Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə49/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   45   46   47   48   49   50   51   52   ...   237

malik bir canlı kimi onların mövcudluğunu cəmiyyətdə hiss 

etdirəcək  heç  nə  yox  idi.  Odur  ki,  insanın  azadlıq  hüququ 

onun  bir  canlı,  əlahiddə  sosial  varlıq  kimi  mövcudluğunu 

şərtləndirən  və  həm  şəxsə,  həm  də  ətrafdakılara  bunu  dərk 

etmək,  duymaq  imkanı  verən  bir  vasitə  kimi  böyük 

əhəmiyyətə malikdir. 

Azadlıq  hüququnun  sosial  dəyəri  təkcə  bununla  bitmir. 

İnsan  öz  istədiyi  kimi  hərəkət  etmək  və  öz  arzuladığı  kimi 

yaşamaq  imkanı  əldə  etdikdə  həyat  onun  üçün  daha  dərin 

məna  kəsb  etmiş  olur.  Azadlıq  hüququ  fərdin  öz  həyatına 

məna  verməsinə  imkan  verən  (öz  istədiyi  kimi  yaşamaq 

hesabına)  əsas  vasitədir.  Odur  ki,  azadlıq  hər  bir  kəs  üçün 

həddindən  artıq  qiymətlidir  və  adətən,  azadlıqda  olan  insan 

artıq daim alışdığı azadlığının qiymətini dərhal dərk etmirsə 

də,  ondan  məhrum  edildikdə,  azadlığın  nə  dərəcədə 

əhəmiyyətə malik olmasını dərk etmiş, duymuş olur. Elə buna 

görə  də  azadlıqdan  məhrum  etmə  cəzası  cinayət  cəzaları 

sırasında  daha  ağın  (bəzi  cinayətlərə  görə  ən  ağın)  sayılır, 

insanı öz iradəsi əsasında sərbəst hərəkət etmək imkanından 

məhrum  edir  və  deməli,  onun  bir  canlı,  şüurlu  fərd  kimi 

özünürealizə imkanını ciddi şəkildə məhdudlaşdmr, şəxsin öz 

istədiyi kimi, öz düşüncəsinə görə mənalı yaşamaq imkanını 

əlindən  alır.  Azadlıqdan  məhrumetmə  eəzasma  məhkum 

edilmişlər  barəsində  işlədilən  «həbsxanada,  qazamatda 

çürüyür» ifadəsi də buradan gəlir. Bu ifadə insanın diri-diri öz 

iradəsi əsasında sərbəst davranmaqdan, yaşamaqdan məhrum 

edilməsinin ölümə bərabər tutulmasına görə formalaşmışdır. 

Bütün bunlara görə də azadlıq hüququ yaşamaq hüququ qədər 

vacib və insan üçün əhəmiyyətli hüquqlardan biridir. 

Azadlıq  nisbidir.  Mütləq  azadlıq  başqalarının  azadlığına 

toxunduğu (başqalarının mənafeyi ziddinə olsa belə

— 151 — 



 


sədilə  lazım  gəldikdə  onların  olduğu  yerin  müəyyən 

edilməsidir. 

Qeydiyyatın 

olmaması 

vətəndaşların 

hüquqlarının məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz. 

Azadlıq  hüququ  fərdin  yalnız  öz  ölkəsi  daxilində  sərbəst 

yerdəyişməsini  deyil,  həm  də  öz  ölkəsindən  getmək  və 

gəlmək  hüququnu  da  nəzərdə  tutur.  Prinsipeə  şəxsin  yalnız 

ölkə ərazisində yerdəyişmə hüququnun olması onun istədiyi 

yerə  köçmək  və  ya  ölkəsinə  qayıtmaq  hüququnun 

məhdudlaşdırılmasıdır.  «Mülki  və  siyasi  hüquqlar  haqqında 

Beynəlxalq Pakt»m 12-ci maddəsinə görə, hər bir şəxs olduğu 

ölkəni, 


0

 cümlədən öz ölkəsini maneəsiz tərk edə bilər. Yalnız 

əsaslar  olduqda,  şəxsin  müəyyən  müddətə  ölkədən  kənara 

getmək  hüququ  məhdudlaşdırıla  bilər  (məsələn,  əgər  şəxs 

müəyyən dövlət sirrinə malikdirsə). Qeyd etmək lazımdır ki, 

şəxsin  ölkə  ərazisindən  kənara  getməsi  onun  hər  hansı  bir 

hüququnda əsaslı dəyişiklik yaratmır. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

28-ci 

maddəsinin  II  hissəsində  şəxsin  azadlıq  hüququnun  hansı 



hallarda məhdudlaşdırılmasmm ən vacib əsaslarından söhbət 

gedir.  Göstərilir  ki,  azadlıq  hüququ  yalnız  tutulma,  həb- 

səalma  və  ya  azadlıqdan  məhumetmə  yolu  ilə 

məhdudlaşdırıla  bilər.  Bu  halda  da  məhkəmə  müvafiq 

tədbirlərin  qanuniliyinə  nəzarət  hüququna  malikdir 

(orqanların  öz  səlahiyyətlərindən  sui-istifadə  etməməsi 

üçün).  Tutma  və  həbsəalma  qətimkan  tədbirləridir  və 

istintaqın gedişində, inzibati işlər üzrə icraatda tətbiq edilir. 

Qətimkan  tədbirlərinin  məqsədi  fəaliyyətin  səmərəliyini 

təmin etməkdir. Azadlıqdan məhrumetmə cəza tədbiridir və 

məhkəmənin hökmü ilə barəsində ittiham hökmü çıxarılmış 

şəxsə  tətbiq  edilir.  Tutma  iki  növdə  olur:  inzibati  qaydada 

tutma və cinayət prosessual qaydada tutma. İnzibati qaydada 

tut 


— 153 — 


ma  fiziki  şəxsin  azadlığının  qısa  müddətə  məhdudlaşdınl- 

masıdır.  O,  müstəsna  hallarda  inzibati  iş  üzrə  icraat  tələb 

etdikdə həyata keçirilir və bir qayda olaraq, 3 saatdan artıq 

ola  bilməz.  Sərhədboyu  rejimin  pozulması  ilə  bağlı  işlərdə 

tutma 24 saatadək müddətə və ya xəta törədənin şəxsiyyətini 

müəyyən etməyə imkan verən sənədlər ol- madıqda, hakimin 

qərarı ilə üç günədək həyata keçirilə bilər, (bax: Azərbaycan 

Respublikasının  İnzibati  Xətalar  Məcəlləsi,  339-cu  maddə). 

Cinayət-prosessual  qaydada  tutulan  şəxs,  əgər  cinayət  işi 

başlanması haqqında 24 saat ərzində qərar qəbul olunmazsa, 

dərhal azad olunmalıdır. Belə qərar qəbul olunsa da, şəxsin 

saxlanması  48  saatdan  artıq  davam  edə  bilməz.  Tutulmuş 

şəxsə  tutulduğu  andan  48  saat  keçənə  qədər  ittiham  elan 

edilməli  və  o,  məhkəməyə  gətirilməli,  məhkəmə  işi  təxirə 

salmadan  baxmalı  və  onun  haqqında  həbs  qətimkan 

tədbirinin  seçilməsi  və  ya  azad  edilməsi  haqqında  qərar 

çıxarmalıdır.  Həbsəalma  yalnız  cinayət  prosessual  hüquqda 

istifadə olunan qətimkan tədbiridir. Həbsdə saxlama əsasları 

olduqda,  şəxs  2  ay  müddətinədək,  xüsusilə  ağır  və  ya  ağır 

cinayət  törətməsinə  görə  isə  3  ay  müddətinədək  həbsdə 

saxlana  bilər.  Şəxsin  azadlıq  hüququnu  qismən  olsa  belə 

digər  qətimkan  tədbirləri  də  məhdudlaşdırır  (məcburi 

gətirilmə,  ev  dustaqlığı,  başqa  yerə  getməmək  barədə  iltiz- 

tam  və  s.).  Konstitusiyada  bunlardan  yalnız  ən  əsasları  əks 

olunur. Həbsin bir başqa növü inzibati qaydada həbs etmədir. 

Lakin  inzibati  həbs  qətimkan  tədbiri  deyil,  azadlıqdan 

məhrumetmənin  bir  növ  ekvivalenti  olan  tənbeh  tədbiridir. 

İnzibati  qaydada  həbs  müddəti  15  gündür  və  o,  hamilə 

qadınlara,  18  yaşa  çatmayan  şəxslərə,  1-ci  və  2-ci  qrup 

əlillərə, 60 yaşma çatmış qadınlara, 65 yaşma çatmış kişilərə 

tətbiq olunmur. 

— 154 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə