Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə48/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   44   45   46   47   48   49   50   51   ...   237

edən 18 mart 2009-cu il tarixli referendumla Konstitusiyanın 

25-ci  maddəsinə  IV  və  V  hissələr  əlavə  olunmuşdur.  IV 

hissədə qeyd olunur ki, heç kəsə bu maddənin III hissəsində 

göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya 

imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların 

verilməsindən  imtina  oluna  bilməz.  Həmin  maddənin  V 

hissəsində isə nəzərdə tutulur ki, hüquq və vəzifələrlə bağlı 

qərarlar  qəbul  edən  dövlət  orqanları  və  dövlət  hakimiyyəti 

səlahiyyətlərinin  daşıyıeıları  ilə  münasibətlərdə  hər  kəsin 

bərabər 


hüquqları 

təmin 


edilir. 

Bu 


müddəlarm, 

məzmunundan  da  göründüyü  kimi,  əsas  məqsədi  25-ci 

maddənin  təkmilləşdirilməsi  və  təmin  olunması  ilə  bağlı 

dövlət üzərinə əlavə vəzifənin qoyulmasıdır. 



§ 3. Azadlıq hüququ 

Azadlıq  hüququ  fərdin  davranış  imkanlarını  ifadə  edir. 

Geniş  mənada  azadlıq  fərdin  təbii  vəziyyətidir.  Bu  zaman 

fərd  öz  nöqteyi-nəzərincə  istədiyi  hərəkəti  edə  bilər.  Dar 

mənada azadlıq konkret olaraq bu və ya digər hərəkəti etmək 

imkanının  olub-olmaması  ilə  məhdudlaşır.  Azadlıq  hüququ 

vətəndaşlığından asılı olmayaraq hər bir şəxsə məxsusdur və 

aynimaz  hüquqdur.  «İnsan  hüquqları  haqqında  Ümumi 

Bəyannamə»yə görə, bütün insanlar anadan azad doğulurlar. 

Azadlıq  hüququ  hər  kəsin  psixi  vəziyyətindən  və  yaş 

səviyyəsindən  asılı  olmayaraq  hamıya  məxsusdur.  Ruhi 

xəstələr və yetkinlik yaşma çatmayanlar da qanunla müəyyən 

olunmuş hədlərdə azadlıq hüququndan istifadə edirlər. 

Azadlıq  hüququ  da  uzun  müddətli  mübarizələr 

nəticəsində  formalaşmışdır.  Hələ  qədim  Romada  azadlığın 

hər fərd üçün nə dərəcə dəyərli olduğunu başa düşərək, qul 



— 148 — 


lara  xüsusi  rəhm  əlaməti  kimi  onların  azadlığa 

buraxılmasından  istifadə  olunurdu.  Əsrlər  bo

3

m  qulların 



qaldırdığı  üsyanlar  məhz  azadlıqla  bağlı  olmuşdur.  Müasir 

dövrdə də azadlıqdan məhrumetmə ən ağır cəza növlərindən 

biri  kimi  istifadə  edilir.  Azadlığın  bu  dərəcədə  qiymətli 

olmasına  səbəb  nədir?  Məsələnin  sırf  fəlsəfi  tərəfini  kənara 

qoysaq,  azadlığı  fərdin  öz  hərəkətləri  üzərində  iradəsinə 

uyğun sərəncamvermə imkanı kimi başa düşmək olar. 

Ədəbiyyatda  ona  tez-tez  nisbətən  daha  sadə  anlayış 

verilir:  azadlıq  qanunla  qadağan  olunmayan  hər  şeyi  etmək 

imkanıdır.  Lakin  bu  anlayış  azadlığa  sırf  hərəkət-davranış 

aspektindən və qanunlara münasibət aspektindən yanaşmadır. 

Təhsil  məqsədləri  baxımından  nə  qədər  uğurlu  olsa  da,  bu 

anlayış azadlığın hüquq üçün tələb olunan mahiyyət tərəfini 

açmır.  Hər  bir  fərd  yetkinləşdikcə,  onda  yalnız  insana  xas 

olan  əlamətlər  formalaşır.  Bu  əlamətlərin  anadangəlmə 

instinktiv  əsası  olsa  da,  onlar,  demək  olar  ki,  tamamilə 

cəmiyyətin  diktəsi  əsasında  formalaşır  və  insanı  bir  sosial 

fərd  kimi  xarakterizə  edir.  Bu  cür  ancaq  fərdə  məxsus 

əlamətlərdən  ağlı  (şüuru)  və  iradəni  göstərmək  olar. 

Azadlıqla  əlaqə  aspektində  bizi  daha  çox  iradə 

maraqlandırdığına  görə,  burada  əsasən  ona  toxunacağıq. 

Yetkinləşən  və  öz  maraqlarını  dərk  edən  şəxsdə  maraqlar 

tələbata  çevrilir  və  fərd  daim  bu  maraqlann  təmin  edilməsi 

üçün müəyyən fəaliyyətlə məşğul olur. Bu fəaliyyət isə onun 

davranışlarında  təzahür  edir.  Fərdin  davranışı  onun  iradəsi 

əsasında  -  öz  düşüncəsinə  görə  arzuları  əsasında  hərəkət 

etmək  imkanı  üzərində  formalaşır.  Davranış  həddən  çox 

fərdidir və insanın daxili aləmindən doğur. İki şəxsin eyni bir 

məqsədə çatmaq üçün tamam fərqli üsulları istifadə etməsi də 

buradan  irəli  gəlir.  Hər  bir  fərd  öz  şəxsiyyətinə,  daxili 

aləminə və arzularına gö 



— 149 — 


rə necə hərəkət edəcəyini müəyyən edir, yəni iradəsi əsasında 

hərəkət edir. Bu mənada psixologiyada fərdin davranışı onun 

daxili  aləminin  təzahürü  kimi  də  qəbul  olunur.  Bu  bir  növ 

şəxsiyyətin  obyektivləşmiş,  maddiləş-  miş  təzahürüdür  və 

bunu  fərdin  həm  özü,  həm  də  başqaları  əyani  şəkildə 

müşahidə  edir.  Bu  yolla  da  insanın  ən  əzəli  tələbatlarından 

biri - özünü bir fərd, insan kimi dərk etmək və təsdiq etmək 

tələbatı ödənilmiş olur. Başqa sözlə, fərd öz davranışlarında 

müstəqildir  və  istədiyi  kimi  hərəkət  etməsini  müşahidə 

hesabına  özünün  əlahiddəliyi-  ni  hiss  edir.  Bu  imkandan 

məhrum  olan  insan  bütün  həyatı  boyu  onun  üçün  ağır 

nəticələr doğuran deqradasiyaya uğramış olur. Fərdin azadlığı 

- öz iradəsi əsasında hərəkət etmək imkanının olmasıdır, yəni 

özünü  bir  insan,  canlı  kimi  ətraf  mühitdə  büruzə  verməsi 

vasitəsidir.  Azadlıq  hüququ  bu  imkanın  dövlət  tərəfindən 

tanınan  və  qəbul  olunan,  başqa  şəxslərin  qəsdlərindən 

mühafizə olunan formasıdır. Azadlıq hüququ vasitəsilə şəxs 

bir  canlı  kimi  öz  əlahiddəliyini  dərk  etmək  və  cəmiyyətdə 

özünü təsdiq etmək imkanı verən iradəsini realizə imkanı əldə 

edir. Bu mənada azadlıq hüququ birbaşa şəxsin sosial varlıq 

kimi  mövcudluğu  və  özünü  realizə  etməsi  ilə  bağlıdır  və 

ondan  məhrum  olan  insan  (və  ya  başqa  sözlə,  öz  iradəsini 

realizə  edə  bilməyən,  öz  arzuları  əsasında  hərəkət  edə 

bilməyən  insan)  əslində  insan  kimi  mövcud  olmaqdan 

məhrum  olmuş  olur.  Qədim  Romada  da  qulların 

«instrumentarum  vocale»  («danışan  alət»;  Romada  qullar 

insan hesab olunmurdu) adlanmasma səbəb də onların məhz 

iradədən məhrum edilmiş fərdlərə çevrilməsi olmuşdu. Onlar 

bir şəxs, fərd kimi öz istədiklərini həyata keçirə bilmirdi və 

cəmiyyət  üzvləri  də  onların  arzu  və  davranışlarını  nəzərə 

almırdı, yəni az-çox əhəmiyyətə 

— 150 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə