Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə52/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   48   49   50   51   52   53   54   55   ...   237

ləb  etməyə  yol  verilmir.  «Əməliyyat-axtarış  fəaliyyəti 

haqqında»  28  oktyabr  1999-eu  il  tarixli  Azərbaycan 

Respublikasının  Qanununa  görə,  şəxsi  həyata  prosessual 

qanunvericilikdən kənar müdaxiləyə  yol verilir. Bu, adətən, 

cinayət  başlamağa  əsaslar  olmadıqda  ilkin  məlumat 

toplanması  məqsədilə  həyata  keçirilir  və  yalnız  ciddi 

əhəmiyyətli  məsələlərlə  bağlı olmalıdır, başqa  sözlə,  şəxsin 

həyatına  müdaxilə  üçün  ciddi  əsaslar  tapılmalıdır.  Bütün 

bunların  həyata  keçirilməsi  üçün  məhkəmənin  razılığı 

olmalıdır. Lakin əgər tədbirlər ağır cinayətin qarşısını almaq, 

istintaqdan gizlənən şəxsi aşkara çıxarıb ifşa etmək məqsədi 

və s. hallarla bağlıdırsa, bu zaman məhkəmənin icazəsi tələb 

olunmur. 

Kütləvi  informasiya  vasitələrində  şəxsi  həyatla  bağlı 

materialların,  informasiyaların  verilməsi  iki  halda  ola  bilər: 

həyatı  ilə  bağlı  məlumatlar  yayılan  şəxsin  yazılı  razılığı 

olduqda;  bu  materiallar  (informasiyalar)  məhkəmənin 

qərarında öz əksini tapdıqda. 

Mənzil insanın şəxsi həyatının bilavasitə bağlı olduğu ən 

əsas  yerdir.  Mənzil  şəxsin  daimi  və  ya  müvəqqəti  yaşayış 

yeridir  və  belə  yerin  öyrənilməsi  ilə  şəxs  haqqında  bir  çox 

hallarda  onun  dediklərindən  çox  material  əldə  etmək  olar. 

Buna  görə  də  Konstitusiya  mənzil  toxunulmazlığını  xüsusi 

olaraq qeyd edir. Mənzilin hüquqi rejimi bilavasitə yaşamaq 

üçün nəzərdə tutulmayan, lakin mənzil və s. məsələlərlə bağlı 

olan yerlərə də aid edilir. Buraya şəxsə məxsus qaraj, anbar, 

zirzəmi  və  s.  yerlər  aiddir.  Mənzil  rejimi  şəxsin  bir  yerdən 

başqa  yerə  getdiyi  zaman  qaldığı  kayuta,  kupe  və  s.-yə  də 

şamil edilir. Mənzil toxunulmazlığı şəxsin çalışdığı xidməti 

yerlərə  aid  deyildir.  Mənzil  sahiblərinin  iradəsi  ziddinə 

mənzilə  daxil  olmaq  və  ya  mənzil  və  orada  baş  verənlər 

haqqında hər hansı 



— 161 — 


şəkildə  məlumat  toplamaq  (hansı  vasitədən  istifadə 

edilməsindən asılı olmayaraq) qanunla qadağandır. Mənzilə 

mənzil sahibinin iradəsi ziddinə yalnız qanuni əsaslarla daxil 

olmaq olar. «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq 

Pakt»m  17-ci  maddəsinə  görə  də,  mənzil  toxunulmaz  elan 

edilir.  Qanuni  şəkildə  mənzilə  daxil  olma  əsasən  aşağıdakı 

hallarda mümkündür: 

1)

 



baş  verməsi  öncədən  müəyyən  edilməyən  fövqəladə 

hallar zamanı. Bu zaman mənzilə daxil olma yanğın, zəlzələ, 

daşqın  və  s.  bu  kimi  təxirəsalınmaz  müdaxilə  tələb  olunan 

hallarda həyata keçirilir. Bu hərəkətlər mənzildə yaşayanların 

və cəmiyyətin mənafeyi naminə həyata keçirilir

2)

 



cinayətin açılması, cinayəti törədən və ya şübhəli şəxs 

haqqında  əməliyyat-axtanş  tədbirləri  çərçivəsində  məlumat 

əldə edilməsi zəruri olduqda

3)

 



cinayətin  və  baş  verən  digər  hüquq  pozuntusunun 

qarşısının alınması zamanı; 

4)

 

qərar  və  digər  məhkəmə  aktlarının  icrası  həyata 



keçirilərkən. 

Bir  sıra  istintaq  hərəkətlərinin  edilməsi  üçün  cinayət 

prosesində  bəzən  zərurətə  görə  mənzilə  daxil  olmaq  lazım 

gəlir.  Əməliyyat-axtarış  fəaliyyətində 

təxirəsalınmaz 

tədbirlər  zamanı  sonradan  48  saat  ərzində  hakimə  xəbər 

vermək  şərtilə  mənzilə  daxil  olmaq  mümkündür.  Müxtəlif 

növ əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı 

bunun üçün əsaslandmlmış qərar hazırlanır və hakimə təqdim 

edilir. Hakim də bu qərar əsasında belə bir tədbirin apaniması 

üçün icazə verilməsi məsələsini həll edir. 

Təhlükəsiz  yaşamaq  hüququ  dövlətdən  tələb  edir  ki, 

0



hər bir şəxsin onun həyatına təhlükəli olan amillərdən 



— 162 — 


kənarda yaşamasını təmin etsin. Əslində bu cür amilləri tam 

kənarlaşdırmaq, sadəcə, qeyri-mümkün olduğundan, dövlətin 

vəzifəsi  burada  daha  çox  yaranan  və  ya  yarana  biləcək 

təhlükəni  aradan  qaldırmaqla  (zərərsizləşdirməklə)  bitir. 

Bunun üçün dövlət bununla bağlı müvafiq qaydalar müəyyən 

edir.  Dövlətin  əsas  vəzifələrindən  biri  də  hüquq  mühafizə 

orqanlarının  səmərəli  fəaliyyətləri  ilə  insanların  təhlükəsiz 

yaşamaq 


hüququnu 

təmin 


etməkdən 

ibarətdir. 

Qanunvericiliklə  bu  və  ya  digər  fəaliyyət  növünə  qoyulan 

çoxlu  qadağalar  da  (silahın  mülki  dövriyyədən  çıxarılması, 

kütləvi  tədbirlərin  keçirilməsi  şərtləri  və  s.)  insanların 

təhlükəsiz  yaşamaq  hüququnu  təmin  etmək  məqsədilə 

müəyyənləşdirilir.  Nəzərə  almaq  lazımdır  ki,  dövlətin  işi, 

sadəcə, artıq əmələ gəlmiş və mövcud olan təhlükəni tapmaq, 

onu aradan qaldırmaq deyil, həm də təhlükəsizliyin özü tələb 

etdiyi üçün potensial təhlükə mənbəyini aşkara çıxarmaq, onu 

zərərsizləşdirmək və ya ən azı nəzarətdə saxlamaqdır. Bunun 

üçün  dövlətin  çoxsaylı  tədqiqat  institutları,  güc  strukturları 

fəaliyyət  göstərirlər.  Hər  bir  fərdin  təhlükəsiz  yaşamaq 

hüququnun  realizə  edilməsi  bütövlükdə  cəmiyyətin 

təhlükəsizliyinin həyata keçirilməsi deməkdir. Dövlət də bu 

məsələdə  ən  azı  cəmiyyətin  sabitliyinin  təmin  olunması 

baxımından maraqlıdır. Həyat kifayət qədər mürəkkəbdir və 

təhlükə bir sahədə deyil, çoxsaylı fəaliyyət sahəsində mövcud 

olduğuna  görə  (informasiya  təhlükəsizliyi,  iqtisadi 

təhlükəsizlik,  hərbi  təhlükəsizlik  və  s.)  bu  hüququn  realizə 

edilməsinə  irimiqyaslı  tədbirlərdən  tutmuş,  şəxsin  təhlükəli 

yerdən  uzaqlaşdırılmasma  qədər  bir  çox  müxtəlif  tədbirlər 

kompleksi  daxildir.  «Polis  haqqında»  28  oktyabr  1998-ci  il 

tarixli  Azərbaycan  Respublikası  Qanunu  polisin  başlıca 

vəzifələrindən biri kimi vətəndaşların hə 

— 163 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə