ  hüquqi  aktların  kolliziyasına  yol 



verməmək  məqsədi  ilə  yeni  normativ  hüquqi  aktın  qəbul 

olunması  ilə  əlaqədar  ləğv  edilməli,  dəyişikliklər  edilməli 

olan 

normativ 



hüquqi 

aktların 

(onların 

struktur 

elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun 

müddəalarında və ya əlavəsində əks etdirilməlidir. 

12.3.

 

Azərbaycan 



Respublikasının 

Konstitusiya 

Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi 

qərarında 

normativ 

hüquqi 


aktların 

kolliziyasını 

təsdiqləyərsə,  həmin  kolliziyanı  aradan  qaldırmaq  məqsədi 

ilə 


bu 

Konstitusiya 

Qanununun 

12.1.1-12.1.3-cü 

maddələrində göstərilən tədbirlər görülməlidir. 

I I I

 

f ə s i l  

QANUNVERİCİLİKDƏ BOŞLUQLAR 

Maddə 13. Hüququn analogiyasından və qanunun 

analogiyasından istifadə olunması qaydası 

13.1.


 

Konkret  ietimai  münasibətləri  tənzimləyən  qa- 

nunverieilik  normaları  olmadıqda  hüququn  analogiyasından 

və ya qanunun analogiyasından istifadə oluna bilər. 



— 693 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə