Azərbaycanda qadağan edilmişdir. Həmin maddənin birinci
hissəsində deyilir: «Evtanaziya, yəni xəstənin xahişi ilə onun
ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək,
həyatın davam etməsinə kömək edən süni tədbirlərin
dayandırılması qadağandır».
Yaşamaq hüququ bir çox qanunvericilik aktlarında
müxtəlif
normalarla
müdafiə
olunur
(cinayət
qanunvericiliyində cəzalar vasitəsilə, tibbi qanunvericilikdə
həkimin vəzifələri şəklində və s.). Azərbaycan Respublikası
Konstitusiyasının 27-ci maddəsi ilə hər kəsin yaşamaq
hüququ bəyan edilir. Eyni zamanda həmin maddədə konkret
olaraq hansı hallarda, hansı üsullarla və hansı orqanlar
tərəfindən insanın həyatına son qoyulması məsələsi
dəqiqləşdirilmişdir. Konstitusiyaya görə, aşağıdakı hallar
yaşamaq hüququndan məhrumetmə kimi başa düşülə bilməz:
1)
dövlətə silahlı basqın zamanı düşmən əskərlərinin
öldürülməsi (bu zaman öldürməyə özünümüdafiə tədbiri kimi
baxılır);
2)
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında
ölüm cəzasının tətbiqi (bu zaman öldürmə əməlin ekvivalenti
kimi başa düşülür);
3)
digər hallarda. Bu anlayış hələ qeyri-müəyyəndir və
qanunvericilikdə dəqiqləşdirilir.
Ölüm cəzası artıq Azərbaycan Respublikasında tətbiq
edilmir. 1998-ci il fevralın 10-da qəbul olunmuş
«Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması
ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-
Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqında» Azərbayean Respublikası
Qanunu ilə ölüm cəzası tamamilə aradan qaldınidı. Həmin
qanuna və «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq
Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci
— 142 —
Fakultativ Protokoluna qoşulmaq barədə» Azərbaycan
Respublikasının Qanununa görə, müharibə dövründə və ya
müharibə təhlükəsi mövcud olduqda ağır cinayətlərə görə
ölüm cəzasının tətbiq olunma imkanı saxlanmışdır. İnsana
qarşı silah işlədilməsinin ölümün baş vermə ehtimalını
artırdığını nəzərə alaraq, Konstitusiya hansı halların cinayət
hesab olunmayaeağmı müəyyən edir. Buraya zəruri müdafiə,
son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə
olan şəxsin həbsdən qaçarkən onun qarşısının alınması,
dövlətə qarşı qiyamın yatırılması, fövqəladə və hərbi vəziyyət
zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi,
silahlı basqın hallan aiddir.
§ 2. Bərabərlik hüququ
Konstitusiyada təsbit edilmiş ən mühüm hüquq və
azadlıqlardan biri də bərabərlik hüququdur. Bərabərlik,
sadəcə, hüquqi kateqoriya deyil, həm də digər sosial elmlərdə,
məsələn sosiologiyada istifadə edilən anlayışdır. Bərabərlik
həm də ədalət anlayışı ilə birbaşa bağlıdır. Bərabərlik hüququ
insanlann müxtəlif amillərin təsiri ilə əsas olmadan bir-birinə
və dövlətə münasibətdə fərqli qəbul edilməsini qadağan edir.
Bərabərlik hüququ fərdin müxtəlif sosial-psixofızioloji
amillərdən yaranan fərqli xüsusiyyətlərini nəzərə almadan
onlann hamısının eyni dəyərə malik olmasını ifadə edir. Bu
hüquq feodalizmin son dövrlərində insanlann təbəqələşməsini
rədd edən hüquq kimi meydana gəlmişdir. Lakin nəzərə
almaq lazımdır ki, tarix boyu bərabərlik heç də həmişə eyni
cür başa düşülməmişdir və ona münasibət də fərqli olmuşdur.
Marksizmin dolayısı ilə bağlı olduğu bir çox nəzəriyyələrdə
(orta əsr uto- pistləri) bərabərlik dedikdə insanların faktiki
bərabərliyi kimi başa düşülürdü.
— 143 —
Faktiki bərabərlik insanların öz maddi imkanlarına,
yaşayış şəraitlərinə görə bir-biri ilə bərabər olmasını nəzərdə
tutur. Bu bərabərliyi isə onun yaranmasına mane olan amilləri
ləğv etməklə təmin etmək olardı. Odur ki, marksizm də daxil
olmaqla bir çox nəzəriyyələr insanların faktiki bərabərliyinə
mane olan əsas amil kimi xüsusi mülkiyyəti aradan
qaldırmağı tələb edirdi. Lakin iş burasındadır ki, insanların
zor gücünə bərabərləşdirilməsi onların öz imkanları vasitəsilə
təzahürünə mane olur, şəxsiyyətin inkişafı (xüsusilə də maddi
nemətlərin istehsalı və mənimsənilməsi ilə bağlı istiqamətdə)
yönündə əsas maneəyə çevrilir. Bu cür zor gücünə ədalət
adma insanlan zorla bərabərləşdirməyin özü ən böyük
bərabərsizlikdir. Əslində isə insanları ümumiyyətlə faktiki
(sosial aspektdə) bərabərləşdirmək qeyri-mümkündür.
İnsanlar bir fərd kimi təkrarolunmaz keyfiyyətlərə
malikdirlər və onların fərd - bioloji imkanları bir-birindən
fərqlənir. Ən azından bu amillərin təsiri altında insanlar
arasında
olan
anadangəlmə
bərabərsizliklə
yanaşı
(psixo-bioloji imkanlar baxımından), sonradan bunun
əsasında sosial-faktiki bərabərsizlik formalaşır. Bərabərlik
hüququ insanlar arasında formal bərabərliyi təmin edir.
Formal bərabərlik özünü dövlət üçün insanlara yaradılan
imkanlarda və şəraitdə ifadə edir. Dövlət hamıya bərabər
imkanlar, şərait yaratmalıdır. Sonradan kiminsə hamı üçün
yaradılmış imkandan daha uğurla istifadə edib hər hansı
fəaliyyətdə irəliləməsi, aydındır ki, faktiki bərabərsizlik
yaradacaqdır. Lakin dövlətin, sadəcə, fonnal bərabərsizliyi
təmin etməsi o demək deyil ki, dövlət faktiki bərabərsizliyə
münasibətdə heç bir tədbir görmür. Nəzərə almaq lazımdır ki,
sosial-faktiki bərabərsizlik cəmiyyətdə sosial ziddiyyətlərin
yaranmasına, təbəqələşmənin güclənməsinə, sabitliyin
pozulmasına
— 144 —
Dostları ilə paylaş: |