Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə39/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   35   36   37   38   39   40   41   42   ...   237

cə baxılmasını müəyyən edir, bütün hüquq sistemində onun 

mövqeyini  əsaslandınr.  Prinsiplər  bir  növ  hüquqda 

dünyagörüşünün əsaslarını təşkil edən hər bir şeyin əvvəlinin 

və  sonunun  gedib  çıxdığı  dəyərləri  özündə  ifadə  edir. 

İstənilən  hüquqi  müddəa  prinsiplər  vasitəsilə  əsaslandmhr, 

hər  bir  hüquq  norması  prinsiplər  nəzərə  alınmaqla  təfsir 

edilir. Hüquq prinsipləri hüququn mahiyyətini, onun təbiətini 

yığcam  formada  ifadə  edən  əsas,  başlanğıc  müddəalardır. 

Prinsiplər bir növ istənilən hüquq institutunun bazasını təşkil 

edir  və  sahədaxili  bütün  normalar  bu  prinsiplərə  uyğun 

gəlməlidir.  Prinsiplər  hüququn  əsaslandığı  nəzəriyyələrin 

pozitiv ifadə formasıdır. Hər bir müddəa və ya fikir hüquqi 

prinsip ola bilməz. Bunun üçün o, dəqiq və yığcam for- mulə 

edilməli  və  hüquq  norması  şəklində  pozitiv  hüquqda  əks 

olunmalıdır.  Yalnız  obyektiv  hüquqa  çevrilən,  hüquq 

mənbələrində  əks  olunan  müddəalar  prinsip  adlana  bilər. 

Hüququn  prinsipləri  müvafiq  elmi  nəzəriyyə  və  fikirlərin 

hüquqda realizə edilməsinin təzahürüdür. Uzun illərdən bəri 

praktikada  formalaşan  və  əsaslandırılan  nəzəriyyə  bütöv 

halda, özünün xırdahqlan və hüquq üçün əhəmiyyəti olmayan 

tərəfləri ilə hüquqa gətirilə bilməz. Hüququn qəbul etdiyi hər 

fikri  mənimsəmə  forması  hüquqi  prinsipdir.  Məsələn, 

hakimiyyət  bölgüsü  nəzəriyyəsi  qanunvericilikdə  əks 

olunmaq  üçün  prinsipə  çevrilməliydi.  Bunun  üçün  o,  əsrlər 

uzunu  mütəfəkkirlərin  düşüncə  süzgəcindən  keçmiş  və 

nəhayət,  bu  nəzəriyyənin  ən  əsas,  ümdə  fikirləri  yığcam 

formulalar şəklində qurulub normativ aktlarda təsbit olunmuş 

- prinsipə çevrilmişdir. Prinsip adi həyatda olan nəzəriyyədən 

həm  də  onunla  fərqlənir  ki,  hüquqda  onun  əsaslı  və  sistem 

kimi  realizə  edilmə  mexanizmi  olmalıdır.  Belə  mexanizmi 

olmayan  müddəa,  sadəcə,  fıksiyadır.  Hakimiyyət  bölgüsü 

nəzəriyyəsi qədim zamanlarda da möv 



— 121 — 


cud  olmuşdur.  Lakin  yarandığı  dövrlərdən  Monteskyenin 

nəzəriyyəsi  də  qismən  daxil  olmaqla,  sosial  əsaslara 

söykənən  bu  nəzəriyyə  (hakimiyyətin  ayrı-ayn  sosial 

təbəqələr  arasında  bölgüsü)  yalnız  o  zaman  hüquq  üçün 

optimal  nəzəriyyə  halına  gəldi  ki,  onun  qurulması  əsaslan 

sosial  müstəvidən  təşkilati  müstəviyə  keçdi  (hakimiyyətin 

sosial  təbəqələr  arasında  bölünməsi  ilə  deyil,  özünün 

daxildən təşkilatlanması ilə fərqli struktur vahidləri arasında 

funksi-  yalann  bölgüsü).  Bununla  belə,  hakimiyyət  bölgüsü 

nəzəriyyəsi  bir  prinsip  kimi  sözün  həqiqi  mənasında  ABŞ 

Konstitusiyasında  formalaşdı.  Çünki  bu  Konstitusiyada  o 

həm  də  özünün  realizə  mexanizmini  -  çəkindirmə  və 

tarazlaşdırma mexanizmini əldə etdi. 

İnsan  hüquqlan  və  azadlıqları  da  beləcə  ziddiyyətli 

fikirlərdən, 

mütəfəkkirlər 

arasındakı 

düşüncə 


müharibəsindən keçib bir nəzəriyyə kimi formalaşmış, daha 

sonra  isə  konstitusiyada  əks  olunmaq  üçün  özünün 

bünövrəsini  -  prinsiplərini  əldə  etmişdir.  Bu  prinsiplər, 

yarandığı  dövrdən  indiyə  qədər  demək  olar  ki,  əsaslı 

dəyişikliklər  olmadan  saxlanmışdır.  Bu  prinsiplərin  əsaslan 

C.Lokkun,  Ş.L.Montesk-  yenin,  H.Hrotsinin,  J.J.Russonun 

və  digər  mütəffəkirlərin  (maarifçilərin  və  s.)  əsərlərində 

qoyulmuş,  sonrakı  mütəfəkkirlər  tərəfindən  isə  inkişaf 

etdirilmişdir. Hələ formalaşdığı dövrdən artıq pozitiv hüquqa 

keçməyə  başlayan  bu  prinsiplər  həm  də  pozitiv  hüquqda 

inkişaf etmiş, cilalanmışdır. Son nəticədə isə bu ona gətirib 

çıxarmışdır  ki,  müasir  dövrdə  insan  hüquqlan  ilə  bağlı 

beynəlxalq  hüquqi  müqavilələr  kompleksi  yaranmışdır. 

1215-ci ildə İngiltərədə «Böyük Azadlıqlar Xartiyası» qəbul 

olundu.  Sonralar  insan  hüquq  və  azadhqlanmn  əsas 

prinsipləri  1776-ci  il  «Amerika  Birləşmiş  Ştatlanmn 

İstiqlaliyyət  Bəyannaməsi»ndə,  1689-cu  il  «İnsan  hüquqlan 

haqqında Bill»də, 1789-cu il 



— 122 — 


Fransa  «İnsan  və  vətəndaş  hüquqlan  haqqında  Bəyanna- 

mə»də və s. aktlarda əks olundu. 

Bu prinsiplər aşağıdakılardır: 

1)

 



bütün insanların bərabər hüquqlu və azad doğulması; 

2)

 



hüquqların toxunimazlığı və ayrılmazlığı; 

3)

 



hüquqa zidd olmayan və başqalarına zərər yetirməyən 

hər şeyi etmək imkanının olması (azadlıq); 

4)

 

hüquq və azadlıqların təminatı. 



İnsanların hüquqları təbiidir, yəni onlar insanın bir sosial 

varlıq kimi mövcudluğundan yaranır. Sosial varlıq kimi insan 

özü  kimilərin  yaşadığı  cəmiyyətdə  başqalanna  hamı 

tərəfindən qəbul olunmuş münasibətini müəyyən etməlidir ki, 

bu da hüquqdur. Buradan göründüyü kimi, hüquq zərurətdir. 

Hüququ, sadəcə olaraq, insan kimi mövcud olma faktı yaradır 

və onu nə dövlət, nə də bir başqa subyekt insandan ala bilməz, 

çünki hüququ insana o verməmişdir. Hüquq başqalarına qarşı 

sənin münasibətini müəyyən etdiyi kimi, başqalarının da sənə 

qarşı  münasibətini  müəyyən  edir  və  sənin,  o  cümlədən 

başqalarının  azadlığının  əsasını  təşkil  edir.  Hüquq  insanın 

mövcudluğundan  doğduğuna  görə  onun  insandan  alınması 

qeyri- mümkündür. Fərdin insan kimi ləyaqətli yaşayışı onun 

hüquq  və  azadlıqlarının  vəziyyətindən  asılıdır.  Odur  ki, 

hüquq  və  azadlıqlar  toxunulmazdır.  Bu  aksiom  cəmiyyətin 

birgəyaşayışının əsasını təşkil edir. Toxunulmazlıq hüquq və 

azadlıqlara  hər  hansı  başqa  subyektin  qəsd  edə 

bilməyəcəyini, qəsd edə biləcəyi halda isə buna qarşı tədbir 

görüləcəyini ifadə edir. 

Hüququn  ayrılmazlığı  onun  toxunulmazlığı  ilə  birbaşa 

bağlıdır.  Fərdin  hüqununun  toxunulmazlığı  həm  də  onun 

ayrılmazlığının əsası kimi çıxış edir. Hüquqla hamıya bə 



— 123 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə