Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə32/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   28   29   30   31   32   33   34   35   ...   237

beynəlxalq  münasibətlərdə  subyekt  kimi  çıxış  edə  bilər. 

Məsələn,  Rusiya  Federasiyası  ilə  Tatarıstan  Respublikası 

arasında 

bağlanmış 

müqaviləyə 

görə, 


Tatarıstanın 

səlahiyyətləri  genişləndirilmiş 

və  Tatarıstan  başqa 

dövlətlərdə  öz  nümayəndəliklərini  açmaq  imkanı  əldə 

etmişdir. 

Unitar  dövlətlərdə  ərazi  vahidlərinin  formalaşması  ilə 

əlaqədar Qərbdə müəyyən ənənədən gələn təbii və süni ərazi 

vahidləri  nəzəriyyəsi  vardır.  Bu  nəzərij^əyə  görə,  bəzi 

ərazilərdə  təbii  yolla  inkişaf  faktorlarının  təsiri  nəticəsində 

əlahiddələşmə getmiş və burda təbii yolla dövlət öz ərazisini 

yenidən  təşkil  edənə  qədər  artıq  müəyyən  ərazi  vahidi 

yaranmışdır.  Bu  nəzəriyyənin  yerlərdə  özünüidarəetmənin 

təşkili zamanı əhəmiyyəti vardır. Belə ki, təbii yolla yaranan 

təbii  ərazi  vahidlərinin  əhalisi  üçün  yerli  özünüidarəetmə 

haqqı  daha  tez  tanınır.  Unitar  dövlət  yerlərdə  hakimiyyətin 

kim  tərəfindən  təşkili  ilə  əlaqədar  iki  növə  bölünür: 

mərkəzləşdirilmiş  unitar  dövlət  və  mərkəzləşdirilməmiş 

unitar dövlət. 

Mərkəzləşdirilmiş  unitar  dövlətlərdə  yerli  hakimiyyət 

orqanları 

ancaq 

mərkəzdən 



formalaşdırılır. 

Mərkəzləşdirilməmiş  unitar  dövlətlərdə  isə  yerli  orqanlar 

əhali  tərəfindən  təşkil  olunur.  Bir  sıra  dövlətlərdə  qarışıq 

növə  rast  gəlmək  olur,  yəni  hakimi)^ət  orqanları  həm 

mərkəzdən  təşkil  olunur,  həm  də  əhali  seçki  yolu  ilə 

özünüidarəetməni 

formalaşdırır. 

Tərkibindəki 

ərazi 

vahidlərinin hüquqi statusuna görə unitar dövlətlər mürəkkəb 



və sadə olur. Sadə unitar dövlətlərin bütün əraziləri statusca 

bərabərdir,  yəni  hamısı  inzibati  ərazi  vahididir.  Mürəkkəb 

unitar  dövlətlərdə  isə  bəzi  ərazi  vahidləri  muxtariyyata 

malikdir,  yəni başqa  ərazilərdən  fərqli olaraq, daxili işlərdə 

və  bəzi  məsələlərdə  müstəqilliyi  vardır  (məsələn,  Naxçıvan 

Muxtar Respublikası). Bundan əlavə, bütün ərazisi mux 



— 100 — 


tar qurumlardan ibarət dövlətlər də vardır. Ərazinin tamamilə 

muxtar  qurumlardan  ibarət  olması  onları  keyfiyyətcə  yeni 

dövlət  kimi  fərqləndirir.  Bu  cür  dövlətlər  bir  növ  federal 

dövlətlə  unitar  dövlət  arasında  keçid  mövqeyində  dururlar. 

Onların  ərazi  vahidləri  unitar  dövlətlərdə  olan  ərazilərdən 

daha  çox  müəyyən  müstəqilliyə  malikdir,  lakin  bu 

müstəqillik federasiya  subyektlərinin müstəqilliyindən azdır 

(məsələn,  İtaliya,  İspaniya).  Dövlət  hakimiyyətinin  ərazi 

cəhətdən  təşkilinin  (dövlətin  ərazi  quruluşunun)  müəyyən 

faktorlardan birbaşa asılılığı vardır. Ərazi üzrə hakimiyyətin 

təşkilinə  dövlətin  tarixi  dövlətçilik  ənənələri,  ərazinin 

böyüklüyü,  milli-etnik  tərkib  və  s.  təsir  göstərir.  Məsələn, 

ərazisi  böyük  olan  çoxsaylı  xalqların  yaşadığı  dövlətlərdə, 

adətən, federalizm quruluşu əsas götürülür. Hətta belə dövlət 

federasiya olmasa belə, orada, bir qayda olaraq, muxtariyyat 

olur (Çin). Belə dövlətlərdə federasiya həm xalqların özünü 

qismən müstəqil hiss etməsinə və milli separatizmin qarşısını 

almağa,  o  cümlədən  idarəetmə  resurslarının  qənaətlə 

paylanmasına  səbəb  olur.  Bu  halda  mərkəzi  hakimiyyətin 

böyük  əraziyə  güclü  nəzarəti  kimi  çətin  vəzifəsi  nəzarət 

səlahiyyətlərinin paylanması hesabına yüngülləşir. Bir qayda 

olaraq,  federasiya  federasiya  subyektlərinin  özünə  təsir 

etməyə  imkan  verən  səlahiyyətləri  öz  əlində  saxlayır 

(maliyyə,  vergi,  ərazinin  yenidən  təşkili,  silahlı  qüvvələr 

yaratma  və  s.)  və  bunun  hesabına  federasiya  subyektləri 

daxilində  bir  çox  təşkilati  məsələlərdən  azad  olur.  Unitar 

dövlət,  adətən,  nisbətən  kiçik  əraziləri  olan  dövlətlərdə, 

mərkəzi  hakimiyyətin  daim  güclü  olduğu  ölkələrdə, 

milli-etnik  tərkibi  monolit  olan  və  ya  azsaylı  xalqlann 

yaşadığı  ərazilərdə  təşkil  olunur.  Ölkənin  ayrı-ayrı 

regionlarının  iqtisadi  inkişaf  yekcinsliyi  də  unitarizmi 

formalaşdıran əsas 



— 101 — 


amillərdəndir.  Azərbaycan  Respublikası  hakimiyyətin  ərazi 

cəhətdən təşkilinə görə mürəkkəb unitar dövlətdir. 



§ 7. Dövlətin hüquq və azadlıqlara münasibəti 

Dövlətin  siyasi-hüquqi  əsaslarından  biri  də  onun  insan 

hüquq və azadlıqlarına münasibətidir. Hüquq və azadlıqlar bu 

gün şəxsiyyətin sosial rolunu müəyyən edən və onu bir sosial 

subyekt  kimi  qavramağa  imkan  verən  əsas  kateqoriyadır. 

İnsan  hüquq  və  azadlıqları  vasitəsilə  şəxsiyyət  cəmiyyətdə 

müəyyən davranış imkanına - azadlığına malik olur. Dövlətin 

hüquq  və  azadlıqlara  münasibət  bildirməsi  onun  insan 

müstəqiliyyinə  birbaşa  münasibəti  deməkdir.  Hüquq  və 

azadlıq  həm  cəmiyyətin,  həm  də  dövlətin  tanıdığı  sosial 

azadlıq ölçüsü, insanın sosial subyekt kimi ən əsas və nüfuzlu 

özünüifadə vasitəsi olduğundan dövlət məhz hüquqa birbaşa 

münasibətini  bildirir  və  onunla  bağlı  müəyyən  təminatlar 

nəzərdə  tutur.  Hüquq  dövlətin  insanla  danışdığı  və  insanın 

dövlətlə  ünsiyyətdə  olduğu  yeganə  dildir.  Hüquq  və 

azadlıqlar müasir hüquq elminin ən əhəmiyyətli nailiyyətidir. 

Müasir sivil dövlətlərin hüquq sistemi ilk öncə insan hüquq 

və  azadlıqlarının  inkişafı  və  qorunması  aspektindən 

qiymətləndirilir.  Hüquq  və  azadlıqlar  hüquq  sisteminin 

nüvəsini təşkil edir. Ümumiyyətlə, qədim dövrlərdən indiyə 

qədər hüquq haqqında müxtəlif nəzəriyyələr mövcud olmuş 

və  bu  gün  də  bir-birindən  fərqli  nəzəriyyələr  yaranmaqda 

davam edir.  Hüquq, hər  şeydən öncə, ictimai  münasibətləri 

nizamlama, qaydaya salma vasitəsidir. İctimai münasibətlər 

müxtəlif  maddi  və  mənəvi  dəyərlərin  istifadəsi  ilə  əlaqədar 

yaranan  əlaqələrdir.  Bu  əlaqələrdə  müxtəlif  insanların 

davranışı,  hərəkətləri,  əməlləri,  bir-biri  ilə,  qarşı  tərəfin 

davranışını nəzərə almaqla təzahür edir. Bu davranışlarda 



— 102 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə