Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə35/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   31   32   33   34   35   36   37   38   ...   237

gilis  dili  ilə  yanaşı  fransız  dili  də  dövlət  dili  hesab  olunur. 

Hindistanda  isə  uzun  müddətli  (300  il)  ingilis  əsarəti  və 

çoxsaylı böyük etnosların olmasını nəzərə alaraq, dövlət dili 

kimi ingilis dili qəbul olunmuşdur. Hər hansı bir dilin dövlət 

dili statusuna malik olması o deməkdir ki, rəsmi yazışmalarda 

və  dövlət  daxilində  kargüzarlıqda  yalnız  bu  dildən  istifadə 

oluna  bilər.  Bu  dildə  təhsil  verilir,  bu  dildən  dövlət 

orqanlarının  gündəlik  fəaliyyətində  istifadə  olunur.  Nəzərə 

almaq lazımdır ki, dövlət dili insan- lararası münasibətlərdə 

hansı  dilin  işlənməsi  məsələlərinə  müdaxilə  etmir. 

Qeyri-rəsmi,  şəxsi  münasibətlərdə  insan  öz  təbii  haqqı  kimi 

istənilən dildən istifadə edə bilər. Lakin bu 

0

 demək deyil ki, 



dövlət digər dilləri nəzərə almır və  ya onların işlədilməsinə 

qadağa qoyur. Bu halın özü dövlətin qeyri-demokratikliyini 

göstərən  əlamətlərdən  biridir.  Dövlət  bütün  digər  dillərin 

inkişaf etdirilməsinin və istənilən şəxsin öz ana dilində təhsil 

almasının  qayğısına  qalmalıdır.  Azərbaycan  Respublikası 

Konstitusiyasının  21-ci  və  45-ci  maddələri  dövlət  dilini 

bilməyən  şəxslərə  bir  çox  hallarda  dövlət  orqanında  öz 

istəyini  tərcüməçi  vasitəsi  ilə  ifadə  etməyə  imkan  verir. 

Məsələn, 

Azərbaycan 

Respublikasının 

prosessual 

qanunvericiliyinə  görə,  prosesin  aparıldığı  dili  bilməyən 

proses iştirakçıları dövlət hesabına tərcüməçi ilə təmin edilir. 

Bundan əlavə, qanunvericilik nəzərdə tutur ki, proses nəinki 

dövlət  dilində,  habelə  prosesin  keçirildiyi  yerdə  daha  çox 

işlənən  dildə,  yerli  əhalinin  dilində  aparıla  bilər.  Bu  isə  o 

deməkdir  ki,  dövlət  çoxluğun  mənafeyini  nəzərə  alaraq, 

onların  haqqı  tapdalanmasın  deyə  bir  sıra  hallarda  rəsmi 

fəaliyyətdə  belə  qeyri-dövlət  dillərinin  işlənməsinə  imkan 

verir.  Buna  görə  də  (çoxluğun  haqqı  tapdalanmasın  deyə) 

Konstitusiyanın 21-ci maddəsində o da nəzərdə tutulur ki



— 109 — 


«Azərbaycan  Respublikası  əhalinin  danışdığı  başqa  dillərin 

sərbəst  işlədilməsini  və  inkişafını  təmin  edir».  Bu  müddəa 

həm  də  onunla  bağlıdır  ki,  Azərbaycan  Respublikasında 

möveud dillərin hamısı bu ərazidə mövcud olan milli-mədəni 

irsin  daşıyıcılarıdır  və  onlar  xalqın  mənəvi  ünsiyyət 

vasitələrini  birgə  təşkil  edir.  Bu  dillər  uzun  əsrlər  boyu 

qarşılıqlı əlaqədə olmuşdur və onların birindən digərinə çoxlu 

sayda söz keçmişdir. Onlann təcrid olunması və ya bir-birinə 

qarşı  qoyulması,  hər  şeydən  əvvəl,  milli-mənəvi  sərvətlərə 

zərər vurmuş olardı. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

22-ci 


maddəsinə görə, «Azərbaycan Respublikasının pa

3

daxtı Bakı 



şəhəridir».  Ümumiyyətlə,  dövlətin  paytaxtının  konstitusion 

səviyyədə  müəyyənləşdirilməsi  geniş  yayılmış  hal  deyildir. 

Şəhərin  paytaxt olması bir sıra  obyektiv amillərdən  asılıdır. 

Bunun üçün şəhərin çoğrafı yerləşməsi (dövlətin mərkəzində 

və ya nisbətən kənar əyalətlərdə), inkişaf səviyyəsi, əhalinin 

sayı,  şəhərin  ölkənin  ərazi  tarixində  oynadığı  rol  və  digər 

faktorlar  (təhlükəsizlik,  əhalinin  tərkibi  və  s.)  nəzərə  alınır. 

Adətən,  dövlətin  paytaxtı  onun  ən  çox  inkişaf  etmiş  və  ən 

böyük şəhəri olur. Lakin bu həmişə belə olmur. Bəzən bunun 

əksinə  də  təsadüf  olunur.  Paytaxtın  müəyyənləşdirilməsinə 

dövlətçilik  ənənələri  də  təsir  edir.  Məsələn,  Hollandiyanın 

paytaxtı Amsterdam olsa da, əsas dövlət orqanlarının hamısı 

başqa şəhərdə - Haaqada yerləşir. Dövlətin paytaxtında onun 

ali  dövlət  hakimiyyəti  orqanları,  mərkəzi  icra  hakimiyyəti 

orqanları  yerləşir.  Dövlət  və  cəmiyyətin  həyatı  üçün  ən 

əhəmiyyətli  məsələlər  məhz  paytaxtda  həll  olunur.  Hüquqi 

aspektdə paytaxt olan şəhər özünün hüquqi statusuna görə bir 

sıra hallarda müəyyən fərqlərə malik olur. Bu, adətən, özünü 

şəhərin nisbi muxtariyyatmda, bir sıra in 

— 110 — 



kişaf məsələlərində üstünlüyə malik olmasında, o cümlədən 

inzibati  hüquq  normaları  səviyyəsində  paytaxtda  müxtəlif 

idarəetmə 

məsələlərində 

fərqli 

qaydaların 



müəyyənləşdirilməsində büruzə verir (məsələn, paytaxtda iri 

yükdaşıyan  maşınların  hərəkətinə  icazə  verilməməsi  və  s.). 

Lakin  bu  fərqlərin  olması  məeburi  deyildir.  Paytaxt  olma 

daha  çox  obyektiv  faktorlardan  irəli  gələn  və  hüququn  da 

qəbul  etməli  olduğu  faktiki  vəziyyətdir.  Rusiyanın  paytaxtı 

özü  federasiya  subyektidir  (federal  əhəmiyyətli  şəhər)  və 

onun  özünün  hakimiyyət  orqanları  vardır.  Azərbaycan 

Respublikasının 

paytaxtı 

tarixi 


inkişafın 

müxtəlif 

mərhələlərində 

dəyişmişdir. 

Hazırda 

Azərbaycan 

Respublikasında  özünün  hüquqi  statusuna  görə  paytaxtla 

digər şəhərlər arasında kəskin fərq yoxdur. 

Dövlətin rəsmi tanınma nişanları - gerb, bayraq və himn 

tarixin  qədim  dövrlərində  əmələ  gəlmişdir.  İlk  vaxtlar  bu 

rəmzlər,  sadəcə  olaraq,  sırf  praktiki  məqsədlərlə 

müharibələrdə  və  s.  yerlərdə  tanınmaq  məqsədilə  istifadə 

olunurdu.  Lakin  sonralar  dövlətlərarası  münasibətlər  inkişaf 

etdikcə,  bu  rəmzlərə  də  müəyyən  məna  verilməyə  başladı. 

Artıq  dövlətin  rəmzləri  tarixin  nişanəsi  kimi  bir  dövlətin 

mənəvi  irsini  ifadə  edən  rəmzlərə  çevrildi  və  müəyyən 

mənəvi-ideoloji  yükün  daşıyıcısı  rolunu  oynamağa  başladı. 

Bu  gün  ilk  baxışda  məna  ifadə  etməyən  bir  çox  dövlət 

rəmzləri bir zamanlar məhz müəyyən məna yükü verilməklə, 

nəyisə qabartmaqla qəbul olunmuş və aid olduğu cəmiyyətin 

devizinin ifadəçisinə çevrilmişdir. Dövlət rəmzlərinə hörmət 

olunması tələbi və s. bu kimi hüquqi vəzifələr də məhz dövlət 

rəmzlərinin  sadəcə  nişan  olmasından  deyil,  onlara  tarixi 

dövlətçilik 

ənənələrini 

ifadə 


edən 

rəmzlər 


kimi 

baxılmasından  irəli  gəlir.  Dövlətlərin  bayraqları  formasına 

görə müxtəlif olur və ayrı- 

— 111 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə