Törədilmiş cinayətlərə görə məhkəmənin hökmü ilə iki
cür azadlıqdan məhrum etmə cəzası tətbiq edilir: mü- yəyyən
müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə. Ömürlük azadlıqdan məhrumetmə qadınlara,
18 yaşı tamam olmamış şəxslərə, hökm çıxarılana qədər 65
yaşa çatmış kişilərə tətbiq edilmir.
§ 4. Toxunulmazlıq hüququ
Vətəndaşların şəxsiyyətinin, mənzilinin toxunulmazlığı
və təhlükəsiz yaşamaq hüquqları daha geniş anlayışların
müxtəlif akspektlərini əhatə edir. Toxunulmazlıq fərdin bir
canlı kimi fəaliyyət göstərməsi üçün vacibdir. Təhlükəsiz
yaşamaq da mahiyyətcə toxunulmazlıqdır. Təhlükəsiz
yaşamanın məzmunu qanunla lazım olan hallarda şəxsin
toxunulmazlığının daha ciddi şəkildə və aktiv dövlət
müdaxiləsi ilə təmin edilməsini bildirir. Toxunulmazlıq,
ümumiyyətlə, subyektin və ona aid olan xüsusiyyətlərin elə
vəziyyətini ifadə edir ki, bu zaman onun fəaliyyəti üçün kənar
müdaxilə istisna olunur və fərd normal fəaliyyət göstərə bilir.
Müasir həyatda elm və texnikanın inkişafı nəticəsində
toxunulmazlığın əhəmiyyəti xüsusilə artmışdır. Bir vaxtlar öz
obyektiv xüsusiyyətlərinə görə toxunulmaz hesab olunan bir
çox məsələlər bu gün artıq insan üçün idarə olunan obyektə
çevrilir (məsələn, insanın təhtəlşüur hərəkəti, yuxu prosesi).
Nəticədə fərdin normal fəaliyyəti üçün ciddi və hissolunmaz
təhlükə yaranır. Bu gün artıq informasiya və psixoloji təsir
kütləvi təsir etməyə imkan verən vasitələrə çevrilir və silah
kimi istifadə olunmaq keyfiyyəti qazanır. Nəticədə isə nəinki
ayrı-ayrı fərdlərin, hətta bütöv bir cəmiyyətin mövcudluğu
üçün
təhlükə
yaranır.
Konstitusiya
cəmiyyətin
toxunulmazlığının fərdin
— 155 —
toxunulmazlığından keçdiyini nəzərə alaraq, insanların
toxunulmazlıq hüququnu həyatın hər bir sahəsində təmin
etməyə çalışır. Toxunulmazlıq fərdin inkişafı üçün səmərəli
şəraitin yaradılmasını nəzərdə tutur.
Şəxsi toxunulmazlıq geniş anlayışdır və sadəcə, bir fərdin
fiziki cəhətdən toxunulmazlığını ehtiva etmir. Mənzil
toxunulmazlığı da əslində şəxsi toxunulmazlığın bir
hissəsidir. Mənzil hüququndan fərqli olaraq, mənzil
toxunulmazlığı hüququ sosial-mədəni hüquq və azadlıqlara
deyil, şəxsi hüquq və azadlıqlara aiddir. Buna səbəb odur ki,
mənzil hüququ maddi, sosial-iqtisadi kateqoriya - mənzillə
bağlıdır. Mənzil toxunulmazlığı isə konkret mənzillə bağlı
olsa da, daha geniş bir anlayışın - toxunulmazlığın tərkib
hissəsini təşkil edir. Mənzil hüququnun təmin olunması üçün
digər sosial-iqtisadi hüquq və azadlıqlarda olduğu kimi
dövlətin aktiv təminedici fəaliyyəti tələb olunursa, mənzil
toxunulmazlığının təmin olunması daha çox dövlətin qanunla
qoyduğu hədlərə riayət etməsi ilə bağlıdır. Bundan başqa,
şəxsin yaşadığı yer necə olmasından və adlanmasmdan asılı
olmayaraq, toxunulmazlıq hüququna malikdir. Mənzil
hüququ isə birbaşa onun toxunulmazlığı ilə bağlı deyil və
sadəcə, mənzilə və ya yaşayış sahəsinə malik olmaqla artıq bu
hüququnu realizə edir. Şəxsi toxunulmazlıq fərdin həyatının
hər bir sahəsinə aiddir. Buraya fiziki cəhətdən toxunulmazlıq,
əxlaqi-mənəvi həyatın toxunulmazlığı və psixi toxunulmazlıq
aiddir. Fərdin toxunulmazlığı, əslində Azərbaycan
Respublikası Konstitusiyasının 32-ci, 33-cü maddələrində
deyil, həm də qismən 31-ci maddəsində (təhlükəsiz yaşmaq
hüququ) və 46-cı maddəsində (şərəf və ləyaqətin müdafiəsi
hüququ) əks olunur.
— 156 —
Toxunulmazlıq şəxsin razılığı olmadan ona məxsus olan
hər hansı bir şeylə bağlı müəyyən fəaliyyətin həyata
keçirilməsini istisna edir. Toxunulmazlığın fərd üçün
əhəmiyyəti onda əks olunur ki, o, fərdin inkişafına şərait
yaradır və ona bir şəxsiyyət kimi müstəqilliyi təmin edir.
Fiziki toxunulmazlıq fərdin cisminin və bioloji tamlığının
toxunulmazlığını bildirir. İnsan üçün toxunulmazlıq hətta
formal hüquq normalarından kənarda belə, onun
məşğuliyyətindən asılı olmayaraq böyük əhəmiyyətə
malikdir. Bu xüsusilə də fiziki və əxlaqi-mənəvi
toxunulmazlığa aiddir. Psixoloji təcrübələr vasitəsilə sübut
edilmişdir ki, insan öz bədənindən 10-20 sm-ə qədər kənar
məsafəni (bütün bədən boyu) bilavasitə öz məkanı kimi
mühafizə edir və yaxın ünsiyyətdə olmayan adamların bu
məsafənin hüdudlarına müdaxilə etməsini narahatlıqla
qarşılayır. Məhz buna görədir ki, insanlar bir-biri ilə
ünsiyyətdə olarkən, aralarındakı münasibətdən asılı olaraq,
bilavasitə məkanla şərtlənən müəyyən məsafə saxlayırlar.
Toxunulmazlıq hüququ, tam yəqinliklə deyə bilərik ki, hətta
insan psixikası ilə şərtlənir.
Fiziki toxunulmazlıq cinayət hüququnda çoxsaylı
normalar vasitəsilə qorunur (adam öldürməyə görə
məsuliyyət, bədənə xəsarət yetirməyə görə məsuliyyət,
təhqirə görə məsuliyyət və s.). Məhz fiziki toxunulmazlıq
hüququna görə istintaqda fiziki təzyiq metodlarının
istifadəsinə icazə verilmir.
Tibb sahəsi müəyyən spesifikliyə malik olduğundan,
burada toxunulmazlıq xüsusi qaydalar nəzərə alınmaqla
qorunur. Tibbdə istənilən əməliyyata və ya şəxsin bədəninə
tibbi məqsədlərlə müdaxiləyə yalnız həmin şəxsin razılığı ilə
yol verilir. Fiziki toxunulmazlığa müdaxilə etmək lazım
gəldikdə, bu barədə və onun ehtimal olunan
— 157 —
Dostları ilə paylaş: |