münasibətlərinin və istehsal vasitələrinin hər şeyi həll etməsi
marksizmin əsas xüsusiyyətlərindən biri idi. Belə olan
şəraitdə fərdin marksizmdə ikinci plana keçməsi bu
nəzəriyyənin özünün quruluşu ilə şərtlənir.
Son illər cəmiyyətdə və dövlətdə gedən dəyişikliklər də
dövlət-şəxsiyyət münasibətlərinə kəskin təsir göstərmişdir.
Artıq şəxsiyyətin maraqlanm və hüquqlarını təmin etmək
dövlətin başlıca vəzifəsinə çevrilmişdir və onun inkişafı insan
hüquq və azadlıqlarının nə dərəcədə inkişafından bilavasitə
asılıdır.
§ 1. Şəxsiyyətin hüquqi statusu
Şəxsiyyətin hüquqi statusu Konstitusiya hüququnun ən
əsas və vacib institutlarından biridir.
Hüquqi statusla dövlət və şəxsiyyət arasındakı əlaqələrin
əsası, vəhdəti müəyyənləşir. Şəxsiyyətin hüquqi statusu
kifayət qədər geniş anlayışdır. Buraya insanın həyatda əmələ
gələn və müxtəlif amillərin təsiri altında dəyişən, inkişaf edən
bütün hüquq və azadlıqları daxildir. Bu isə çox mürəkkəb bir
sistem əmələ gətirir və təbii ki, bir qanunvericilik aktı bütün
hüquq və vəzifələri özündə əks etdirə bilməz. İnsanın hüquqi
statusu
mövcud
qanunvericilik
sisteminin
ruhuna
hopmuşdur, onun konsepsiyasında aparıcı yer tutur və
mürəkkəb qarşılıqlı əlaqələrə malikdir. Konstitusiya
qanunvericiliyində siyasi proses və dövlətin idarə olunması
ilə bağlı bir sıra hüquqlar nəzərdə tutulur. Eyni zamanda
konstitusiya hüququnda, daha dəqiq desək, konstitusiyanın
özündə şəxsiyyətin hüquqi statusunun əsasları əks olunur.
Şəxsiyyətin hüquqi statusu ən müxtəlif amillərin təsiri altında
dəyişir, fərqli variantlara düşür. Bu amillərə yaş (uşağın
hüquqi statusu), cins (qadın hüquqları), bir çox fərdi-bioloji
və psixofizioloji xü
— 118 —
susiyyətlər aiddir (əlillərin statusu, psixi xəstələrin statusu).
Şəxsin sosial münasibətlərdəki mövqeyi də, dövlətlə əlaqəsi
də onun hüquqi statusuna əsaslı təsir göstərir (vətəndaşın
statusu, deputatın statusu, vəzifəli şəxsin statusu və s.). Bu
amillərin və şəxsin subyekt olduğu münasibətlərin
xüsusiyyətləri insanların sahə hüququ statusunu əmələ gətirir.
Məsələn, aydındır ki, fərdin mülki-hüquqi statusu ilə
inzibati-hüquqi statusu arasında fərqlər olmalıdır, çünki
mülki münasibətlər dispozitiv, inzibati münasibətlər isə
imperativ qaydada nizamlanır. Bütün mürəkkəb hüquqi
kateqoriyanın vahid bir sistem kimi fəaliyyətini təmin etmək
heç də asan deyildir. Məhz bu cür mürəkkəbliyin nəticəsində
bəzən sahə statuslan arasında ziddiyyətlər yaranır, boşluqlar
ortaya çıxır. Şəxsiyyətin konstitusiyada əks olunan hüquqi
statusu əsas, bünövrə kimi bu mürəkkəb sistemin qarşılıqlı
əlaqələrini, onun sistem kimi mövcudluğunu təmin edir.
Konstitusiyada əks olunan status ona görə şəxsiyyətin hüquqi
statusunun əsası adlanır ki,
0
, bütün sahə statuslarının
özəyidir, bünövrəsidir və hər cür digər status daimi, yaxud
müvəqqəti olmasından asılı olmayaraq, onun üzərində, onun
müəyyən etdiyi çərçivədə qurulur. Şəxsiyyətin hüquqi
statusunun əsasında onun hər cür hüquq və vəzifələri deyil,
sistem üçün ən əsas və vacib olanları əks olunur. Qalan bütün
digər hüquqlar birbaşa və ya dolayısı ilə bu əsas statusdakı
hüquqlardan törəmədir və əsas hüquqların izlədiyi məqsədə
xidmət edir.
Şəxsiyyətin hüquqi statusu müəyyən elementlərdən
ibarətdir. Bu elementlər hüquqi statusdakı normalann ən əsas
və vacib məsələlər üzrə qruplaşdırılmasıdır. Lakin hüquqi
statusun elementləri məsələsində bir qədər mübahisələr
vardır. Bir qayda olaraq, buraya ümumi hüquq qa
— 119 —
bilİ
30
^ətini, təminatları, məsuliyyəti və qanuni maraqları aid
edirlər. Prosessual hüquqlar da şəxsiyyətin hüquqi statusuna
aiddir. Lakin müxtəlif növ icraat növlərinin başlıca
prinsiplərinin şəxsiyyətin hüquqi statusuna daxil edilib-
edilməməsi məsələsi mübahisəlidir. Ümumi hüquq qabi-
lİ
3
^əti şəxsin hüququn subyekti olması üçün hüquq və
vəzifələrə malik olma imkanını ifadə edir. Təminatlar insan
hüquq və azadlıqlarının həyata keçirilməsini mümkün edən
və onlar pozulduqda hüququn müdafiəsini həyata keçirmək
üçün nəzərdə tutulan dövlət tədbirləri, vasitələri sistemidir.
Təminatlar çoxsaylı və müxtəlifdir. Buna görə də təminatlar
iqtisadi və təşkilati-hüquqi ad altında qruplaşdırılır. Bundan
başqa, sosial təminatla siyasi təminat da fərqləndirilir.
Hüququn özündə də prosessual təminatlar fərqləndirilir.
Təminat hüquq formasında da əks oluna bilər. Məsələn,
prosessual hüquqların bir çoxu bir başqa hüququn təminatı
kimi çıxış edir. Məsuliyyət, şəxsin törətdiyi əmələ görə dövlət
məcburiyyəti tədbirinə cəlb edilməsidir. Məsuliyyət, istənilən
hüquq sistemində və ya prosesdə mövcuddur. Məsuliyyətin
özü də əslində təminatın bir formasıdır. Qanuni maraqlar
qanunun qəbul etdiyi, qanundan doğan, lakin onda birbaşa
əks olunmayan maraqları ifadə edir. Bu anlayışla bağlı belə
müddəalar səsləndirilir ki, maraq anlayışı hüquqa qədərki,
yaxud hüquqdan kənar anlayışdır. Ona görə də onun
şəxsiyyətin hüquqi statusunda element kimi ayrılmasına
ehtiyac yoxdur. Şəxsiyyətin hüquqi statusu özündə ən əsas
hüquqları əks etdirir.
§ 2. insan hüquq və azadlıqlarının prinsipləri
Hüquq və azadlıqlar müə}^ən prinsiplərə söykənir. Bu
prinsiplər hər bir dövlətdə şəxsiyyətin hüquqi statusuna ne
— 120 —
Dostları ilə paylaş: |