Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə225/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   221   222   223   224   225   226   227   228   ...   237

rəqəmi  ilə  nömrələnən  və  rəqəmdən  sonra  nöqtə  qoyulan 

struktur  elementidir.  Bəndin  mətni  sətri  hərflərlə  yazılır  və 

nöqtəli vergül və ya nöqtə ilə tamamlanır. 

30.9.


 

Normativ  hüquqi  aktın  yarımbəndi  abzasları 

özündə birləşdirə bilən, bəndin nömrəsini təkrarlamaqla ərəb 

rəqəmi  ilə  nömrələnən  və  rəqəmdən  sonra  nöqtə  qoyulan 

struktur elementidir. Yarımbəndin mətni sətri hərflərlə yazılır 

və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır. 

30.10.

 

Normativ  hüquqi  aktın  abzası  yarımbəndin  tərkib 



hissəsi olan, ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra 

nöqtə  qoyulan  struktur  elementidir.  Abzasın  mətni  sətri 

hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır. 

30.11.


 

Struktur  elementləri  ardıcıl  və  bütün  normativ 

hüquqi  akt  üçün  eyni  qaydada  nömrələnməlidir.  Sətrin 

ortasında  yerləşdirilməli  olan  struktur  elementləri  istisna 

olmaqla,  struktur  elementləri  mətnin  birinci  sətrinin 

əvvəlində  (abzas  yarımbəndin  mətninin  birinci  sətrinə 

münasibətdə)  boş  yer  buraxılmaqla  yerləşdirilir.  Normativ 

hüquqi  aktda  maddənin  hissəsinə,  bəndinə  və  ya  yanmbən- 

dinə istinad edilərkən, onlar maddə adlandırılır. 

30.12.


 

Normativ  hüquqi  aktlarda  bu  maddədə  göstərilən 

struktur  elementlərindən  onlara  xas  olmayan  rəqəm  və  ya 

digər  işarələrlə  istifadə  edilməsinə  müstəsna  hallarda  və 

normativ  hüquqi  aktlarda  xüsusi  qeyd-şərtlər  olduqda  yol 

verilir. 



Maddə 31. Məcəllələşdirilmiş normativ hüquqi 

aktların strukturunun xüsusiyyətləri 

31.1.


 

Məcəllələşdirilmiş normativ hüquqi aktın bölmələri 

ümumi və xüsusi hissələrdə birləşdirilə bilər. 

— 705 — 



31.2.

 

Məcəllələşdirilmiş  normativ  hüquqi  aktın  ümumi 



hissəsi aşağıdakıları əks etdirməlidir: 

31.2.1.


 

əsas müddəalar (prinsiplər, anlayışların tərifi, əsas 

təsisatlar); 

31.2.2.


 

ixtisaslaşdırılmış  normativ  müddəalar  (pre- 

zumpsiyalar, preyudisiyalar); 

31.2.3.


 

yüksək  dərəcəli  ümumiləşdirmə  və  sabitliklə 

səciyyələnən və xüsusi hissənin normalannm istifadəsi üçün 

hüquqi əsas yaradan digər ilkin normativ müddəalar. 

31.3.

 

Məcəllələşdirilmiş  normativ  hüquqi  aktın  xüsusi 



hissəsi aşağıdakıları ifadə edən normaları əhatə edə bilər: 

31.3.1.


 

mümkün  və  lazımi  davranışın  (hüquq  və 

vəzifələr) növü və ölçüsü (qaydaları); 

31.3.2.


 

hüquq  normalarının  mümkün  pozuntularının 

mənfi nəticələrinin (hüquqi məsuliyyətin) növü və ölçüsü. 

Maddə 32. Normativ hüquqi aktlarda dəyişikliklərin 

edilməsinin texniki parametrləri 

32.1.


 

Normativ  hüquqi  aktın  struktur  elementi  (bölməsi, 

fəsli,  maddəsi,  hissəsi  və  s.)  qüvvədən  düşmüş  hesab 

edildikdə  və  ya  ləğv  edildikdə,  o  qüvvədə  olan  aktdan 

çıxarılır,  lakin  onun  nömrəsi  saxlanılır  və  normativ  hüquqi 

aktın  struktur  elementlərinin  (bölmələrin,  fəsillərin, 

maddələrin, hissələrin və s.) nömrələri dəyişmir. 

32.2.


 

Normativ hüquqi akta yeni struktur element (bölmə, 

fəsil,  maddə,  hissə  və  s.)  əlavə  edildikdə,  o,  aktın  struktur 

elementlərinin  nömrələrini  təkrarlamaqla  əlavə  nömrə  ilə 

daxil edilir. 

32.3.


 

Bir  neçə  struktur  elementlərindən  ibarət  struktur 

elementə  edilən  dəyişikliyin  onu  təşkil  edən  digər  struktur 

elementlərə  (hissənin  bəndlərinə,  bəndin  yarımbənd-  lərinə 

və yarımbəndin abzaslarına) şamil edilmədiyi mö- 

— 706 — 



tərizədə  göstərilməklə  müəyyənləşdirilir  və  bu  cür 

mötərizənin  olmaması  müvafiq  dəyişikliyin  bütövlükdə 

struktur elementi əhatə etdiyini bildirir. 

Maddə  33.  Normativ  hüquqi  aktlarda  başqa  aktlara 

istinad  edilməsi  və  başqa  aktların 

müddəalarının təkrarlanması 

Zəruri hallarda normativ hüquqi aktda digər bərabər və ya 

daha  yüksək  hüquqi  qüvvəyə  malik  olan  normativ  hüquqi 

aktların  struktur  elementlərinə  istinadlara,  habelə  daha 

yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara 

istinad  etməklə,  belə  normativ  hüquqi  aktların  ayrı-ayrı 

müddəalarının  təkrarlanmasına  yol  verilir.  Bu  cür 

təkrarlanmada müvafiq normaya istinad olmalı, həmin norma 

dürüst ifadə edilməli və daha yüksək hüquqi qüvvəyə malik 

olan 


normativ 

hüquqi 


aktın 

normasının 

mənası 

dəyişdirilməməlidir. 



Maddə  34.  Normativ  hüquqi  aktların  maddələrində 

başqa maddələrə istinad edilməsi 

Hüquq normaları arasında qarşılıqlı əlaqəni pozmamaq və 

ya təkrarlara yol verməmək zərurəti olduğu hallarda normativ 

hüquqi  aktın  maddələrində  həmin  aktın  başqa  maddələrinə 

istinad edilə bilər. 

Maddə 35. Sətiraltı qeydlər və əlavələr 

35.1.


 

Normativ 

hüquqi 

aktların  (onların  struktur 



elementlərinin)  ayrıca  struktur  elementləri  kimi  onlara  dair 

sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və 

ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun 

struktur  elementlərinin)  mətninə  yerləşdirilə  bilmədikdə 

istifadə edilir. 

— 707 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə