Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə50/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   46   47   48   49   50   51   52   53   ...   237

Törədilmiş  cinayətlərə  görə  məhkəmənin  hökmü  ilə  iki 

cür azadlıqdan məhrum etmə cəzası tətbiq edilir: mü- yəyyən 

müddətə  azadlıqdan  məhrum  etmə  və  ömürlük  azadlıqdan 

məhrum etmə. Ömürlük azadlıqdan  məhrumetmə  qadınlara, 

18  yaşı tamam olmamış şəxslərə, hökm çıxarılana qədər 65 

yaşa çatmış kişilərə tətbiq edilmir. 



§ 4. Toxunulmazlıq hüququ 

Vətəndaşların  şəxsiyyətinin,  mənzilinin  toxunulmazlığı 

və  təhlükəsiz  yaşamaq  hüquqları  daha  geniş  anlayışların 

müxtəlif  akspektlərini  əhatə  edir.  Toxunulmazlıq  fərdin  bir 

canlı  kimi  fəaliyyət  göstərməsi  üçün  vacibdir.  Təhlükəsiz 

yaşamaq  da  mahiyyətcə  toxunulmazlıqdır.  Təhlükəsiz 

yaşamanın  məzmunu  qanunla  lazım  olan  hallarda  şəxsin 

toxunulmazlığının  daha  ciddi  şəkildə  və  aktiv  dövlət 

müdaxiləsi  ilə  təmin  edilməsini  bildirir.  Toxunulmazlıq, 

ümumiyyətlə, subyektin və ona aid olan xüsusiyyətlərin elə 

vəziyyətini ifadə edir ki, bu zaman onun fəaliyyəti üçün kənar 

müdaxilə istisna olunur və fərd normal fəaliyyət göstərə bilir. 

Müasir  həyatda  elm  və  texnikanın  inkişafı  nəticəsində 

toxunulmazlığın əhəmiyyəti xüsusilə artmışdır. Bir vaxtlar öz 

obyektiv xüsusiyyətlərinə görə toxunulmaz hesab olunan bir 

çox məsələlər bu gün artıq insan üçün idarə olunan obyektə 

çevrilir (məsələn, insanın təhtəlşüur hərəkəti, yuxu prosesi). 

Nəticədə fərdin normal fəaliyyəti üçün ciddi və hissolunmaz 

təhlükə  yaranır.  Bu  gün  artıq  informasiya  və  psixoloji  təsir 

kütləvi təsir etməyə  imkan  verən  vasitələrə  çevrilir  və  silah 

kimi istifadə olunmaq keyfiyyəti qazanır. Nəticədə isə nəinki 

ayrı-ayrı  fərdlərin,  hətta  bütöv  bir  cəmiyyətin  mövcudluğu 

üçün 

təhlükə 


yaranır. 

Konstitusiya 

cəmiyyətin 

toxunulmazlığının fərdin 



— 155 — 


toxunulmazlığından  keçdiyini  nəzərə  alaraq,  insanların 

toxunulmazlıq  hüququnu  həyatın  hər  bir  sahəsində  təmin 

etməyə çalışır. Toxunulmazlıq fərdin inkişafı üçün səmərəli 

şəraitin yaradılmasını nəzərdə tutur. 

Şəxsi toxunulmazlıq geniş anlayışdır və sadəcə, bir fərdin 

fiziki  cəhətdən  toxunulmazlığını  ehtiva  etmir.  Mənzil 

toxunulmazlığı  da  əslində  şəxsi  toxunulmazlığın  bir 

hissəsidir.  Mənzil  hüququndan  fərqli  olaraq,  mənzil 

toxunulmazlığı  hüququ  sosial-mədəni  hüquq  və  azadlıqlara 

deyil, şəxsi hüquq və azadlıqlara aiddir. Buna səbəb odur ki, 

mənzil  hüququ  maddi,  sosial-iqtisadi  kateqoriya  -  mənzillə 

bağlıdır.  Mənzil  toxunulmazlığı  isə  konkret  mənzillə  bağlı 

olsa  da,  daha  geniş  bir  anlayışın  -  toxunulmazlığın  tərkib 

hissəsini təşkil edir. Mənzil hüququnun təmin olunması üçün 

digər  sosial-iqtisadi  hüquq  və  azadlıqlarda  olduğu  kimi 

dövlətin  aktiv  təminedici  fəaliyyəti  tələb  olunursa,  mənzil 

toxunulmazlığının təmin olunması daha çox dövlətin qanunla 

qoyduğu  hədlərə  riayət  etməsi  ilə  bağlıdır.  Bundan  başqa, 

şəxsin yaşadığı yer necə olmasından və adlanmasmdan asılı 

olmayaraq,  toxunulmazlıq  hüququna  malikdir.  Mənzil 

hüququ  isə  birbaşa  onun  toxunulmazlığı  ilə  bağlı  deyil  və 

sadəcə, mənzilə və ya yaşayış sahəsinə malik olmaqla artıq bu 

hüququnu realizə edir. Şəxsi toxunulmazlıq fərdin həyatının 

hər bir sahəsinə aiddir. Buraya fiziki cəhətdən toxunulmazlıq, 

əxlaqi-mənəvi həyatın toxunulmazlığı və psixi toxunulmazlıq 

aiddir.  Fərdin  toxunulmazlığı,  əslində  Azərbaycan 

Respublikası  Konstitusiyasının  32-ci,  33-cü  maddələrində 

deyil, həm də qismən 31-ci maddəsində (təhlükəsiz  yaşmaq 

hüququ) və  46-cı  maddəsində  (şərəf və  ləyaqətin  müdafiəsi 

hüququ) əks olunur. 



— 156 — 


Toxunulmazlıq şəxsin razılığı olmadan ona məxsus olan 

hər  hansı  bir  şeylə  bağlı  müəyyən  fəaliyyətin  həyata 

keçirilməsini  istisna  edir.  Toxunulmazlığın  fərd  üçün 

əhəmiyyəti  onda  əks  olunur  ki,  o,  fərdin  inkişafına  şərait 

yaradır  və  ona  bir  şəxsiyyət  kimi  müstəqilliyi  təmin  edir. 

Fiziki  toxunulmazlıq  fərdin  cisminin  və  bioloji  tamlığının 

toxunulmazlığını  bildirir.  İnsan  üçün  toxunulmazlıq  hətta 

formal  hüquq  normalarından  kənarda  belə,  onun 

məşğuliyyətindən  asılı  olmayaraq  böyük  əhəmiyyətə 

malikdir.  Bu  xüsusilə  də  fiziki  və  əxlaqi-mənəvi 

toxunulmazlığa  aiddir.  Psixoloji  təcrübələr  vasitəsilə  sübut 

edilmişdir  ki,  insan  öz  bədənindən  10-20  sm-ə  qədər  kənar 

məsafəni  (bütün  bədən  boyu)  bilavasitə  öz  məkanı  kimi 

mühafizə  edir  və  yaxın  ünsiyyətdə  olmayan  adamların  bu 

məsafənin  hüdudlarına  müdaxilə  etməsini  narahatlıqla 

qarşılayır.  Məhz  buna  görədir  ki,  insanlar  bir-biri  ilə 

ünsiyyətdə  olarkən,  aralarındakı  münasibətdən  asılı  olaraq, 

bilavasitə  məkanla  şərtlənən  müəyyən  məsafə  saxlayırlar. 

Toxunulmazlıq hüququ, tam yəqinliklə deyə bilərik ki, hətta 

insan psixikası ilə şərtlənir. 

Fiziki  toxunulmazlıq  cinayət  hüququnda  çoxsaylı 

normalar  vasitəsilə  qorunur  (adam  öldürməyə  görə 

məsuliyyət,  bədənə  xəsarət  yetirməyə  görə  məsuliyyət, 

təhqirə  görə  məsuliyyət  və  s.).  Məhz  fiziki  toxunulmazlıq 

hüququna  görə  istintaqda  fiziki  təzyiq  metodlarının 

istifadəsinə icazə verilmir. 

Tibb  sahəsi  müəyyən  spesifikliyə  malik  olduğundan, 

burada  toxunulmazlıq  xüsusi  qaydalar  nəzərə  alınmaqla 

qorunur. Tibbdə istənilən əməliyyata və  ya  şəxsin bədəninə 

tibbi məqsədlərlə müdaxiləyə yalnız həmin şəxsin razılığı ilə 

yol  verilir.  Fiziki  toxunulmazlığa  müdaxilə  etmək  lazım 

gəldikdə, bu barədə və onun ehtimal olunan 



— 157 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə