Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə46/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   42   43   44   45   46   47   48   49   ...   237

Azərbaycanda  qadağan edilmişdir. Həmin  maddənin birinci 

hissəsində deyilir: «Evtanaziya, yəni xəstənin xahişi ilə onun 

ölümünü  hər  hansı  vasitə,  yaxud  hərəkətlə  tezləşdirmək, 

həyatın  davam  etməsinə  kömək  edən  süni  tədbirlərin 

dayandırılması qadağandır». 

Yaşamaq  hüququ  bir  çox  qanunvericilik  aktlarında 

müxtəlif 

normalarla 

müdafiə 

olunur 


(cinayət 

qanunvericiliyində  cəzalar  vasitəsilə,  tibbi  qanunvericilikdə 

həkimin vəzifələri şəklində və s.). Azərbaycan Respublikası 

Konstitusiyasının  27-ci  maddəsi  ilə  hər  kəsin  yaşamaq 

hüququ bəyan edilir. Eyni zamanda həmin maddədə konkret 

olaraq  hansı  hallarda,  hansı  üsullarla  və  hansı  orqanlar 

tərəfindən  insanın  həyatına  son  qoyulması  məsələsi 

dəqiqləşdirilmişdir.  Konstitusiyaya  görə,  aşağıdakı  hallar 

yaşamaq hüququndan məhrumetmə kimi başa düşülə bilməz: 

1)

 



dövlətə  silahlı  basqın  zamanı  düşmən  əskərlərinin 

öldürülməsi (bu zaman öldürməyə özünümüdafiə tədbiri kimi 

baxılır); 

2)

 



məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında 

ölüm cəzasının tətbiqi (bu zaman öldürmə əməlin ekvivalenti 

kimi başa düşülür); 

3)

 



digər  hallarda.  Bu  anlayış  hələ  qeyri-müəyyəndir  və 

qanunvericilikdə dəqiqləşdirilir. 

Ölüm  cəzası  artıq  Azərbaycan  Respublikasında  tətbiq 

edilmir.  1998-ci  il  fevralın  10-da  qəbul  olunmuş 

«Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması 

ilə  əlaqədar  Azərbaycan  Respublikasının  Cinayət,  Cinayət- 

Prosessual  və  İslah-Əmək  Məcəllələrinə  dəyişikliklər  və 

əlavələr  edilməsi  haqqında»  Azərbayean  Respublikası 

Qanunu  ilə  ölüm  cəzası  tamamilə  aradan  qaldınidı.  Həmin 

qanuna  və  «Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq 

Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci 

— 142 — 



Fakultativ  Protokoluna  qoşulmaq  barədə»  Azərbaycan 

Respublikasının  Qanununa  görə,  müharibə  dövründə  və  ya 

müharibə  təhlükəsi  mövcud  olduqda  ağır  cinayətlərə  görə 

ölüm  cəzasının  tətbiq  olunma  imkanı  saxlanmışdır.  İnsana 

qarşı  silah  işlədilməsinin  ölümün  baş  vermə  ehtimalını 

artırdığını nəzərə alaraq, Konstitusiya hansı halların cinayət 

hesab olunmayaeağmı müəyyən edir. Buraya zəruri müdafiə, 

son  zərurət,  cinayətkarın  yaxalanması  və  tutulması,  həbsdə 

olan  şəxsin  həbsdən  qaçarkən  onun  qarşısının  alınması, 

dövlətə qarşı qiyamın yatırılması, fövqəladə və hərbi vəziyyət 

zamanı  səlahiyyətli  şəxsin  verdiyi  əmrin  yerinə  yetirilməsi, 

silahlı basqın hallan aiddir. 



§ 2. Bərabərlik hüququ 

Konstitusiyada  təsbit  edilmiş  ən  mühüm  hüquq  və 

azadlıqlardan  biri  də  bərabərlik  hüququdur.  Bərabərlik, 

sadəcə, hüquqi kateqoriya deyil, həm də digər sosial elmlərdə, 

məsələn  sosiologiyada  istifadə  edilən  anlayışdır.  Bərabərlik 

həm də ədalət anlayışı ilə birbaşa bağlıdır. Bərabərlik hüququ 

insanlann müxtəlif amillərin təsiri ilə əsas olmadan bir-birinə 

və dövlətə münasibətdə fərqli qəbul edilməsini qadağan edir. 

Bərabərlik  hüququ  fərdin  müxtəlif  sosial-psixofızioloji 

amillərdən  yaranan  fərqli  xüsusiyyətlərini  nəzərə  almadan 

onlann hamısının eyni dəyərə malik olmasını ifadə edir. Bu 

hüquq feodalizmin son dövrlərində insanlann təbəqələşməsini 

rədd  edən  hüquq  kimi  meydana  gəlmişdir.  Lakin  nəzərə 

almaq lazımdır ki, tarix boyu bərabərlik heç də həmişə eyni 

cür başa düşülməmişdir və ona münasibət də fərqli olmuşdur. 

Marksizmin dolayısı ilə bağlı olduğu bir çox nəzəriyyələrdə 

(orta  əsr  uto-  pistləri)  bərabərlik  dedikdə  insanların  faktiki 

bərabərliyi kimi başa düşülürdü. 



— 143 — 


Faktiki  bərabərlik  insanların  öz  maddi  imkanlarına, 

yaşayış şəraitlərinə görə bir-biri ilə bərabər olmasını nəzərdə 

tutur. Bu bərabərliyi isə onun yaranmasına mane olan amilləri 

ləğv etməklə təmin etmək olardı. Odur ki, marksizm də daxil 

olmaqla bir çox nəzəriyyələr insanların faktiki bərabərliyinə 

mane  olan  əsas  amil  kimi  xüsusi  mülkiyyəti  aradan 

qaldırmağı  tələb  edirdi.  Lakin  iş  burasındadır  ki,  insanların 

zor gücünə bərabərləşdirilməsi onların öz imkanları vasitəsilə 

təzahürünə mane olur, şəxsiyyətin inkişafı (xüsusilə də maddi 

nemətlərin istehsalı və mənimsənilməsi ilə bağlı istiqamətdə) 

yönündə  əsas  maneəyə  çevrilir.  Bu  cür  zor  gücünə  ədalət 

adma  insanlan  zorla  bərabərləşdirməyin  özü  ən  böyük 

bərabərsizlikdir.  Əslində  isə  insanları  ümumiyyətlə  faktiki 

(sosial  aspektdə)  bərabərləşdirmək  qeyri-mümkündür. 

İnsanlar  bir  fərd  kimi  təkrarolunmaz  keyfiyyətlərə 

malikdirlər  və  onların  fərd  -  bioloji  imkanları  bir-birindən 

fərqlənir.  Ən  azından  bu  amillərin  təsiri  altında  insanlar 

arasında 

olan 

anadangəlmə 



bərabərsizliklə 

yanaşı 


(psixo-bioloji  imkanlar  baxımından),  sonradan  bunun 

əsasında  sosial-faktiki  bərabərsizlik  formalaşır.  Bərabərlik 

hüququ  insanlar  arasında  formal  bərabərliyi  təmin  edir. 

Formal  bərabərlik  özünü  dövlət  üçün  insanlara  yaradılan 

imkanlarda  və  şəraitdə  ifadə  edir.  Dövlət  hamıya  bərabər 

imkanlar,  şərait  yaratmalıdır.  Sonradan  kiminsə  hamı  üçün 

yaradılmış  imkandan  daha  uğurla  istifadə  edib  hər  hansı 

fəaliyyətdə  irəliləməsi,  aydındır  ki,  faktiki  bərabərsizlik 

yaradacaqdır.  Lakin  dövlətin,  sadəcə,  fonnal  bərabərsizliyi 

təmin etməsi o demək deyil ki, dövlət faktiki bərabərsizliyə 

münasibətdə heç bir tədbir görmür. Nəzərə almaq lazımdır ki, 

sosial-faktiki  bərabərsizlik  cəmiyyətdə  sosial  ziddiyyətlərin 

yaranmasına,  təbəqələşmənin  güclənməsinə,  sabitliyin 

pozulmasına 



— 144 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə