V
B O L M Ə
İNSAN VƏ VƏTƏNDAŞIN HÜQUQ
VƏ AZADLIQLARI
I f ə s i l
ŞƏXSİ HÜQUQ VƏ AZADLIQLAR
§ 1. Yaşamaq hüququ
Yaşamaq hüququ hər bir insanın ən ümdə təbii hüququdur.
Digər bütün hüquq və azadlıqlar məhz yaşamaq hüququndan
sonra gəlir. Yaşamaq hüququ insanın mövcudluğu ilə birbaşa
bağlıdır və onu insana heç kəs vermir. Fərd doğulduğu andan
onun yaşamaq hüququ əmələ gəlir və ömrünün sonuna qədər
də bu hüquq ayrılmaz olaraq onunla qalır. Yaşamaq hüququ
şəxsin öz fiziki və bioloji fərdi mövcudluğu üçün heç bir
məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, insanın bir
sosial varlıq kimi müxtəlif maddi və mənəvi nemətlərdən
bəhrələnməsini ifadə edir. Bu hüquq, sadəeə, insanın
doğulması faktı ilə ortaya çıxır. Hər hansı psixobioloji
çatışmazlığa malik olub-olmamasından, habelə şəxsi-mənəvi
keyfiyyətlərindən asılı olmadan hər bir şəxs yaşamaq
hüququna malikdir. Müasir dövrdə dövlətlərin üzərinə həm
də fərdin layiqli həyat səviyyəsini təmin etmək, yəni yaşamaq
hüququnu müəyyən optimal səviyyəyə qaldırmaq tələbi də
qoyulmuşdur, lakin bu heç də o demək deyildir ki, sadəcə
fərdin həyatının toxunulmazlığını təmin etməklə dövlətin
vəzifəsi bitmiş hesab edilir. Dövlət həm də fərdin layiqli
yaşayış səviyyəsi qayğısına qalmalıdır. İnsanın bir eanlı
varlıq kimi mövcudluğu anı artıq yaşamaq hüququnun əmələ
gəlməsi üçün əsasdır. Lakin yaşamaq hüququnun nə zaman
əmələ gəl
— 139 —
məsi ilə bağlı praktikada və nəzəriyyədə müxtəlif fikirlər
səsləndirilir. Məlum olduğu kimi, insan hələ ana bətnində
olanda müəyyən mərhələni keçdikdən sonra canlı hesab
olunur. Real həyatda isə hələ canlı kimi doğulmamış, mövcud
olmayan uşağın hüquq subyektliyi məsələsi bir qədər
mürəkkəbdir. Qərb ölkələrində, o cümlədən ABŞ- də
müxtəlif dini cərəyanlar tərəfindən abort edilməsinə qarşı
təbliğat aparılır ki, bu cür dini cərəyanların fikrincə, insan
hələ ana bətnində olarkən artıq yaşamaq hüququna malikdir
və hamiləliyin süni üsullarla yarımçıq kəsilməsi başqasını
həyatdan məhrum etməkdir, yəni abort qanunsuz əməldir və
qadağan olunmalıdır. Hələ doğulmamış şəxsin hüquq
subyekti hesab olunması və yaşamaq hüququna malik olması
bəzi dövlətlərdə konstitusiya səviyyəsində həll olunur
(məsələn, Slovakiya). ABŞ-nin bir sıra ştatlarında abort
qadağandır. 1973-cü ildə ABŞ Ali Məhkəməsinin qərarına
görə, hamiləliyin birinci üç ayı ərzində abort məsələsi həkim
və qadın tərəfindən müstəqil həll edilməlidir, dördüncü aydan
başlayaraq dövlət ananın sağlamlığı ilə bağlı özü göstəriş
müəyyən edə bilər, yeddinci aydan başlayaraq (dölün artıq
canlı kimi formalaşdığı vaxt) abortun ananın sağlamlığına
xələl gətirəcəyi təsdiq olunarsa, ştat abortu qadağan edə bilər.
İnsanın yaşamaq hüququnun nə zaman bitməsi məsələsi
də praktik nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, yaşamaq hüququ hər hansı bir
hüquqi faktdan asılı olmadan mövcud olduğuna görə (təbii və
ayrılmaz hüquq kimi) onun bitməsi həmişə, bir qayda olaraq,
ölüm faktı ilə baş verir. Ancaq ölümün özü ilə bağlı da
hüquqda müəyyən məsələlər vardır (məsələn, transplantasiya
məsələləri). Bunlardan birincisi ölüm faktının hansı anda
əmələ gəlməsidir. Belə qəbul olunur ki,
— 140 —
beyinin tam fəaliyyətdən düşdüyü an artıq ölüm faktı kimi
qəbul oluna bilər. Lakin bəzən beyin fəaliyyətdən düşəndə
belə, insan orqanizmində zəif də olsa digər orqanlar öz
funksiyalanm yerinə yetirə bilir. Bu zaman həkimin süni
həyat təmin edən orqanları xəstədən ayırması einayət tərkibi
yaradan əməl kimi baxıla bilməz, çünki ölüm faktı, sadəcə,
beyinin fəaliyyətdən düşməsi ilə artıq hüquqi fakt yaranmış
olur.
Şəxsin özünün könüllü olaraq həyatdan getməsi
imkanının olub-olmaması məsələsi də yaşamaq hüququ üçün
əhəmiyyətə malikdir (evtanaziya hüququ). Hal-hazırda ev-
tanaziya hüququn ən aktual problemlərindən biridir.
Evtanaziya sağalmaq imkanı olmayan xəstənin öz arzusu ilə
həyatdan getməsini nəzərdə tutur. Artıq bir sıra ölkələrdə
evtanaziya leqallaşdırılmışdır (Hollandiya, Avstraliyanın
bəzi şatatları). ABŞ və Böyük Britaniyada isə evtanaziya ilə
bağlı bir neçə məhkəmə prosesi olmuşdur. Evtanaziya- nm
tərəfdarlan öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına
ümid olmayan şəxsin artıq əzab çəkməsinə şərait yaratmaq
lazım deyildir və ona özü istədiyi təqdirdə həyatdan getmək
imkanı verilməlidir. Əks fikrin tərəfdarları isə fikirlərini belə
əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb
və insan özü ondan imtina edə bilməz. Bundan başqa,
evtanaziyanm leqallaşdırılması ondan sui-istifadə hallarını
artıra bilər və ölümcül xəstənin qaldığı müddət ərzində
müalicə üsulunun tapılması da istisna olunmur.
Evtanaziya məsələsinə münasibət Azərbaycanda 1997- ci
il iyunun 26-da qəbul olunmuş «Əhalinin sağlamlığının
qorunması
haqqında»
Azərbaycan
Respublikasının
Qanununda bildirilmişdir. Bu Qanunun 38-ci maddəsi ilə
evta- naziyaya anlayış verilməklə yanaşı, belə tibbi əməliyyat
— 141 —