Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə40/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   36   37   38   39   40   41   42   43   ...   237

rabər  imkanlar  verilir.  Odur  ki,  faktiki  bərabərsizlik  (sosial 

aspektdə)  hüquq  və  vəzifələrdə  də  bərabərsizlik  üçün  əsas 

vermir.  İnsanların  gen-psixofızioloji  xüsusiyyətlərindən 

əmələ gələn fərqlər fərdin insan (insan sosial varlıqdır) kimi 

mahiyyətinə təsir etmədiyindən, bioloji fərqlər bərabərsizlik 

üçün əsas vermir. 

Azadlıq anlayışı insan davranışının həddini müəyyən edir. 

Cəmiyyətdə  azadlıq  heç  də  həmişə  eyni  cür  başa 

düşülməmişdir. Bu anlayış ədalət anlayışı ilə sıx bağlıdır və 

bəzən onlar birgə nəzərdən keçirilir. Odur ki, ədalətlə bağlı 

bir  çox  məsələlər  azadlıqla  da  bağlıdır.  Azadlıq  insanın 

faktiki  davranışının  hədlərini  müəyyən  edən  amillərə  təsir 

imkanı kimi də başa düşülürdü. Məhz buna görə də azadlıq 

bir çox nəzəriyyələrdə insanların faktiki bəra- bərləşdirilməsi 

üsulu  kimi  çıxış  edirdi.  İnsanların  maddi  əsaslara  görə 

(cəmiyyətdə  davranış  imkanlarının  hədlərini  müəyyən  edən 

ən  əsas  faktorlardan  biri)  hərəkət  imkanlarının  bərabər 

olmaması  marksizmin  xüsusi  mülkiyyəti  ədalətsizliyin  əsas 

faktoru kimi qəbul etməsinə səbəb olmuşdu. Marksizmə görə, 

davranış  imkanları,  əmlak  və  s.  amillərə  görə  bir-birindən 

kəskin fərqlənən insanların cəmiyyətində azadlıq da yoxdur. 

Müasir  dövrdə  azadlıq  hamı  üçün  eyni,  bərabər  şəraitin 

yaradılması  kimi  də  anlaşılır.  Azadlığın  hədləri  demokratik 

dövlətlərdə ancaq qanunla müəyyənləşdirilir. Azadlıq mütləq 

deyil və başqalarının mənafeyinə toxunmayan həddə hər cür 

davranış azadlıq hesab olunur. Onun məhdudlaşdırılması da 

yalnız  ümumi  rifah  naminə  və  yalnız  qanunla  yol  verilən 

hədlərdə həyata keçirilə bilər. Azadlıq həm də hüquqi vəzifə 

anlayışı  ilə  bağlıdır.  Bir  kəsin  müəyyən  hərəkət  hüququ 

həmişə  bütün  başqa  şəxslərdə  həmin  davranışa  mane 

olmamaq və toxunmamaq vəzifəsini yaradır. Birinin hü 

— 124 - 



ququ digərinin vəzifəsini təşkil edir və bu, azadlıqların realizə 

edilməsində  əsas  şərtlərdən  biridir.  Odur  ki,  Azərbaycan 

Respublikası 

Konstitusiyasının  24-cü  maddəsinin  II 

hissəsində birbaşa göstərilir ki, hüquq və azadlıqlar həm də 

hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini 

və vəzifələrini də əhatə edir. 

§ 3. insan hüquq və azadlıqlarının təminatı mexanizmi 

İnsan  hüquq  və  azadlıqları  və  ümumiyyətlə,  şəxsiyyətin 

hüquqi  statusu  müəyyən  üsullar  hesabına  icra  olunmalıdır. 

Kifayət  qədər  icra  olunma  mexanizmi  olmayan  hüquq  və 

azadlıqlar  realizə  oluna  bilmir  və  fərdlər  belə  hüquqları 

dövlətin təminat verdiyi davranış imkanı kimi deyil, sadəcə, 

fıksiya  kimi  qavrayırlar.  Odur  ki,  istənilən  hüquqi 

kateqoriyanın  realizə  mexanizminin  olması  həmin  hüququn 

və ya digər hüquqi konstruksiyanın səmərəsinə birbaşa təsir 

edir.  Hüquq  və  azadlıqların  təminatı  çox  geniş  anlayışdır. 

Buraya  konkret  hüququn  həyata  keçirilməsi  qaydalarından 

tutmuş,  bu  qaydalar  pozulduqda  görüləcək  tədbirlər,  o 

cümlədən  hüquqların  həyata  keçirilməsini  stimullaşdıran 

müxtəlif təsir  vasitələri aiddir. Təminat  mexanizmi,  sadəcə. 

Konstitusiya  ilə  nəzərdə  tutulmur.  Çoxsaylı  hüquq  və 

azadlıqlar  sahə  təminatı  mexanizminə  də  malikdirlər  və 

dövlət  birbaşa  hüquqla  nəzərdə  tutulmayan  çoxsaylı 

vasitələrdən  istifadə  etməklə  insanların  hüquq  və 

azadlıqlarının səmərəli realizə olunmasına çalışır. Buna görə 

də  hüquq  və  azadlıqların  realizə  mexanizmi  tək  bir  hüquq 

sahəsinin  imkanları  xaricində  qalan  müəyyən  tədbirlər 

kompleksinə 

çevrilir. 

Konstitusiya 

hüququnda 

bu 


təminatların əsasları nəzərdə tutulur. 

— 125 — 


insan  hüquq  və  azadlıqlannm  hüquqi  təminatı 

mexanizmlərini bir neçə əsasla müxtəlif növlərə ayırmaq olar. 

Nəzərə  almaq  lazımdır  ki,  təminat  mexanizmi  hüquq  və 

azadlıqların müdafiəsi mexanizmi ilə eyni deyildir. Hüquq və 

azadlıqların 

müdafiəsi 

mexanizmi  onlann  təminatı 

mexanizminin  tərkib  hissəsi  olsa  da,  müdafiə  mexanizminə 

daxil olmayan, lakin təminat hesab olunan elə məsələlər var 

ki,  onlar  tam  şəkildə  hüquqla  nəzərdə  tutulmur.  Məsələn, 

demokratik  rejim  hüquq  və  azadlıqların  təminatı 

mexanizmində mühüm yer tutur. Yalnız demokratik rejimdə 

həqiqətən  hüquqların  realizə  olunmasından  danışmaq  olar. 

Hüquq  və  azadhqlann  müdafiəsi  isə  əsasən  hüquq 

pozuntusunun  baş  vermə  faktından  sonra  işə  düşən  xüsusi 

mexanizmdir  və  baş  vermiş  faktın  nəticələrinin  aradan 

qaldırılmasına  yönəlir.  Bəzən  ədəbiyyatda  hüquq  və 

azadlıqların mühafizəsi və müdafiəsi fərqləndirilir. Belə fikir 

irəli sürülür ki, hüquq və azadlıqların mühafizəsi elə onların 

təminatıdır.  Buraya  hüquq  pozunutusu  olana  qədər  dövlətin 

hüquq və azadlıqları qlorumaq məqsədilə, yəni gələcəkdə baş 

verə biləcək potensial hüquq pozuntularının qarşısını almaq 

üçün həyata keçirdiyi müəyyən tədbirlər, o cümlədən hüquq 

və  azadlıqları  vətəndaşların  aktiv  həyata  keçirməsi  üçün 

onlann  maraqlarının  stimullaşdırılması  ilə  əlaqədar  həyata 

keçirilən  tədbirlər  aiddir  (maarifləndirici  informasiya 

yayılması  və  s.).  Müdafiə  isə  artıq  baş  vermiş  hüquq 

pozuntusunun  nəticələrini  aradan  qaldırmaq  üçün  həyata 

keçirilən hüquqi tədbirlər kompleksidir. 

Hüquq  və  azadlıqların  təminatı  mexanizmi  özünün 

subyektinə görə üç yerə bölünür: 

1)

 



məhkəmə vasitəsilə müdafiə mexanizmi

— 126 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə