Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə51/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   47   48   49   50   51   52   53   54   ...   237

müxtəlif  nəticələri  barədə  mütləq  xəstəyə  məlumat 

verilməlidir.  Şəxsin  fiziki  toxunulmazlığı  bir  sıra  hallarda, 

xüsusilə də cinayət prosesində məhdudlaşdırıla bilər. Burada 

fiziki toxunulmazlığın məhdudlaşdırılması cəmiyyətin və işin 

istintaqı  naminə  əslində  şəxsi  müəyyən  hərəkətə  məcbur 

etmək anlamına gəlir. 

Psixi 

toxunulmazlıq 



şəxsin 

psixikasının, 

onun 

orqanizminin psixi funksiyalarının toxunulmazlığını bildirir. 



Bu  səhhətə  və  psixi  sağlamlığa  zərər  vuran  metodlann 

tətbiqinin  yolverilməzliyi,  hipnoz  və  digər  xüsusi 

metodlardan  istifadə  etməklə  dindirmənin  yolverilməzliyi, 

psixi  təzyiq  göstərmənin  yolverilməzliyi  şəklində  təzahür 

edir.  Bundan  başqa,  Azərbaycan  Respublikasının  Cinayət 

Məeəllə- sində əks olunan bir çox normalar şəxsə psixi təzyiq 

göstərməklə  əldə  edilmiş  ifadə  alınmasını  qadağan  edir, 

prosessual  qanunvericilik  isə  bu  cür  qanundan  kənar  yolla 

əldə edilmiş sübutları sübut kimi qəbul etmir. Vətəndaşların 

birbaşa  özü  və  yaxın  saydığı  insanlarla  bağlı  olan, 

açıqlanması onların mənafeyinə hər hansı şəkildə ziyan vuran 

hər cür həyati məsələlər şəxsi həyat anlayışı ilə ehtiva edilir. 

İnsan  bəzən  öz  fəaliyyətinin  müəyyən  bir  hissəsini 

başqalarından gizlədir. Adətən, bu ya əxlaq normalarına görə 

belə  tələb  olunduğu  üçün  həyata  keçirilir,  ya  da  şəxs 

başqalarının münasibətinin onun üçün vacib məsələyə mənfi 

təsir  edəcəyini  nəzərə  alaraq  bunu  edir.  Bu  yolla  fərd  ona 

məxsus  olanı  nəinki  dövlətdən,  həm  də  cəmiyyətin 

arzuolunmayan  təsirindən  qorumuş  olur.  Bundan  başqa, 

insan fəaliyyətinin bir çox tərəfləri özünün xüsusiyyətlərinə, 

mahiyyətinə  görə  daim  gizli  saxlanılır  (məsələn,  intim 

münasibətlər).  Bu  cür  məsələlərdə  toxunulmazlığın 

pozulması  mövcud  münasibətlərə  mənfi  təsir  edir  və 

vətəndaşın mənafeyinə toxunur. Odur ki, qanun 



— 158 — 


vericilik  şəxsi  həyatın  qorunması  üçün  sirr  anlayışını 

qanunvericilik  sisteminə  daxil  edir.  Lakin  nəzərə  almaq 

lazımdır ki, sirr sadəcə olaraq şəxsi həyatla bağlı deyil, daha 

geniş  anlayışdır  və  zəruri  hallarda  fəaliyyət  və  ya  başqa 

hüquqi məsələ ilə bağlı cəmiyyətə informasiya ötürülməsinin 

qarşısını  alan  xüsusi  hüquqi  institutdur.  Sirr  sayılan  hər  bir 

məlumat  və  ya  digər  məsələ  kütləvi  informasiya  kimi 

cəmiyyətə  çatdırıla,  müzakirə  edilə  və  qiymətləndirilə 

bilməz. Yalnız qanunla qoyulan şərtlər tam ödəndikdən sonra 

bu məsələlər sirr kimi onlara şamil edilmiş hüquqi rejimdən 

çıxarıla bilər. Şəxsi münasibətlərin də böyük bir hissəsi lazım 

gəldikdə  sirr  hesab  olunur.  Lakin  insanın  sirr  hesab  edib 

başqalarından təbii olaraq gizlətdiyi məsələlərlə qanunun sirr 

hesab  edib  müdafiəyə  aldığı  məsələləri  fərqləndirmək 

lazımdır. Bəzən bunlar üst-üstə düşməyə də bilər. Sırf şəxsi 

sirlə peşə sirrini də fərqləndirək lazımdır. Peşə sirri, adətən, 

şəxsə  peşə  fəaliyyətindən  irəli  gələrək  etibar  edilən,  lakin 

birbaşa  ona  deyil,  başqasının  şəxsi  məsələlərinə  aid  olan 

sirdir.  Peşə  sirrini  şəxs  ona  görə  qorumalıdır  ki,  burada 

başqasının  mənafeyi  vardır.  Peşə  sirrinin  daşıyıcıları 

(vəkillər,  müstəntiqlər,  hakimlər,  həkimlər,  övladlığa 

götürmə məsələləri ilə məşğul olan müvafiq işçilər və s.) bu 

sirrin yayılmasına görə məsuliyyət daşıyırlar və bu sirr yalnız 

qanunla və ya sirrin əslində məxsus olduğu şəxsin razılığı ilə 

açıla  bilər.  Əlbəttə,  peşə  sahiblərinə  həvalə  edilən  hər  bir 

şəxsi  informasiya  özlüyündə  sirr  əhəmiyyətinə  malik  deyil, 

lakin müvafiq peşə sahibləri müraciət edənin tələbi olduqda, 

məzmunundan asılı olmayaraq hər bir informasiyanı sirr kimi 

qorumalıdırlar. Qanunla müəyyən edilmişdir ki, şəxsi sirr və 

istintaq sirri sayılan məsə 



— 159 — 


lələrə  dair  işlərə  məhkəmə  baxışı  zamanı  qapalı  məhkəmə 

iclasında baxıla bilər. 

Hər bir peşə sin'inə müəyyən faktlar daxildir. Məsələn, 

tibb  peşəsində  bu  faktlar  tibbi  yardım  üçün  müraciətin 

özündən,  pasientin  xəstəliyinin  prosesindən  (diaqnoz- 

qoyma,  müalicə),  xəstənin  patoloji  vəziyyəti  haqqında  hər 

hansı  digər  məlumatlardan  ibarətdir.  Vəkil  peşəsinin  sirri 

hüquqi yardımdan, müdafiə üçün müraciət faktının özündən, 

cinayət  hadisəsi  və  onun  iştirakçıları  haqqında  hər  cür 

məlumatdan,  iş  üzrə  iştirakçırahn  şəxsi  həyatı  haqqında 

cinayət və ya mülki işdən əldə edilən məlumatlardan, vəkilin 

müttəhimlə  hər  hansı  şəkildə  saxladığı  əlaqədən  (yazışma, 

ikitərəfli  söhbət  və  s.)  ibarətdir.  Vəkilin  şahid  kimi 

dindirilməsi  qadağandır.  İstənilən  peşə  üçün  müvafiq  peşə 

sirrinin komponentlərinin göstərilən qaydada şərhini vermək 

olar. 


Şəxsi sirrin açılması ancaq qanunla qoyulmuş qaydada və 

həddə həyata keçirilə bilər. Adətən, şəxsi sirr cinayətkarlıqla 

mübarizə,  sağlamlığın  mühafizəsi  və  fövqəladə  və  ya  hərbi 

vəziyyətin  tətbiqi  zamanı  açıla  bilər.  Şəxsi  sirr  və 

toxunulmazlıq  məsələləri  daha  çox  şəxs  cəza  çəkərkən 

məhdudlaşdırılır  (göndərilən  məhsulların,  yazışmaların 

yoxlanılması  və  s.).  Şəxsi  həyatla  bağlı  məlumatlar  bəzən 

cinayətin  açılması  üçün  zəruri  olur  və  bu  zaman  sirrin 

daşıyıcısının istintaqa cəlb olunmasından asılı olmayaraq, bu 

şəxsi sirr öz statusunu saxlayır. Şəxsi həyata aid məlumatlar 

ekspertiza və s. istintaq hərəkətləri yolu ilə də müəyyən edilə 

bilər.  İnsanların  bir-birinə  müxtəlif  rabitə  vasitələri  ilə 

ötürdükləri informasiya da senzuraya  məruz  qala bilməz və 

onların şəxsi sirr sayılıb-sayılma- masından asılı olmayaraq, 

şəxs  özü  razı  olmadığı  təqdirdə  ondan  bu  barədə  hər  hansı 

əsas olmadan məlumat tə 



— 160 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə