Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə43/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   39   40   41   42   43   44   45   46   ...   237

nəlxalq  müdafiə  vasitələri  beynəlxalq  məhkəmə  və  kva- 

ziməhkəmə  (qeyri-məhkəmə)  orqanları  vasitəsilə  həyata 

keçirilir. Burada bəzən tərəflər arasında barışdırma proseduru 

tətbiq  olunur.  Bu  qaydada,  həmçinin  dövlətlərarası 

mübahisələr də həll olunur. 

Bütün müdafiə sisteminin əsası Azərbaycan Respublikası 

Konstitusiyasının 71-ci maddəsində müəyyən edilir. Bundan 

əlavə,  Konstitusiyada  hüquq  kimi  bəyan  olunmuş  bir  sıra 

təminatlar  da  vardır.  Bu  hüquqlar  (təminat-hüquqlar)  bütün 

müdafiə  sisteminin  özəyini,  onun  bazasını  təşkil  edir  və 

fərdin  müdafiə  mexanizmləri  çərçivəsində  davranışını 

müəyyənləşdirir. Eyni zamanda bu hüquqlar dövlət orqanları 

üçün  də  müəyyən  vəzifələr  yaradır.  Konstitusiyanın  71-ci 

maddəsində 

məhdudlaşdırmanm 

əsasları, 

məhdudlaşdırılması  qeyri-mümkün  hüquqlar,  hüququn 

tətbiqi fəaliyyətində normaların təfsiri ilə bağlı göstərişlər əks 

olunur.  Bu  normanın  analizindən  insan  hüquq  və 

azadlıqlarının  müdafiəsi  mexanizminin  qurulduğu  əsas 

prinsipləri müəyyən etmək olar: 

1)

 



İnsan hüquq və azadlıqlarının üstünlüyü (prioriteti). Bu 

prinsip  onu  bildirir  ki,  dövlət  orqanlarının  fəaliyyətində 

başlıca  məsələ  insan  hüquq  və  azadlıqlarının  müdafiəsi 

olmalıdır.  Hər  bir  məsələnin  həlli  zamanı  hüquq  və 

azadlıqlara  toxunma  ehtimalı  nəzərə  alınmalı  və  dövlət 

orqanı  vətəndaşın  hüququnun  toxunulmazlığını  maksimum 

təmin etməlidir. 

2)

 



Müdafiə vasitələrinin alternativliyi vətəndaşlara hüquq 

və  azadlıqlarının  müdafiəsinin  bir  yox,  bir  neçə  vasitəsinin 

olmasını  nəzərdə  tutur.  Alternativlik,  sadəcə,  bir  neçə 

müdafiə  vasitəsinin  olmasını  tələb  etmir.  Bu  ilkin  şərtdir 

(müdafiə  vasitələrinin  çoxsaylılığı  və  dəfələrlə  müdafiə 

imkanı) və o olmadan müdafiə vasitələrinin al- 



— 133 — 


temativliyi məsələsi, ümumiyyətlə, qoyula bilməz. Alternativ 

müdafiə onu ifadə edir ki, şəxs eyni bir hüququnu bir neçə 

vasitə  ilə  qoruya  bilər.  Yəni  bir  hüququ  şəxs  hər  hansı  bir 

vasitə ilə qoruyursa, sonradan bu vasitə onu təmin etmədiyi 

təqdirdə  həmin  hüququn  qorunması  üçün  başqa  vasitədən 

istifadə  edə  bilər.  Məsələn,  əgər  şəxs  hüququnu  pozan 

şəxsdən  icra  hakimiyyəti  orqanına  şikayət  edərsə  və  bu 

zaman  icra  hakimiyyəti  orqanının  gəldiyi  nəticə  onu  qane 

etməzsə, şəxs bir vasitə kimi prosessual müdafiə vasitəsindən 

istifadə edə bilər. 

3)

 

Müdafiə  vasitələrinin  məqsədəmüvafıqliyi.  Hər  bir 



müdafiə  vasitəsi  müəyyən  məqsədlə  qurulur  və  istənilən 

hüququ  istənilən  müdafiə  vasitəsilə  müdafiə  etmək 

qeyri-mümkündür.  Qanunvericilik  baş  vermiş  pozuntunun 

əhəmiyyəti, baş verdiyi sahə və s. məsələlər nəzərə alınmaqla 

müdafiə  vasitələrinin  müdafiəsinə  imkan  verir.  Məsələn, 

şəxsin  etdiyi  cinayətdən  əsas  müdafiə  vasitəsi  (üsulu) 

prosessual  üsuldur.  Burada  icra  hakimiyyətinin  rolu  ikinci 

dərəcəlidir.  Əgər  az  əhəmiyyətli  pozuntudursa,  hüququn 

qorunması  həm  də  icra  hakimiyyəti  orqanları  tərəfindən 

həyata keçirilə bilər (məsələn, yetkinlik yaşma çatmayanların 

işləri  üzrə  komissiyalar  və  ya  hüququ  pozan  şəxsin  daha 

yuxarı  vəzifəli  şəxs  tərəfindən  vəzifədən  çıxaniması  və 

pozulmuş  hüququn  bərpası  üçün  müəyyən  tədbirlərin 

görülməsi).  Yaxud  əgər  qanun  vətəndaşların  hüquqlarını 

məhdudlaşdırırsa,  bu  məsələ  ancaq  konstitusiya  icraatı 

qaydasında həll edilir. 

4)

 

Müdafiə  vasitələrində  şəxsin  sərbəstliyi.  Müdafiə 



vasitələrinin  məqsədəmüvafıqliyi  şəxsin  öz  hüquqlarını 

müdafiə edərkən sərbəst olmasını inkar etmir. Bu sərbəstlik, 

sadəcə,  fərdin  müdafiə  vasitələrini  seçərkən  nisbətən 

müstəqil olmasını deyil, həm də seçdiyi müdafiə vasitəsi 



— 134 — 


daxilində  qanunun  yol  verdiyi  həddə  sərbəst  davranması 

imkanını ifadə edir. Yəni şəxsin öz hüququnu müdafiə etməsi 

üçün  qanun  ona  nəinki  bir  proses  çərçivəsində  davranışda 

müxtəlif  imkanlar  verir  (daha  yuxan  məhkəməyə  şikayət 

etmək  hüququ,  sübut  təqdim  etmək  hüququ  və  s.),  həm  də 

şəxsə öz hüquqlarını, əsas olduğu təqdirdə, birbaşa müdafiə 

etmək imkanı verilməlidir (zəruri müdafiə, son zərurət və s.). 

5)

 



Müdafiənin  yüksələn  xətt  üzrə  inkişafı  (həyata 

keçirilməsi  və  ya  müdafiə  vasitələrində  rasional  ardıeılhq). 

Bütün növ müdafiə tədbirləri bir-biri ilə sıx əlaqədədir. Lakin 

bu 


0

 demək deyildir ki, onlar reallıqda istənilən şəkildə tətbiq 

olunur və bu zaman ardıeılhq gözlənilmir. Nəzərə alınmalıdır 

ki,  bir  müdafiə  vasitəsi  digərinə  nisbətən  daha  geniş 

imkanlara  malikdir,  lakin  nisbətən  baha  başa  gəlir  və 

operativlik  tələb  olunan  zaman  o  qədər  də  yaramır 

(prosessual  müdafiə  vasitələri).  Əksinə,  digər  müdafiə 

vasitələri  az  imkana  malik  olsa  da,  operativlik  baxımından 

özünü  doğruldur  və  hüquq  müdafiəsinin  səmərəliliyinin 

zamandan asılılığı olduqda, özünü xüsusilə doğruldur. Buna 

görə  hüquq  və  azadlıqların  təminatları  mexanizmində 

qanunvericilik 

konkret 

müdafiə 


sisteminin 

xüsusiyyətlərindən 

asılı 

olaraq 


onların 

bir-birinə 

münasibətini  müəyyən  edir.  Bir  proses  kimi  müdafiə 

mexanizmlərini  ardıcıllıqla  nəzərdən  keçirsək,  belə  bir  halı 

müşahidə  etmək  olar:  subyekt  ilkin  müdafiə  vasitəsinə 

nisbətən  daha  sonra  seçdiyi  və  ya  onun  üçün  tətbiq  olunan 

müdafiə  vasitəsində  daha  geniş  imkanlara  malik  olur.  Şəxs 

ikinci  müdafiə  sistemində  birinciyə  nisbətən  daha  geniş 

imkana malik olur və müdafiənin nəticəsi də fərqlənir. Bu bir 

növ  müdafiə  sistemlərinin  qanunauyğunluğudur:  hər  bir 

sonrakı müdafiə vasitəsi özündən əvvəl gələn və 

— 135 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə